Back to Languages

Azerbaijani - Chapter 74 - Al-Muddaththir

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Muddaththir 74:1

Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)

Verse 2 — Surah Al-Muddaththir 74:2

Qalx (qövmünü Allahın əzabı ilə) qorxut

Verse 3 — Surah Al-Muddaththir 74:3

Öz Rəbbini uca tut

Verse 4 — Surah Al-Muddaththir 74:4

Libasını təmizlə! (Nəfsini günahlardan pak et)

Verse 5 — Surah Al-Muddaththir 74:5

(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et)

Verse 6 — Surah Al-Muddaththir 74:6

(Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma)

Verse 7 — Surah Al-Muddaththir 74:7

Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et

Verse 8 — Surah Al-Muddaththir 74:8

Elə ki, sur çalındı

Verse 9 — Surah Al-Muddaththir 74:9

O gün çox ağır bir gün olacaqdır

Verse 10 — Surah Al-Muddaththir 74:10

(O gün) kafirlər üçün asan olmayacaqdır

Verse 11 — Surah Al-Muddaththir 74:11

(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə tapşır)

Verse 12 — Surah Al-Muddaththir 74:12

Mən ona bollu mal-dövlət əta etdim

Verse 13 — Surah Al-Muddaththir 74:13

Yanında hazır duran oğullar (verdim)

Verse 14 — Surah Al-Muddaththir 74:14

Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim)

Verse 15 — Surah Al-Muddaththir 74:15

(Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir

Verse 16 — Surah Al-Muddaththir 74:16

Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu

Verse 17 — Surah Al-Muddaththir 74:17

Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm

Verse 18 — Surah Al-Muddaththir 74:18

O (Qur’an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi

Verse 19 — Surah Al-Muddaththir 74:19

Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi)

Verse 20 — Surah Al-Muddaththir 74:20

Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi

Verse 21 — Surah Al-Muddaththir 74:21

Sonra (qövmünün üzünə) baxdı

Verse 22 — Surah Al-Muddaththir 74:22

Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü

Verse 23 — Surah Al-Muddaththir 74:23

Sonra da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi

Verse 24 — Surah Al-Muddaththir 74:24

Və dedi: “Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir

Verse 25 — Surah Al-Muddaththir 74:25

Bu yalnız bəşər sözüdür!”

Verse 26 — Surah Al-Muddaththir 74:26

Biz onu Səqərə atacağıq (orada yandıracağıq)

Verse 27 — Surah Al-Muddaththir 74:27

(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər

Verse 28 — Surah Al-Muddaththir 74:28

O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz

Verse 29 — Surah Al-Muddaththir 74:29

İnsanı yandırıb-yaxar

Verse 30 — Surah Al-Muddaththir 74:30

Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır

Verse 31 — Surah Al-Muddaththir 74:31

Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və mö’minlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi) olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir öyüd-nəsihətdir

Verse 32 — Surah Al-Muddaththir 74:32

Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya

Verse 33 — Surah Al-Muddaththir 74:33

Dönüb-qayıdan (yaxud gündüzün dalınca gələn) gecəyə

Verse 34 — Surah Al-Muddaththir 74:34

Və sökülməkdə olan dan yerinə ki

Verse 35 — Surah Al-Muddaththir 74:35

(Cəhənnəm) böyük bəlalardan biridir

Verse 36 — Surah Al-Muddaththir 74:36

(O, Allahın əzabı ilə) qorxudur insanları

Verse 37 — Surah Al-Muddaththir 74:37

Sizdən (yaxşı işlərdə) irəli düşmək, yaxud geri qalmaq istəyənləri

Verse 38 — Surah Al-Muddaththir 74:38

Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır)

Verse 39 — Surah Al-Muddaththir 74:39

Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla

Verse 40 — Surah Al-Muddaththir 74:40

Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar

Verse 41 — Surah Al-Muddaththir 74:41

Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər)

Verse 42 — Surah Al-Muddaththir 74:42

“Sizi Səqərə (Cəhənnəmə) salan nədir?”

Verse 43 — Surah Al-Muddaththir 74:43

Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik

Verse 44 — Surah Al-Muddaththir 74:44

Yoxsulu da yedirtməzdik

Verse 45 — Surah Al-Muddaththir 74:45

Batilə dalanlarla birlikdə biz də dalardıq

Verse 46 — Surah Al-Muddaththir 74:46

Haqq-hesab gününü yalan sayardıq

Verse 47 — Surah Al-Muddaththir 74:47

Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)”

Verse 48 — Surah Al-Muddaththir 74:48

Şəfaət edənlərin şəfaəti onlara fayda verməz

Verse 49 — Surah Al-Muddaththir 74:49

Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar)

Verse 50 — Surah Al-Muddaththir 74:50

Onlar sanki vəhşi eşşəklərdir

Verse 51 — Surah Al-Muddaththir 74:51

(O eşşəklər ki) aslandan hürküb qaçarlar

Verse 52 — Surah Al-Muddaththir 74:52

Xeyr, onların hər biri özünə (göydən) nazil olmuş səhifələr verilməsini istəyər

Verse 53 — Surah Al-Muddaththir 74:53

Xeyr, daha doğrusu, onlar axirətdən qorxmazlar

Verse 54 — Surah Al-Muddaththir 74:54

Xeyr, bu (Qur’an) bir öyüd-nəsihətdir

Verse 55 — Surah Al-Muddaththir 74:55

İstəyənlər ondan öyüd alar

Verse 56 — Surah Al-Muddaththir 74:56

Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur