Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 92 - Al-Layl
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Layl 92:1
And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə
Verse 2 — Surah Al-Layl 92:2
And olsun işıqlanmaqda olan gündüzə
Verse 3 — Surah Al-Layl 92:3
And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki
Verse 4 — Surah Al-Layl 92:4
Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız)
Verse 5 — Surah Al-Layl 92:5
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa
Verse 6 — Surah Al-Layl 92:6
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə
Verse 7 — Surah Al-Layl 92:7
Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik
Verse 8 — Surah Al-Layl 92:8
Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa
Verse 9 — Surah Al-Layl 92:9
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa
Verse 10 — Surah Al-Layl 92:10
Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq)
Verse 11 — Surah Al-Layl 92:11
(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz
Verse 12 — Surah Al-Layl 92:12
Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir)
Verse 13 — Surah Al-Layl 92:13
Axirət də Bizim, dünya da Bizimdir
Verse 14 — Surah Al-Layl 92:14
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum
Verse 15 — Surah Al-Layl 92:15
Ora ancaq azğın (kafir) daxil olar
Verse 16 — Surah Al-Layl 92:16
O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər
Verse 17 — Surah Al-Layl 92:17
Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar)
Verse 18 — Surah Al-Layl 92:18
O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər
Verse 19 — Surah Al-Layl 92:19
O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz)
Verse 20 — Surah Al-Layl 92:20
O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər
Verse 21 — Surah Al-Layl 92:21
And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır