Biz goyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət gunu sona catacaq) muəyyən bir muddət ucun yaratdıq. Kafirlərin qorxudulduqları seylərdən (qiyamətdən, imana də’vət edən oyud-nəsihətdən) uz dondərdilər
(Ya Peygəmbər! Bu musriklərə) de: “Mənə bir xəbər verin gorum, sizin Allahdan basqa ibadət etdikləriniz yer uzundə (yaxud yerdən və ona bənzər seylərdən) nə yaratmıslar?! Yoxsa onların goylərdə (Allahla) bir sərikliyi var?! Əgər dogru deyirsinizsə, (dediyinizi subut etmək ucun) mənə bundan (bu Qur’andan) əvvəl (Allahdan sizə nazil olmus) bir kitab, yaxud (əvvəlki peygəmbərlərdən, ummətlərdən sizə gəlib catmıs) elmdən qalan bir sey (əsər) gətirin
Allahı qoyub qiyamətədək ozunə cavab verə bilməyən butlərə ibadət edən kimsədən daha cox (haqq yoldan) azmıs kim ola bilər?! Halbuki bunlar (bu butlər) onların (butpərəstlərin) ibadətindən xəbərsizdirlər
Ayələrimiz onlara acıq-aydın olaraq oxunduqda (və ya: acıq-aydın ayələrimiz onlara soylənildikdə) kafirlər ozlərinə gələn (Qur’an) barəsində: “Bu, askar bir sehrdir!” – deyirlər
Yoxsa onlar: “(Muhəmməd) onu (ozundən) uydurmusdur!” – deyirlər. (Ya Peygəmbər!) De: “Əgər mən onu (ozumdən) uydurmusamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur’an) barəsindəki dedi-qodularınızı daha yaxsı bilir. Mənimlə sizin aranızda Onun sahid olması kifayətdir. O, bagıslayandır, rəhm edəndir!”
De: “Mən peygəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə edəcəyini bilmirəm (basqa peygəmbərlər kimi səhid olacagımı, olkəmdən qovulacagımı, yaxud kufrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı fəlakətlərə ugrayacagınızı deyə bilmərəm, cunki qeybi ancaq Allah bilir). Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) acıq-askar qorxudan bir peygəmbərəm!”
De: “Bir deyin gorək, əgər (bu Qur’an) Allah dərgahından olsa, siz onu inkar etsəniz, Israil ogullarından da bir sahid (Qur’anın həqiqiliyinə) onun ozu kimisi (Tovrat) ilə səhadət verib iman gətirsə və siz (yenə ona qarsı) təkəbbur gostərsəniz (zalım olmazsınızmı)? Allah zalımları dogru yola muvəffəq etməz!”
Kafir olanlar iman gətirənlər barəsində deyirlər: “Əgər (Qur’an, islam dini) yaxsı bir sey olsaydı, (mo’minlər) bu isdə bizdən qabaga dusə bilməzdilər (biz onlardan daha əvvəl) iman gətirərdik. Onlar (Qur’anla) dogru yola gəlmədikləri ucun: “Bu, kohnə yalandır!” – deyəcəklər
Ondan (Qur’andan) əvvəl Musanın (Israil ogullarına, mo’minlərə) rəhbər və mərhəmət olan kitabı (Tovrat) var idi. Bu (Qur’an ozundən əvvəlki ilahi kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxsı əməl sahiblərinə (Cənnətlə) mujdə vermək ucun olan bir Kitabdır
Subhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sozunun ustundə) mohkəm duranların (qiyamət gunu) hec bir qorxusu yoxdur və onlar qəm-qussə də gorməyəcəklər
Biz insana ata-anasına yaxsılıq etməyi (valideynlərilə gozəl davranmagı, onlara yaxsı baxmagı) tovsiyə etdik. Cunki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmis, əziyyətlə dogmusdur. Onunla (ana bətnində) dasınma və (suddən) kəsilmə muddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetisib qırx yasa catdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim ozumə, həm də ata-anama əta etdiyin ne’mətə sukur etmək və Sənə xos gedəcək yaxsı əməl etmək ucun ilham ver, nəslimi əməlisaleh et. Mən (gunahlardan) Sənə tovbə etdim və subhəsiz ki, mən musəlmanlardanam! (Ozumu cani-dildən Allaha təslim edənlərdənəm!)”
(Ozunu Allaha, axirət gununə iman gətirməyə də’vət edən) ata-anasına: “Tfu sizə! Məndən əvvəl necə-necə nəsillər gəlib-getdiyi (oləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət gunu dirildilib qəbirdən) cıxarılacagımımı və’d edirsiniz?! – deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: “Vay halına! (Ay yazıq) inan, Allahın və’di haqdır!” – deyərlər. O isə: “Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sozlərdən) basqa bir sey deyildir!” – deyə cavab verər
Belələri ozlərindən əvvəl gəlib getmis və insanlardan ibarət (kafir) ummətlərlə birlikdə haqlarında əzab sozunun (hokmunun) gercəkləsdiyi kimsələrdir. Onlar, dogrudan da, ziyana ugrayanlardır
Hamının (mo’minlərin və kafirlərin) etdiyi əməllərə gorə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət gunu) Allah onlara (dunyadakı) əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz
Kafir olanlar cəhənnəm oduna gostəriləcəkləri (cəhənnəm odunun uzundən pərdə goturulub kafirlərin gozunə gorunəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gun (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dunyada həyatınızda (butun ne’mətləri gorub daddınız və onlardan ləzzət aldınız (dunyada sizin ucun gozəl olan hər seyi xərclədiniz, axirətə bir sey qalmadı). Bu gun isə yer uzundə nahaq yerə təkəbbur gostərdiyinizə və (Allahın itaətindən cıxmıs) fasiqlər oldugunuza gorə həqarətli əzabla cəzalandırılacaqsınız!”
(Ya Rəsulum!) Ad qovmunun qardasını (Hudu) da xatırla! Bir zaman o ozundən əvvəl də, sonra da peygəmbərlər gəlib-getmis Əhqafda (yuksək qumsal təpələrdə) olan qovmunə belə demisdi: “Allahdan basqasına ibadət etməyin. Mən boyuk gunun (qiyamət gununun) sizə uz verəcək əzabından qorxuram!”
(Hud) demisdi: “(Əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız mənimlə gondərilənləri (risaləti, Allahın əmrlərini) təblig edirəm. Ancaq mən sizin cahil bir qovm oldugunuzu gorurəm!”
Onu (ozlərinə və’d olunmus əzabı) vadilərinə tərəf uz tutub gələn bir bulud (səklində) gordukləri zaman: “Bu bizə yagıs yagdıracaq buluddur!” – dedilər. (Hud isə onlara belə dedi:) “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz seydir, bir kuləkdir ki, onda siddətli əzab vardır
O oz Rəbbinin əmri ilə hər seyi məhv edər!” Onlar (ertəsi gun) səhər cagı elə bir vəziyyətə dusdulər ki, evlərindən basqa hec bir sey gorunmədi (hamısı məhv oldu). Biz gunahkar qovmu belə cəzalandırırıq
(Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dovləti, qudrəti) sizə verməmisdik. Biz onlara qulaq, goz və qəlb vermisdik, lakin nə qulaqları, nə gozləri, nə də qəlbləri onlara hec bir fayda vermədi. Cunki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı
And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri (Səmud, Lut tayfalarının yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana) qayıdalar deyə, ayələri onlara curbəcur səkildə bəyan etdik (təkrar-təkrar gostərdik)
Bəs nə ucun Allahı qoyub (Ona) yaxınlasmaq məqsədilə tanrı qəbul etdikləri (butlər) onlara komək etmədi? Əksinə, (o tanrılar) onlardan uzaqlasıb qeyb oldular. Bu, (Allaha yaxınlasmaq məqsədilə butlərə sitayis etmək) onların oz yalanları və oz uydurmalarıdır
(Ya Peygəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini Qur’anı dinləmək ucun sənin yanına gondərmisdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): “Qulaq asın!” – dedilər və (Qur’an oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifətilə oz qovmlərinin yanına qayıtdılar. (Isə bax ki, cinlər Qur’anı esidib ona iman gətirdikləri halda, bu musriklər hələ də ondan uz dondərirlər)
Onlar dedilər: “Ey qovmumuz! Biz Musadan sonra nazil edilmis, ozundən əvvəlkiləri (Tovratı, Incili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və duz yola (islam dininə) yonəldən bir Kitab dinlədik
Ey qovmumuz! Allahın carcısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət gunu) gunahlarınızdan kecər və sizi siddətli əzabdan xilas edər
Allahın carcısını qəbul etməyən (bilsin ki) yer uzundə qacıb canını Ondan (Onun əzabından) qurtara bilməz və ona Allahdan basqa komək edən dostlar da tapılmaz. Belələri acıq-askar (haqq yoldan) azmıslar!”
Məgər onlar goyləri və yeri yaratmıs və onları yaratmaqdan yorulmamıs Allahın oluləri də diriltməyə qadir oldugunu gorub anlamırlarmı? Bəli, O, hər seyə qadirdir
(Ya Rəsulum!) Peygəmbərlərdən əzm (və səbat, səriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda cətinliklərə, əziyyətlərə) səbr et. (Musriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar və’d olunduqlarını (əzabı) gorəcəkləri gun gunduzun ancaq bir saatı qədər (dunyada) qaldıqlarını sanacaqlar. (Bu Qur’an Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qovmdən basqası da hec məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən cıxmıs fasiqlər məhv ediləcəklər)