Back to Languages
Azerbaijani - Chapter 65
Translation by Alikhan Musayev
Verse 1
Ey Peygəmbər! Qadınları bosadıgınız zaman onları gozləmə muddətlərində bosayın, gozləmə muddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, acıq-askar zinakarlıq etmələri istisna olmaqla, oz evlərinizdən qovub cıxartmayın və onlar ozləri də cıxmasınlar. Bu, Allahın hududlarıdır. Allahın qoydugu hududları asan kimsə ozunə zulm etmis olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra basqa bir hokm versin
Verse 2
Gozləmə vaxtı bitdikdə onları səriətə muvafiq olaraq saxlayın və yaxud onlardan muvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli sahid cagırın və Allah ucun sahidlik edin. Allaha və Axirət gununə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah cıxıs yolu gostərər
Verse 3
və ona təsəvvurunə gətirmədiyi bir yerdən ruzi bəxs edər. Kim Allaha təvəkkul etsə, Allah ona kifayət edər. Allah Oz əmrini yerinə yetirəndir. Allah hər sey ucun bir olcu qoymusdur
Verse 4
Heyzdən kəsilmis yaslı qadınlarınızın iddəsi barəsində subhəniz varsa, onların, eləcə də hələ heyz gorməmis qızların gozləmə muddəti uc aydır. Hamilə qadınların gozləmə muddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun isini asanlasdırar
Verse 5
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun gunahlarından kecər və onun mukafatını artırar
Verse 6
Onlara gozləmə muddətləri basa catanadək imkanınız daxilində oz yasadıgınız yerdə qalmaga yer verin. Sıxısdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara malınızdan xərcləyin. Sizin ucun usaq əmizdirirlərsə, onların haqqını verin. Oz aranızda xosluqla razılıga gəlin. Bir-birinizi cətinliyə salsanız, usagı əmizdirməyi basqa bir qadına həvalə edin
Verse 7
Var-dovlət sahibi oz varına gorə xərcləsin. Imkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah hec kəsin uzərinə Ozunun ona verdiyi nemətdən artıq yuk qoymaz. Allah hər bir cətinlikdən sonra asanlıq verir
Verse 8
Necə-necə məmləkətlər oz Rəbbinin və Onun elcilərinin əmrinə asi oldu. Biz də onlarla sərt haqq-hesab cəkib onları dəhsətli əzablara ducar etdik
Verse 9
Onlar əməllərinin cəzasını daddılar və aqibətləri ziyana ugramaq oldu
Verse 10
Allah onlar ucun siddətli əzab hazırladı. Ey iman gətirmis agıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr nazil etmis
Verse 11
və iman gətirib yaxsı islər gorənləri zulmətlərdən nura cıxartmaq ucun Allahın aydın ayələrini sizə oxuyan bir elci gondərmisdir. Hər kəs Allaha iman gətirib saleh əməl isləsə, Allah onu icində əbədi qalacagı, agacları altından caylar axan Cənnət baglarına daxil edər. Allah ona gozəl ruzi nəsib etmisdir
Verse 12
Yeddi goyu və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona gorə nazil olur ki, Allahın hər seyə qadir oldugunu və Allahın hər seyi elmi ilə əhatə etdiyini biləsiniz