Back to Languages

Azerbaijani - Chapter 83 - Al-Mutaffifin

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Mutaffifin 83:1

Vay halına çəkidə və ölçüdə aldadanların

Verse 2 — Surah Al-Mutaffifin 83:2

O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar

Verse 3 — Surah Al-Mutaffifin 83:3

Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər

Verse 4 — Surah Al-Mutaffifin 83:4

Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi

Verse 5 — Surah Al-Mutaffifin 83:5

Özü də dəhşətli bir gündə

Verse 6 — Surah Al-Mutaffifin 83:6

O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar

Verse 7 — Surah Al-Mutaffifin 83:7

Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir

Verse 8 — Surah Al-Mutaffifin 83:8

Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi)

Verse 9 — Surah Al-Mutaffifin 83:9

O, yazılı bir kitabdır

Verse 10 — Surah Al-Mutaffifin 83:10

O gün vay halına yalan sayanların

Verse 11 — Surah Al-Mutaffifin 83:11

O kəslər ki, haqq-hesab gününü yalan sayarlar

Verse 12 — Surah Al-Mutaffifin 83:12

Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar

Verse 13 — Surah Al-Mutaffifin 83:13

Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər

Verse 14 — Surah Al-Mutaffifin 83:14

Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır

Verse 15 — Surah Al-Mutaffifin 83:15

Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar

Verse 16 — Surah Al-Mutaffifin 83:16

Sonra Cəhənnəmə varid qalacaqlar

Verse 17 — Surah Al-Mutaffifin 83:17

Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir

Verse 18 — Surah Al-Mutaffifin 83:18

Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır

Verse 19 — Surah Al-Mutaffifin 83:19

Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir

Verse 20 — Surah Al-Mutaffifin 83:20

O, yazılı bir kitabdır

Verse 21 — Surah Al-Mutaffifin 83:21

Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər

Verse 22 — Surah Al-Mutaffifin 83:22

Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar

Verse 23 — Surah Al-Mutaffifin 83:23

Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər

Verse 24 — Surah Al-Mutaffifin 83:24

Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən

Verse 25 — Surah Al-Mutaffifin 83:25

Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir

Verse 26 — Surah Al-Mutaffifin 83:26

Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar

Verse 27 — Surah Al-Mutaffifin 83:27

Ona təsnim (suyu) qatılmışdır

Verse 28 — Surah Al-Mutaffifin 83:28

O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər)

Verse 29 — Surah Al-Mutaffifin 83:29

Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər

Verse 30 — Surah Al-Mutaffifin 83:30

(Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər

Verse 31 — Surah Al-Mutaffifin 83:31

Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar

Verse 32 — Surah Al-Mutaffifin 83:32

Onlar (mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər

Verse 33 — Surah Al-Mutaffifin 83:33

Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir

Verse 34 — Surah Al-Mutaffifin 83:34

Bu gün isə mö’minlər kafirlərə güləcəklər

Verse 35 — Surah Al-Mutaffifin 83:35

Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər)

Verse 36 — Surah Al-Mutaffifin 83:36

Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar)