(Yuxuda gorduyu kimi) Rəbbin səni (basqalarından) secib ustun tutacaq, sənə yuxu yozmagı oyrədəcək, bundan əvvəl babaların Ibrahimə və Ishaqa ne’mətini tamamlayıb (peygəmbərlik) verdiyi kimi, sənə və Yə’qub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər seyi) biləndir, hikmət sahibidir!”
Bir zaman (Yusifin qardasları oz aralarında) belə demisdilər: “Biz (bir-birimizə baglı, sayca cox, guclu) bir dəstə oldugumuz halda, Yusif və onun (atabir-anabir) qardası (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız acıq-askar səhv edir!”
(Aralarında biri dedi:) “Yusifi oldurun və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tovbə edib) əməlisaleh bir camaat olarsınız!”
(Qardasları) onu (Yusifi) goturub (colə) apararkən onu quyuya atmaq ucun sozu bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaslarına) ozlərinin bu isi barəsində hec gozləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik
Və dedilər: “Ata! Biz (at capmaq, yaxud qacısıb-otusmək və ya ox atmaqda) bir-birimizlə yarısmaq ucun (səhraya) getmisdik və Yusifi seylərimizin (libaslarımızın) yanında qoymusduq. Bir də xəbər tutduq ki, qurd onu yemisdir. Indi biz dogru danıssaq da, sən bizə inanmayacaqsan!”
Onlar (Yusifin) koynəyinin ustunə yalandan bir qan (ləkəsi yaxıb) gətirmisdilər. (Yə’qub) dedi: “Xeyr (hec də dediyiniz kimi deyildir), sizin oz nəfsiniz sizi bu isə sovq etmisdir (cirkin əməlinizi sizə gozəl gostərmisdir). Mənə yalnız gozəl (tukənməz, dozumlu) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan oldugunu subut etməkdən) otru ancaq Allahdan komək diləmək lazımdır!”
Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə musafir (karvan əhli bu yerə) gəlib sucularını (su dalınca) gondərdilər. (Sucu) qabını suya salan kimi: “Mujdə! Bu bir oglandır! – dedi. Onlar (musafirlər və ya qardasları Yusifi) satdıq bir sey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin basına nə oyunlar acdıgını) biləndir
(Yusifi tə’qib edən qardasları isin nə yerdə oldugunu bildikdə: “Bu bizim qacmıs koləmizdir! – deyə) onu dəyərsiz bir qiymətə - bir necə dirhəmə satdılar və (bu isdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yə’qubdan ayırmaq məqsədini guddukləri ucun qardaslarını baha məbləgə satmaga) tamah gostərmədilər
(Yusifi) Misirdə satın alan (padsahın Əziz ləqəbli vəziri Qitfir) oz zovcəsinə belə dedi: “Ona hormət et (yaxsı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu ogulluga goturək!” Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləsdirdik, həm də ona yuxu yozmagı oyrətdik. Allah Oz isində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz
(Yusif gəncliyinin) ən yetkin dovrundə (17, 18, 21, 30 yaxud 33 yasına) catdıqda ona hikmət (peygəmbərlik) və elm verdik. Biz yaxsı islər gorənləri belə mukafatlandırırıq
Evində oldugu qadın (Zuleyxa Yusifi) tovlayıb yoldan cıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları baglayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə:) “Mən (sənin bu hərəkətindən) Allaha sıgınıram. Axı o (sənin ərin) mənim agamdır. O mənə yaxsı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmusdur). Həqiqətən, (agasına xəyanət etməklə, onun əhli-əyalına pis gozlə baxmaq və zina etməklə ozlərinə) zulm edənlər nicat tapmazlar!” – deyə cavab verdi
Dogrudan da (qadın) ona meyl salmısdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlıgını) gorməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırcılıgı (zinanı) ondan sovusdurmaq ucun belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir
(Yusif canını qurtarmaq, Zuleyxa da onu yaxalayıb kamına catmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Zuleyxa) onun koynəyini arxadan cırdı. Onlar qapının agzında (qadının) agası (əri) ilə rastlasdılar. (Zuleyxa) dedi: “Sənin ailənə pislik (ovrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da siddətli bir əzaba ducar edilməkdir!”
(Yusif) dedi: “O məni tovlayıb yoldan cıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir sahid (Zuleyxanın besikdə olan korpə əmisi oglu) belə səhadət verdi: “Əgər (Yusifin) koynəyi ondən cırılmıssa, (qadın) dogru deyir, o isə yalancılardandır
(Qadının əri Yusifin) koynəyinin arxadan cırıldıgını gordukdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Dogrudan da, sizin məkriniz boyukdur!”
Səhərdəki qadınlar dedilər: “Vəzirin ovrəti cavanı (cavan qulunu) tovlayıb yoldan cıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bagrını qan etmisdir. Biz onun acıq-askar (dogru) yoldan cıxdıgını goruruk
(Zuleyxa qadınların) gizli dedi-qodularını (məkrini) esitdikdə onlara xəbər gondərib ziyafətə də’vət etdi, onlar ucun gozəl (mutəkkələrlə, xalılarla dosənmis bir otaqda ləziz təamlardan ibarət) bir məclis duzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq ucun) bir bıcaq verdi, sonra (Yusifə): “Onların qarsısına cıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gordukdə (gozəlliyinə heyran olub) onu həddindən artıq tə’riflədilər və (ozlərini itirib əllərindəki turuncun qabıgını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəsər deyildir. Bu ancaq (Allah yanında) mohtərəm (əziz) olan bir mələkdir!” - dedilər
(Zuleyxa qadınların ozlərinə gəldikdən sonra kəsilmis əllərinin agrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət cəkdiklərini gorub onlara) belə dedi: “Bu, (konlumu ona vermədiyimə gorə) məni qınadıgınız (oglandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sozsuz ki, zindana atılacaq və zillətə dusənlərdən olacaq!”
(Yusif) dedi: “Ey Rəbbim! Mənim ucun zindan bunların məni sovq etdikləri isi gorməkdən xosdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”
(Vəzir və ailəsi Yusifin gunahsız oldugunu subut edən) dəlilləri (Yusifin koynəyinin arxadan cırılmasını, uzunun cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gordukləri halda, yenə də onu bir muddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı)
Onunla birlikdə iki cavan oglan da (padsahı zəhərləməyə cəhd gostərməkdə ittiham edilmis sah sarayının saqisi və aspazı) zindana atıldı. (Gənclər Yusifin cox gozəl yuxu yozdugunu bildikdən sonra) onlardan biri (sərab paylayan) dedi: “Mən (yuxuda) gordum ki, sərab (ucun uzum) sıxıram”. Digəri (aspaz) isə belə dedi: “Mən gordum ki, basımın ustundə corək aparıram, quslar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxsı adamlardan oldugunu goruruk!”
(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmisdən əvvəl mən onun mə’nasını (gorduyunuz yuxuların dunyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacagını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə oyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim
Mən ata-babalarım Ibrahim, Ishaq və Yə’qubun dininə tabe oldum. Bizə hec bir seyi Allaha sərik qosmaq yarasmaz. Bu (tovhid) Allahın bizə və (butun) insanlara bəxs etdiyi ne’mətdir, lakin insanların əksəriyyəti (Ona) sukur etməz
Ey mənim iki zindan yoldasım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxsıdır (ibadət olunmaga daha layiqdir), yoxsa bir olan, (hər seyə) qadir (qalib) olan Allah
(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (ozundən uydurub) qoydugunuz (Allaha hec bir aidiyyəti olmayan) adlardan (butlərdən) basqa bir sey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) hec bir dəlil nazil etməmisdir. Hokm ancaq Allahındır. O sizə yalnız Onun Ozunə ibadət etmənizi buyurmusdur. Dogru (həqiqi) din budur, lakin insanların coxu (bu həqiqəti) bilməz
Ey iki zindan yoldasım! (Yuxularınızın mə’nasına gəldikdə) sizin biriniz yenə agasına sərab icirdəcək, digəriniz isə e’dam olunacaq, quslar da onun basından (dimdikləyib) yeyəcəklər. Haqqında sorusdugunuz is belə həll edilmisdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmisdir)
(Yusif) bu iki nəfərdən nicat tapacagını yəqin etdiyi kimsəyə (sərabpaylayana) dedi: “Aganın yanında məni də yada sal!” Lakin Seytan ona agasının yanında (Yusifi) yada salmagı unutdurdu və buna gorə də o (Yusif) bir necə (yeddi və ya on iki) il zindanda qaldı
(Bir gun) padsah (Misir padsahı) belə dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kok inəyi yediyini, həmcinin yeddi yasıl və yeddi quru sunbul (quru sunbullərin yasıl sunbullərin ustunə qalxıb bellərinə sarıldıgını) gordum. Ey ə’yanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”
(Zindandakı) iki (cavan) oglandan (e’damdan) xilas olan (sərabpaylayan) bir necə muddətdən sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana – Yusifin yanına) gondərin!”
(Cavan oglan padsahın izniylə zindana gəlib dedi:) “Yusif! Ey dogru danısan adam, bizim ucun bir yoz gorək! Yeddi arıq inək yeddi kok inəyi yeyir. Yeddi yasıl sunbul, yeddi də quru sunbul. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların yanına (duzgun cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) bilsinlər!”
(Yusif) belə cavab verdi: “Yeddi il adətiniz uzrə (həmisəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan bicdiyinizi (artıq qalan məhsulu) isə sunbuldə saxlayın
Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər ucun tədaruk etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız
Daha sonra insanların bol yagıs (bərəkət) gorəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, uzum, xurma və s. meyvələrin) sirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)”
(Bunları esidən) hokmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun gondərdiyi) elci (Yusifin) yanına gəldikdə o: “Aganın yanına qayıdıb sorus ki, (Zuleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”
(Padsah həmin qadınları cagırtdırıb) sorusdu: “Yusifi tovlayıb yoldan cıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar:) “Allah eləməsin! Biz onun barəsində pis bir sey bilmirik!” – deyə cavab verdilər. Vəzirin ovrəti (Zuleyxa) dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan cıxartmaq istəyən mən idim. O, subhəsiz, dogrubdanısanlardandır!”
(Yusif dedi:) “Bu (qadınlara həqiqəti e’tiraf etdirməyim) ona gorədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları bas tutmaga qoymadıgını) bilsin
Mən ozumu təmizə cıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis islər gorməyi (səhvətə uymagı) əmr edər. Həqiqətən, Rəbbim bagıslayandır, rəhm edəndir!”
Padsah dedi: “(Yusifi) yanıma gətirin, onu ozumə ən yaxın (adam) edəcəyəm!” Sonra (padsah) onunla sohbət etdikdə: “Sən bu gun (bu gundən) yanımızda movqe sahibisən, e’tibarlı bir səxssən!” – dedi
(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə mə’mur tə’yin et (Misir xəzinələrini mənə tapsır), cunki mən (ozumə e’tibar edilən mal-dovləti) qoruyanam, (isləri idarə etməyi) bilənəm!”
Beləliklə, Yusifi o yerdə (Misir torpagında) movqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxsı islər gorənlərin mukafatını zay etmərik
(Yusif) onların (ərzaq) yuklərini hazırlayıb dedi: “Atabir qardasınızı yanıma gətirin. Məgər mənim olcudə duz və qonaqpərvərlərin ən yaxsısı oldugumu gormursunuz
(Yusif) xidmətcilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yuklərinin icinə qoyun. Bəlkə, ailələrinə dondukdə onu (mallarının geri qaytarıldıgını) basa dussunlər və ola bilsin ki, (yenidən ərzaq almaq ucun bir daha yanımıza) qayıtsınlar!”
(Yusifin) qardasları atalarının yanına dondukdə dedilər: “Ata! Bizə ərzaq (taxıl olculub) verilməsi qadagan edildi. (Əgər Bin Yamini bizimlə Misirə gondərməsən, bizə daha hec bir sey verilməyəcək). Yenidən ərzaq (taxıl olcub) almaq ucun qardasımızı bizimlə birlikdə (Misirə) gondər. Biz, əlbəttə, onu qoruyacagıq!”
(Yə’qub) dedi: “Bundan əvvəl qardasını (Yusifi) sizə e’tibar etdiyim kimi, hec onu sizə e’tibar edə bilərəmmi? Allah Ozu (onu) ən yaxsı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”
Onlar yuklərini acdıqda mallarının ozlərinə qaytarldıgını gorub dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim ozumuzə qaytarılmıs mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz’ bir daha ərzaq alıb gətirər, qardasımızı qoruyar və (ərzagımızın ustunə) bir dəvə yuku də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!”
(Yə’qub) dedi: “Basınıza bir bəla (olum, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sag-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha urəkdən and icib mənə soz verməyincə onu sizinlə (Misirə) gondərməyəcəyəm!” Onlar and icib soz verdikdə (Yə’qub): “Allah dediyimizə sahiddir!” – dedi
(Yə’qub) dedi: “Ogullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə goz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən hec bir seylə dəf edə bilmərəm. Hokm yalnız Allahındır. Mən ancaq Ona təvəkkul etdim. Qoy təvəkkul edənlər də ancaq Ona təvəkkul etsinlər!”
Onlar ataları (Yə’qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (ozləri də bilmədən ogurluqda ittiham olundular), ancaq Yə’qubun urəyində bir diləyi (oglanlarına goz dəyməməsini) yerinə yetirmis oldu. Subhəsiz ki, Yə’qub onu (vəhylə) oyrətdiyimiz ucun bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-secdiyi zatlara vəhy, ilham yolu ilə elm oyrətməsini) bilməz
Onlar Yusifin huzuruna daxil olduqları zaman (Yusif) qardasını (Bin Yamini) bagrına basıb dedi: “Mən, həqiqətən, sənin qardasınam. Onların etdikləri (basımıza gətirdikləri) islərdən kədərlənmə!”
(Yusif) onların yuklərini hazırlatdıgı vaxt qardasının yukunun icinə bir su qabı (piyalə) qoydu. (Karvan yola dusdukdən) sonra (arxalarınca) bir carcı: “Ey karvan əhli! Siz, həqiqətən, ogrusunuz!” – deyə haray cəkdi
Onlar belə cavab verdilər: “Hokmdarın (qızıl) su qabını itirmisik. Onu tapıb gətirənə (mustuluq olaraq) bir dəvə yuku ərzaq veriləcək!” (Carcı:) “Mən də buna zaminəm!” - (dedi)
(Yə’qubun oglanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpagına) fitnə-fəsad salmaq ucun gəlməmisik və biz ogru da deyilik!”
(Qardaslar:) “Onun cəzası yukundə (ogurluq sey) tapılan adamın ozudur (onun kolə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər
(Yusif dogma) qardasının yukundən (qabından) əvvəl onların yuklərini axtarmaga basladı, sonra su qabını qardasının yukundən (tapıb) cıxartdı. Biz Yusifə (qardasını yanında saxlamaq ucun) belə bir tədbir oyrətdik. Yoxsa padsahın (Misir hokmdarının) dininə (səriətinə, qanunlarına) gorə, o, qardasını tutub oz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə mustəsnadır. (Yalnız Allah istədiyi ucun bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yuksəldərik. Hər biləndən ustun bir bilən də vardır
(Qardaslar) dedilər: “Əgər o (Bin Yamin) ogurlamısdırsa, bundan qabaq onun bir qardası da (Yusif də) ogurluq etmisdi.. Yusif bu sozu urəyində saxlayıb onlara acmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir movqedəsiniz. Allah sizin (mənə və qardasıma yalandan) aid etdiyiniz seyləri daha yaxsı bilir!”
(Qardaslar) dedilər: “Ey vəzir! Bunun cox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxsılıq edən adamlardan oldugunu goruruk”
Onlar (Bin Yamindən) umidlərini kəsdikdə kənara cəkilib pıcıldasmaga basladılar (pıcıldasaraq kənara cəkildilər). Onların (qardasların) ən boyuyu dedi: “Məgər atanız sizi Allaha and icdirib əhd aldıgını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmagıma) izin və ya Allah (qardasımın xilas olması haqqında) oz hokmunu verməyincə, mən bu yerdən (Misir torpagından) ayrılmayacagam! O (Allah) hokm verənlərin ən yaxsısıdır
Atanızın yanına qayıdıb deyin: “Ata! Oglun, həqiqətən, ogurluq etdi. Biz ancaq bildiyimiz sey barəsində sahidlik edirik. (Biz Bin Yaminin ogurluq etdiyini oz gozlərimizlə gorməsək də, hər halda su qabı onun yukundən cıxdı). Biz qeybi muhafizə edən deyilik. (Bin Yamini sag-salamat qaytarıb gətirəcəyimiz barədə sənə soz verdiyimiz zaman irəlidə bir ogurluq hadisəsinin bas verəcəyini və duzgun olub-olmasa da, onun qardasımızın boynuna qoyulacagını haradan biləydik? Buna gorə də bizi uzrlu hesab et)
(Qardaslar Yə’qubun yanına qayıdıb əhvalatı atalarına danısdıqdan sonra) o dedi: “Xeyr, sizin oz nəfsiniz sizi bu isə sovq etdi (pis əməlinizi sizə yaxsı gostərdi). (Bir dəvə yuku artıq ərzaq almaq xatirinə qardasınızı bada verdiniz. Əvvələn, Bin Yamin hec vaxt ogurluq etməz. Ikincisi, ogurluq edənin tutulub kolə edilməsi bizim səriətimizdədir. Misir hokmdarı bizim səriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gozəl (tukənməz, dozumlu) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oglanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər seyi) biləndir, hikmət sahibidir!”
(Bu sozlərdən sonra Yə’qub) onlardan (oglanlarından) uz dondərdi. (Bin Yaminin basına gələn bu is onun yadına sevimli oglu Yusifin musibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmisə aglamaqdan Yə’qubun) gozlərinə ag gəldi. O, (butun dərdini) icində cəkirdi (oglanlarına bildirmirdi)
(Yə’qub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gorduyu yuxunun cin cıxacagını, sizin və mənim ona tə’zim edəcəyimizi) bilirəm
Ogullarım! Gedin Yusifdən və qardasından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən umidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər umidini uzər!”
