Back to Languages

Azerbaijani - Chapter 76 - Al-Insan

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Al-Insan 76:1

Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir

Verse 2 — Surah Al-Insan 76:2

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik

Verse 3 — Surah Al-Insan 76:3

Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun

Verse 4 — Surah Al-Insan 76:4

Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq

Verse 5 — Surah Al-Insan 76:5

Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər

Verse 6 — Surah Al-Insan 76:6

Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər

Verse 7 — Surah Al-Insan 76:7

Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar

Verse 8 — Surah Al-Insan 76:8

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər

Verse 9 — Surah Al-Insan 76:9

və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik

Verse 10 — Surah Al-Insan 76:10

Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”

Verse 11 — Surah Al-Insan 76:11

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər

Verse 12 — Surah Al-Insan 76:12

onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar

Verse 13 — Surah Al-Insan 76:13

Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər

Verse 14 — Surah Al-Insan 76:14

Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək

Verse 15 — Surah Al-Insan 76:15

Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq

Verse 16 — Surah Al-Insan 76:16

Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar

Verse 17 — Surah Al-Insan 76:17

Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək

Verse 18 — Surah Al-Insan 76:18

Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır

Verse 19 — Surah Al-Insan 76:19

Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan

Verse 20 — Surah Al-Insan 76:20

Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən

Verse 21 — Surah Al-Insan 76:21

Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir

Verse 22 — Surah Al-Insan 76:22

Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”

Verse 23 — Surah Al-Insan 76:23

Biz Quranı sənə hissə-hissə aramla nazil etdik

Verse 24 — Surah Al-Insan 76:24

Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə

Verse 25 — Surah Al-Insan 76:25

Səhər-axşam Rəbbinin adını zikr et

Verse 26 — Surah Al-Insan 76:26

Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de

Verse 27 — Surah Al-Insan 76:27

Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar

Verse 28 — Surah Al-Insan 76:28

Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik

Verse 29 — Surah Al-Insan 76:29

Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar

Verse 30 — Surah Al-Insan 76:30

Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir

Verse 31 — Surah Al-Insan 76:31

O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır