Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 67 - Al-Mulk
Translation by Alikhan Musayev — Permalink
Verse 1 — Surah Al-Mulk 67:1
Mülk Əlində Olan Allah nə qədər xeyirxahdır. O hər şeyə qadirdir
Verse 2 — Surah Al-Mulk 67:2
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır
Verse 3 — Surah Al-Mulk 67:3
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi
Verse 4 — Surah Al-Mulk 67:4
Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir
Verse 5 — Surah Al-Mulk 67:5
Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq
Verse 6 — Surah Al-Mulk 67:6
Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir
Verse 7 — Surah Al-Mulk 67:7
Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər
Verse 8 — Surah Al-Mulk 67:8
Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”
Verse 9 — Surah Al-Mulk 67:9
Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik
Verse 10 — Surah Al-Mulk 67:10
Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”
Verse 11 — Surah Al-Mulk 67:11
Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri
Verse 12 — Surah Al-Mulk 67:12
Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır
Verse 13 — Surah Al-Mulk 67:13
Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir
Verse 14 — Surah Al-Mulk 67:14
Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin
Verse 15 — Surah Al-Mulk 67:15
Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da Onadır
Verse 16 — Surah Al-Mulk 67:16
Göydə Olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir
Verse 17 — Surah Al-Mulk 67:17
Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz
Verse 18 — Surah Al-Mulk 67:18
Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydin Mənim onları həlak etməyim necə oldu
Verse 19 — Surah Al-Mulk 67:19
Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür
Verse 20 — Surah Al-Mulk 67:20
Ya da Mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadırlar
Verse 21 — Surah Al-Mulk 67:21
Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər
Verse 22 — Surah Al-Mulk 67:22
Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən
Verse 23 — Surah Al-Mulk 67:23
De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”
Verse 24 — Surah Al-Mulk 67:24
De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!”
Verse 25 — Surah Al-Mulk 67:25
Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”
Verse 26 — Surah Al-Mulk 67:26
De: “Buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!”
Verse 27 — Surah Al-Mulk 67:27
Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və onlara: “Sizin durmadan istədiyiniz əzab bax budur!”– deyiləcəkdir
Verse 28 — Surah Al-Mulk 67:28
De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”
Verse 29 — Surah Al-Mulk 67:29
De: “O, Mərhəmətli Allahdır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu tezliklə biləcəksiniz
Verse 30 — Surah Al-Mulk 67:30
De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?”