Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 80 - Abasa
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Abasa 80:1
(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi
Verse 2 — Surah Abasa 80:2
Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı
Verse 3 — Surah Abasa 80:3
Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir
Verse 4 — Surah Abasa 80:4
Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir
Verse 5 — Surah Abasa 80:5
(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə
Verse 6 — Surah Abasa 80:6
Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan)
Verse 7 — Surah Abasa 80:7
Onun (küfrdən) təmizlənməsindən sənə nə
Verse 8 — Surah Abasa 80:8
Yüyürə-yüyürə sənin yanına gələn
Verse 9 — Surah Abasa 80:9
Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə
Verse 10 — Surah Abasa 80:10
Sən ondan üz çevirirsən
Verse 11 — Surah Abasa 80:11
Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir
Verse 12 — Surah Abasa 80:12
Kim istəsə, ondan öyüd alar
Verse 13 — Surah Abasa 80:13
(Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə
Verse 14 — Surah Abasa 80:14
(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz)
Verse 15 — Surah Abasa 80:15
(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir)
Verse 16 — Surah Abasa 80:16
(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər
Verse 17 — Surah Abasa 80:17
Ölsün (kafir) insan! O nə nankordur
Verse 18 — Surah Abasa 80:18
(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı
Verse 19 — Surah Abasa 80:19
(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi
Verse 20 — Surah Abasa 80:20
Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı
Verse 21 — Surah Abasa 80:21
Sonra onu öldürüb qəbrə qoydu
Verse 22 — Surah Abasa 80:22
Sonra da istədiyi vaxt onu dirildəcəkdir
Verse 23 — Surah Abasa 80:23
Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir
Verse 24 — Surah Abasa 80:24
İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik)
Verse 25 — Surah Abasa 80:25
Həqiqətən, Biz yağışı bol yağdırdıq
Verse 26 — Surah Abasa 80:26
Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq)
Verse 27 — Surah Abasa 80:27
Belə ki, orada dən (dənli bitkilər) göyərtdik
Verse 28 — Surah Abasa 80:28
Üzüm və yonca
Verse 29 — Surah Abasa 80:29
Zeytun və xurma (bağları)
Verse 30 — Surah Abasa 80:30
(Ağacları bir-birinə) sarmaşan bağçalar
Verse 31 — Surah Abasa 80:31
(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik
Verse 32 — Surah Abasa 80:32
(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür
Verse 33 — Surah Abasa 80:33
Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda)
Verse 34 — Surah Abasa 80:34
O gün insan qaçacaq öz qardaşından
Verse 35 — Surah Abasa 80:35
Anasından, atasından
Verse 36 — Surah Abasa 80:36
Zövcəsindən və oğullarından
Verse 37 — Surah Abasa 80:37
O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır)
Verse 38 — Surah Abasa 80:38
O gün bir çox üzlər parlayacaq
Verse 39 — Surah Abasa 80:39
Güləcək, sevinəcəkdir
Verse 40 — Surah Abasa 80:40
O gün bir çox üzlərə isə toz-torpaq qonacaq
Verse 41 — Surah Abasa 80:41
Onları zülmət (yaxud his) bürüyəcəkdir
Verse 42 — Surah Abasa 80:42
Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır