Back to Languages

Azerbaijani - Chapter 59 - Al-Hashr

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Hashr 59:1

Goylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib sə’ninə tə’riflər deyər. O, yenilməz quvvət sahibi, hikmət sahibidir

Verse 2 — Surah Al-Hashr 59:2

Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yasayıb Muhəmməd əleyhissəlamın peygəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb oz yurdundan cıxardan (Sama surgun edən) Odur. (Ey mo’minlər!) Siz onların (oz yurdundan) cıxacaqlarını guman etmirdiniz. Onlar isə oz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacagını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gozləmədikləri yerdən gəlib urəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm oz əlləri, həm də mo’minlərin əlləri ilə ucurdub dagıdırdılar. Ey bəsirət sahibləri! (Bəni Nəzir qəbiləsinin basına gələnlərdən) ibrət alın

Verse 3 — Surah Al-Hashr 59:3

Əgər Allah onlara (yurdlarından cıxardılıb) surgun olunmagı hokm etməsəydi, onları dunyada mutləq (basqa bir) əzaba ducar edərdi. Axirətdə isə onları cəhənnəm əzabı gozləyir

Verse 4 — Surah Al-Hashr 59:4

Bu onların Allaha və Onun Peygəmbərinə asi olmalarına gorədir. Kim Allaha asi olsa (bilsin ki), Allahın cəzası cox siddətlidir

Verse 5 — Surah Al-Hashr 59:5

(Ey mo’minlər! Sizin kafirlərə məxsus olan) hər hansı bir xurma agacını kəsməyiniz, yaxud (toxunmayıb) onu koku ustundə salamat qoymagınız Allahın iznilədir. Və bu (Allahın oz Rəbbinə asi olan) fasiqləri rusvay etməsi ucundur

Verse 6 — Surah Al-Hashr 59:6

(Ey mo’minlər!) Allahın onların (Bəni Nəzər qəbiləsinin) mallarından Oz Peygəmbərinə verdiyi qənimət ucun siz onların ustunə nə at, nə də dəvə surdunuz. Lakin Allah Oz peygəmbərini istədiyi kimsələr uzərində hakim edər. Allah hər seyə qadirdir

Verse 7 — Surah Al-Hashr 59:7

Allah Oz Peygəmbərinə (fəth olunmus) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peygəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrabaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) musafirə (yolculara) məxsusdur. Bu ona gorədir ki, (həmin mal-dovlət) icərinizdəki zənginlər arasında əldən-ələ dolasan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peygəmbər sizə nə verirsə, onu goturun; nəyi qadagan edirsə, ondan əl cəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası cox siddətlidir

Verse 8 — Surah Al-Hashr 59:8

(Bu qənimət) yurdlarından qovulub cıxardılmıs, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peygəmbərinə komək edən yoxsul muhacirlərə məxsusdur. Onlar (imanlarında, sozlərində və islərində) dogru olan kimsələrdir

Verse 9 — Surah Al-Hashr 59:9

Onlardan (muhacirlərdən) əvvəl (Mədinədə) yurd salmıs və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmis kimsələr (ənsar) oz yanlarına (səhərlərinə) muhacirət edənləri sevər, onlara verilən qənimətə gorə urəklərində həsəd (qəzəb) duymaz, ozləri ehtiyac icində olsalar belə, onları ozlərindən ustun tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovusanlardır

Verse 10 — Surah Al-Hashr 59:10

Onlardan (muhacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmis (din) qardaslarımızı bagısla. Bizim qəlblərimizdə iman gətirənlərə qarsı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, səfqətlisən, mərhəmətlisən!”

Verse 11 — Surah Al-Hashr 59:11

(Ya Peygəmbər) Məgər kitab əhlindən kafir olan qardaslarına: “Əgər (siz oz yurdunuzdan) cıxarılsanız, biz də sizinlə birlikdə mutləq (yurdumuzdan) cıxacaq, sizin əleyhinizə hec vaxt hec kəsə qosulub tabe olmayacagıq. Əgər (mo’minlər) sizinlə vurussalar, subhəsiz ki, sizə yardım edəcəyik!” – deyən munafiqləri gormədinmi? Allah onların xalis yalancı olduguna sahiddir

Verse 12 — Surah Al-Hashr 59:12

And olsun ki, əgər onlar (Bəni Nəzər qəbiləsi) yurdlarından cıxarılsalar, (munafiqlər) onlarla birlikdə (oz yurdlarından) cıxmazlar. Əgər (mo’minlər) onlarla vurussalar, (munafiqlər) onlara (yəhudilərə) komək etməzlər. Yox, əgər (munafiqlər) onlara yardım etmis olsalar, (ozləri məglubiyyətə ugrayaraq) arxa cevirib qacar, sonra da onlara (Bəni Nəzir qəbiləsinə) hec bir komək olunmaz

Verse 13 — Surah Al-Hashr 59:13

(Ey mo’minlər!) Onların (munafiqlərlə yəhudilərin) urəklərinə qorxu salan Allahdan cox sizsiniz. Bu isə onların (Allahın əzəmət və heybətini) anlamaz bir qovm olduqlarına gorədir

Verse 14 — Surah Al-Hashr 59:14

Onlar (munafiqlərlə yəhudilər) hamılıqla sizə qarsı ancaq mohkəm səhərlərdə (kəndlərdə), yaxud divar arxasında (qala icərisində) olarkən doyusərlər (basqa səraitdə sizinlə vurusmaga cur’ət etməzlər). Onların oz aralarındakı vurusmaları (və dusməncilikləri) isə cox gucludur. (Ya Peygəmbər!) Sən onların əlbir olduqlarını guman edirsən, lakin onların qəlbləri dagınıqdır. Bunun səbəbi onların agılsız bir qovm olmalarıdır

Verse 15 — Surah Al-Hashr 59:15

Onlar ozlərindən bir az əvvəl əməllərinin cəzasını (dunyada) dadmıs kimsələrə (Bədrdə məglub olmus Məkkə musriklərinə) bənzəyirlər. Onları (axirətdə) siddətli bir əzab gozləyir

Verse 16 — Surah Al-Hashr 59:16

(Munafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Seytana (Seytanın insanı aldatmasına) bənzəyir. O, insana: “Kafir ol!” – deyər. (Insan) kafir olan kimi (Seytan onu qoyub qacaraq): “Mənim səninlə hec bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyər

Verse 17 — Surah Al-Hashr 59:17

Onların hər ikisinin (Seytanla onun aldatdıgı adamın, eləcə də munafiqlərlə Bəni Nəzir qəbiləsinin) aqibəti cəhənnəm odu icində həmisəlik qalmaqdır. Zalımların (kafirlərin) cəzası budur

Verse 18 — Surah Al-Hashr 59:18

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah ucun nə etdiyinə (axirət ucun ozunə nə hazırladıgına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır

Verse 19 — Surah Al-Hashr 59:19

Allahı unutduları ucun Allahın da onları ozlərinə unutdurdugu (xeyirlərini basa dusməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən cıxmıs) fasiqlərdir

Verse 20 — Surah Al-Hashr 59:20

Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovusanlardır

Verse 21 — Surah Al-Hashr 59:21

(Ya Peygəmbər!) Əgər Biz bu Qur’anı bir daga nazil etsəydik, sən onun Allahın qorxusundan (kicildiyini) parca-parca oldugunu gorərdin (halbuki agıl və ruh sahibi olan insan onun oyud-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar ucun cəkirik ki, bəlkə, dusunələr

Verse 22 — Surah Al-Hashr 59:22

O Ozundən basqa hec bir tanrı olmayan, gizlini də, askarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dunyada butun bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız mo’minləri bagıslayan Rəhimdir)

Verse 23 — Surah Al-Hashr 59:23

O Ozundən basqa hec bir tanrı (mə’bud) olmayan, (butun məxluqatın) ixtiyar sahibi, muqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxs edən, (hər seydən) goz-qulaq olub (onu) qoruyan, yenilməz qudrət (quvvət) sahibi, (hamını istədiyi hər hansı bir seyə) məcbur etməyə qadir olan, (hər seydən) boyuk (hər seyin fovqundə) olan Allahdır. Allah (musriklərin) Ona qosduqlarından (səriklərdən) ucadır

Verse 24 — Surah Al-Hashr 59:24

O, (hər seyi) yaradan, yoxdan var edən, (hər seyə) surət verən Allahdır. Ən gozəl adlar (əsmayi-husna) ancaq Ona məxsusdur. Goylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib sə’ninə tə’riflər deyər. O, yenilməz quvvət sahibi, hikmət sahibidir