Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 88 - Al-Ghashiyah
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Ghashiyah 88:1
(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı
Verse 2 — Surah Al-Ghashiyah 88:2
(O gün) bir çox üzlər zəlil görkəm alacaq
Verse 3 — Surah Al-Ghashiyah 88:3
(Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq
Verse 4 — Surah Al-Ghashiyah 88:4
Yanar oda girəcəkdir
Verse 5 — Surah Al-Ghashiyah 88:5
Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir
Verse 6 — Surah Al-Ghashiyah 88:6
Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır
Verse 7 — Surah Al-Ghashiyah 88:7
(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar
Verse 8 — Surah Al-Ghashiyah 88:8
(O gün) bir çox üzlər sevinəcək
Verse 9 — Surah Al-Ghashiyah 88:9
(Dünyadakı) zəhmətindən razı qalacaq
Verse 10 — Surah Al-Ghashiyah 88:10
(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq
Verse 11 — Surah Al-Ghashiyah 88:11
Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir
Verse 12 — Surah Al-Ghashiyah 88:12
Orada axar bulaq
Verse 13 — Surah Al-Ghashiyah 88:13
Orada uca taxtlar
Verse 14 — Surah Al-Ghashiyah 88:14
(Çeşmələr kənarında) piyalələr
Verse 15 — Surah Al-Ghashiyah 88:15
Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
Verse 16 — Surah Al-Ghashiyah 88:16
Və döşənmiş (nəfis) xalılar vardır
Verse 17 — Surah Al-Ghashiyah 88:17
Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır
Verse 18 — Surah Al-Ghashiyah 88:18
Göyə (baxmırlar ki) necə ucaldılmışdır
Verse 19 — Surah Al-Ghashiyah 88:19
Dağlara (baxmırlar ki) necə dikəldilmişdir
Verse 20 — Surah Al-Ghashiyah 88:20
Və yerə (baxmırlar ki) necə döşədilmişdir
Verse 21 — Surah Al-Ghashiyah 88:21
(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən
Verse 22 — Surah Al-Ghashiyah 88:22
Sən onların üzərində hakim deyilsən
Verse 23 — Surah Al-Ghashiyah 88:23
Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə
Verse 24 — Surah Al-Ghashiyah 88:24
Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər
Verse 25 — Surah Al-Ghashiyah 88:25
Şübhəsiz ki, onların axır dönüşü Bizədir
Verse 26 — Surah Al-Ghashiyah 88:26
Onlarla haqq-hesab çəkmək də Bizə aiddir