Back to Languages

Azerbaijani - Chapter 52 - At-Tur

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah At-Tur 52:1

Verse 2 — Surah At-Tur 52:2

And olsun yazılmış Kitaba –

Verse 3 — Surah At-Tur 52:3

nazik dəri üzərində olan Kitaba

Verse 4 — Surah At-Tur 52:4

And olsun Beytulməmura

Verse 5 — Surah At-Tur 52:5

And olsun yüksək tavana

Verse 6 — Surah At-Tur 52:6

And olsun alovlanan dənizə

Verse 7 — Surah At-Tur 52:7

Rəbbinin əzabı hökmən vaqe olacaqdır

Verse 8 — Surah At-Tur 52:8

Heç nə onun qarşısını ala bilməz

Verse 9 — Surah At-Tur 52:9

O gün göy şiddətlə sarsılacaq

Verse 10 — Surah At-Tur 52:10

dağlar da hərəkətə gələcəkdir

Verse 11 — Surah At-Tur 52:11

O gün vay halına haqqı yalan sayanların

Verse 12 — Surah At-Tur 52:12

O kəslər ki, yalan bataqlığında əylənirlər

Verse 13 — Surah At-Tur 52:13

O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar

Verse 14 — Surah At-Tur 52:14

Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur

Verse 15 — Surah At-Tur 52:15

Bəlkə bu da sehrdir, siz görmürsünüz

Verse 16 — Surah At-Tur 52:16

Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”

Verse 17 — Surah At-Tur 52:17

Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar

Verse 18 — Surah At-Tur 52:18

Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir

Verse 19 — Surah At-Tur 52:19

Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”

Verse 20 — Surah At-Tur 52:20

Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik

Verse 21 — Surah At-Tur 52:21

Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur

Verse 22 — Surah At-Tur 52:22

Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik

Verse 23 — Surah At-Tur 52:23

Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz

Verse 24 — Surah At-Tur 52:24

Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar

Verse 25 — Surah At-Tur 52:25

Onlar bir-birinə üz tutub soruşacaqlar

Verse 26 — Surah At-Tur 52:26

Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq

Verse 27 — Surah At-Tur 52:27

Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu

Verse 28 — Surah At-Tur 52:28

Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”

Verse 29 — Surah At-Tur 52:29

Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli

Verse 30 — Surah At-Tur 52:30

Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər

Verse 31 — Surah At-Tur 52:31

De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

Verse 32 — Surah At-Tur 52:32

Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır

Verse 33 — Surah At-Tur 52:33

Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər

Verse 34 — Surah At-Tur 52:34

Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər

Verse 35 — Surah At-Tur 52:35

Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır

Verse 36 — Surah At-Tur 52:36

Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar

Verse 37 — Surah At-Tur 52:37

Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər

Verse 38 — Surah At-Tur 52:38

Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər

Verse 39 — Surah At-Tur 52:39

Yoxsa qızlar Onun, oğlanlar isə sizindir

Verse 40 — Surah At-Tur 52:40

Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar

Verse 41 — Surah At-Tur 52:41

Yoxsa onlar qeybi bilir və onu yazırlar

Verse 42 — Surah At-Tur 52:42

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar

Verse 43 — Surah At-Tur 52:43

Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır

Verse 44 — Surah At-Tur 52:44

Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!”– deyərlər

Verse 45 — Surah At-Tur 52:45

Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et

Verse 46 — Surah At-Tur 52:46

O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir

Verse 47 — Surah At-Tur 52:47

Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir

Verse 48 — Surah At-Tur 52:48

Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et

Verse 49 — Surah At-Tur 52:49

Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de