Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 89 - Al-Fajr
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Fajr 89:1
And olsun dan yerinə
Verse 2 — Surah Al-Fajr 89:2
And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə)
Verse 3 — Surah Al-Fajr 89:3
And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə)
Verse 4 — Surah Al-Fajr 89:4
And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)
Verse 5 — Surah Al-Fajr 89:5
Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur
Verse 6 — Surah Al-Fajr 89:6
(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)
Verse 7 — Surah Al-Fajr 89:7
Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)
Verse 8 — Surah Al-Fajr 89:8
(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı
Verse 9 — Surah Al-Fajr 89:9
(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)
Verse 10 — Surah Al-Fajr 89:10
Eləcə də saysız-hesabsız ordular sahibi Fir’ona
Verse 11 — Surah Al-Fajr 89:11
O kəslər ki, məmləkətlərdə tüğyan edir
Verse 12 — Surah Al-Fajr 89:12
Oralarda çoxlu fitnə-fəsad törədirlər
Verse 13 — Surah Al-Fajr 89:13
Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi
Verse 14 — Surah Al-Fajr 89:14
Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür
Verse 15 — Surah Al-Fajr 89:15
İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər
Verse 16 — Surah Al-Fajr 89:16
Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər
Verse 17 — Surah Al-Fajr 89:17
Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz)
Verse 18 — Surah Al-Fajr 89:18
Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz
Verse 19 — Surah Al-Fajr 89:19
Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz)
Verse 20 — Surah Al-Fajr 89:20
Mal-dövləti isə lap çox sevirsiniz
Verse 21 — Surah Al-Fajr 89:21
Xeyr! Yer dağılıb parça-parça olacağı
Verse 22 — Surah Al-Fajr 89:22
Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
Verse 23 — Surah Al-Fajr 89:23
Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası
Verse 24 — Surah Al-Fajr 89:24
O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir
Verse 25 — Surah Al-Fajr 89:25
O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz
Verse 26 — Surah Al-Fajr 89:26
(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz
Verse 27 — Surah Al-Fajr 89:27
(Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır:) “Ey (öz imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)
Verse 28 — Surah Al-Fajr 89:28
Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən
Verse 29 — Surah Al-Fajr 89:29
(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol
Verse 30 — Surah Al-Fajr 89:30
(Onlarla birlikdə) Cənnətimə varid ol!”