(Ey musriklər!) Yer uzundə dord ay sərbəst gəzib dolasın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qacıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dunyada və axirətdə) rusvay edəcəkdir
Allahdan və Onun Peygəmbərindən boyuk həcc gunu (zulhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə gunu) insanlara bir bildiris! Allahın və Onun Peygəmbərinin musriklərlə hec bir əlaqəsi yoxdur. Əgər (kufrdən və sirkdən) tovbə etsəniz, bu sizin ucun xeyirli olar. Əgər (imandan) uz dondərsəniz, bilin ki, Allahın əzabından qacıb canınızı qurtara bilməzsiniz. (Ey Peygəmbərim!) Kafir olanları siddətli bir əzabla mujdələ
Muqavilə baglandıqdan sonra sizə qarsi bir naqislik etməmis (onun sərtlərini pozmamıs) və sizin əleyhinizə hec kəsə yardım gostərməmis musriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (muddəti bitənədək) vəfa edin. Subhəsiz ki, Allah muttəqiləri (əhdi nahaq yerə pozmaqdan cəkinənləri) sevər
Haram aylar (onlara mohlət verilmis zulhiccə, məhərrəm, səfər və rəbiuləvvəl ayları) cıxınca musrikləri harada gorsəniz, oldurun, yaxalayıb əsir alın, həbs (muhasirə) edin və butun yollarını – kecidlərini tutun. Lakin əgər tovbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (isiniz olmasın). Həqiqətən, Allah bagıslayandır, rəhm edəndir
Əgər (basqına ugrayan) musriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin oldugu (musriklərin yasadıgı) yerə catdır. Cunki onlar (haqqı) bilməyən bir tayfadır
Məscidulhəramın yanında (Hudeybiyyədə) muqavilə bagladıgınız kəslər (Bəni–Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, musriklərin Allah və Onun Peygəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə dogru-duzgun davrandıqca (əhdi pozmadıqca) siz də onlarla dogru-duzgun dolanın. Həqiqətən, Allah muttəqiləri (xəyanətdən, əhdi pozmaqdan cəkinənləri) sevər
Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? Onlar urələri istəmədikləri halda, sozdə sizi razı salmaga calısarlar. Onların əksəriyyəti (Allaha asi olan, itaətdən cıxan, əhdi pozan) fasiqlərdir
Onlar (musriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan dondərdilər (islamı qəbul etməyə mane oldular). Həqiqətən, onların gordukləri is necə də pisdir
Əgər tovbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaslarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa ucun belə ətraflı izah edirik
Əgər əhd bagladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sozlərinin ustundə durmayan) kufr bascıları ilə vurusun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar ucun hec bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz islərdən) əl cəkələr
(Ey mo’minlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peygəmbəri (oz yurdundan) cıxardıb qovmaq niyyətində olan, ustəlik sizinlə doyusə də birinci baslayan bir tayfa ilə vurusmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) mo’minlərsinizsə, bilin ki, əslində qorxmalı oldugunuz məhz Allahdır
Onlarla vurusun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rusvay etsin, sizə onların uzərində qələbə caldırıb mo’minlərin urəklərini fərəhləndirsin
Və onların (musriklərin əlindən əziyyət cəkən musəlmanların) qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tovbəsini qəbul edər. Allah (hər seyi) biləndir, hikmət sahibidir
Yoxsa elə guman edirsiniz ki, Allah icərinizdə cihad edənləri, Allahdan, Onun Peygəmbərindən və mo’minlərdən basqasını ozlərinə dost tutanları ayırd etməmis siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır
Musriklər kufr etdikləri barədə oz-ozlərinə sahid olduqları halda, Allahın məscidlərini tə’mir etmək onlara layiq olmaz. Onların əməlləri puca cıxmısdır. Onlar Cəhənnəmdə (atəsdə əbədi qalacaqlar)
Allahın məscidlərini yalnız Allaha və qiyamət gununə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan basqa hec kəsdən qorxmayanlar tə’mir edə bilərlər (yalnız bu qəbildən olan səxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar dogru yolu tapa bilənlərdən ola bilərlər
(Ey musriklər!) Məgər siz hacılara su verməyi və Məscidulhəramı tə’mir etməyi Allaha və qiyamət gununə iman gətirib Allah yolunda cihad edənlərdə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı dogru yola yonəltməz
Iman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vurusanları Allah yanında ən yuksək dərəcələr gozləyir. Onlar nicat tapanlardır (xeyrə qovusanlardır)
Ey iman gətirənlər! Əgər atalarınız və qardaslarınız kufru imandan ustun tuturlarsa, onları ozunuzə dost bilməyin. Sizdən onları dost tutanlar ozlərinə zulm etmis olarlar
(Ya Rəsulum!) De: “Əgər atalarınız, ogullarınız, qardaslarınız, ovrətləriniz, qəbiləniz (qohumlarınız), qazandıgınız mallar, kasad olmasından qorxdugunuz ticarət, xosunuza gələn məskənklər sizə Allahdan, Onun Peygəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gozləyin. Allah fasiqləri dogru yola yonəltməz
Allah sizə bir cox yerlərdə, həmcinin Huneyn (vurusu) gunundə komək etdi. O gun cox olmagınız xosunuza gəlsə də, bir faydası olmadı, gen dunya sizə dar oldu (yer uzu genisliyinə baxmayaraq sizə dar gəldi), sonra donub qacdınız
Sonra da Allah Oz Peygəmbərinə və mo’minlərə arxayınlıq nazil etdi, (koməyinizə mələklərdən ibarət) gormədiyiniz əsgərlər endirdi və kafirləri əzaba ducar etdi. Bu, kafirlərin cəzasıdır
Ey iman gətirənlər! Musriklər (batinləri xəbis, e’tiqadları puc və iyrənc olduguna, su basına cıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət quslu etmədiklərinə gorə), dogrudan da, murdardırlar. Ozlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidulhərama yaxınlasmasınlar. Əgər yoxsulluqdan (ehtiyacdan) qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, oz ne’mətindən (verib) sizi mutləq dovlətli edəcəkdir. Allah (hər seyi) biləndir, hikmət sahibidir
Kitab əhlindən Allaha və qiyamət gununə iman gətirməyən, Allahın və Peygəmbərinin haram buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə dusub oz əlləri ilə cizyə verincəyə qədər vurusun
Yəhudilər: “Uzeyr Allahın ogludur”, xacpərəstlər də: “Məsih (Isa) Allahın ogludur”, - dedilər. Onların agzında gəzən bu (bos) sozlər daha oncə kufr edənlərin (“mələklər Allahın qızlarıdır” - deyənlərin) sozlərinə bənzəyir. Allah onları oldursun! (Allah onlara lə’nət eləsin!) Necə də (yalana uyub haqdan) dondərilirlər
Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oglu Məsihi ozlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmusdu. Ondan basqa hec bir tanrı yoxdur. Allah pak və muqəddəsdir. Ona sərik qosulan butlərlə hec bir əlaqəsi yoxdur! (Allah musriklərin Ona sərik qosduqları butlərdən uzaqdır)
Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Qur’anı) agızları (batil sozləri) ilə sondurmək istəyirlər. Allah isə kafirlərin xosuna gəlməsə də, ancaq oz nurunu (dinini) tamamlamaq istər
Musriklərin xosuna gəlməsə də, onu (islamı) butun dinlərin fovqundə (butun dinlərdən ustun) etmək ucun Oz Peygəmbərini dogru yolla və haqq dinlə gondərən Odur
Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xacpərəst) rahiblərindən coxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan dondərirlər. (Ya Rəsulum!) Qızıl-gumus yıgıb onu Allah yolunda xərcləməyənləri siddətli bir əzabla mujdələ
Həqiqətən, Allah yanında ayların sayı goyləri və yeri yaratdıgı gundən bəri Allahın Kitabında on ikidir. Onların dordu (rəcəb, zulqə’də, zulhiccə və məhərrəm) haram aylardır. Bu, dogru dindir (Ibrahim və Ismailin gətirdikləri dinin dogru hesabı və hokmudur). Ona gorə də həmin aylarda ozunuzə zulm etməyin. Musriklərin hamısı sizinlə vurusduqları kimi, siz də onlarla vurusun və bilin ki, Allah muttəqilərlədir
Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi sə’bana və ya zulqə’də, zulhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud basqa bir aya saxlamaq) ancaq kufru artırmaqdır ki, bununla kafir olanlar (dogru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını duzəltmək, Allahın haram buyurdugunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyisdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bə’zən halal, halal olan bir ayı da bə’zən haram hesab edərlər). Pis əməlləri onlara gozəl gorunmusdur. Allah kafir qovmu dogru yola yonəltməz
Ey iman gətirənlər! Sizə nə oldu ki, “Allah yolunda doyusə cıxın!” – deyildikdə yerə yapısıb qaldınız. Yoxsa axirətdən vaz kecib dunya həyatına razı oldunuz? Halbuki dunya malı axirət yanında (axirətlə muqayisədə) yalnız cuz’i bir seydir
Əgər (sizə əmr olunan bu doyusə) cıxmasanız, Allah sizə siddətli bir əzab verər və sizi basqa bir tayfa ilə əvəz edər (yerinizə basqa bir tayfa gətirər). Siz isə Ona (doyusə cıxmamagınızla Allaha və Peygəmbərinə) hec bir zərər verə bilməzsiniz. Allah hər seyə qadirdir
(Ey mo’minlər!) Əgər siz ona (Peygəmbərə) komək etməsəniz, Allah ona komək gostərmis olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq cıxartdıqları, hər ikisi magarada oldugu və oz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (gostərmisdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmis, onu sizin gormədiyiniz (mələklərdən ibarət) əsgərlərlə mudafiə etmis, kafirlərin sozunu alcaltmısdı. Yalnız Allahın sozu (kəlmeyi-səhadət) ucadır. Allah yenilməz quvvət, hikmət sahibidir
(Ey mo’minlər!) Agırlı-yungullu (qocalı-cavanlı, atlı-piyada, guclu-gucsuz, dovlətli-kasıb) hamınız cihada cıxıb malınız və canınızla Allah yolunda vurusun! Bilsəniz bu sizin ucun nə qədər xeyirlidir
Əgər o (də’vət olunduqları yurus), asan əldə edilən mənfəət (dunya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mutləq sənin ardınca gedərdilər. Lakin yorucu (məsəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gucumuz catsaydı, biz də sizinlə bərabər səfərə cıxardıq”,- deyə Allaha and icəcəklər. Onlar (yalandan Allaha and icməklə) ozlərini həlak edirlər. Allah isə onların yalancı olduqlarını bilir
Allah səni bagıslasın! (Allah səni əfv etdi). Dogru danısanlar sənə bəlli olmadan, yalancıları tanımadan əvvəl nə ucun onlara (cihadda istirak etməməyə) izin verdin
Allaha və axirət gununə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada cıxarlar). Allah muttəqiləri tanıyandır
Səndən (cihada cıxmamaq ucun) izin istəyənlər ancaq Allaha, axirət gununə iman gətirməyənlər və urəkləri səkk-subhəyə dusənlərdir. Onlar oz subhələrində tərəddud edib durarlar
Əgər onlar (munafiqlər cihada) cıxmaq istəsəydilər, ona hazırlıq gorərdilər. Lakin onların davranısı Allaha xos gəlmədi, buna gorə də (cihada cıxmaqlarına) mane oldu. Onlara: “(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və usaqlarla bərabər) siz də oturun!” - deyildi
Əgər (munafiqlər) sizinlə birlikdə (cihada) cıxsaydılar, yalnız icinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə ugratmaq ucun aranıza soxulardılar. Icinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır
Onlar əvvəl də (Uhud doyusundə) fitnə torətmək istəmis və sənin ucun bir para isləri alt-ust etmisdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu
Onlardan (munafiqlərdən): “Mənə (doyusə getməməyə) izin ver, məni fitnəyə salma!” – deyənlər də var. Bilin ki, onlar (ozləri) fitnəyə dusmuslər. Subhəsiz ki, Cəhənnəm kafirləri buruyəcəkdir
Sənə bir yaxsılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir musibət uz versə: “Biz tədbirimizi qabaqcadan gormusuk!” deyər və sevincək halda donub gedərlər
De: “Allahın bizim ucun (lovhi-məhfuzda) yazdıgından basqa bizə hec bir sey uz verməz. O bizim ixtiyar sahibimizdir. Buna gorə də mo’minlər yalnız Allaha təvəkkul etsinlər!”
De: “Biz Allahın Ozu tərəfindən və ya bizim əlimizlə sizi əzaba ducar etməsini gozlədiyimiz halda, siz bizlərə ancaq iki yaxsı isdən (zəfər calmaqdan və səhid olmaqdan) birinin gəlməsinimi gozləyirsiniz? Dogrusu, biz də sizinlə birlikdə gozləməkdəyik”
(Munafiqlərə) de: “Istər konul xoslugu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Cunki siz fasiq bir tayfasınız
Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peygəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir
(Ya Peygəmbərim! Munafiqlərin) nə malları, nə də ogul-usagı səni təəccubləndirməsin. Allah onlarla ancaq munafiqlərə dunyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər
(Munafiqlər) sizdən olmaya-olmaya mutləq sizdən olduqları barədə Allaha and icərlər. Lakin onlar (əslində sizin onları oldurmənizdən ehtiyat edən, buna gorə də zahirən ozlərini musəlman kimi gostərən) qorxaq bir zumrədir
Onlardan (munafiqlərdən) sədəqələr (onların bolunməsi) barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir sey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər
Kas munafiqlər Allahın və Peygəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə kifayətdir. Allah bizə Oz ne’mətindən bəxs edəcək, Peygəmbəri də (sədəqədən). Biz, həqiqətən, Allaha urəkdən baglananlarıq!” – deyəydilər
Sədəqələr (zəkatlar) Allah tərəfindən muəyyən edilmis bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandıgından əl acıb dilənməyən) minskinlərə, zəkatı yıgıb paylayanlara, urəkləri (musəlmanlıga) isinisib baglanmaqda olanlara (iman gətirib hələ kamil mo’min olmayanlara), azad ediləcək kolələrə (və ya boynuna kəffarə dusub verə bilməyənlərə), həmcınin (borcu odəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolculara (pulu qurtardıgı ucun yolda qalan, vətəninə qayıda bilməyən musafirlərə) məxsusdur. Allah (hər seyi) biləndir, hikmət sahibidir
(Munafiqlər icində) Peygəmbəri incidib: “O (hamını dinləyən, hər sozu esidib inanan) bir qulaqdır”,- deyənlər də var. De: “O qulaq sizin ucun bir ne’mətdir. Allaha da inanır, mo’minlərə də. O sizdən iman gətirənlər ucun rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə siddətli bir əzab gozləyir!”
(Ey mo’minlər!) Onlar sizin razılıgınızı qazanmaq ucun (munafiq olmadıqları barədə) Allaha and icirlər. Əgər onlar mo’mindirlərsə, (bilsinlər ki) Allahın və Onun Peygəmbərinin razılıgını qazanmaq daha vacibdir
Munafiqlər urəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən cəkinirlər. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub cəkindiyiniz seyi uzə cıxaracaqdır!”
(Ya Rəsulum!) Onlardan (Təbuk doyusunə gedərkən səni laga qoyan munafiqlərdən nə ucun belə etdiklərini) sorussan: “Biz ancaq sohbət edib zarafatlasırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peygəmbərinə istehzamı edirsiniz
(Əbəs yerə) uzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiuzluluyu biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tovbə edəcəyinə gorə) bagıslasaq da, digər qismini gunahkar oldugu ucun əzaba ducar edəcəyik
Munafiq kisilərlə munafiq qadınlar (ikiuzlulukdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis islər gorməyi əmr edər, yaxsı isləri qadagan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, munafiqlər (Allahın itaətindən cıxmıs) fasiqlərdir
Allah munafiq kisilərə, munafiq qadınlara və kafirlərə icində əbədi qalacaqları cəhənnəm odu və’d etmisdir. (Atəs, əzab) onlara kifayətdir. Allah onlara lə’nət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gozləyir
(Ey munafiqlər!) Siz ozunuzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha quvvətli (mohkəm), mal-dovlət, ovlad baxımından daha artıq idilər. Onlar (dunyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də ozunuzdən əvvəlkilər kimi (dunyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlıgına) yuvarlandınız. Onların əməlləri dunyada da, axirətdə də puca cıxmısdır. Onlar ozlərinə zərər eləyənlərdir
Məgər onlara ozlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, Ibrahim qovmunun, Mədyən əhalisinin və Mo’təfikilərin (səhərləri alt-ust olmus Lut tayfasının) xəbəri gəlib catmadımı? Peygəmbərləri onlara askar mo’cuzələrlə gəlmisdilər. Allah onlara zulm edən deyildi, lakin onlar ozlərinə zulm etdilər
Mo’min kisilərlə mo’min qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxsı islər gorməyi əmr edər, pis isləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peygəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz quvvət sahibi, hikmət sahibidir
Allah mo’min kisilərə və qadınlara (agacları) altından caylar axan cənnətlər və Ədn cənnətlərində gozəl məskənlər və’d buyurmusdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha boyukdur. Bu, boyuk qurtulusdur (ugurdur)
Ya Peygəmbər! Kafirlərə və munafiqlərə qarsı vurus! (Kafirləri qılıncla, munafiqləri isə dəlil-subutla, sozlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir
(Munafiqlər) Allaha and icirlər ki, (Peygəmbər haqqında nalayiq sozlər) deməyiblər. (And olsun ki) onlar kufr sozunu demis, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmus, muvəffəq ola bilmədikləri bir isə (Təbuk doyusundən qayıdarkən Peygəmbərə qarsı hazırladıqları sui-qəsdə) girismisdilər. (Munafiqlərin Peygəmbərə və mo’minlərə qarsı) kin-kudurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peygəmbərinin Oz ne’mətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiuzluluklərindən və digər yaramaz əməllərindən) tovbə etsələr, onlar ucun xeyirli olar. Yox, əgər (imandan) uz dondərsələr, Allah onları dunyada və axirətdə siddətli bir əzaba mubtəla edər. Yer uzundə onların nə bir dostu, nə də bir imdada yetəni var
(Munafiqlərin) bə’zisi də Allahla belə əhd etmisdir: “Əgər Allah bizə Oz ne’mətindən (mal-dovlət) bəxs etsə, biz mutləq sədəqə (həmin malın zəkatını) verəcək və sozsuz ki, əməlisalehlərdən olacagıq”
(Allah) Oz ne’mətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) uz dondərdilər. Onlar elə zatən donukdurlər
(Allaha) verdikləri və’də xilaf cıxdıqlarına, yalan danısdıqlarına gorə Allah da onların urəyinə qarsılasacaqları gunə (qiyamət gununə) qədər (davam edəcək) nifaq saldı
Məgər (o munafiqlər) bilmirdilər ki, Allah onların (urəklərindəki) sirlərini də bilir, gizli danısıqlarını da. Və Allah qeybləri (gizli seyləri) cox gozəl biləndir
Konullu surətdə (bollu) sədəqə verən mo’minlərə tə’nə edənləri və guc-bəla ilə əllərinə dusəni təsədduq edən kəsləri məsxərəyə qoyanları Allah Ozu məsxərəyə qoyacaqdır. Onlar siddətli bir əzaba ducar olacaqlar
(Ya Peygəmbərim!) Onlar (o munafiqlər) ucun istər bagıslanma dilə, istər diləmə; onlar ucun yetmis dəfə bagıslanma diləsəndə, yenə Allah onları bagıslamayacaq. Bu onların Allahı və Onun Peygəmbərini inkar etmələrinə gorədir. Allah fasiq tayfanı dogru yola yonəltməz
(Təbuk doyusundə istirak etməyib) arxada qalanlar (munafiqlər) Allahın Rəsuluna qarsı cıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (mo’minlərə): “Bu istidə doyusə cıxmayın!” – dedilər. (Ya Peygəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kas biləydilər
Əgər (Təbuk doyusundən sonra) Allah səni (Mədinədə qalıb cihada cıxmayan munafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (doyusə cıxmaq ucun) izin istəsələr, de: “Mənimlə əsla (cihada) cıxmayacaq, mənimlə birlikdə hec vaxt hec bir dusmənə qarsı doyusməyəcəksiniz. Cunki əvvəlcə (evdə) oturmaga razı oldunuz. Indi də arxada qalanlarla (qadınlar və usaqlarla) birlikdə (evdə) oturun!”
Onlardan (munafiqlərdən) olən hec bir kəsə hec vaxt namaz qılma, qəbrinin basında durma. Cunki onlar Allahı, Onun Peygəmbərini dandılar və fasiq olaraq oldulər
Onların nə mal-dovləti, nə də ogul-usagı səni heyrətə salmasın. Allah bununla onlara (munafiqlərə) ancaq dunyada əzab vermək və kafir olduqları halda, canlarının (cətinliklə) cıxmasını istər
“Allaha iman gətirin, Onun Peygəmbəri ilə birlikdə vurusun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “Qoy biz də (doyusə cıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!” – deyərlər
Onlar arxada qalanlarla (qadınlar, usaqlar və xəstələrlə) bir yerdə qalmagı ozlərinə rəva bildilər. Onların urəkləri mohurlənmisdir, buna gorə də (Allahın oyud-nəsihətini, cihadın savabını, ondan boyun qacırmagın rəzalətini) anlamazlar
Lakin Peygəmbər və onunla birlikdə olan mo’minlər malları və canları ilə cihad etdilər (vurusdular). Butun ne’mətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır
Bədəvilərdən (Təbuk doyusunə getməmək ucun) izin almaga uzrxahlar gəldi. Allaha və Onun Peygəmbərinə yalan soyləyənlər isə (uzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara siddətli bir əzab uz verəcəkdir
Allaha və Onun Peygəmbərinə sadiq qalmaq (hec bir pisliyə meyl etməmək) sərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə bir sey tapa bilməyənlərə (cihadda oz xərcini tə’min etməyə qadir olmayanlara doyusə getməməkdə) hec bir gunah yoxdur. Yaxsı islər gorənləri də (uzrlu səbəbə gorə evdə qaldıqda) məzəmmət etməyə hec bir əsas (luzum) yoxdur. Allah bagıslayandır, rəhm edəndir
(Doyusə getməyə minikdən otru) yanına gəldikdə: “Sizin minməyiniz ucun bir heyvan tapmıram”,- deyərkən (cihad yolunda) sərf etməyə bir sey tapa bilmədikləri ucun kədərdən gozlərindən yas axa-axa geri donənlərdə hec bir gunah yoxdur
Ancaq varlı olduqları halda (doyusə getməmək ucun) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və usaqlarla) bir yerdə qalmaga razı oldular. Allah onların urəklərini (qazandıqları gunaha gorə) mohurləmisdir. Buna gorə də onlar (baslarına gələcək musibəti) bilməzlər
(Doyusdən geri donub) yanlarına qayıtdıgınız zaman onlar sizdən uzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) uzr istəməyin, onsuzda sizə inanmayacagıq. Allah əhvalınızdan bizi xəbərdar etmisdir. (Bundan belə) əməlinizi Allah da gorəcək, Onun Peygəmbəri də”. Sonra qeybi və askarı bilənin (Allahın) huzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir
Yanlarına qayıtdıgınız zaman onlardan vaz kecməniz (onları məzəmmət etməməniz) ucun (yalandan) Allaha and icəcəklər. Siz də onlardan vaz kecin! (Qoyun qiyamət gunu əzabı daha siddətli olacaq kufr və nifaqlarında davam etsinlər!) Cunki onlar murdardırlar və qazandıqlarının (qazandıqları gunahların) cəzası olaraq dusəcəkləri yer də Cəhənnəmdir
Bədəvilər kufr və nifaq baxımından daha pis (qəliz) və Allahın oz Peygəmbərinə nazil etdiyi hokmləri (cahillikləri uzundən) bilməməyə (basa dusməməyə) daha layiqdirlər. Allah (hər seyi) biləndir, hikmət sahibidir
Bədəvilər icərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və (bundan xilas olmaq ucun) basınıza bəlalar (munasibətlər) gəlməsini gozləyərlər. (Mo’minlərə arzu etdikləri) bəla (musibət) oz baslarına gəlsin! Allah (hər seyi) esidəndir, biləndir
