Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 84 - Al-Inshiqaq
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Inshiqaq 84:1
Göy yarılacağı
Verse 2 — Surah Al-Inshiqaq 84:2
Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman
Verse 3 — Surah Al-Inshiqaq 84:3
Yer uzanıb dümdüz olacağı
Verse 4 — Surah Al-Inshiqaq 84:4
Qoynunda olanları bayıra atıb boşaldacağı
Verse 5 — Surah Al-Inshiqaq 84:5
Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)
Verse 6 — Surah Al-Inshiqaq 84:6
Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına)
Verse 7 — Surah Al-Inshiqaq 84:7
Kimin əməl dəftəri sağ əlinə verilmişsə
Verse 8 — Surah Al-Inshiqaq 84:8
Onun yüngül haqq-hesab çəkiləcək
Verse 9 — Surah Al-Inshiqaq 84:9
Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır
Verse 10 — Surah Al-Inshiqaq 84:10
Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə
Verse 11 — Surah Al-Inshiqaq 84:11
O: “Ay öldüm!” – deyə şivən qopardacaq
Verse 12 — Surah Al-Inshiqaq 84:12
Və Cəhənnəmə vasil olacaqdır
Verse 13 — Surah Al-Inshiqaq 84:13
O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi
Verse 14 — Surah Al-Inshiqaq 84:14
Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır
Verse 15 — Surah Al-Inshiqaq 84:15
Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü
Verse 16 — Surah Al-Inshiqaq 84:16
And içirəm şəfəqə
Verse 17 — Surah Al-Inshiqaq 84:17
Gecəyə və (gecənin) qoynuna aldıqlarına
Verse 18 — Surah Al-Inshiqaq 84:18
Bədirlənməkdə olan aya ki
Verse 19 — Surah Al-Inshiqaq 84:19
Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz
Verse 20 — Surah Al-Inshiqaq 84:20
Onlara nə olub ki, iman gətirmirlər
Verse 21 — Surah Al-Inshiqaq 84:21
Özlərinə Qur’an oxunduqda səcdə etmirlər
Verse 22 — Surah Al-Inshiqaq 84:22
Əksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər
Verse 23 — Surah Al-Inshiqaq 84:23
Halbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir
Verse 24 — Surah Al-Inshiqaq 84:24
(Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə ver
Verse 25 — Surah Al-Inshiqaq 84:25
İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir