Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 79 - An-Naziat
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah An-Naziat 79:1
And olsun (kafirlərin canını) zorla alanlara
Verse 2 — Surah An-Naziat 79:2
And olsun (mö’minlərin canını) rahatlıqla alanlara
Verse 3 — Surah An-Naziat 79:3
And olsun sür’ətlə üzənlərə
Verse 4 — Surah An-Naziat 79:4
And olsun (bir-birini) ötdükcə ötənlərə
Verse 5 — Surah An-Naziat 79:5
And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)
Verse 6 — Surah An-Naziat 79:6
O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək)
Verse 7 — Surah An-Naziat 79:7
Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir)
Verse 8 — Surah An-Naziat 79:8
O gün ürəklər qorxub titrəyəcək
Verse 9 — Surah An-Naziat 79:9
Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir
Verse 10 — Surah An-Naziat 79:10
(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: “Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq
Verse 11 — Surah An-Naziat 79:11
Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!”
Verse 12 — Surah An-Naziat 79:12
Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur)
Verse 13 — Surah An-Naziat 79:13
(Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)
Verse 14 — Surah An-Naziat 79:14
Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar
Verse 15 — Surah An-Naziat 79:15
(Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı
Verse 16 — Surah An-Naziat 79:16
O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi
Verse 17 — Surah An-Naziat 79:17
“Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır)
Verse 18 — Surah An-Naziat 79:18
Və de: “(Günahlardan) təmizlənmək istəyirsənmi
Verse 19 — Surah An-Naziat 79:19
Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?”
Verse 20 — Surah An-Naziat 79:20
(Musa gəlib Allahın buyuruğunu Fir’ona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük mö’cüzəni (əsanın dönüb əjdaha olmasını) göstərdi
Verse 21 — Surah An-Naziat 79:21
Lakin (Fir’on Musanı) təkzib edib (ona) asi oldu
Verse 22 — Surah An-Naziat 79:22
Sonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi
Verse 23 — Surah An-Naziat 79:23
Və (ə’yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi
Verse 24 — Surah An-Naziat 79:24
“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”
Verse 25 — Surah An-Naziat 79:25
Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və əvvəlinci sözlərinin cəzasını verdi)
Verse 26 — Surah An-Naziat 79:26
Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır
Verse 27 — Surah An-Naziat 79:27
(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı
Verse 28 — Surah An-Naziat 79:28
Qübbəsini ucaltdı, düzəldib nizama saldı
Verse 29 — Surah An-Naziat 79:29
Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi
Verse 30 — Surah An-Naziat 79:30
Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı)
Verse 31 — Surah An-Naziat 79:31
Ondan suyunu və otlağını çıxartdı
Verse 32 — Surah An-Naziat 79:32
(Orada) dağları yerləşdirdi
Verse 33 — Surah An-Naziat 79:33
(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür
Verse 34 — Surah An-Naziat 79:34
O böyük bəla (qiyamət) gələndə
Verse 35 — Surah An-Naziat 79:35
O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır
Verse 36 — Surah An-Naziat 79:36
Cəhənnəm də hər görənə görünəcəkdir
Verse 37 — Surah An-Naziat 79:37
Kim (dünyada) azğınlıq etmişsə
Verse 38 — Surah An-Naziat 79:38
Dünyanı (axirətdən) üstün tutmuşsa
Verse 39 — Surah An-Naziat 79:39
Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir
Verse 40 — Surah An-Naziat 79:40
Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə
Verse 41 — Surah An-Naziat 79:41
Həqiqətən, onun yurdu Cənnətdir
Verse 42 — Surah An-Naziat 79:42
(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar
Verse 43 — Surah An-Naziat 79:43
Sən onu (onun vaxtını) nə bilirsən
Verse 44 — Surah An-Naziat 79:44
Onu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur
Verse 45 — Surah An-Naziat 79:45
Sən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən
Verse 46 — Surah An-Naziat 79:46
Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar