Back to Languages

Azerbaijani - Chapter 98 - Al-Bayyinah

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Bayyinah 98:1

Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər

Verse 2 — Surah Al-Bayyinah 98:2

(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır)

Verse 3 — Surah Al-Bayyinah 98:3

O səhifələrdə doğru-dürüst hökmlər vardır

Verse 4 — Surah Al-Bayyinah 98:4

Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı)

Verse 5 — Surah Al-Bayyinah 98:5

Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur

Verse 6 — Surah Al-Bayyinah 98:6

Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər

Verse 7 — Surah Al-Bayyinah 98:7

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır

Verse 8 — Surah Al-Bayyinah 98:8

Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür