Back to Languages

Azerbaijani - Chapter 99 - Az-Zalzalah

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Az-Zalzalah 99:1

Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman

Verse 2 — Surah Az-Zalzalah 99:2

Yer öz yükünü çıxardıb atacağı zaman

Verse 3 — Surah Az-Zalzalah 99:3

İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman

Verse 4 — Surah Az-Zalzalah 99:4

Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir

Verse 5 — Surah Az-Zalzalah 99:5

Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)

Verse 6 — Surah Az-Zalzalah 99:6

O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar)

Verse 7 — Surah Az-Zalzalah 99:7

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır)

Verse 8 — Surah Az-Zalzalah 99:8

Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)