Bədəvilər icərisində elələri də vardır ki, Allaha, axirət gununə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peygəmbərin dualarına nail olmaq ucun vəsilə sayırlar. Bilin ki, bu onlar ucun (Allaha) yaxınlasmaga bir səbəbdir. Allah onları Oz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bagıslayandır, rəhm edəndir
(Islamı) ilk əvvəl qəbul edib (bu isdə basqalarından) irəli dusən muhacirlərə və ənsara, həmcinin yaxsı islər gorməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar ucun əbədi qalacaqları, (agacları) altından caylar axan cənnətlər hazırlamısdır. Bu, boyuk qurtulusdur (ugurdur)
Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi icərisində ikiuzluluyu ozlərinə adət etmis (bu isdə mahir) munafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dunyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən boyuk əzaba ugrayacaqlar
(Munafiqlərin) bir qismi də gunahlarını e’tiraf etdi. Onlar (əvvəl etdikləri) yaxsı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarısdırmıslar. Ola bilsin ki, Allah onların tovbələrini qəbul etsin. Həqiqətən, Allah bagıslayandır, rəhm edəndir
(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (gunahlarından) təmizləmis, pak etmis (mallarına bərəkət vermis, əməllərinin savabını artırmıs) olarsan. Onlardan otru dua et, cunki sənin duan onlar ucun bir arxayıncılıqdır (rahatlıqdır). Allah (hər seyi) esidəndir, biləndir
De: “(Ey insanlar, ey tovbəkarlar! Istədiyinizi) edin. Allah, Onun Peygəmbəri və mo’minlər əməllərinizi gorəcəklər. Siz qeybi və askarı bilən Allahın huzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”
(Bədəvilərdən və Mədinə əhalisindən) doyusə getməyənlərin bir qisminin də isi Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tovbələrini qəbul edəcək. Allah (hər seyi) biləndir, hikmət sahibidir
(Quba məscidinə və musəlmanlara) zərər vurmar, kufr etmək, mo’minlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peygəmbərinə qarsı muharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) goz-qulaq olmaq ucun məscid duzəldən və: “Biz (bununla) yaxsılıqdan basqa bir sey istəmədik”,- deyə and icənlərin (munafiqlərin), həqiqətən, yalancı olmaları barədə Allah Ozu sahidlik edəcəkdir
(Ya Rəsulum!) Orada hec vaxt namaz qılma. Ilk gundən binası təqva (Allahdan qorxub pis əməllərdən cəkinmək) uzərində qurulmus məscid namaz qılmagına daha layiqdir. Orada paklanmagı sevən insanlar vardır. Allah pak olanları (ozlərini cismən təmizləyənləri, mə’nəvi qusurlardan, cirkinliklərdən qorumaga calısanları) sevər
Elə isə (məscid) binasını Allah qorxusu və rizası uzərində quran kəs daha yaxsıdır, yoxsa uculmaqda olan bir yerin (ucurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı dogru yola yonəltməz
Onların qurdugu bina (məscid) urəkləri parca-parca olana (olənə) qədər qəlblərində bir subhə (nigarancılıq və nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər seyi) biləndir, hikmət sahibidir
Allah, subhəsiz ki, Allah yolunda vurusub oldurən və oldurulən mo’minlərin canlarını və mallarını Tovratda, Incildə və Qur’anda haqq olaraq və’d edilmis Cənnət muqabilində satın almısdır. Allahdan daha cox əhdə vəfa edən kimdir? Etdiyiniz sovdəyə gorə sevinin. Bu, boyuk qurtulusdur (ugurdur)
(Onlar Allaha) tovbə, ibadət və sukur-səna edənlər, oruc tutanlar (və ya cihad ugrunda, elm təhsil etmək ucun yurdundan ayrılıb basqa yerlərə gedənlər), ruku və səcdə edənlər (namaz qılanlar), yaxsı islər gorməyi əmr edib pis isləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə mo’minləri (Cənnətlə) mujdələ
Musriklərin cəhənnəmlik olduqları (musəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peygəmbərə və iman gətirənlərə onlar ucun bagıslanma diləmək yarasmaz
Ibrahimin oz atası ucun bagıslanma diləməsi isə ancaq ona verdiyi bir və’də gorə idi. Atasının Allaha dusmən olması Ibrahimə aydın olduqda o oz atasından uzaqlasdı (onunla butun əlaqələrini kəsdi). Həqiqətən, Ibrahim (Allaha cox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi
Allah bir tayfanı dogru yola yonəltdikdən sonra qorxub cəkinməli olduqları seyləri ozlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər seyi (oldugu kimi, layiqincə) biləndir
Allah (musəlmanlardan) bir qismini urəyi (səkk-subhəyə dusub Peygəmbərdən və cihaddan) domək uzrə ikən Peygəmbərə, cətin saatda onun arxasında gedən muhacirlərə və ənsara tovbə nəsib etdi. Sonra da onların tovbələrini qəbul buyurdu (onları bagısladı). Cunki O, həqiqətən, onlara qarsı cox səfqətli, cox rəhimlidir
Həmcinin (Təbuk doyusundən) geri qalmıs uc nəfərin də (tovbələrini qəbul etdi). Belə ki, dunya onlara dar olmus, urəkləri (qəm-qussədən) təngə gəlib sıxılmısdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Ozunə sıgınmagın mumkun oldugunu basa dusdulər. Subhəsiz ki, Allah tovbələri qəbul edəndir, rəhmlidir
Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (doyusdə) Allahın Peygəmbərindən geri qalmaq, ondan (ona uz verən məsəqqətlərdən) ozlərini kənara cəkmək (belə cətinliklərin ozlərinə uz verməsini istəməmək, beləliklə də, ozlərini Peygəmbərdən ustun tutmaq) yarasmaz. Cunki Allah yolunda onlara elə bir susuzluq, yorgunluq və aclıq uz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və dusməndən elə bir bəla, musibət gorməzlər ki, bunların muqabilində onlara yaxsı bir əməl yazılmamıs olsun! Həqiqətən, Allah yaxsı islər gorənlərin mukafatını zay etməz
Onların sərf etdikləri elə bir az-cox xərc, (cihad zamanı Peygəmbərlə) kecdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət gunu) əməllərinin qarsılıgını daha gozəl versin deyə, əvəzində onlara (savab) yazılmamıs olsun
(Ehtiyac olmadıqda) mo’minlərin hamısı birdən (cihada, doyusə) cıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm oyrənmək, sonra da onuu dindaslarına oyrətmək ucun) qalsın ki, camaatı (doyusdən) qayıtdıgı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz islərdən, nalayiq hərəkətlərdən) cəkinsinlər
Bir surə nazil edildiyi zaman onlardan (munafiqlərdən): “Bu sizin hansınızın imanını artırdı?” – deyənlər də var. Mo’minlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər
Qəlblərində mərəz (səkk-subhə, nifaq) olanlara gəldikdə isə, (hər bir surə) onların murdarlıgı (kufrə, nifaqı) ustunə bir murdarlıq da gətirər və onlar kafir olaraq olərlər
(Munafiqlərin yaramaz islərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “(Musəlmanlardan) sizi gorən varmı?” – deyə sorusur, (gorən yoxdursa) donub aradan cıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları ucun Allah da urəklərini (imandan, xeyirdən) dondərmisdir
(Ey ummətim!) Sizə ozunuzdən bir peygəmbər gəldi ki, sizin əziyyətə (məsəqqətə) dusməyiniz ona agır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) otru təsnədir, mo’minlərlə səfqətli, mərhəmətlidir
(Ya Peygəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) uz dondərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan basqa hec bir tanrı yoxdur. Ona təvəkkul etdim mən. O, boyuk ərsin sahibidir! (O, butun kainatın xaliqi və ixtiyar sahibidir)