Back to Languages

Azerbaijani - Chapter 75 - Al-Qiyamah

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Al-Qiyamah 75:1

And içirəm Qiyamət gününə

Verse 2 — Surah Al-Qiyamah 75:2

And içirəm peşmançılıq çəkən nəfsə

Verse 3 — Surah Al-Qiyamah 75:3

İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik

Verse 4 — Surah Al-Qiyamah 75:4

Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik

Verse 5 — Surah Al-Qiyamah 75:5

Lakin insan bundan sonra da günah etmək fikrindədir

Verse 6 — Surah Al-Qiyamah 75:6

O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə rişxəndlə soruşur

Verse 7 — Surah Al-Qiyamah 75:7

Gözlər bərələ qalacağı

Verse 8 — Surah Al-Qiyamah 75:8

Verse 9 — Surah Al-Qiyamah 75:9

və günəşlə ayın qovuşacağı zaman –

Verse 10 — Surah Al-Qiyamah 75:10

o gün insan deyəcəkdir: “Hara qaçaq?”

Verse 11 — Surah Al-Qiyamah 75:11

Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq

Verse 12 — Surah Al-Qiyamah 75:12

O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır

Verse 13 — Surah Al-Qiyamah 75:13

O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir

Verse 14 — Surah Al-Qiyamah 75:14

Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir

Verse 15 — Surah Al-Qiyamah 75:15

üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da

Verse 16 — Surah Al-Qiyamah 75:16

Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə

Verse 17 — Surah Al-Qiyamah 75:17

Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir

Verse 18 — Surah Al-Qiyamah 75:18

Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə

Verse 19 — Surah Al-Qiyamah 75:19

Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir

Verse 20 — Surah Al-Qiyamah 75:20

Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir

Verse 21 — Surah Al-Qiyamah 75:21

Axirətdən isə uzaqlaşırsınız

Verse 22 — Surah Al-Qiyamah 75:22

O gün neçə-neçə üzlər nurlanacaq

Verse 23 — Surah Al-Qiyamah 75:23

və öz Rəbbinə baxacaqdır

Verse 24 — Surah Al-Qiyamah 75:24

O gün neçə-neçə üzlər də tutulub qaralacaq

Verse 25 — Surah Al-Qiyamah 75:25

və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir

Verse 26 — Surah Al-Qiyamah 75:26

Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman

Verse 27 — Surah Al-Qiyamah 75:27

“Ovsunu kim oxuyacaq?”– deyiləcəkdir

Verse 28 — Surah Al-Qiyamah 75:28

Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi

Verse 29 — Surah Al-Qiyamah 75:29

və ayaq ayağa dolaşacağı zaman –

Verse 30 — Surah Al-Qiyamah 75:30

o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir

Verse 31 — Surah Al-Qiyamah 75:31

O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı

Verse 32 — Surah Al-Qiyamah 75:32

Haqqı da yalan saydı və üz döndərdi

Verse 33 — Surah Al-Qiyamah 75:33

Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi

Verse 34 — Surah Al-Qiyamah 75:34

Vay sənin halına, vay

Verse 35 — Surah Al-Qiyamah 75:35

Yenə də vay sənin halına, vay

Verse 36 — Surah Al-Qiyamah 75:36

Bəlkə insan özbaşına qoyulacağını güman edir

Verse 37 — Surah Al-Qiyamah 75:37

Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi

Verse 38 — Surah Al-Qiyamah 75:38

Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı

Verse 39 — Surah Al-Qiyamah 75:39

Ondan da bir cüt kişi və qadın yaratdı

Verse 40 — Surah Al-Qiyamah 75:40

Məgər O, ölüləri diriltməyə qadir deyil