Və Rəbbinizdən bagıslanmagınızı diləyəsiniz. Sonra Ona tovbə edin ki, muəyyən bir muddət (omrunuzun sonunadək) sizə yaxsı gun-guzəran versin və hər bir əməl sahibinə (əməlinin) mukafatını ehsan buyursun. Əgər (imandan, mənim də’vətimdən, oyud-nəsihətimdən) uz dondərsəniz, bilin ki, mən (musibəti) boyuk gunun (qiyamət gununun) sizə uz verəcək əzabından qorxuram
Bilin ki, (kafirlər və munafiqlər) Allahdan gizlənmək (kufrlərini, ikiuzluluklərini Peygəmbərdən və mo’minlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bukərlər). Xəbərdar olun ki, onlar libaslarına burundukdə belə, Allah onların gizli saxladıqları və askar etdikləri hər seyi (butun gizli və askar əməllərini) bilir. Allah urəklərdə olanları biləndir
Yer uzundə yasayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dunyadakı) sıgınacaqlarını da, əmanət qoyulacaq (olub dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı acıq-askar kitabdadır (lovhi-məhfuzdadır)
Ərsi su uzərində ikən hansınızın daha gozəl əməl (itaət) sahibi olacagını sınayıb bilmək ucun goyləri və yeri altı gundə yaradan Odur. (Ya Peygəmbərim!) Əgər desən ki: “Siz oləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, acıq-askar sehrdən (yalandan) basqa bir sey deyildir!” – deyə cavab verərlər
Əgər onlara gələcək əzabı az bir muddət yubatsaq, sozsuz ki, (istehza ilə): “Bu əzabı gecikdirən (ona mane olan) nədir?” – deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gun dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər
Əgər basına gələn bir musibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mutləq: “Artıq fəlakətlər məndən sovusdu” - deyər və sozsuz ki, sevinib oyunər
(Ya Rəsulum!) Musriklərin: “Hec olmasa, (Peygəmbərliyinin dogrulugunu təsdiq etmək ucun) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” – deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bə’zi ayələri dərhal təblig etməyib tə’xirə salmalı) olacaqsan və (bə’zən) buna gorə urəyin qısılacaq! Sən ancaq (musrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peygəmbərsən. Allah isə hər seyə vəkildir
Yoxsa (musriklər): “Onu (Qur’anı) ozundən uydurdu!” - deyirlər. (Onlara) de: “Əgər dogru deyirsinizsə, onun kimi ozunuzdən on surə uydurub gətirin və (bu isdə) Allahdan basqa, kimi bacarırsınızsa, onu da koməyə cagırın
Yox, əgər (koməyə cagırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmusdur. Ondan basqa hec bir tanrı yoxdur! (Butun bunlardan sonra) islamı qəbul etməzmisiniz
Kim (axirətdən vaz kecib) dunyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (saglamlıq, sərvət, ovlad, gozəl yasayıs) elə orada (dunyada) verərik. Onların dunyadakı mukafatları əsla azaldılmaz. (Dunyada yaxsı islər gorub e’tiqadı olmayan səxsə axirətdə dunyəvi əməlləri hec bir fayda verməz. Cunki Allah ona dunyadakı yaxsı əməllərinin əvəzini elə dunyanın ozundə verər)
Məgər Rəbbindən acıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir sahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (oz umməti ucun) bir rəhbər və mərhmət olan kitabının (Tovratın) təsdiq etdiyi kimsə (dunyaya meyl edənlər, ona bel baglayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən musəlmanlar) Qur’ana inanırlar. (Ya Rəsulum!) Qur’anı inkar edən zumrənin (butun musriklərin və kafirlərin) və’d olundugu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində subhəyə dusmə. O sənin Rəbbindən (gələn) haqdır, lakin insanların (Məkkə əhlinin) əksəriyyəti (buna) inanmaz
Allaha iftira yaxandan (oz sozunu yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın huzuruna gətirilər, sahidlər (mələklər, peygəmbərlər, butun məxluqat, yaxud insanın oz bədəninin uzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan soyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər
Onlar yer uzundə (Allahı) aciz qoya (Allahın əzabından qacıb canlarını qurtara) bilməzlər. Allahdan basqa onların koməyinə cata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gozləyir. Onlar (haqqı) esidə bilməz və (onu) gorməzlər
Bu iki tayfanın (kafirlərin və mo’minlərin) vəziyyəti korla karın, gorənlə esidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız
(Nuh) tayfasının kafir ə’yan-əsrafı dedilər: “Biz səni ancaq ozumuz kimi (adi) bir insan sayır, elə ilk baxısda yalnız icimizdəki səfillərin (cutcu, pinəci, dəmirci, dərzi və i. a.) sənə uydugunu goruruk. Eyni zamanda sizin bizdən (hec bir seydə) ustun oldugunuzu da gormuruk. Əksinə, biz sizi yalancı hesab edirik!”
(Nuh) dedi: “Ey camaatım! Bir deyin gorək. Əgər mən Rəbbimdən acıq-aydın bir dəlilə (mo’cuzəyə) istinad etsəm, Rəbbim mənə Ozundən bir mərhəmət (peygəmbərlik) bəxs etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gozunuz onu gorməyə qadir olmasa), istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik
Ey camaatım! Mən peygəmbərliyi təblig etməyə gorə sizdən bir mal, mukafat istəmirəm. Mənim mukafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar (qiyamət gunu) oz Rəbbi ilə qarsılasacaqlar. Lakin mən sizi cahil bir tayfa gorurəm
Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdıgınız kəslərə (iman gətirən yoxsullara) Allahın hec bir xeyir verməyəcəyini də demirəm. Onların urələrində olanı (hamıdan yaxsı) Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sozləri desəm), onda subhəsiz ki, zalımlardan olaram!”
Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, hec bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun huzuruna qaytarılacaqsınız!”
Yoxsa (Məkkə musrikləri): “O (Muhəmməd) onu (Qur’anı və ya Nuha dair xəbərləri) ozundən uydurdu!” – deyirlər. Onlara belə cavab ver: “Əgər mən onu ozumdən uydururamsa, gunahı mənim boynumadır. Mən isə sizin torətdiyiniz gunahlardan uzagam!”
Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlədrən basqa, tayfandan daha hec kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə gorə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zulmundən qurtararıq)
Nəzarətimiz altında və vəhyimiz uzrə (sənə oyrədəcəyimiz kimi) gəmini duzəlt, zulm edənlər barəsində mənə muraciət etmə (onların bagıslanmalarını Məndən xahis etmə). Cunki onlar suda bogulacaqlar!”
(Nuh) gəmini duzəldir, ummətinin ə’yan-əsrafı isə yanından otub-kecdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoydugunuz kimi məsxərəyə qoyacagıq
Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadıgı (təndirdən və ya yer uzundən, yaxud gəminin qazanından su qaynayıb dasdıgı) zaman (Nuha) dedik: “Hər heyvandan biri erkək, biri disi olmaqla bir cut, həmcinin əleyhinə (olumunə) əvvəlcədən hokm verilmis səxslər istisna olmaqla, qalan ailə uzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə (tayfasından) cox az adam iman gətirmisdi
Gəmi onları daglar kimi (yuksək) dalgaların ici ilə apardıgı zaman Nuh (gəmidən) aralı olan oglunu (Kən’anı) haraylayıb dedi: “Oglum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
(Oglu ona) belə cavab verdi: “Mən bir daga sıgınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən basqa, bu gun hec kəs (insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, dalga ata ilə ogulun arasına girib onları bir-birindən ayırdı və o da suda bogulanlardan oldu
(Allahdan bir əmr olaraq:) “Ey yer! Suyunu ud! Ey goy! (Yagısını) saxla (acıl)!” – deyildi. Su cəkildi. Is bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dagı uzərində oturdu və: “Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!” – deyildi
Nuh Rəbbinə (dua ilə) muraciət edib dedi: “Ey Rəbbim! Oglum (Kən’an) mənim ailə uzvlərimdəndir. Sənin və’din, sozsuz ki, haqdır. Sən hakimlərin hakimisən!”
(Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Cunki o (kufr etməklə) pis bir is gormusdur. (Və ya sənin Məndən onu xilas etmək xahisin yaxsı is deyildir). Elə isə bilmədiyin bir seyi Məndən istəmə. Sənə cahillərdən olmamagı tovsiyə edirəm (məsləhət gorurəm)”
(Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir seyi Səndən istəməkdən (belə bir isə cur’ət etməkdən) Sənə sıgınıram. Əgər məni bagıslamasan, rəhm etməsən, ziyana ugrayanlardan olaram!”
(Sonra) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan torənəcək (mo’min) ummətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxs edilməklə (gəmidən) en. (Gələcəkdə sizin nəsildən olub kufr edəcək) bə’zi ummətlərə də (dunyada) dolanısıq verəcək, sonra isə (axirətdə) onları siddətli bir əzaba ducar edəcəyik!”
Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ummətin bilirdi. (Ya Peygəmbərim! Musriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gozəl) aqibət muttəqilərindir
Ad tayfasına da qardasları Hudu (peygəmbər gondərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan basqa hec bir tanrınız yoxudr. Siz isə (Allaha sərik qosmaqla) yalnız iftiracısınız
Ey camaatım! Mən buna (peygəmbərliyi təblig etməyə) gorə sizdən hec bir mukafat istəmirəm. Mənim mukafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz
Ey camaatım! Rəbbinizdən bagıslanmanızı diləyin. Sonra Ona tovbə edin ki, goydən sizə bollu (peydərpey) yagıs gondərsin, quvvətinizin ustunə bir quvvət də artırsın. (Mənim də’vətimdən və imandan) gunahkar olaraq uz cevirməyin!”
Biz ancaq bunu deyirik ki, bə’zi tanrılarımız (onlara tapınmagımızı qadagan etdiyinə gorə) sənə sədəmə (xətər) toxundurmusdur (ona gorə də agzına gələni danısırsan)”. (Hud) belə cavab verdi: “Allahı sahid tuturam və siz də sahid olun ki, mən sizin (Rəbbinizə) qosdugunuz səriklərdən uzagam
Mən ozumun və sizin Rəbbiniz olan Allaha təvəkkul etdim. (Yer uzundə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim duz yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını oz əməli muqabilində verir. Hec kəsin haqqını tapdalayıb mukafatını azaltmır. Mo’minə Cənnət, kafirə isə Cəhənnəm qismət edir)
Əgər (imandan) uz cevirsəniz, bilin ki, mən (Allahın mənə lutf etdiyi peygəmbərliyi, buyurdugu hokmləri) sizə təblig etdim. Rəbbim yerinizə basqa bir ummət gətirər və siz (Ona) hec bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər seyi hifz edəndir!”
(Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları siddətli əzabdan qurtardıq
Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peygəmbərlərinə qarsı cıxdılar (peygəmbərlərin hamısı tovhid, təkallahlılıq təblig etdiklərinə gorə bir peygəmbərə qarsı cıxan kimsə butun peygəmbərlərə qarsı cıxmıs olur), baslarının ustundə duran hər bir inadkar boyuyun əmrinə tabe oldular
Və, beləliklə, dunyada da, qiyamət gunundə də lə’nətə ugradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmisdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı cəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul–Irəmdir ki, ona Zatul–Imad da deyilir. Onları bir-birindən fərqləndirmək ucun burada birinci Ad qəbiləsi Hud qovmu adlandırılır)
Səmud qovmunə də qardasları Salehi (peygəmbər gondərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan basqa hec bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun omur verdi). (Allahdan) bagıslanmagınızı diləyin, sonra da Ona tovbə edin. Həqiqətən, Rəbbim (Oz elmi, qudrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!”
Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl icərimizdə (boyuyumuz, agsaqqalımız olmaga) umid edilən bir adam idin. Indi atalarımızın ibadət etdiyinə (butlərə, tanrılara) ibadət etməyi bizə qadaganmı edirsən? Dogrusu, biz sənin bizləri də’vət etdiyin (tovhid) barədə səkk-subhə icindəyik”
(Saleh onlara) belə cavab verdi: “Ey camaatım! Bir deyin gorək. Əgər mənim Rəbbimdən askar bir mo’cuzə olsa, O mənə Ozundən bir mərhəmət (peygəmbərlik) lutf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan basqa bir sey artırmayacaqsınız
Ey camaatım! Allahın bu disi (maya) dəvəsi sizin ucun bir mo’cuzədir. Qoyun Allahın torpagında otlasın, ona bir pislik etməyin, yoxsa siddətli bir əzaba ducar olarsınız!”
Onlar (dəvəni) tutub (ayaqlarından) kəsdilər. (Saleh də onlara) dedi: “Daha uc gun yurdunuzda yasayıb kef cəkin. Bu elə bir və’ddir (sozdur) ki, yalan cıxmaz!”
(Saleh tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o gunun rusvaycılıgından qurtardıq. Həqiqətən, Rəbin yenilməz qudrət sahibi, quvvət sahibidir
Sanki onlar hec yasamamısdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmisdi. Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu
Həqiqətən, elcilərimiz (mələklər) Ibrahimə mujdə (Ishaqın anadan olacagı xəbərini) gətirib: “Salam!” – dedilər. (Ibrahim də:) “Salam!” – deyə cavab verdi və dərhal (gedib onlara) qızarmıs bir buzov gətirdi
(Ibrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gordukdə onların bu hərəkəti xosuna gəlmədi və qorxuya dusdu. Onlar dedilər: “Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək ucun) gondərilmisik!”
(Ibrahimin) arvadı (Sara pərdə arxasında) durmusdu (və ya qonaqlara qulluq edirdi). O (bu sozləri esidib Lut tayfasının basına gələcək musibətdən qafil olduguna sevinərək və ya qoca yasında oglu olacagına təəccublənərək) guldu. Bundan sonra Biz onu Ishaqla, Ishaqın da ardınca Yə’qubla (Ishaqın, ondan sonra Yə’qubun dunyaya gələcəyi ilə) mujdələdik
(Ibrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kisi oldugu halda, mən necə doga bilərəm?! Bu cox təəccublu bir seydir!”
(Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir seyə) təəccubmu edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti ustunuzdə olsun. Allah tə’riflənib sukur olunmaga, oyulub mədh edilməyə layiqdir!” (Allahın butun isləri bəyənilmisdir. O, tukənməz və əvəzsiz ne’mət, ehsan və kərəm sahibidir)
Ibrahimin qorxusu cəkildikdə və ona (Ishaqın dogulacagı haqqında) mujdə gəldikdə Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mubahisə etməyə basladı. (Əzabın onlardan dəf edilməsini istədi)
Həqiqətən, Ibrahim həlim xasiyyətli, (həmisə dua edərək) yalvarıb-yaxaran və ozunu tamamilə (Allaha) təslim etmis bir zat idi. (Ibrahimin mələklərlə mubahisəsi onun bu yuksək keyfiyyətlərindən irəli gəlirdi)
Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri gorməzdən) əvvəl də pis islər gorurdulər. (Lut onlara) dedi: “Ey qovmum! Bunlar (balalarım və ya ummətimin qadınları) mənim qızlarımdır (onlardan səriətə muvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin ucun daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rusvay etməyin. Məgər aranızda (sizə yaxsı islər gorməyi əmr edən, pis isləri yasaq edən) aglı basında bir adam yoxdur?”
(Lut) dedi: “Kas sizə catan bir gucum-quvvətim olaydı, yaxud mohkəm bir arxaya soykənəydim (alınmaz bir qalaya və ya guclu bir qəbiləyə pənah apara biləydim)!”
