Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 86 - At-Tariq
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah At-Tariq 86:1
And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana)
Verse 2 — Surah At-Tariq 86:2
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir
Verse 3 — Surah At-Tariq 86:3
(O, zülməti yaran) parlaq ulduzdur
Verse 4 — Surah At-Tariq 86:4
Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın
Verse 5 — Surah At-Tariq 86:5
Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın
Verse 6 — Surah At-Tariq 86:6
O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır
Verse 7 — Surah At-Tariq 86:7
(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar
Verse 8 — Surah At-Tariq 86:8
Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir
Verse 9 — Surah At-Tariq 86:9
Bütün sirlərin aşkar olacağı o qiyamət günü
Verse 10 — Surah At-Tariq 86:10
(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar
Verse 11 — Surah At-Tariq 86:11
And olsun yağış sahibi olan göyə
Verse 12 — Surah At-Tariq 86:12
And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki
Verse 13 — Surah At-Tariq 86:13
Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır
Verse 14 — Surah At-Tariq 86:14
O, oyun-oyuncaq (əyləncə) deyildir
Verse 15 — Surah At-Tariq 86:15
Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular
Verse 16 — Surah At-Tariq 86:16
Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm
Verse 17 — Surah At-Tariq 86:17
Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver