Back to Languages

Azerbaijani - Chapter 72 - Al-Jinn

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Al-Jinn 72:1

De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik

Verse 2 — Surah Al-Jinn 72:2

O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq

Verse 3 — Surah Al-Jinn 72:3

Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır

Verse 4 — Surah Al-Jinn 72:4

Bizim səfehimiz İblis Allaha qarşı hədsiz yalanlar danışır

Verse 5 — Surah Al-Jinn 72:5

Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar

Verse 6 — Surah Al-Jinn 72:6

Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı

Verse 7 — Surah Al-Jinn 72:7

Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir

Verse 8 — Surah Al-Jinn 72:8

Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq

Verse 9 — Surah Al-Jinn 72:9

Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr

Verse 10 — Surah Al-Jinn 72:10

Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir

Verse 11 — Surah Al-Jinn 72:11

Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq

Verse 12 — Surah Al-Jinn 72:12

Biz yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. Göyə qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik

Verse 13 — Surah Al-Jinn 72:13

Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz

Verse 14 — Surah Al-Jinn 72:14

Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır

Verse 15 — Surah Al-Jinn 72:15

Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar”

Verse 16 — Surah Al-Jinn 72:16

Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik

Verse 17 — Surah Al-Jinn 72:17

Belə edərdik ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar

Verse 18 — Surah Al-Jinn 72:18

Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin

Verse 19 — Surah Al-Jinn 72:19

Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar

Verse 20 — Surah Al-Jinn 72:20

De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”

Verse 21 — Surah Al-Jinn 72:21

De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!”

Verse 22 — Surah Al-Jinn 72:22

De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm

Verse 23 — Surah Al-Jinn 72:23

Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”

Verse 24 — Surah Al-Jinn 72:24

Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər

Verse 25 — Surah Al-Jinn 72:25

De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm

Verse 26 — Surah Al-Jinn 72:26

O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz

Verse 27 — Surah Al-Jinn 72:27

razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki

Verse 28 — Surah Al-Jinn 72:28

hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”