Back to Languages

Azerbaijani - Chapter 71 - Nuh

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Nuh 71:1

Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları (Allahın əzabı ilə) qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik

Verse 2 — Surah Nuh 71:2

O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm

Verse 3 — Surah Nuh 71:3

Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin

Verse 4 — Surah Nuh 71:4

(Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla tə’xirə salınmaz. Kaş biləydiniz!”

Verse 5 — Surah Nuh 71:5

O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) də’vət etdim

Verse 6 — Surah Nuh 71:6

Lakin də’vətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı

Verse 7 — Surah Nuh 71:7

Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) də’vət etdimsə, onlar (də’vətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər

Verse 8 — Surah Nuh 71:8

Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də’vət etdim

Verse 9 — Surah Nuh 71:9

Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli bildirdim”

Verse 10 — Surah Nuh 71:10

Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır

Verse 11 — Surah Nuh 71:11

O sizə göydən bol yağış göndərər

Verse 12 — Surah Nuh 71:12

O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar

Verse 13 — Surah Nuh 71:13

Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz)

Verse 14 — Surah Nuh 71:14

Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi

Verse 15 — Surah Nuh 71:15

Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı

Verse 16 — Surah Nuh 71:16

Orada ayı bir nur, günəşi də bir çıraq etdi

Verse 17 — Surah Nuh 71:17

Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi

Verse 18 — Surah Nuh 71:18

Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır

Verse 19 — Surah Nuh 71:19

Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki

Verse 20 — Surah Nuh 71:20

Onun geniş yollarında gəzəsiniz!”

Verse 21 — Surah Nuh 71:21

Nuh dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular

Verse 22 — Surah Nuh 71:22

(Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular

Verse 23 — Surah Nuh 71:23

Və (tabeçiliyində olanlara) dedilər: “Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!”

Verse 24 — Surah Nuh 71:24

Onlar çoxlarını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini artır!”

Verse 25 — Surah Nuh 71:25

Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan (Allahın əzabından) qurtaracaq köməkçilər də tapa bilmədilər

Verse 26 — Surah Nuh 71:26

Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma

Verse 27 — Surah Nuh 71:27

Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər

Verse 28 — Surah Nuh 71:28

Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mö’min kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö’min kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!”