(Yə’qubun ogulları Misirə gəlib Yusifin) huzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə musibət (quraqlıq, qıtlıq, aclıq) uz vermisdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmisik. (Buna baxmayaraq, yenə də onun muqabilində) bizim ucun olcunu duz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mukafatlandırar!”
Onlar: “Yoxsa sən Yusifin ozusən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardasımdır. Allah bizə lutf etdi. Kim Allahdan qorxub pis əməllərdən cəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxsı islər gorənlərin mukafatını əsla zay etməz!” – deyə cavab verdi
(Yusif) dedi: “Bu gun sizə (etdiklərinizə gorə) hec bir məzəmmət yoxdur. Allah sizi bagıslasın! Cunki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bagıslanmanızı diləyərəm. O da sizi bagıslayar)
Karvan (vətənə qayıtmaq ucun Misirdən) ayrılanda ataları (Yə’qub yanındakı ovladlarına) dedi: “Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalancı hesab edib danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!”
Mustuluqcu gəlib koynəyi (Yə’qubun) uzunə surtən kimi onun gozləri acıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” soylədi
(Yə’qub və ailəsi) Yusifin huzuruna daxil olduqda o, ata-anasını (analıgı olan xalasını) bagrına basıb: “Insallah (hər seydən) əmin olaraq Misirə daxil olun!” dedi
(Yusif) ata-anasını taxt (oz taxtının) ustunə qaldırdı. Onlar (ata-ana və on bir qardas) hamısı (hormət əlaməti olaraq) onun qarsısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovusdurdugu ucun sukur səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gorduyum yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə cevirdi. O mənə yaxsılıq etdi, cunki məni zindandan qurtardı, Seytan mənimlə qardaslarımın arasını vurduqdan sonra sizi coldən (yanıma) gətirdi (bizi bir-birimizə qovusdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarsı lutfkardır (istədiyi səxs və ya is barəsində incə tədbir sahibidir). O, dogrudan da, (hər seyi) biləndir, hikmət sahibidir!”
(Yusif atası ilə bir muddət gozəl dovran surdukdən sonra Yə’qub vəfat etdi. Yusif atasını aparıb oz vətənində dəfn etdi və dunyanın hec bir e’tibarı olmadıgını gordukdə Allaha dua edərək Ondan olum diləyib dedi:) “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmagı oyrətdin. Ey goyləri və yeri yaradan! Sən dunyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı musəlman olaraq al və məni əməlisalehlərə qovusdur!”
(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardasları) hiylə quraraq əlbir is gordukləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin
Goylərdə və yerdə (Allahın birliyini subut edən) necə-necə əlamətlər (nisanələr) vardır ki, insanlar onların yanından uzlərini cevirib kecərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mə’naları haqqında dusunməzlər)
Məgər (musriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, ozləri də bilmədən, qəflətən baslarının ustunu almayacagına əmindirlərmi
(Ya Rəsulum!) De: “Bu mənim (təblig, də’vət) yolumdur. Mən və mənə tabe olan (mo’minlər) acıq-askar bir dəlillə (insanları) Allaha cagırırıq. Allah pakdır, muqəddəsdir (butun eyib və noqsanlardan xalidir, Onun hec bir səriki yoxdur). Mən isə musriklərdən deyiləm!”
Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq səhər əhlindən olub ozlərinə vəhy etdiyimiz necə-necə kisilər (qadın, mələk yox, məhz kisi peygəmbərlər) gondərdik. Məgər (bu musriklər) yer uzundə gəzib dolasmırlarmı ki, ozlərindən əvvəl gəlib-gedənlərin (məhv olmus xalqların, tayfaların) aqibətinin necə oldugunu gorsunlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən cəkinənlər ucun daha xeyirlidir. Məgər dərk etmirsiniz
Nəhayət, peygəmbərlər umidsizliyə qapıldıqda və ozlərinin yalancı hesab edildiklərini gordukdə (yəqin etdikdə) koməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız gunahkarlardan əsla dəf olunmaz
(Peygəmbərlərin) hekayətlərində agıl sahibləri ucun, sozsuz ki, bir ibrət vardır. (Bu Qur’an) uydurma bir soz deyildir. Ancaq ozundən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən otru) hər bir seyin (butun hokmlərin, halal-haramın) mufəssəl izahıdır. O, iman gətirən bir tayfa ucun hidayət (dogru yolu gostərən rəhbər) və mərhəmətdir