Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 82 - Al-Infitar
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Infitar 82:1
Göy parçalanacağı zaman
Verse 2 — Surah Al-Infitar 82:2
Ulduzlar dağılıb səpələnəcəyi zaman
Verse 3 — Surah Al-Infitar 82:3
Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman
Verse 4 — Surah Al-Infitar 82:4
Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman
Verse 5 — Surah Al-Infitar 82:5
Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir
Verse 6 — Surah Al-Infitar 82:6
Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir
Verse 7 — Surah Al-Infitar 82:7
O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı
Verse 8 — Surah Al-Infitar 82:8
Sənə Özü istədiyi surətdə biçim verdi
Verse 9 — Surah Al-Infitar 82:9
Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız
Verse 10 — Surah Al-Infitar 82:10
Sizin üstünüzdə gözətçi mələklər
Verse 11 — Surah Al-Infitar 82:11
(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır
Verse 12 — Surah Al-Infitar 82:12
Onlar sizin nə etdiklərinizi bilirlər
Verse 13 — Surah Al-Infitar 82:13
Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö’minlər) Cənnətdə qərar tutacaqlar
Verse 14 — Surah Al-Infitar 82:14
Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar
Verse 15 — Surah Al-Infitar 82:15
Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar
Verse 16 — Surah Al-Infitar 82:16
Onlar əsla oradan çıxan deyillər
Verse 17 — Surah Al-Infitar 82:17
(Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir
Verse 18 — Surah Al-Infitar 82:18
Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət)
Verse 19 — Surah Al-Infitar 82:19
O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır