Back to Languages

Azerbaijani - Chapter 91 - Ash-Shams

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Ash-Shams 91:1

And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta)

Verse 2 — Surah Ash-Shams 91:2

And olsun (günəşin) ardınca çıxan aya

Verse 3 — Surah Ash-Shams 91:3

And olsun onu (günəşi) parlaq edən gündüzə

Verse 4 — Surah Ash-Shams 91:4

And olsun onu (günəşi) örtən gecəyə

Verse 5 — Surah Ash-Shams 91:5

And olsun göyə və onu yaradana

Verse 6 — Surah Ash-Shams 91:6

And olsun yerə və onu döşəyənə

Verse 7 — Surah Ash-Shams 91:7

And olsun nəfsə və onu yaradana (ona biçim verənə)

Verse 8 — Surah Ash-Shams 91:8

Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki

Verse 9 — Surah Ash-Shams 91:9

Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır

Verse 10 — Surah Ash-Shams 91:10

Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır

Verse 11 — Surah Ash-Shams 91:11

Səmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi

Verse 12 — Surah Ash-Shams 91:12

Onların ən rəzili (Allahın bir mö’cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman

Verse 13 — Surah Ash-Shams 91:13

Allahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın)

Verse 14 — Surah Ash-Shams 91:14

Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi

Verse 15 — Surah Ash-Shams 91:15

(Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir)