Back to Languages

Azerbaijani - Chapter 93 - Ad-Duhaa

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Ad-Duhaa 93:1

Verse 2 — Surah Ad-Duhaa 93:2

And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki

Verse 3 — Surah Ad-Duhaa 93:3

(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu

Verse 4 — Surah Ad-Duhaa 93:4

Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir

Verse 5 — Surah Ad-Duhaa 93:5

Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan

Verse 6 — Surah Ad-Duhaa 93:6

Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi

Verse 7 — Surah Ad-Duhaa 93:7

Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi

Verse 8 — Surah Ad-Duhaa 93:8

Səni yoxsul ikən tapıb dövlətli etmədimi

Verse 9 — Surah Ad-Duhaa 93:9

Elə isə yetimə zülm etmə

Verse 10 — Surah Ad-Duhaa 93:10

Dilənçini də (qapıdan) qovma

Verse 11 — Surah Ad-Duhaa 93:11

Və (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç