Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 70 - Al-Maarij
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Maarij 70:1
(Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu
Verse 2 — Surah Al-Maarij 70:2
(O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur
Verse 3 — Surah Al-Maarij 70:3
(O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır
Verse 4 — Surah Al-Maarij 70:4
Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar
Verse 5 — Surah Al-Maarij 70:5
(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et
Verse 6 — Surah Al-Maarij 70:6
Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar)
Verse 7 — Surah Al-Maarij 70:7
Biz isə onu yaxın görürük (ona inanırıq)
Verse 8 — Surah Al-Maarij 70:8
O gün göy göyərmiş mis kimi olacaq
Verse 9 — Surah Al-Maarij 70:9
Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır
Verse 10 — Surah Al-Maarij 70:10
Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır)
Verse 11 — Surah Al-Maarij 70:11
Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını
Verse 12 — Surah Al-Maarij 70:12
Övrətini və qardaşını
Verse 13 — Surah Al-Maarij 70:13
(Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını)
Verse 14 — Surah Al-Maarij 70:14
Və yer üzündə olanların hamısını – təki özünü (Allahın əzabından) qurtarsın
Verse 15 — Surah Al-Maarij 70:15
Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir
Verse 16 — Surah Al-Maarij 70:16
(Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır)
Verse 17 — Surah Al-Maarij 70:17
Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni
Verse 18 — Surah Al-Maarij 70:18
Və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı)
Verse 19 — Surah Al-Maarij 70:19
Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır
Verse 20 — Surah Al-Maarij 70:20
Ona bir pislik üz verdikdə fəryad qoparar
Verse 21 — Surah Al-Maarij 70:21
Ona bir xeyir nəsib olduqda isə xəsis olar
Verse 22 — Surah Al-Maarij 70:22
Namaz qılanlar istisnadır
Verse 23 — Surah Al-Maarij 70:23
O kəslər ki, daim namaz qılarlar
Verse 24 — Surah Al-Maarij 70:24
O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır
Verse 25 — Surah Al-Maarij 70:25
Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün
Verse 26 — Surah Al-Maarij 70:26
O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər
Verse 27 — Surah Al-Maarij 70:27
O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər
Verse 28 — Surah Al-Maarij 70:28
Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz
Verse 29 — Surah Al-Maarij 70:29
O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər)
Verse 30 — Surah Al-Maarij 70:30
Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar
Verse 31 — Surah Al-Maarij 70:31
Bundan artığını istəyənlər isə həddi aşanlardır
Verse 32 — Surah Al-Maarij 70:32
O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər
Verse 33 — Surah Al-Maarij 70:33
O kəslər ki, düzgün şəhadət verərlər
Verse 34 — Surah Al-Maarij 70:34
Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər
Verse 35 — Surah Al-Maarij 70:35
Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir
Verse 36 — Surah Al-Maarij 70:36
(Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər
Verse 37 — Surah Al-Maarij 70:37
Sağdan və soldan dəstə-dəstə gəlirlər
Verse 38 — Surah Al-Maarij 70:38
Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir
Verse 39 — Surah Al-Maarij 70:39
Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e’tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur)
Verse 40 — Surah Al-Maarij 70:40
Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik
Verse 41 — Surah Al-Maarij 70:41
Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha müt’i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz)
Verse 42 — Surah Al-Maarij 70:42
Elə isə (ya Peyğəmbər!) qoy onlar və’d olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər
Verse 43 — Surah Al-Maarij 70:43
O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar
Verse 44 — Surah Al-Maarij 70:44
Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara və’d olunmuş həmin qiyamət günüdür