Back to Languages
Azerbaijani - Chapter 14
Translation by Alikhan Musayev
Verse 1
Əlif. Ləm. Ra. Bu, insanları oz Rəbbinin izni ilə qaranlıqdan nura – Qudrətli, Tərifəlayiq Allahın yoluna cıxartmaq ucun sənə nazil etdiyimiz bir Kitabdır
Verse 2
O Allahın ki, goylərdə və yerdə nə varsa, Onundur. Giriftar olacaqları siddətli əzabdan dolayı vay kafirlərin halına
Verse 3
O kəslər ki, dunyanı axirətdən ustun tutur, insanları Allah yolundan sapdırır və onu əyri gostərməyə calısırlar. Onlar dərin bir azgınlıq icindədirlər
Verse 4
Biz hər bir elcini ancaq oz xalqının dilində danısan gondərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də dogru yola yonəldir. O, Qudrətlidir, Mudrikdir
Verse 5
Biz Musanı mocuzələrimizlə gondərib ona: “Xalqını qaranlıqdan nura cıxart və Allahın gunlərini onların yadına sal”- dedik. Subhəsiz ki, bunda cox səbir və sukur edənlər ucun dəlillər vardır
Verse 6
O zaman Musa oz xalqına demisdi: “Allahın sizə verdiyi neməti xatırlayın. O, sizi Firon əhlindən xilas etdi. Onlar sizə agır əzablar verir, oglan usaqlarınızı oldurur, qadınlarınızı isə sag buraxırdılar. Bunda Rəbbinizdən sizin ucun boyuk bir sınaq var idi”
Verse 7
O zaman Rəbbiniz bildirmisdi: “Əgər sukur etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım siddətlidir”
Verse 8
Musa dedi: “Əgər siz və yer uzundə olanların hamısı kafir olsanız, Allaha hec bir zərər yetirə bilməzsiniz. Cunki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”
Verse 9
Sizdən əvvəlkilərin – Nuh qovmunun, Ad və Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib catmadımı? Bu haqda Allahdan basqa hec kəs hec nə bilmir. Elciləri onlara acıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini agızlarının ustunə qoyub dedilər: “Biz sizinlə gondərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz tovhid barəsində subhə doguran səkk icindəyik!”
Verse 10
Elciləri onlara dedilər: “Goyləri və yeri yaradan Allaha səkk etməkmi olar? O, gunahlarınızı bagıslamaq və sizə muəyyən vaxta qədər mohlət vermək ucun sizi iman gətirməyə cagırır”. Onlar dedilər: “Siz də bizim kimi ancaq bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən dondərmək istəyirsiniz. Elə isə bizə acıq-aydın bir dəlil gətirin”
Verse 11
Elciləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah Oz qullarından istədiyinə lutfkarlıq edir. Allahın izni olmadan biz sizə hec bir dəlil gətirə bilmərik. Qoy mominlər ancaq Allaha təvəkkul etsinlər
Verse 12
Allah bizə yollarımızı gostərdiyi halda, biz nə ucun Allaha təvəkkul etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dozəcəyik. Qoy təvəkkul edənlər ancaq Allaha təvəkkul etsinlər”
Verse 13
Kafir olanlar oz elcilərinə dedilər: “Sizi ya oz torpagımızdan qovacagıq, ya da mutləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi: “Biz zalımları mutləq məhv edəcək
Verse 14
və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, huzurumda durmaqdan qorxanlar və təhdidimdən cəkinənlərə aiddir”
Verse 15
Elcilər qələbə istədilər. Hər bir inadkar dikbas da ziyana ugradı
Verse 16
Qabaqda onu Cəhənnəm gozləyir; orada ona irinli su icirdiləcək
Verse 17
O bunu qurtum-qurtum icəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan olum gələcək, lakin o, olməyəcəkdir. Bunun ardınca da agır bir əzab gələcəkdir
Verse 18
Rəbbini inkar edənlərin məsəli – onların əməlləri, qasırgalı bir gundə kuləyin siddətlə sovurdugu kulə bənzəyir. Onlar gordukləri islərə gorə savab qazanmazlar. Dərin azgınlıq da elə budur
Verse 19
Allahın goyləri və yeri haqdan yaratdıgını gormursənmi? Əgər O, istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər
Verse 20
Bu, Allah ucun cətin deyildir
Verse 21
Axirət gunu hamı Allahın huzuruna cıxarılacaq və zəiflər təkəbburluk gostərənlərə deyəcəklər: “Biz sizə tabe idik. Indi siz, Allahın əzabını, qismən də olsa, bizdən sovusdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi dogru yola yonəltsəydi, biz də sizə dogru yolu gostərərdik. Indi qəm cəksək də, səbir etsək də bizim ucun eynidir. Cunki bizim ucun qurtulus yeri yoxdur”
Verse 22
Is bitdikdə seytan deyəcək: “Həqiqətən də, Allah sizə gercək vəd vermisdi. Mən də sizə vəd vermisdim, lakin vədimə xilaf cıxdım. Mənim sizin ustunuzdə hec bir hokmranlıgım yox idi. Mən sizi azgınlıga dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna gorə də məni yox, ozunuzu qınayın. Nə mən sizin koməyinizə cata bilərəm, nə də siz mənim koməyimə cata bilərsiniz. Hec subhəsiz ki, mən əvvəllər də sizin məni Allaha sərik qosmagınızı rədd etmisdim”. Həqiqətən, zalımlar ucun agrılı-acılı bir əzab hazırlanmısdır
Verse 23
Iman gətirib saleh əməllər edənlər isə agacları altından caylar axan, Rəbbinin izni ilə icində əbədi qalacaqları Cənnət baglarına daxil ediləcəklər. Onların orada qarsılasarkən bir-birinə deyəcəkləri soz: “Salam!” olacaqdır
Verse 24
Allahın necə məsəl cəkdiyini gormursənmi? Gozəl soz (lə ilahə illəllah) koku yerdə mohkəm olan, budaqları isə goyə yuksələn gozəl bir agac kimidir
Verse 25
O agac Rəbbinin izni ilə oz bəhrəsini hər zaman verir. Allah insanlar ucun misallar cəkir ki, bəlkə, dusunub ibrət alsınlar
Verse 26
Pis soz isə yerdən qoparılmıs və artıq koku ustə dura bilməyən pis bir agaca bənzəyir
Verse 27
Allah iman gətirənləri dunya həyatında da, axirətdə də mohkəm sozlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər
Verse 28
Məgər sən Allahın nemətlərini kufrə dəyisənləri və oz xalqını həlak yurduna surukləyənləri gormursənmi
Verse 29
Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yasayıs yeridir
Verse 30
Onlar insanları Allah yolundan sapdırmaq ucun butləri Ona tay tutdular. De: “Hələlik əylənin! Subhəsiz ki, donusunuz Odadır”
Verse 31
Iman gətirən qullarıma de ki, namaz qılsınlar, alıs-verisin və dostlugun olmayacagı bir gunun gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və askar xərcləsinlər
Verse 32
O mərhəmətli Allah ki, goyləri və yeri yaratdı, goydən su endirib onunla sizin ucun novbənov məhsullardan ruzi yetisdirdi, əmri ilə dənizdə uzmək ucun gəmiləri sizin ixtiyarınıza verdi və cayları sizə ram etdi
Verse 33
Muəyyən edilmis yolla daim hərəkət edən gunəsi və ayı sizə tabe etdi; gecəni və gunduzu sizə ram etdi
Verse 34
O sizə istədiyiniz hər seydən vermisdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan cox zalım, cox nankordur
Verse 35
Bir zaman Ibrahim demisdi: “Ey Rəbbim! Bu səhəri əmin-amanlıq yurdu et. Məni və ogullarımı butlərə tapınmaqdan uzaqlasdır
Verse 36
Ey Rəbbim! Həqiqətən də, onlar cox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bagıslayansan, Rəhmlisən
Verse 37
Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin muhafizə olunan Evinin yaxınlıgında, hec bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. Insanların bir qisminin qəlbini onlara meylli et və onlara novbənov məhsullardan ruzi ver ki, bəlkə sukur etsinlər
Verse 38
Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladıgımızı və nəyi askara cıxartdıgımızı bilirsən. Nə yerdə, nə də goydə hec bir sey Allahdan gizli qalmaz
Verse 39
Qoca vaxtımda mənə Ismaili və Ishaqı bəxs edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları esidəndir
Verse 40
Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə
Verse 41
Ey Rəbbimiz! Haqq-hesab gunu məni, valideynlərimi və mominləri bagısla!”
Verse 42
Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz oldugunu sanma. Allah sadəcə onları cəzalandırmagı gozlərin bərələ qalacagı gunə saxlayır
Verse 43
O gun onlar baslarını yuxarı qaldıraraq carcıya dogru tələsəcəklər. Onlar ozlərinə belə donub baxmayacaq və onların qəlbi də bombos qalacaqdır (qorxudan butun basqa duygulardan xali olacaqdır)
Verse 44
Insanları onlara əzab gələcəyi gunlə qorxut. O gun zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər mohlət ver ki, sənin dəvətini qəbul edək və elcilərin arxasınca gedək”. Onlara deyiləcəkdir: “Məgər əvvəllər siz dunyadan kocməyəcəyiniz barədə and icməmisdiniz
Verse 45
Siz ozlərinə zulm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da cəkdik”
Verse 46
Zalımlar oz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə daglar yerindən tərpənən deyildir
Verse 47
Allahın Oz elcilərinə verdiyi vədə xilaf cıxacagını sanma. Həqiqətən, Allah Qudrətlidir, intiqam almaga qadirdir
Verse 48
O gun yer basqa bir yerlə, goylər də basqa goylərlə əvəz olunacaq və insanlar Tək olan, hər seyə Qalib gələn Allahın huzurunda duracaqlar
Verse 49
O gun gunahkarları zəncirlənmis gorəcəksən
Verse 50
Onların paltarları qatrandan olacaq, uzlərini də alov buruyəcəkdir
Verse 51
Allah hər kəsə qazandıgının əvəzini vermək ucun belə edəcəkdir. Həqiqətən, Allah tez haqq-hesab cəkəndir
Verse 52
Bu Quran insanlar ucun bir bildirisdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək Ilah oldugunu bilsinlər, həm də agıl sahibləri dusunub ibrət alsınlar