Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 78 - An-Naba
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah An-Naba 78:1
(Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar
Verse 2 — Surah An-Naba 78:2
Böyük bir xəbər (qiyamət günü) haqqında
Verse 3 — Surah An-Naba 78:3
Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar
Verse 4 — Surah An-Naba 78:4
Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər
Verse 5 — Surah An-Naba 78:5
Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər
Verse 6 — Surah An-Naba 78:6
Məgər Biz yeri döşək etmədikmi
Verse 7 — Surah An-Naba 78:7
Dağları da dirək
Verse 8 — Surah An-Naba 78:8
Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq
Verse 9 — Surah An-Naba 78:9
Yuxunuzu da istirahət etdik
Verse 10 — Surah An-Naba 78:10
Biz gecəni (hər şeyi bürüyən) örtük etdik
Verse 11 — Surah An-Naba 78:11
Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik
Verse 12 — Surah An-Naba 78:12
Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq
Verse 13 — Surah An-Naba 78:13
Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq
Verse 14 — Surah An-Naba 78:14
(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki
Verse 15 — Surah An-Naba 78:15
Onunla dən və bitki yetişdirək
Verse 16 — Surah An-Naba 78:16
Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar
Verse 17 — Surah An-Naba 78:17
Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır
Verse 18 — Surah An-Naba 78:18
Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz
Verse 19 — Surah An-Naba 78:19
(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır
Verse 20 — Surah An-Naba 78:20
Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir
Verse 21 — Surah An-Naba 78:21
Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur
Verse 22 — Surah An-Naba 78:22
O, azğınların məskənidir
Verse 23 — Surah An-Naba 78:23
Onlar orada sonsuz müddət qalacaqlar
Verse 24 — Surah An-Naba 78:24
Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar
Verse 25 — Surah An-Naba 78:25
Qaynar sudan və irindən başqa
Verse 26 — Surah An-Naba 78:26
(Dünyadakı əmələrinə) uyğun cəza olaraq
Verse 27 — Surah An-Naba 78:27
Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular)
Verse 28 — Surah An-Naba 78:28
Ayələrimizi də elə hey təkzib edirdilər
Verse 29 — Surah An-Naba 78:29
Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik)
Verse 30 — Surah An-Naba 78:30
İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq
Verse 31 — Surah An-Naba 78:31
Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət)
Verse 32 — Surah An-Naba 78:32
Bağçalar və üzüm bağları
Verse 33 — Surah An-Naba 78:33
Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar
Verse 34 — Surah An-Naba 78:34
(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir
Verse 35 — Surah An-Naba 78:35
Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər
Verse 36 — Surah An-Naba 78:36
(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir
Verse 37 — Surah An-Naba 78:37
Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar
Verse 38 — Surah An-Naba 78:38
Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir
Verse 39 — Surah An-Naba 78:39
Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar
Verse 40 — Surah An-Naba 78:40
Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir