Back to Languages

Azerbaijani - Chapter 73 - Al-Muzzammil

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Al-Muzzammil 73:1

Ey libasına bürünüb örtünmüş peyğəmbər

Verse 2 — Surah Al-Muzzammil 73:2

Az bir hissəsi istisna olmaqla gecələr namaza dur

Verse 3 — Surah Al-Muzzammil 73:3

Onun yarısını, yaxud ondan bir az əskilt

Verse 4 — Surah Al-Muzzammil 73:4

və ya ona artır. Quranı da aramla oxu

Verse 5 — Surah Al-Muzzammil 73:5

Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik

Verse 6 — Surah Al-Muzzammil 73:6

Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir

Verse 7 — Surah Al-Muzzammil 73:7

Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır

Verse 8 — Surah Al-Muzzammil 73:8

Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et

Verse 9 — Surah Al-Muzzammil 73:9

O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür

Verse 10 — Surah Al-Muzzammil 73:10

Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş

Verse 11 — Surah Al-Muzzammil 73:11

Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver

Verse 12 — Surah Al-Muzzammil 73:12

Həqiqətən, Bizdə onlar üçün qandallar və Cəhənnəm hazırlanmışdır

Verse 13 — Surah Al-Muzzammil 73:13

boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır

Verse 14 — Surah Al-Muzzammil 73:14

O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir

Verse 15 — Surah Al-Muzzammil 73:15

Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik

Verse 16 — Surah Al-Muzzammil 73:16

Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq

Verse 17 — Surah Al-Muzzammil 73:17

Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız

Verse 18 — Surah Al-Muzzammil 73:18

O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir

Verse 19 — Surah Al-Muzzammil 73:19

Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr

Verse 20 — Surah Al-Muzzammil 73:20

Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir