Back to Languages

Azerbaijani - Chapter 16 - An-Nahl

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah An-Nahl 16:1

Allahın (mo’minlərin zəfər calacagı, musriklərin və kafirlərin məhv olacagı barəsindəki) əmri mutləq gələcəkdir. Buna gorə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona sərik qosulan butlərdən pak və ucadır. (Allah hər seyin fovqundədir. Onun hec bir səriki yoxdur)

Verse 2 — Surah An-Nahl 16:2

(Allah) Oz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə gondərib belə buyurar: “Insanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən basqa hec bir tanrı yoxdur. Məndən qorxun!”

Verse 3 — Surah An-Nahl 16:3

(Allah) goyləri və yeri haqq olaraq yaratmısdır, (Allah) Ona sərik qosulan butlərdən ucadır

Verse 4 — Surah An-Nahl 16:4

Allah insanı nutfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (boyuyub yetkinlik hədinə catanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə inanmayaraq) birdən-birə acıq-askar bir dusmən kəsildi

Verse 5 — Surah An-Nahl 16:5

Davarı da (dəvə, inək, kəl, qoyun, keci və s.) O yaratdı. Bunlarda (onların yununda) sizin ucun istilik, curbəcur mənfəət (sudunu icmək; ozlərini minmək, yer surmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz

Verse 6 — Surah An-Nahl 16:6

Onları səhər naxıra, axsam axura gətirdikdə (səhər otlamaq ucun colə gondərib axsam tovləyə qaytardıqda) baxıb zovq alırsınız (fərəhlənirsiniz)

Verse 7 — Surah An-Nahl 16:7

Onlar sizin yuklərinizi ozunuzu yormadan cata bilməyəcəyiniz bir olkəyə (bir yerdən basqa yerə) dasıyarlar. Həqiqətən, Rəbbin səfqətlidir, mərhəmətlidir

Verse 8 — Surah An-Nahl 16:8

Sizin minməyinizdən otru, həm də zinət ucun atı, qatırı və uzunqulagı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz necə-necə seylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır

Verse 9 — Surah An-Nahl 16:9

Dogru yolu (islamı) gostərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara cıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı dogru yola salardı

Verse 10 — Surah An-Nahl 16:10

Goydən sizin ucun yagmur endirən Odur. Ondan (o sudan) siz də, icində (heyvanlarınızı) otardıgınız agaclar (və otlar) da icər (agaclar və otlar da onun vasitəsilə bitər)

Verse 11 — Surah An-Nahl 16:11

(Allah) onunla (o su ilə) sizin ucun əkin (taxıl, bitki), zeytun, xurma, uzum və butun (basqa) meyvələrdən yetisdirir. Dusunub-dasınanlar ucun bunda (Allahın vəhdaniyyətini subut edən) dəlillər vardır

Verse 12 — Surah An-Nahl 16:12

O, gecəni və gunduzu, Gunəsi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymisdir. Dogrudan da, bunda agılla dusunənlər ucun ibrətlər vardır

Verse 13 — Surah An-Nahl 16:13

(Allah) yer uzundə yaratdıgı curbəcur seyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Oyud-nəsihət qəbul edənlər ucun, sozsuz ki, bunda da (Allahın qudrətini, əzəmətini bildirən) əlamətlər vardır

Verse 14 — Surah An-Nahl 16:14

Təzə ət (balıq əti) yeməyiniz, taxdıgınız bəzək seylərini (inci, sədəf, mərcan) cıxartmagınız ucun dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) ne’mətindən ruzi axtarmagınız ucun sən gəmilərin onu yara-yara uzub getdiyini gorursən. Bəlkə, (bundan sonra Allahahın ne’mətlərinə) sukur edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara uzub getdiyini gorursən. (Butun bunlar) Onun lutfunu aramanız və (kərəminə) sukur etməyiniz ucundur

Verse 15 — Surah An-Nahl 16:15

(Allah yer kurəsi mohkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırgalamasın deyə, yer uzundə mohkəm dayanan daglar və (istədiyiniz yerə) gedib cata biləsiniz deyə, caylar və yollar yaratdı

Verse 16 — Surah An-Nahl 16:16

(Yollarda dərə, təpə, cuxur kimi) əlamətlər də (muəyyən etdi). (Insanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar

Verse 17 — Surah An-Nahl 16:17

Hec yaradan (Allah) yaratmayana (butlərə) bənzəyərmi?! Məgər dusunmursunuz?! (Belə bir sadə, acıq-aydın həqiqəti xatırlayıb butlərə ibadət etməyin səhv oldugunu anlamarsınız)

Verse 18 — Surah An-Nahl 16:18

Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bagıslayandır, rəhm edəndir

Verse 19 — Surah An-Nahl 16:19

Allah sizin nəyi gizli saxladıgınızı və nəyi askar etdiyinizi (urəyinizdə olanları, butun gizli və askar əməllərinizi) bilir

Verse 20 — Surah An-Nahl 16:20

(Musriklərin) Allahdan qeyri ibadət etdikləri (butlər) hec bir sey yarada bilməzlər, əksinə, onlar ozləri (dasdan, agacdan və sairədən) yaradılmıslar

Verse 21 — Surah An-Nahl 16:21

Onlar oludurlər, diri deyillər və (insanların, butun məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək duzgundurmu)

Verse 22 — Surah An-Nahl 16:22

Siz tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qudrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymagı, Allaha iman gətirməyi) ozlərinə sıgısdırmazlar

Verse 23 — Surah An-Nahl 16:23

Subhəsiz ki, Allah onların gizlində də, askarda da nə etdiklərini bilir. Allah təkəbbur edənləri sevməz

Verse 24 — Surah An-Nahl 16:24

(Musriklərdən:) “Rəbbiniz (Muhəmmədə) nə nazil etmisdir?” – deyə sorusduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər ki

Verse 25 — Surah An-Nahl 16:25

Qiyamət gunu oz gunahlarına tamamılə, nadanlıqları uzundən yoldan cıxartdıqları adamların gunahlarına da qismən yuklənsinlər. Bir gorun onların dasıyacaqları (yuk) necə də pisdir

Verse 26 — Surah An-Nahl 16:26

Onlardan əvvəlkilər də hiylə qurmusdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları baslarına cokdu və hec ozləri də (hiss edib) bilmədilər ki, əzab onlara haradan gəldi

Verse 27 — Surah An-Nahl 16:27

Sonra qiyamət gunu (Allah) onları rusvay edəcək və: “Barələrində (mo’minlərlə) cənə-bogaz oldugunuz səriklərim haradadır?” – deyə sorusacaqdır. Elm verilmis kimsələr (peygəmbərlər və mo’minlər) isə: “Bu gun kafirlər rəzalətə və əzaba (pisliyə) ducar olacaqlar!” – deyəcəklər

Verse 28 — Surah An-Nahl 16:28

Mələklər (kufr etməklə, Allaha sərik qosmaqla) ozlərinə zulm edənlərin canlarını aldıqda onlar (olum qorxusundan Allahın əmrinə) təslim olub: “Biz hec bir pislik etmirdik!” – deyəcək (mələklər də onlara belə cavab verəcəklər): “Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi cox yaxsı bilir

Verse 29 — Surah An-Nahl 16:29

Haydı, girin əbədi qalacagınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbburlulərin (Allaha iman gətirməyi ozlərinə ar bilənlərin) məskəni necə də pisdir!”

Verse 30 — Surah An-Nahl 16:30

Allahdan qorxub pis əməllərdən cəkinənlərdən: “Rəbbiniz (oz peygəmbərinə) nə nazil etmisdir? – deyə sorusduqda isə onlar: “Xeyir (nazil etmisdir)” – deyə cavab verərlər. Bu dunyada yaxsılıq edənləri (gozəl həyat) gozləyir. Axirət yurdu (Cənnət) isə, sozsuz ki, daha yaxsıdır. Muttəqilərin yurdu necə də gozəldir

Verse 31 — Surah An-Nahl 16:31

Onlar (agacları) altında caylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədiləri hər sey vardır. Allah muttəqiləri belə mukafatlandırır

Verse 32 — Surah An-Nahl 16:32

O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gozəl) əməllərə gorə Cənnətə daxil olun!” – deyərlər

Verse 33 — Surah An-Nahl 16:33

O kafirlər (canlarını almaq ucun) yalnız mələklərin onların yanına gəlməsini, yaxud sənin Rəbbinin (əzab) əmrinin gəlib catmasınımı gozləyirlər? Onlardan əvvəlkilər də belə etmisdilər. Allah onlara zulm etmədi. Onlar ozləri ozlərinə zulm edirdilər

Verse 34 — Surah An-Nahl 16:34

Onlara oz əməllərinin cəzası (pisliklər) artıq yetisdi. Istehza etdikləri (əzab da) onları yaxaladı

Verse 35 — Surah An-Nahl 16:35

Musriklər (nadanlıqları uzundən və ya istehza məqsədilə) dedilər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan basqa hec bir seyə tapınmaz, Onsuz (Allahın razılıgı, hokmu olmadan) hec bir seyi haram etməzdik”. Onlardan əvvəlkilər də belə etmisdilər. Peygəmbərlərin vəzifəsi isə yalnız acıq-askar bir təbligdir. (Peygəmbərlər hec kəsi zorla bir isə vadar etməz. Onların borcu ancaq Allahın hokmlərini insanlara təblig etmək, insanların borcu isə Allahın onlara verdiyi agıl və iradə ilə haqqı batildən ayırmaq, yaxsı islər gorub savab qazanmaqdır)

Verse 36 — Surah An-Nahl 16:36

Biz hər ummətə: “Allaha ibadət edin, Tagutdan cəkinin! – deyə peygəmbər gondərmisdik. Onlardan bir qismini Allah dogru yola yonəltmis, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmusdur. (Ey musriklər!) Yer uzundə dolasıb gorun ki, (peygəmbərləri) yalancı hesab edənlərin axırı necə oldu

Verse 37 — Surah An-Nahl 16:37

(Ya Rəsulum!) Sən onların dogru yola gəlməsini həddindən artıq istəsən də (bunun hec bir faydası yoxdur). Cunki Allah yoldan cıxartdıqlarını (bir daha) dogru yola salmaz. Onlara (Allahın əzabından xilas olmaqla) komək edənlər də olmaz

Verse 38 — Surah An-Nahl 16:38

Onlar: “Allah, olən bir kimsəni diriltməyəcəkdir!” – deyə Allaha mohkəm and icdilər. Xeyr! (Allah qiyamət gunu oluləri qəbirlərindən cıxarıb dirildəcəyi haqda) dogru və’d etmisdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz

Verse 39 — Surah An-Nahl 16:39

(Allah hər bir mo’mini və kafiri oləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları məsələləri izah etsin və (qiyamət gunu olulərin diriləcəyini) inkar edənlər də ozlərinin yalancı olduqlarını bilsinlər

Verse 40 — Surah An-Nahl 16:40

Biz hər hansı bir seyi (yaratmaq) istədikdə ona sozumuz: “Ol!” deməkdir. O da dərhal olar

Verse 41 — Surah An-Nahl 16:41

Zulmə mə’ruz qaldıqdan sonra Allah ugrunda hicrət edənləri dunyada gozəl bir yerdə sakin edəcəyik. Axirət mukafatı (Cənnət) isə daha boyukdur. Kas (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər

Verse 42 — Surah An-Nahl 16:42

(O muhacirlər hər curə əziyyətə) dozənlər və yalnız Rəbbinə təvəkkul edənlərdir

Verse 43 — Surah An-Nahl 16:43

(Ya Rəsulum!) Biz səndən əvvəl də ozlərinə vəhy etdiyimiz ancaq kisilər (kisi peygəmbərlər) gondərmisdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən sorusun! (Musriklər belə iddia edirdilər ki, peygəmbərlər bəsərdən deyil, ancaq mələklərdən ola bilər. Buna cavab olaraq bildirilir ki, insanlara gondərilən peygəmbərlər mələk yox, məhz insan, ozu də yalnız kisilərdən ibarət olmalıdır)

Verse 44 — Surah An-Nahl 16:44

Biz onları (peygəmbərliklərinin dogru oldugunu subut edən) acıq-askar mo’cuzələr və kitablarla gondərdik. Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara gondəriləni (hokmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da dusunub dərk edələr

Verse 45 — Surah An-Nahl 16:45

(Peygəmbərlərə qarsı) pis hiylələr quranlar (pis islər duzub qosanlar) Allahın onları yerə gomməyəcəyinə, yaxud ozləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi

Verse 46 — Surah An-Nahl 16:46

Və ya gəzib dolasarkən (səfər əsnasında) əzabın onları yaxalamasından (Allahın onları məhv etməsindən qorxmurlarmı?) Axı onlar (Allahı) aciz edə bilməzlər (Allahın əzabından qacıb canlarını qurtara bilməzlər)

Verse 47 — Surah An-Nahl 16:47

Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına (əmindirlər)?! Həqiqətən, Rəbbin səfqətlidir, mərhəmətlidir! (Allah bəndələrinə əzab verməkdə tələsməz)

Verse 48 — Surah An-Nahl 16:48

Məgər onlar Allahın yaratdıgı hər hansı bir seyə baxıb gormurlərmi ki, onların kolgələri Allaha acizanə surətdə səcdə edərək saga-sola əyilir

Verse 49 — Surah An-Nahl 16:49

Goylərdə və yerdə olan (butun) canlılar, hətta mələklər belə hec bir təkəbbur gostərmədən Allaha səcdə edərlər

Verse 50 — Surah An-Nahl 16:50

Onlar oz (baslarının) ustundə olan Rəbbindən qorxar və ozlərinə buyurulanları edərlər

Verse 51 — Surah An-Nahl 16:51

Allah belə buyurdu: “Iki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!”

Verse 52 — Surah An-Nahl 16:52

Goylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim Onundur. Belə oldugu təqdirdə Allahdan basqasındanmı qorxursunuz

Verse 53 — Surah An-Nahl 16:53

Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir musibət uz verdikdə Ona yalvarıb-yaxarırsınız

Verse 54 — Surah An-Nahl 16:54

Sonra sizi o musibətdən qurtardıgı zaman bir də gorursən ki, aranızda bir dəstə Rəbbinə sərik qosur

Verse 55 — Surah An-Nahl 16:55

Onlar bunu ozlərinə verdiyimiz ne’mətlərə nankorluq etmək ucun edirlər. Hələ ki (dunyada) kef cəkib ləzzət alın. (Basınıza gələcək musibəti) sonra biləcəksiniz

Verse 56 — Surah An-Nahl 16:56

(Musriklər) onlara verdiyimiz ruzidən hec bir sey bilməyənlərə (hec nə anlamayan butlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdıgınız iftiralara gorə sorgu-sual ediləcəksiniz

Verse 57 — Surah An-Nahl 16:57

Onlar Allaha qızlar isnad edirlər/ (Mələklər Allahın qızlarıdır, deyirlər). Allaha pakdır, muqəddəsdir. (Onun ogula-qıza ehtiyacı yoxdur.) Ozlərinə gəldikdə isə istədiklərini (oglan usaqlarını) aid edirdilər

Verse 58 — Surah An-Nahl 16:58

Onlardan birinə qızı olması ilə mujdə verdikdə qəzəblənib uzu qapqara qaralar

Verse 59 — Surah An-Nahl 16:59

Verilən mujdənin pisliyi uzundən tayfasından qacıb gizlənər. (Allah bilir!) Gorəsən, onu (o korpəni) zillət icində saxlayacaq, yoxsa torpaga goməcək? (Diri-diri basdıracaq?) Bir gorun onlar necə pis muhakimə yurudurlər! (Oglanları ozlərinə goturub qızları Allaha isnad edirlər)

Verse 60 — Surah An-Nahl 16:60

Ən pis sifət (evlənmək ucun qadınlara ehtiyac hiss etdikləri halda, qız usaqlarını diri-diri torpaga basırmaq) axirətə inanmayanlara, ən yuksək sifət (vəhdaniyyət) isə Allaha məxsusdur. Allah yenilməz quvvət (qudrət) sahibi, hikmət sahibidir

Verse 61 — Surah An-Nahl 16:61

Əgər Allah insanları zulmləri uzundən cəzalandırsaydı, yer uzundə hec bir canlını sag buraxmazdı. Lakin (Allah) onlara muəyyən muddət (omurlərinin sonunadək) mohlət verər. Əcəlləri gəlib catdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli kecə bilərlər

Verse 62 — Surah An-Nahl 16:62

(Musriklər) ozlərinin bəyənmədiklərini (qızları) Allaha isnad edərlər. Dilləri də: “Onları ən gozəl aqibət (Cənnət, Allah rizası) gozləyir!” - deyə yalan soylər. Subhəsiz ki, onları Cəhənnəm gozləyir. Onlar (Cəhənnəm atəsinə daxil olduqdan sonra hamı tərəfindən) tərk olunacaqlar. (Və ya onlar gundən-gunə Cəhənnəmə yaxınlasanlardır)

Verse 63 — Surah An-Nahl 16:63

(Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl də ummətlərə peygəmbərlər gondərmisdik. Seytan onlar oz (cirkin) əməllərini xos gostərmisdi. Bu gun Seytan onların dostudur (havadarıdır). Onlar (qiyamət gunu) siddətli əzaba ducar olacaqlar

Verse 64 — Surah An-Nahl 16:64

Biz Kitabı (Qur’anı) sənə yalnız (musriklərə) ixtilafda olduqları (tovhid, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və mo’minlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik

Verse 65 — Surah An-Nahl 16:65

Allah goydən bir yagıs endirər, onunla yer uzunu oldukdən (quruduqdan) sonra dirildər. (Oyud-nəshihətə) qulaq asanlar ucun bunda bir ibrət vardır. (Allah quru torpaga həyat verə bildiyi kimi, insanları da oləndən sonra diriltməyə qadirdir)

Verse 66 — Surah An-Nahl 16:66

Subhəsiz ki, davarda (sagmal heyvanlarda) da sizin ucun bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz sudu sizə icirdirik. O, icənlərin bogazından rahat kecər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla sudə qarısmaz. Əksinə, sudə elə bir tam verərik ki, o, icənlərə xos gələr)

Verse 67 — Surah An-Nahl 16:67

Siz xurma agaclarının meyvəsindən və uzumlərdən sərab (yaxud sirkə) və gozəl ruzi (kismis, movuc, bəhməz, quru xurma və s.) duzəldirsiniz. Subhəsiz ki, bunda da agılla dusunənlər ucun bir ibrət vardır

Verse 68 — Surah An-Nahl 16:68

Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Daglarda, agaclarda və (insanların) qurduqları cardaqlarda (evlərin damında, uzumluklərdə) ozunə evlər tik (pətəklər sal)

Verse 69 — Surah An-Nahl 16:69

Sonra butun meyvələrdən ye və Rəbbinin sənə gostərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar ucun səfa olan muxtəlif rəngli (ag, sarı, qırmızı) bal cıxar. Suhəsiz ki, bunda dusunub dərk edənlər ucun bir ibrət vardır

Verse 70 — Surah An-Nahl 16:70

Allah sizi yaratmısdır, sonra da (əcəliniz catanda) oldurəcəkdir. Sizin bir qisminiz omrun ən rəzil (ixtiyar) cagına (80-90 yaslarına) catdırılar ki, (vaxtilə) bildiyi hər seyi unudar. (Insan qocalıgın ən dusgun dovrundə bildiyini unudar, xasiyyətini dəyisib usaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Qur’an oxuyan, oruc tutub namaz qılan, sidq-urəkdən ibadət edən səxsin isə ixtiyar cagında belə, aglı basında olar, uzun omur onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həqiqətən, Allah (hər seyi) biləndir, (hər seyə) qadirdir

Verse 71 — Surah An-Nahl 16:71

Allah ruzi baxımından birinizi digərinizdən ustun etmisdir. Ustun olanlar (varlılar) tabeciliyində olanları (qulları, kənizləri) oz ruzilərinə sərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. (Və ya onlar hamısı ruziyə sərik olduqları halda, varlılar oz ruzilərini tabeciliyində olanlara verməzlər. Var-dovlət sahibləri oz ruzilərini onlara tabe olanlarla bərabər bolməyi, onları mallarına sərik etməyi ozlərinə rəva bilmədikləri halda, hər seyin xaliqi olan Allaha cansız butləri və digər tanrıları sərik qosmagı necə rəva gorurlər?) Indi onlar Allahın ne’mətlərini inkarmı edirlər

Verse 72 — Surah An-Nahl 16:72

Allah sizin ucun ozunuzdən (Adəm və Həvvadan, yaxud oz cinsinizdən) zovcələr yaratdı, zovcələrinizdən də sizin ucun ogullar, nəvələr əmələ gətirdi, pak (halal) ne’mətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (musriklər) batilə inanıb Allahın ne’mətini inkarmı edirlər

Verse 73 — Surah An-Nahl 16:73

(Musriklər) Allahı qoyub goylərdən və yerdən onlara verəcək hec bir ruzisi olmayan və buna gucləri də catmayanlara (butlərə) ibadət edirlər

Verse 74 — Surah An-Nahl 16:74

(Allah qosdugunuz sərikləri, Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah (hec bir səriki olmadıgını, hec bir məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti) bilmirsiniz

Verse 75 — Surah An-Nahl 16:75

Allah belə bir məsəl cəkdi: “Hec bir seyə gucu catmayan və basqasının malı olan bir qul ozunə verdiyimiz gozəl ruzidən (Allah yolunda) gizli və askar sərf edən birisi ilə (azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cur tə’rif və sukur) yalnız Allaha məxsusdur, lakin (musriklərin) əksəriyyəti (bunu) bilməz

Verse 76 — Surah An-Nahl 16:76

Allah iki nəfər (Ozu ilə butlər) barəsində yenə belə bir məsəl buyurdu: (bu iki nəfərin) biri dilsizdir (laldır), hec bir seyə gucu catmaz. O oz agasına bir yukdur, onu hara yollasa, xeyirlə qayıtmaz. O hec dogru yolda olub haqq-ədaləti əmr edən (insanları ədalətli islər gorməyə sovq edən) bir kimsə kimi ola bilərmi

Verse 77 — Surah An-Nahl 16:77

Goylərin və yerin qeybini (gozə gorunməyən, hec kəsə bəlli olmayan məchul sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması (əmri) bir goz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər seyə qadirdir

Verse 78 — Surah An-Nahl 16:78

Allah sizi analarınızın bətnlərindən hec bir sey bilmədiyiniz (dərk etmədiyiniz) halda cıxartdı. Sonra sizə qulaq, goz və qəlb verdi ki, (Allahın əmrlərini esidib, qudrətini və əzəmətini gorub, vəhdaniyyətini duyub) sukur edəsiniz

Verse 79 — Surah An-Nahl 16:79

Məgər (musriklər) yerlə goy arasında (ucaraq Allaha) ram olmus qusları gormurlər?! Onları (havada) yalnız Allah saxlayır (butun hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda mo’minlər ucun ibrətlər vardır

Verse 80 — Surah An-Nahl 16:80

Allah evlərinizi sizə məskən (yasayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən həm koc vaxtı, həm də bir yerdə qaldıgınız zaman (dasınması) sizin ucun yungul (asan) olan evlər-cadırlar duzəltdi, onların yunundan, tukundən və qılından muəyyən vaxta qədər (omrunuzun sonuna kimi və ya onlar kohnələnədək) istifadə edəcəyiniz ev əsyası (pal-paltar, xalca-palaz) və (satlıq) mal verdi

Verse 81 — Surah An-Nahl 16:81

Allah yaratdıgı seylərdən (agaclardan, evlərdən, daglardan və buludlardan) sizin ucun (gunəsin hərarətindən qorunmaq məqsədilə) kolgəliklər əmələ gətirdi, sizdən otru daglarda sıgınacaqlar (magaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) koynəklər, (sizi muharibədə) qoruyacaq zirehli geyimlər duzəltdi. Allah ne’mətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (musəlman olasınız)

Verse 82 — Surah An-Nahl 16:82

(Ya Rəsulum! Əgər butun bunlardan sonra musriklər) yenə də (səndən) uz dondərsələr (urəyini qısma)! Cunki sənin vəzifən ancaq (Mənim dinimi, hokmlərimi) acıq-askar təblig etməkdir

Verse 83 — Surah An-Nahl 16:83

Onlar Allahın ne’mətini (Muhəmməd əleyhissəlamı peygəmbər gondərməklə onlara etdiyi lutfu) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın peygəmbərliyini) danırlar. Onların əksəriyyəti kafirdir

Verse 84 — Surah An-Nahl 16:84

Qiyamət gunu hər ummətdən bir sahid (oz peygəmbərini) gətirəcəyik. (Onlar mo’minlərin lehinə, kafirlərin əleyhinə sahidlik edəcəklər). Kafirlərə (uzrxahlıq etməyə) izin verilməyəcək, hec uzr diləmələri də istənilməyəcəkdir

Verse 85 — Surah An-Nahl 16:85

Zalımlar (kafirlər, musriklər) əzabı (Cəhənnəm əzabını) goruncə (yalvarıb-yaxaracaqlar), lakin (əzabları) yungulləsdirilməyəcək, (tovbə ucun) onlara bir an belə mohlət də verilməyəcəkdir

Verse 86 — Surah An-Nahl 16:86

Musriklər (Allaha qosduqları) səriklərini (butləri, tanrıları) gordukdə: “Ey Rəbbimiz! Bunlar bizim Səndən savayı (bizi Sənə yaxınlasdırmaq məqsədilə) ibadət etdiyimiz səriklərimizdir!” – deyəcəklər. (Butlər də) onlara: “Siz əsl yalancısınız! (Biz sizi Allahı tərk edib bizə tapınmaga də’vət etməmisdik!)” – deyə cavab verəcəklər

Verse 87 — Surah An-Nahl 16:87

(Musriklər) o gun (gunahlarını e’tiraf edərək) Allaha təslim olacaq, ozlərindən uydurub duzəltdikləri (butlər) də aradan cıxacaqlar

Verse 88 — Surah An-Nahl 16:88

Torətdikləri fitnə-fəsada gorə (insanları) Allah yolundan dondərən kafirlərin əzablarının ustunə bir əzab da artıracagıq

Verse 89 — Surah An-Nahl 16:89

Qiyamət gunu hər ummətə ozlərindən bir sahid (hər ummətin oz peygəmbərini) gondərəcəyik (tutacagıq). (Ya Rəsulum!) Səni də bunlara (oz ummətinə) sahid gətirəcəyik. Biz Qur’anı sənə hər seyi (dini hokmləri, halal-haramı, gunahı və savabı) izah etmək ucun, musəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən butun insanlara) da bir hidayət, mərhəmət və mujdə olaraq nazil etdik

Verse 90 — Surah An-Nahl 16:90

Həqiqətən, Allah (Qur’anda insanlara) ədalətli olmagı, yaxsılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya səriətin vacib bildiyi tərzdə əl tutmagı) buyurar, zina etməyi, pis islər gorməyi və zulm etməyi isə qadagan edir. (Allah) sizə dusunub ibrət alasınız deyə, belə oyud-nəsihət verir

Verse 91 — Surah An-Nahl 16:91

Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı ozunuzə zamin edib mohkəm and icdikdən sonra onu pozmayın. Həqiqətən, Allah nə etdiyinizi bilir

Verse 92 — Surah An-Nahl 16:92

Mohkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən acıb sokən) qadın kimi olmayın. Siz bir ummət digərindən (sayca) cox oldugu ucun aranızdakı andları yalana cevirirsiniz (fitnə-fəsad aləti edirsiniz). (Bu gun bir qəbilə ilə muqavilə baglayır, sabah daha quvvətli, daha varlı bir qəbilə ilə rastlasdıqda əvvəlki ilə bagladıgınız muqaviləni pozub onunla sazisə girisiniz). Allah bununla yalnız sizi sınayır. O, qiyamət gunu ixtilafda oldugunuz (dini) məsələləri sizə izah edəcəkdir

Verse 93 — Surah An-Nahl 16:93

Əgər Allah istəsəydi, sizi (eynilə dində olan) tək bir ummət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə dogru yola yonəldər. Sozsuz ki, etdiyiniz əməllərə gorə sorgu-sual olunacaqsınız

Verse 94 — Surah An-Nahl 16:94

Aralarınızdakı andlarını yalana cevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayagınız mohkəm oldugu ikən surusər (imana gəldikdən sonra ondan xaric olarsınız) və (insanları) Allah yolundan dondərdiyinizə gorə (dunyada) əzabı dadarsınız. (Hələ axirətdə də) sizi dəhsətli bir əzab gozləyir! (Peygəmbərlə əhd bagladıqdan sonra hormət, ehtiram qazanan səxs sozundə mohkəm durmayıb əhdini pozsa, nufuzunu itirər və ozunu fəlakətə, məhvə ducar etmis olar)

Verse 95 — Surah An-Nahl 16:95

Allahla bagladıgınız əhdi ucuz satmayın. (Əhdi pozmadıgınıza gorə) Allah yanında olan (savab) sizin ucun (dunya mənfəətindən) daha yaxsıdır. Kas biləydiniz

Verse 96 — Surah An-Nahl 16:96

Sizdə olan (dunya malı) tukənər, Allah dərgahında olan (axirət ne’mətləri) isə əbədidir. (Allah yolunda əziyyətlərə) dozənləri etdikləri yaxsı əməllərin muqabilində mukafatlandıracagıq (yaxud gordukləri yaxsı islərin əvəzində onlara daha yaxsı mukafat verəcəyik)

Verse 97 — Surah An-Nahl 16:97

Mo’min olub yaxsı islər gorən (Allaha itaət edən) kisi və qadına (dunyada və axirətdə) xos həyat nəsib edəcək və etdikləri yaxsı əməllərə gorə mukafatlarını verəcəyik. (Və ya gordukləri yaxsı islərin muqabilində onlara daha yaxsı mukafatlarını verəcəyik)

Verse 98 — Surah An-Nahl 16:98

(Ya Rəsulum!) Qur’an oxumaq istədiyin zaman məl’un Seytandan Allaha sıgın! (“Əuzu billahi minəs-seytanır-rəcim” sozlərini de)

Verse 99 — Surah An-Nahl 16:99

Həqiqətən, iman gətirib yalnız oz Rəbbinə təvəkkul edənlərin uzərində Seytanın hec bir hokmu yoxdur

Verse 100 — Surah An-Nahl 16:100

Seytanın hokmu yalnız ona itaət edib Allaha sərik qosanlar uzərindədir! (Insanların Allaha sərik qosmalarının əsas səbəbi onların Seytana itaət etmələri, Seytanı ozlərinə dost, havadar secmələridir)

Verse 101 — Surah An-Nahl 16:101

Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hokmunu ləgv edib onu basqası ilə əvəz etdikdə) – Allah nə nazil etdiyini (hansı hokmun bəndələri ucun daha munasib oldugunu) Ozu daha yaxsı bilir – (Kafirlər Muhəmmədə): “Sən ancaq bir iftiracısan (Allahın adından yalan uydurursan!)” – deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil oldugu ucun əsl həqiqəti, bir hokmu basqası ilə əvəz etməyin hikmətini) bilməz

Verse 102 — Surah An-Nahl 16:102

(Ya Rəsulum!) De: “Ruhulquds (Cəbrail) onu (Qur’anı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, musəlmanları isə dogru yola yonəltmək və (onlara Cənnətlə) mujdə vermək ucun haqq olaraq nazil etmisdir!”

Verse 103 — Surah An-Nahl 16:103

Biz (musriklərin): “(Qur’anı) ona (Muhəmmədə) bir insan (ara-sıra gorub danısdıgı Cəbr ər-Rumi adlı xacpərəst bir gənc və ya Səlmani–Farsi) oyrədir!” – dediklərini də bilirik. Onların nəzərdə tutduqları adamın dili basqa dildir. Bu (Qur’anın dili) isə acıq-askar (bəlagətli, fəsahətli) ərəb dilidir! (Ərəblər ozləri Qur’anın dil, uslub gozəlliyi qarsısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cur fəsahətli ərəb dilini haradan bilə bilərlər)

Verse 104 — Surah An-Nahl 16:104

Allahın ayələrinə inanmayanları, sozsuz ki, Allah dogru yola salmaz. Onları (axirətdə) siddətli bir əzab gozləyir

Verse 105 — Surah An-Nahl 16:105

Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalancıdırlar

Verse 106 — Surah An-Nahl 16:106

Qəlbi imanla sabit oldugu halda (kufr sozunu deməyə) məcbur edilən (dil ilə deyib urəyində onu təsdiq etməyən) səxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra kufr etsə (onu agır təhlukə gozləyir). Lakin qəlbən kufrə razı olanlara (qəlbində konullu surətdə kufrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar siddətli bir əzaba ducar olarlar

Verse 107 — Surah An-Nahl 16:107

Bu (əzab) ona gorədir ki, onlar dunyanı (fani dunya malını) axirətdən (axirət ne’mətlərindən) ustun tutarlar. Allah kafirləri dogru yola salmaz

Verse 108 — Surah An-Nahl 16:108

Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gozlərini mohurləmisdir. Onlar (Allahın kafirlər ucun hazırladıgı əzabdan) qafildirlər

Verse 109 — Surah An-Nahl 16:109

Subhəsiz ki, axirətdə ziyana ugrayanlar da onlardır

Verse 110 — Surah An-Nahl 16:110

Fitnəyə mə’ruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər cur əzab-əziyyətə) səbr edənləri isə (butun) bunlardan sonra Rəbbin, subhəsiz ki, bagıslayandır, (onlara) rəhm edəndir

Verse 111 — Surah An-Nahl 16:111

O gun (qiyamət gunu) hər kəs oz canının hayında olar, hər kəsə əməlinin əvəzi (cəzası) verilər və onlara hec bir haqsızlıq edilməz

Verse 112 — Surah An-Nahl 16:112

Allah bir səhəri (Məkkəni) misal gətirir. O səhər əmin-amanlıq və arxayınlıq icində idi. Lakin (əhalisi) Allahın ne’mətini inkar etdi, Allah da həmin səhərə (sakinlərinin) etdikləri əməllərə gorə (yeddi il) aclıq və qorxu bəlası daddırdı

Verse 113 — Surah An-Nahl 16:113

Onlara ozlərindən bir peygəmbər gəlmisdi. Onlar onu yalancı saydılar, buna gorə də əzab (Bədr muharibəsi) onları zulm edərkən (zulm etdikləri zaman) yaxaladı

Verse 114 — Surah An-Nahl 16:114

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun ne’mətinə sukur edin

Verse 115 — Surah An-Nahl 16:115

Allah sizə ancaq olu heyvanı, qanı, donuz ətini və Allahın adı cəkilmədən (bismillah deyilmədən) kəsilmis heyvanı haram buyurmusdur. (Ozgənin malına əl uzatmamaq sərtilə) basqa bir sey tapa bilməyib zəruri ehtiyacını odəyəcək qədər bunlardam yeməyə məcbur olan səxsə (gunah yazılmaz). Cunki Allah (bəndələrini) bagıslayandır, rəhm edəndir

Verse 116 — Surah An-Nahl 16:116

Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdis etdiyi ucun (dəlilsiz-subutsuz): “Bu halaldır, o haramdır!” – deməyin, cunki (bununla) Allaha iftira yaxmıs olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar

Verse 117 — Surah An-Nahl 16:117

(Onlar ucun dunyada) az bir mənfəət vardır, (axirətdə isə) onları siddətli bir əzab gozləyir

Verse 118 — Surah An-Nahl 16:118

Yəhudilərə haram etdiyimiz seyləri daha əvvəl sənə xəbər vermisdik. Biz (bunları haram buyurmaqla) onlara zulm etmədik. Onlar (gunah islər gorməklə) ozləri ozlərinə zulm edirdilər. (Buna gorə də Allah bir cox ne’mətləri onlara haram buyurdu)

Verse 119 — Surah An-Nahl 16:119

Sonra (bil ki) Rəbbin cahillikləri uzundən pis is gorən (Allaha sərik qosan), ondan sonra tovbə edib ozlərini islan edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tovbədən) sonra (bəndələrini) bagıslayandır, rəhm edəndir

Verse 120 — Surah An-Nahl 16:120

Həqiqətən, Ibrahim Allaha mut’i, batildən haqqa tapınan bir imam (rəhbər) idi. O hec vaxt musriklərdən olmamısdı. (Və ya: Ibrahim ozu bir ummət idi. Bir ummətə xas olan butun yaxsı cəhətlət, gozəl xususiyyətlər onda cəmlənmisdi)

Verse 121 — Surah An-Nahl 16:121

O, (Allahın) ne’mətlərinə sukur edən idi. (Allah da) onu (sədaqətinə, səmimiliyinə gorə peygəmbərlik ucun) secmis və duz yola yonəltmisdi

Verse 122 — Surah An-Nahl 16:122

Biz ona dunyada gozəl ne’mət (peygəmbərlik, hamı tərəfindən sevilib hormət olunmaq) bəxs etdik. Subhəsiz ki, o, axirətdə də (ən yuksək dərəcələrə nail olacaq) salehlərdəndir

Verse 123 — Surah An-Nahl 16:123

Sonra (Ya Rəsulum!) sənə: “Batildən haqqa donərək musriklərdən olmayan Ibrahimin dininə tabe ol!” – deyə vəhy etdik

Verse 124 — Surah An-Nahl 16:124

Sənbə gunu (ibadət etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və istirahət gunumuz cumə deyil, sənbə olsun deyə, mubahisə edən yəhudilərə) vacib edildi. Həqiqətən, Rəbbin qiyamət gunu ixtilafda olduqları məsələlər barəsində onların arasında hokm verəcəkdir

Verse 125 — Surah An-Nahl 16:125

(Ya Rəsulum!) Insanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gozəl oyud-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gozəl surətdə (sirin dillə, mehribanlıqla, əqli səviyyələrinə muvafiq səkildə) mubahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, dogru yolda olanları da daha yaxsı tanıyır

Verse 126 — Surah An-Nahl 16:126

(Ey mo’minlər! Intiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zulm etməkdir ki, bu da gunahdır). Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər ucun daha xeyirlidir. (Əfv etmək, rəhm gostərmək savab qazanmaga cox gozəl vəsilə oldugu ucun, sozsuz ki, qisas almaqdan daha ustundur)

Verse 127 — Surah An-Nahl 16:127

(Ya Rəsulum! Allah yolunda olan butun əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın koməyilədir. (Də’vətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə gorə) onlardan (musriklərdən) otru kədərlənmə və (səni oldurmək məqsədilə) qurdurları hiylələrə gorə də urəyini qısma

Verse 128 — Surah An-Nahl 16:128

Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən cəkinənlər və yaxsı islər gorənlərlədir