Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 90 - Al-Balad
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Balad 90:1
And içirəm bu şəhərə (Məkkəyə)
Verse 2 — Surah Al-Balad 90:2
Sənin yaşadığın (sənə halal olan) şəhərə
Verse 3 — Surah Al-Balad 90:3
And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki
Verse 4 — Surah Al-Balad 90:4
Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur)
Verse 5 — Surah Al-Balad 90:5
Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir
Verse 6 — Surah Al-Balad 90:6
Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir
Verse 7 — Surah Al-Balad 90:7
Məgər o heç kəsin onu görmədiyini güman edir
Verse 8 — Surah Al-Balad 90:8
Məgər Biz ona iki göz vermədikmi
Verse 9 — Surah Al-Balad 90:9
Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)
Verse 10 — Surah Al-Balad 90:10
Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi
Verse 11 — Surah Al-Balad 90:11
Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi)
Verse 12 — Surah Al-Balad 90:12
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir
Verse 13 — Surah Al-Balad 90:13
bir kölə azad etməkdir
Verse 14 — Surah Al-Balad 90:14
Yaxud aclıq günü (zamanı) yemək verməkdir
Verse 15 — Surah Al-Balad 90:15
Qohumluq əlaqəsi çatan bir yetimə
Verse 16 — Surah Al-Balad 90:16
Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə
Verse 17 — Surah Al-Balad 90:17
Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır
Verse 18 — Surah Al-Balad 90:18
Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir)
Verse 19 — Surah Al-Balad 90:19
Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir)
Verse 20 — Surah Al-Balad 90:20
Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər)