Ey iman gətirənlər! Etməyəcəyiniz bir seyi niyə deyirsiniz? (Bə’zi musəlmanlar: “Hansı əməllərin Allaha daha xos getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!” – deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir cox mo’minlərin xosuna gəlmədi)
(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa oz qovmunə demisdi: “Ey qovmum! Mənim Allahın sizə gondərilmis peygəmbəri oldugumu bildiyiniz halda, niyə məni incidirsiniz?” Onlar (haqdan) uz dondərdi. Allah (Ozunə asi olan) fasiqləri dogru yola yonəltməz
Onu da xatırla ki, bir vaxt Məryəm oglu Isa belə demisdi: “Ey Israil ogulları! Həqiqətən, mən ozumdən əvvəl nazil olmus Tovratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peygəmbərlə (sizə) mujdə verən Allahın elcisiyəm!” Sonra (Isa, yaxud Muhəmməd əleyhissəlam) onlara acıq-askar mo’cuzələr gətirdikdə onlar: “Bu, acıq-aydın sehrdir!” – dedilər
Islama də’vət olundugu halda, Allaha qarsı yalan uydurandan (Onun peygəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qovmu dogru yola yonəltməz
Onlar Allahın nurunu (islam dinini) oz agızları (oz iftiraları və sər sozləri) ilə sondurmək istəyirlər. Allah isə - kafirlərin xosuna gəlməsə də, oz nurunu (dinini) tamamlayacaqdır
(O qazanc yolu budur:) Allaha və Onun Peygəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vurusasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin ucun nə qədər xeyirlidir
(Əgər belə etsəniz) O sizin gunahlarınızı bagıslayar və sizi (agacları) altından caylar axan cənnətlərə və Ədn cənnətlərindəki gozəl saraylara daxil edər. Bu, boyuk qurtulusdur (ugurdur)
(Sizi hələ) sevdiyiniz basqa bir sey (bir ne’mət) də - Allah dərgahından komək və yaxın qələbə (Məkkənin fəthi) gozləyir. (Ya Peygəmbər!) Mo’minlərə (dunyada zəfərlə, axirətdə Cənnətlə) mujdə ver
Ey iman gətirənlər! Allahın (dininin və peygəmbərinin) koməkciləri olun! Necə ki, Məryəm oglu Isa həvarilərə: “Allah yolunda mənim koməkcilərim kimdir?” – demis, həvarilər də: “Allahın koməkciləri bizik!” – deyə cavab vermisdilər. Nəhayət, Israil ogullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri dusmənlərinə qarsı quvvətləndirdik və onlar qələbə caldılar