Və ya bir qədər ondan cox! (Sənin gecəni oyaq qalıb namaz qılmagın onun ucdə bir hissəsindən az, ucdə ikisindən cox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (agır-agır) Qur’an oxu
Cunki gunduz (ya Peygəmbər!) sənin uzun-uzadı davam edən (dunyəvi) islərin vardır. (Gunduz insanın isi cox olur, məisət isləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlasır, hec kəs ona mane olmur. Insan oz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna gorə də gecə ibadət etmək cətin olsa da, daha məqsədəuygundur)
(Ya Peygəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatagından) qalxıb bə’zən gecənin təqribən ucdə ikisini, bə’zən yarısını, bə’zən də ucdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zumrə (yaxın səhabən) də belədir. Gecəni də, gunduzu də olcub-bicən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) olcub saya bilməyəcəyinizi (yaxud butun gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi ucun sizi əfv etdi (sizə rusxət verdi). Qur’andan sizə muyəssər olanı oxuyun. (Allah) bilir ki, icərinizdə xəstələr də olacaq, bə’ziləri Allahın lutfundən ruzi axtarmaq ucun (ticarət məqsədilə) yer uzunu gəzib dolasacaq, digərləri isə Allah yolunda vurusacaqdır (cihada gedəcəkdir). Elə isə ondan (Qur’andan) sizə muyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gozəl (konul xoslugu ilə) bir borc verin. Ozunuz ucun oncə (dunyada) nə yaxsı is gorsəniz, Allah dərgahında onun daha xeyirli və daha boyuk mukafatı oldugunu gorəcəksiniz. Allahdan bagıslanmagınızı diləyin. Həqiqətən, Allah bagıslayandır, rəhm edəndir