(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elciləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə cıx get. Hec kəs donub geri baxmasın. Təkcə ovrətin istisnadır. Onlara toxunacaq əzab ovrətinə də toxunacaqdır. Onların (olum) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”
(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını ustunə cevirdik və uzərinə odda bismis (bir-birinə bitisik) bərk daslar yagdırdıq
Onlara Rəbbinin dərgahında əlamət qoyulmus (hər das kimə dəyəcəkdisə, ustunə adı yazılmısdı). (Ya Rəsulum!) O (daslar sənin ummətin icərisində olan) zalımlardan də uzaq deyildir! (Əgər sirkdən və kufrdən tovbə edib əl cəkməsələr, onların da basına yagar)
Mədyən əhlinə də qardasları Sueybi (peygəmbər gondərdik). O dedi: “Ey qovmum! Allaha ibadət edin. Sizin Ondan basqa hec bir tanrınız yoxdur. Olcunu və cəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət icində (firavan yasamaqda) gorurəm. Bununla belə (Allahın hokmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) buruyəcək bir gunun əzabından qorxuram
Ey qovmum! Olcudə və cəkidə duz (ədalətli) olun. Insanların hec bir seydə haqqını əskiltməyin (adamların mallarının dəyərini asagı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer uzundə gəzib fitnə-fəsad torətməyin
Əgər mo’minsinizsə, (bilin ki, olcudə və cəkidə duz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dunyada və axirətdə) sizin ucun daha xeyirlidir. Mən də sizə nəzarətci deyiləm!”
Onlar (istehza ilə) dedilər: “Ey Sueyb! Atalarımızın tapındıgı butləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz kecməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən dogrudan da, həlim xasiyyətlisən, cox agıllısan!”
(Sueyb onlara) belə cavab verdi: “Ey qovmum! Bir deyin gorək! Əgər mən Rəbbimdən askar bir mo’cuzə ilə gəlsəm və Rəbbim mənə Oz dərgahından gozəl (halal) bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən oz Rəbbimə asi ola bilərəmmi?) Mən sizə yasaq buyurdugum seyin əksinə gedib onu ozum etmək istəmirəm. Mən yalnız bacardıgım qədər sizi islah etmək istəyirəm. Mənim (bu isdə) muvəffəqiyyətim yalnız Allahın koməyilədir. Mən yalnız Ona təvəkkul etdim və məhz Onun huzuruna donəcəyəm
Ey qovmum! Mənə qarsı olan ədavətiniz (qorxun ki) Nuh tayfasının, Hud camaatının və Saleh qovmunun basına gələnləri sizin də basınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! (Mənə qarsı dusməncilik etsəniz, onların basına gələn musibətlər, sizin də basınıza gələr)
Onlar dedilər: “Ey Sueyb! Dediklərinin coxunu basa dusmur və səni aramızda zəif (gucsuz) goruruk. Əgər əsirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni dasqalaq edərdik. Yoxsa sən bizim ucun əziz (hormətli) bir adam deyilsən!”
(Sueyb) dedi: “Ey qovmum! Məgər mənim əsirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir
Ey qovmum! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rusvayedici əzabın kimə gələcəyini və kimin yalancı oldugunu biləcəksiniz. (Əzabı) gozləyin. Dogrusu, mən də sizinlə birlikdə gozləyirəm!”
