Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 71 - Nuh
Translation by Alikhan Musayev — Permalink
Verse 1 — Surah Nuh 71:1
Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”
Verse 2 — Surah Nuh 71:2
O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm
Verse 3 — Surah Nuh 71:3
Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin
Verse 4 — Surah Nuh 71:4
Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”
Verse 5 — Surah Nuh 71:5
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim
Verse 6 — Surah Nuh 71:6
Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı
Verse 7 — Surah Nuh 71:7
Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər
Verse 8 — Surah Nuh 71:8
Sonra mən onları aşkarcasına dəvət etdim
Verse 9 — Surah Nuh 71:9
Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib
Verse 10 — Surah Nuh 71:10
dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır
Verse 11 — Surah Nuh 71:11
O, sizin üzərinizə bol-bol yağış göndərər
Verse 12 — Surah Nuh 71:12
var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar
Verse 13 — Surah Nuh 71:13
Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz
Verse 14 — Surah Nuh 71:14
Axı O sizi mərhələlərlə yaratdı
Verse 15 — Surah Nuh 71:15
Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz
Verse 16 — Surah Nuh 71:16
Ayı bir nur, günəşi də çıraq etmişdir
Verse 17 — Surah Nuh 71:17
Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir
Verse 18 — Surah Nuh 71:18
Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır
Verse 19 — Surah Nuh 71:19
Allah yeri sizin üçün xalı təki döşədi
Verse 20 — Surah Nuh 71:20
Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”
Verse 21 — Surah Nuh 71:21
Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular
Verse 22 — Surah Nuh 71:22
Onlar mənə qarşı böyük bir hiylə işlətdilər
Verse 23 — Surah Nuh 71:23
və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
Verse 24 — Surah Nuh 71:24
Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”
Verse 25 — Surah Nuh 71:25
Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar
Verse 26 — Surah Nuh 71:26
Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma
Verse 27 — Surah Nuh 71:27
Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər
Verse 28 — Surah Nuh 71:28
Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”