Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 81 - At-Takwir
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah At-Takwir 81:1
Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman
Verse 2 — Surah At-Takwir 81:2
Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman
Verse 3 — Surah At-Takwir 81:3
Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman
Verse 4 — Surah At-Takwir 81:4
(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman
Verse 5 — Surah At-Takwir 81:5
Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman
Verse 6 — Surah At-Takwir 81:6
Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman
Verse 7 — Surah At-Takwir 81:7
Ruhlar (bədənlərə) qovuşacağı zaman
Verse 8 — Surah At-Takwir 81:8
Diri-diri torpağa gömülən körpə qızdan
Verse 9 — Surah At-Takwir 81:9
“Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman
Verse 10 — Surah At-Takwir 81:10
Əməl dəftərləri açılacağı zaman
Verse 11 — Surah At-Takwir 81:11
Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman
Verse 12 — Surah At-Takwir 81:12
Cəhənnəm alovlandırılacağı zaman
Verse 13 — Surah At-Takwir 81:13
Və Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman
Verse 14 — Surah At-Takwir 81:14
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir
Verse 15 — Surah At-Takwir 81:15
And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara
Verse 16 — Surah At-Takwir 81:16
(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə)
Verse 17 — Surah At-Takwir 81:17
Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)
Verse 18 — Surah At-Takwir 81:18
Və sökülməkdə olan dan yerinə ki
Verse 19 — Surah At-Takwir 81:19
Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır
Verse 20 — Surah At-Takwir 81:20
(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir)
Verse 21 — Surah At-Takwir 81:21
(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e’tibarlı müvəkkildir
Verse 22 — Surah At-Takwir 81:22
(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir
Verse 23 — Surah At-Takwir 81:23
And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü
Verse 24 — Surah At-Takwir 81:24
O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir
Verse 25 — Surah At-Takwir 81:25
O (Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir
Verse 26 — Surah At-Takwir 81:26
Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz
Verse 27 — Surah At-Takwir 81:27
O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir
Verse 28 — Surah At-Takwir 81:28
Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün
Verse 29 — Surah At-Takwir 81:29
(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin)