Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 56 - Al-Waqiah
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Waqiah 56:1
Qiyamət vaqe olacağı (qopacağı) vaxt
Verse 2 — Surah Al-Waqiah 56:2
Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz
Verse 3 — Surah Al-Waqiah 56:3
O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır
Verse 4 — Surah Al-Waqiah 56:4
Yer hərəkətə gəlib şiddətlə titrədiyi
Verse 5 — Surah Al-Waqiah 56:5
Dağlar parça-parça olub ovxalandığı
Verse 6 — Surah Al-Waqiah 56:6
Və toz kimi səpələndiyi zaman
Verse 7 — Surah Al-Waqiah 56:7
Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız
Verse 8 — Surah Al-Waqiah 56:8
Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar)
Verse 9 — Surah Al-Waqiah 56:9
Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar)
Verse 10 — Surah Al-Waqiah 56:10
Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar)
Verse 11 — Surah Al-Waqiah 56:11
Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir
Verse 12 — Surah Al-Waqiah 56:12
Onlar Nəim cənnətlərində olacaqlar
Verse 13 — Surah Al-Waqiah 56:13
(Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən)
Verse 14 — Surah Al-Waqiah 56:14
Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir)
Verse 15 — Surah Al-Waqiah 56:15
(Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq
Verse 16 — Surah Al-Waqiah 56:16
Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər
Verse 17 — Surah Al-Waqiah 56:17
Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar
Verse 18 — Surah Al-Waqiah 56:18
(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə
Verse 19 — Surah Al-Waqiah 56:19
(Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər
Verse 20 — Surah Al-Waqiah 56:20
(O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
Verse 21 — Surah Al-Waqiah 56:21
Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar)
Verse 22 — Surah Al-Waqiah 56:22
(Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır
Verse 23 — Surah Al-Waqiah 56:23
(O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər
Verse 24 — Surah Al-Waqiah 56:24
Onlar (bu ne’mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar
Verse 25 — Surah Al-Waqiah 56:25
Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər
Verse 26 — Surah Al-Waqiah 56:26
Eşitdikləri söz ancaq “salam” olacaqdır
Verse 27 — Surah Al-Waqiah 56:27
Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri
Verse 28 — Surah Al-Waqiah 56:28
(Onlar) tikansız sidr ağacları
Verse 29 — Surah Al-Waqiah 56:29
Salxım-salxım sallanmış möüz (banan) ağacları altında
Verse 30 — Surah Al-Waqiah 56:30
Çəkilməyən (daimi) kölgəliklərdə
Verse 31 — Surah Al-Waqiah 56:31
Axar su kənarında
Verse 32 — Surah Al-Waqiah 56:32
Bol meyvələr –
Verse 33 — Surah Al-Waqiah 56:33
Tükənməz və qadağan edilməyən (meyvələr) içində
Verse 34 — Surah Al-Waqiah 56:34
Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar
Verse 35 — Surah Al-Waqiah 56:35
Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq
Verse 36 — Surah Al-Waqiah 56:36
Onları bakirə qızlar
Verse 37 — Surah Al-Waqiah 56:37
Ərlərini sevən, həmyaşıdlar edəcəyik
Verse 38 — Surah Al-Waqiah 56:38
Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar
Verse 39 — Surah Al-Waqiah 56:39
(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən)
Verse 40 — Surah Al-Waqiah 56:40
Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir)
Verse 41 — Surah Al-Waqiah 56:41
Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri
Verse 42 — Surah Al-Waqiah 56:42
(Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində
Verse 43 — Surah Al-Waqiah 56:43
Qapqara duman kölgəsində olacaqlar
Verse 44 — Surah Al-Waqiah 56:44
(O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir
Verse 45 — Surah Al-Waqiah 56:45
Onlar bundan əvvəl (dünyada) naz-ne’mət içində idilər
Verse 46 — Surah Al-Waqiah 56:46
Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular
Verse 47 — Surah Al-Waqiah 56:47
Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi
Verse 48 — Surah Al-Waqiah 56:48
Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”
Verse 49 — Surah Al-Waqiah 56:49
(Ya Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da
Verse 50 — Surah Al-Waqiah 56:50
Mə’lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər
Verse 51 — Surah Al-Waqiah 56:51
Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar
Verse 52 — Surah Al-Waqiah 56:52
Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz
Verse 53 — Surah Al-Waqiah 56:53
Qarınlarınızı onunla dolduracaqsınız
Verse 54 — Surah Al-Waqiah 56:54
Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz
Verse 55 — Surah Al-Waqiah 56:55
Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz
Verse 56 — Surah Al-Waqiah 56:56
Bu onların haqq-hesab günündəki ziyafətidir
Verse 57 — Surah Al-Waqiah 56:57
(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz
Verse 58 — Surah Al-Waqiah 56:58
Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz
Verse 59 — Surah Al-Waqiah 56:59
Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz
Verse 60 — Surah Al-Waqiah 56:60
Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik
Verse 61 — Surah Al-Waqiah 56:61
(Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan
Verse 62 — Surah Al-Waqiah 56:62
And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz
Verse 63 — Surah Al-Waqiah 56:63
Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz
Verse 64 — Surah Al-Waqiah 56:64
Onu bitirən sizsiniz, yoxsa Biz
Verse 65 — Surah Al-Waqiah 56:65
Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb
Verse 66 — Surah Al-Waqiah 56:66
“Biz ziyana uğramış
Verse 67 — Surah Al-Waqiah 56:67
Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz)
Verse 68 — Surah Al-Waqiah 56:68
Bəs içdiyiniz suya nə deyirsiniz
Verse 69 — Surah Al-Waqiah 56:69
Onu buluddan endirən sizsiniz, yoxsa Biz
Verse 70 — Surah Al-Waqiah 56:70
Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne’mətlərinə) şükür etmirsiniz
Verse 71 — Surah Al-Waqiah 56:71
Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz
Verse 72 — Surah Al-Waqiah 56:72
Onun ağacını yaradan sizsiniz, yoxsa Biz
Verse 73 — Surah Al-Waqiah 56:73
Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq
Verse 74 — Surah Al-Waqiah 56:74
Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et
Verse 75 — Surah Al-Waqiah 56:75
Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki –
Verse 76 — Surah Al-Waqiah 56:76
Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –
Verse 77 — Surah Al-Waqiah 56:77
(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır
Verse 78 — Surah Al-Waqiah 56:78
(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır)
Verse 79 — Surah Al-Waqiah 56:79
Ona yalnız pak olanlar toxuna bilər
Verse 80 — Surah Al-Waqiah 56:80
Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir
Verse 81 — Surah Al-Waqiah 56:81
İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz)
Verse 82 — Surah Al-Waqiah 56:82
Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz
Verse 83 — Surah Al-Waqiah 56:83
(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman
Verse 84 — Surah Al-Waqiah 56:84
Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir)
Verse 85 — Surah Al-Waqiah 56:85
Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz
Verse 86 — Surah Al-Waqiah 56:86
Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə
Verse 87 — Surah Al-Waqiah 56:87
Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız
Verse 88 — Surah Al-Waqiah 56:88
Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa
Verse 89 — Surah Al-Waqiah 56:89
(Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir
Verse 90 — Surah Al-Waqiah 56:90
Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə)
Verse 91 — Surah Al-Waqiah 56:91
(Ona özü kimi olan yoldaşlarının dili ilə:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir)
Verse 92 — Surah Al-Waqiah 56:92
Əgər (ölən kimsə Allahın ayələrini, mö’cüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa
Verse 93 — Surah Al-Waqiah 56:93
(Ona) qaynar su ziyafəti veriləcək
Verse 94 — Surah Al-Waqiah 56:94
Və özü də Cəhənnəmə atılacaqdır
Verse 95 — Surah Al-Waqiah 56:95
Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir
Verse 96 — Surah Al-Waqiah 56:96
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et)