(Sueyb tayfasının məhvi barəsində) əmriniz gəldikdə Ozumuzdən bir mərhəmət olmaqla, Sueybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zulm edənləri isə, dəhsətli (tukurpədici) bir səs burudu və onlar oz evlərində diz ustə cokub qaldılar (bir goz qırpımında məhv oldular)
Biz onlara zulm etmədik. Onlar ozləri ozlərinə zulm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara hec bir fayda vermədi (əsla əzabdan xilas edə bilmədi), əksinə, yalnız ziyanlarını artırdı
Butun bu deyilənlərdə axirət əzabından qorxan səxs ucun həqiqi bir ibrət dərsi vardır. Bu (butun) insanların bir yerə cəm ediləcəyi, hamının sahid olacagı bir gundur
Rəbbinin istədiyi (tovhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi–goylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Gunahkar mo’minlər kafirlərdən fərqli olaraq bir muddət Cəhənnəmdə qalıb gunahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər)
Xosbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bə’zi kamil mo’minlərin daha yuksək mərtəbələrə - ərsi-ə’laya qalxması, bir muddət Cəhənnəmdə əylənməsi və Allahın izni ilə onlara gunahkarlardan otru səfaət etmək sərəfi nəsib olmasından) əlavə, tukənməz bir ne’mət kimi goylər və yer durduqca orada əbədi qalacaqlar
Elə isə bunların (butpərəstlərin) tapındıqlarının (butlərin) batil olmasına subhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik
Biz Musaya kitab (Tovrat) verdik və onun (Qur’anın) barəsində də ixtilaf dusdu (yəhudilərin bə’zisi isə inanmadı). Əgər Rəbbindən oncə bir soz (ilahi hokm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), subhəsiz ki, (hələ dunyada ikən) isləri bitmisdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə musrikləri) onun (Qur’anın) barəsində də səkk-subhədədirlər
(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, duz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tovbə edib ardınca gedənlər) də duz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi asmayın, cunki O sizin nə etdiklərinizi gorəndir
Zulm edənlərə (rəgbət bəsləməklə, komək gostərməklə) meyl etməyin, yoxsa sizə atəs toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan basqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dunyada da, axirətdə də Onun əzabından hec bir) komək olunmaz
(Ya Rəsulum!) Namazı gunduzun iki basında (gunortadan əvvəl və sonra, yə’ni səhər, gunorta və gun batan cagı və ya gunun iki basında, yə’ni səhər-axsam) və gecənin (gunduzə yaxın) bə’zi saatlarında (axsam və gecə vaxtı) qıl. Həqiqətən, (bes vaxt namaz kimi) yaxsı əməllər pis isləri (kicik gunahları) yuyub aparar. Bu, (Allahın mukafatını və cəzasını) yada salanlara oyud-nəsihətdir (xatırlatmadır)
Barı, sizdən əvvəlki nəsillərin agıl və fəzilət (hunər) sahibləri yer uzundə fitnə-fəsad torətməyi qadagan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar kecmis peygəmbərlərin əshabələridir ki, insanlara yaxsı islər gorməyi əmr edər, pis isləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmis ne’mətə (dunyanın ləzzətinə) uydular və gunahkar oldular
Əgər Rəbbin, istəsəydi butun insanları (eyni dində olan) tək bir ummət edərdi. Onlar (yəhudi, xacpərəst, atəspərəst və i. a. olmaqla dinləri barəsində) hələ də ixtilafdadırlar
Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun ucun (belə bir ixtilafa dusduklərinə gorə xosbəxt və bədbəxt, mo’min və kafir, cənnət və cəhənnəm əhli) yaratmısdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, ozlərini necə aparacaqlarını əzəldən bildiyi ucun onların butun gələcək islərini və hərəkətlərini oz qudrət qələmi ilə lovhi-məhfuzda yazmısdır). Artıq Rəbbinin (mələklərə dediyi): “Mən Cəhənnəmi (Allahı inkar edən) butun cinlər və insanlarla dolduracagam!” - sozu tamamilə yerinə yetdi
(Ya Rəsulum!) Biz peygəmbərlərin xəbərlərindən (baslarına gələnlərdən) urəyini mohkəmləndirəcək (qəlbinə quvvət verəcək) nə varsa, (hamısını) sənə nagıl edirik. Bu (surə) sənə haqq, mo’minlərə isə moizə və oyud-nəsihət olaraq gəlmisdir
Goylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Butun islər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkul elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir