Back to Languages

Azerbaijani - Chapter 96 - Al-Alaq

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Alaq 96:1

(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu

Verse 2 — Surah Al-Alaq 96:2

O, insanı laxtalanmış qandan yaratdı

Verse 3 — Surah Al-Alaq 96:3

(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir

Verse 4 — Surah Al-Alaq 96:4

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi

Verse 5 — Surah Al-Alaq 96:5

(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi

Verse 6 — Surah Al-Alaq 96:6

Xeyr, insan azğınlıq edər

Verse 7 — Surah Al-Alaq 96:7

Özünün dövlətli olduğunu gördüyü üçün

Verse 8 — Surah Al-Alaq 96:8

Axı sənin axır dönüşün Rəbbinədir

Verse 9 — Surah Al-Alaq 96:9

Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur

Verse 10 — Surah Al-Alaq 96:10

Bir bəndəyə (sənə) namaz qıldığı vaxt

Verse 11 — Surah Al-Alaq 96:11

Bir de görək, əgər o doğru yoldadırsa

Verse 12 — Surah Al-Alaq 96:12

Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)

Verse 13 — Surah Al-Alaq 96:13

(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə

Verse 14 — Surah Al-Alaq 96:14

Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür

Verse 15 — Surah Al-Alaq 96:15

Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik

Verse 16 — Surah Al-Alaq 96:16

Özü də yalançı, günahkar kəkilindən

Verse 17 — Surah Al-Alaq 96:17

Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın

Verse 18 — Surah Al-Alaq 96:18

Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq

Verse 19 — Surah Al-Alaq 96:19

Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş