Back to Languages

Azerbaijani - Chapter 12 - Yusuf

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Yusuf 12:1

Əlif. Ləm. Ra. Bu, açıq-ay­dın Kita­bın ayələridir

Verse 2 — Surah Yusuf 12:2

Həqiqətən, Biz onu ərəb­cə Quran olaraq nazil etdik ki, anlaya biləsiniz

Verse 3 — Surah Yusuf 12:3

Biz bu Quranı sənə vəhy et­məklə sənə ən gözəl heka­yə­ti da­nı­şırıq. Hal­buki, sən bun­dan əvvəl xəbərsiz olan­lardan idin

Verse 4 — Surah Yusuf 12:4

Bir zaman Yusuf atasına demişdi: “Ata­can! Mən yuxu­da on bir ul­duz, günəş və ay gör­düm. Onların mənə səcdə etdiyini gör­düm”

Verse 5 — Surah Yusuf 12:5

O dedi: “Oğlum! Yuxunu qardaş­larına danışma, yoxsa sə­nə hiylə qurar­lar. Həqiqətən, şeytan insanın açıq-ay­dın düş­mənidir

Verse 6 — Surah Yusuf 12:6

Beləcə, Rəbbin səni seçə­cək, sənə yu­xuları yozmağı öy­rə­də­cək və Öz ne­mətini bun­dan əvvəl ata­ların İbra­himə və İs­haqa ta­mam­ladığı kimi, sənə və Yaqub nəs­linə də tamam­la­ya­caqdır. Şüb­hə­siz ki, Rəb­bin hər şeyi biləndir, hikmət sahibidir”

Verse 7 — Surah Yusuf 12:7

Sözsüz ki, Yusuf və onun qar­daş­la­rının hekayətində soru­­şan­lar üçün ib­rət­lər vardır

Verse 8 — Surah Yusuf 12:8

Bir vaxt onun qardaşları de­dilər: “Biz bütöv bir dəstə ol­ma­ğı­mı­za bax­mayaraq Yusuf və onun doğma qardaşı ata­mıza biz­dən da­ha sevimlidir. Aydın görü­nür ki, atamız aşkar bir yanlışlıq için­də­dir

Verse 9 — Surah Yusuf 12:9

Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, ata­nız ancaq sizə məhəbbət bəslə­sin və bundan sonra siz əməlisa­lehlərdən olasınız”

Verse 10 — Surah Yusuf 12:10

Onlardan biri dedi: “Yu­sufu öl­dür­məyin! Əgər ona qar­şı hök­mən nə isə etmək is­təyir­si­nizsə, onda onu bir qu­yuya atın ki, karvanlardan biri onu gö­türsün!”

Verse 11 — Surah Yusuf 12:11

Onlar dedilər: “Ey ata­mız! Sənə nə olub ki, Yusufu bizə eti­bar etmirsən? Həqiqə­tən də, biz ona xeyir arzulayırıq

Verse 12 — Surah Yusuf 12:12

Sabah onu bizimlə gön­dər­sən, bir qədər əylənib oy­na­­yar. Biz onu mütləq qoruya­rıq!”

Verse 13 — Surah Yusuf 12:13

O dedi: “Onu aparma­ğı­nız məni narahat edər. Həm də qor­xu­ram ki, si­zin başınız oyu­na qarışıb onu nəza­rət­siz qoy­duqda, canavar onu yesin”

Verse 14 — Surah Yusuf 12:14

Onlar dedilər: “Biz bü­töv bir dəstə olduğumuz hal­da ca­na­var onu yesə, onda biz ziyana uğrayarıq”

Verse 15 — Surah Yusuf 12:15

Qardaşları onu aparıb qu­­yuya at­maq qərarına gəl­dikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri ba­rə­sində gözləmə­dik­ləri bir halda xəbər verəcək­sən”

Verse 16 — Surah Yusuf 12:16

Onlar axşam ağlaya-ağ­laya ata­la­rının yanına gəlib

Verse 17 — Surah Yusuf 12:17

dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qo­yub yarışmaq üçün getmiş­dik. Canavar da onu yedi. Əl­bəttə, biz doğru danışsaq da, sən bi­zə ina­nan deyilsən”

Verse 18 — Surah Yusuf 12:18

Qardaşları onun köynə­yi­nə saxta qan ləkəsi sürtüb gə­tir­di­lər. Yaqub de­di: “Xeyr, sizi öz nəfsi­niz bu işə vadar et­miş­dir. Mənə gö­zəl səbir gə­rəkdir. Söylədiklə­rinizin müqa­bilində Allah­dan kö­mək dilə­mək la­zımdır”

Verse 19 — Surah Yusuf 12:19

Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su da­lınca göndər­di­lər. O, su qa­bı­nı quyuya saldı və: “Şad xəbər! Burada bir oğ­lan uşağı var­!”– dedi. Karvan əhli onu satılacaq bir əşya kimi öz­ləri ilə apar­dı­lar. Allah isə on­la­rın nə et­dik­lərini bilirdi

Verse 20 — Surah Yusuf 12:20

Karvan əhli onu dəyərsiz bir qiy­mətə – bir neçə dirhəmə sat­dı­lar. Yusu­fun qardaşları onu çox qiymətlən­dirmə­di­lər

Verse 21 — Surah Yusuf 12:21

Onu alan misirli öz ar­va­­dına: “Ona yaxşı bax. Ola bil­sin ki, bizə fay­da versin və ya onu oğulluğa gö­tü­rək”– dedi. Belə­lik­lə, Yu­sufu yer üzün­də yerləşdir­dik və ona yuxuları yoz­ma­ğı öy­rət­dik. Allah Öz işi­ni qələbə ilə başa çatdıran­dır. Lakin insanların ço­xu bunu bil­mir

Verse 22 — Surah Yusuf 12:22

Yusuf yetkin çağına çat­dıq­da Biz ona mühakimə yü­rütmək ba­carığı və elm verdik. Biz yaxşı iş görənləri belə mü­kafatlan­dırı­rıq

Verse 23 — Surah Yusuf 12:23

Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qa­pı­la­rı bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı sə­nin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhə­siz ki, za­lım­lar nicat tapmaz­lar!”– dedi

Verse 24 — Surah Yusuf 12:24

Qadın ona meyl etmişdi. Əgər Yu­suf Rəbbinin dəlilini gör­mə­səydi, o da ona meyl edər­di. Beləcə, Biz pisliyi və çirkin əməli on­dan uzaqlaş­dır­dıq. Hə­­qi­qətən, o, Bizim se­çil­miş qul­ları­mız­dan­dır

Verse 25 — Surah Yusuf 12:25

Onlar bir-birini qabaqla­maq məq­sədilə qapıya tərəf yü­yür­dü­lər və qa­dın onun köy­nə­yini arxadan cırdı. İkisi də qa­pı­nın ya­nın­da qadının əri ilə rast­laşdı. Qadın dedi: “Sənin ailənə pislik et­mək istəyənin cəzası, zin­dana sa­lın­maqdan və ya ağrılı-acılı bir əza­ba dü­çar edil­mək­dən başqa nə ola bilər?!”

Verse 26 — Surah Yusuf 12:26

Yusuf dedi: “O məni yol­dan çı­xartmaq istəyirdi”. Qa­dı­nın ailə­­sindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi ön­dən cırılıbsa, qadın doğru deyir, o isə yalançılar­dandır

Verse 27 — Surah Yusuf 12:27

Yox əgər onun köynəyi ar­xadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlar­dandır”

Verse 28 — Surah Yusuf 12:28

Qadının əri onun köy­nə­yi­nin ar­xadan cırıldığını gör­dükdə de­di: “Şüb­həsiz ki, bu sizin qadın hiylələ­riniz­dən­dir. Həqiqətən də, sizin hiyləniz bö­yükdür

Verse 29 — Surah Yusuf 12:29

Yusuf, sən bundan – bu işi açıb da­nışmaqdan vaz keç! Sən də ey arvad, günahına görə bağış­lanma dilə. Çünki sən, günah iş­lət­mi­sən”

Verse 30 — Surah Yusuf 12:30

Şəhərdəki qadınlar dedi­lər: “Za­dəgan kişinin arvadı ca­van kö­ləsini yol­dan çıxart­maq istəyir. Ehtiras onu coş­dur­muş­dur. Biz onu aşkar bir azğınlıq için­də gö­rürük”

Verse 31 — Surah Yusuf 12:31

Qadın onların hiylə­sin­dən xəbər tutduqda məclis qurub onları qonaqlığa dəvət etdi, onlar üçün mütək­kə­lər hazırladı, sonra da onların hər birinə bir bıçaq verdi və Yu­sufa: “Onların qar­şısına çıx!”– dedi. Qa­dınlar Yusufu gör­dükdə onu o qədər tə­rif­lə­di­lər ki, unu­dub meyvə əvəzinə öz əl­lərini kəsdilər və dedilər: “Allah sax­la­sın! Bu ki bəşər deyil. Bu ancaq hör­mətə layiq bir mə­lək­dir!”

Verse 32 — Surah Yusuf 12:32

Qadın dedi: “Barəsində məni qı­nadığınız oğlan bax bu­dur! Mən onu yoldan çıxart­mağa çalış­dım, o isə im­ti­na et­di. Əgər əm­ri­mi yerinə ye­tir­məsə, əlbəttə ki, zindana atı­la­caq və zəlil­lər­dən ola­caq­dır”

Verse 33 — Surah Yusuf 12:33

Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların mə­ni sövq et­dik­ləri işi gör­mək­dən daha xoşdur. Əgər bu qa­dınların hiy­ləsini məndən uzaq etməsən, mən onlara meyl edər və ca­hil­lər­dən olaram”

Verse 34 — Surah Yusuf 12:34

Rəbbi onun duasını qə­bul etdi və onların hiyləsini on­dan uzaq etdi. Hə­qiqətən, O, Eşidən­dir, Biləndir

Verse 35 — Surah Yusuf 12:35

Bu qədər dəlilləri gör­dük­dən son­ra, yenə də onu bir müd­dət zindana salmaq qəra­rına gəl­dilər

Verse 36 — Surah Yusuf 12:36

Onunla birlikdə iki gənc də zin­dana salındı. Onlardan biri de­di: “Mən yuxuda gör­düm ki, üzümdən şərab sıxı­ram”. Di­gəri isə be­lə dedi: “Mən gör­düm ki, başımın üs­tündə çörək apa­rı­ram, quş­lar da ondan dim­dik­ləyib yeyir. Bunun yozumu­nu bizə bildir. Hə­qi­­qə­tən, biz səni yaxşı adam hesab edirik”

Verse 37 — Surah Yusuf 12:37

O dedi: “Sizə veriləcək ye­mək gəl­məmişdən əvvəl mən bu­nun yo­zu­munu sizə bildirə­rəm. Bu, Rəbbimin mənə öy­rətdiklə­rin­dəndir. Mən Allaha iman gətir­məyən, özləri də axi­rəti inkar edən adamların di­nindən uzaqlaşmışam

Verse 38 — Surah Yusuf 12:38

Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe ol­dum. Hər hansı bir şeyi Alla­ha şərik qoşmaq bizə ya­raş­maz. Bu, Alla­hın bizə və bütün in­san­la­ra olan lütfüdür, lakin insanların ço­xu şükür etmir

Verse 39 — Surah Yusuf 12:39

Ey mənim zindan yol­daş­larım! Ay­rı-ayrı tanrılar yax­şı­dır, yox­sa Tək olan, hər şeyə Qalib gələn Allah

Verse 40 — Surah Yusuf 12:40

Ondan başqa ibadət et­dik­ləriniz sizin və atalarınızın qoy­duğunuz ad­lardan baş­qa bir şey deyildir. Allah on­la­ra dair heç bir dəlil nazil et­mə­mişdir. Hökm yal­nız Allahın­dır. O əmr et­miş­dir ki, yalnız Ona ibadət edəsiniz. Doğ­ru din budur, lakin in­san­la­rın çoxu bu­nu bilmir

Verse 41 — Surah Yusuf 12:41

Ey mənim zindan yol­daş­larım! Sizdən biriniz öz ağa­­sına şə­rab süzəcək, digəriniz isə çar­mıxa çəkiləcək və quş­lar onun başın­dan dimdikləyib yeyə­cək­lər. Haq­qında fitva soruşduğunuz işə qabaqca­dan qərar veril­mişdir”

Verse 42 — Surah Yusuf 12:42

Yusuf onlardan edamdan qurtula­ca­ğını yə­qin etdiyi kimsəyə de­di: “Ağa­nın ya­nında məni ya­da sal!” Lakin şeytan ona Yu­sufu ağası­nın yadına sal­mağı unut­durdu və o, zindanda bir neçə il də qal­dı

Verse 43 — Surah Yusuf 12:43

Padşah dedi: “Mən yu­xuda yeddi arıq inəyin yeddi kök inə­yi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qə­dər də qu­ru­su­nu gördüm. Ey zadə­ganlar! Əgər yuxu yoza bilirsinizsə, yu­xumun yozu­mu­­nu mənə bildirin”

Verse 44 — Surah Yusuf 12:44

Onlar dedilər: “Bunlar qar­maqarı­şıq yuxulardır. Biz belə yu­xu­ların yo­zu­munu bil­mi­rik”

Verse 45 — Surah Yusuf 12:45

O iki nəfərin edamdan qurtulanı, uzun müddətdən sonra xa­tır­la­ya­raq de­di: “Mən sizə onun yozu­munu bil­dirə­rəm. Bircə məni Yu­sufun yanına gön­də­rin!”

Verse 46 — Surah Yusuf 12:46

O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yed­di arıq inəyin yeddi kök inəyi yedi­yi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bil­sin ki, mən o adamların yanına qayı­dım, bəlkə onlar da bilsinlər”

Verse 47 — Surah Yusuf 12:47

Yusuf dedi: “Yeddi il ba­cardığınız qədər əkin. Biçdiyi­nizi isə, yeyəcəyiniz az bir miq­dar is­tisna olmaqla, sünbüldə saxlayın

Verse 48 — Surah Yusuf 12:48

Sonra bunun ardınca, to­xumluq sax­layacağınız az bir miq­dar istisna ol­maqla, əvvəl­cədən həmin illər üçün tə­da­rük gördü­yü­nüzü yeyəcək yeddi ağır il – quraqlıq illəri gələcək

Verse 49 — Surah Yusuf 12:49

Bunun ardınca da elə bir il gə­lə­cək ki, onda insanlara bol ya­­ğış ve­ri­lə­cək və onlar çoxlu meyvə şirəsi sıxa­caq­lar”

Verse 50 — Surah Yusuf 12:50

Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin!” Elçi onun yanı­na gəl­dik­də Yusuf de­di: “Ağa­nın yanına qayıt və soruş gör ki, əllərini kə­sən qadınların məq­­sədi nə idi? Şübhəsiz ki, Rəbbim on­ların hiy­lə­sini bi­lir”

Verse 51 — Surah Yusuf 12:51

Padşah qadınlara dedi: “Yu­sufu yoldan çıxartmaqla nə məq­səd gü­dür­dünüz?” Onlar de­dilər: “Allah uzaq eləsin! Biz onun haq­­qında pis bir şey bil­mirik”. Zadəgan ki­şi­nin ar­va­dı dedi: “İn­di haqq bəlli ol­du. Onu mən yoldan çıxart­maq istə­yirdim. Hə­qi­­qətən də, o, doğru danışan­lar­dan­dır

Verse 52 — Surah Yusuf 12:52

Bu etiraf ona görədir ki, ərim ya­nımda olmadıqda ona xə­ya­nət etmə­di­yimi və Allahın xain­lərin hiylələrinə yol ver­mə­diyini bil­sin

Verse 53 — Surah Yusuf 12:53

Mən özümə bəraət qa­zan­dırmıram. Çünki, Rəbbimin rəhm et­diyi kəs istisna olmaq­la, nəfs adama pis işləri əmr edər. Həqi­qə­tən, Rəbbim Bağış­layan­dır, Rəhm­­lidir”

Verse 54 — Surah Yusuf 12:54

Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin! Onu özümə yaxın adam edə­cəyəm”. Onunla söh­bət etdikdə: “Sən bu gün ya­nı­mızda yük­sək mə­qam sahibi, etibarlı bir adamsan”– dedi

Verse 55 — Surah Yusuf 12:55

Yusuf dedi: “Bu yerin xə­zi­nələri­ni qo­rumağı mənə tap­şır. Çün­ki mən qo­ru­ya­nam, bu işi bilənəm”

Verse 56 — Surah Yusuf 12:56

Beləliklə, Yusufa yer üzün­də hökm­ranlıq verdik. O, istə­diyi yerdə qala bilərdi. Biz is­tədiyi­mizə mərhə­mə­timizi nə­sib edirik və yaxşı iş görən­lə­rin mükafatını əsirgəmirik

Verse 57 — Surah Yusuf 12:57

İman gətirənlər və müt­təqi olan­lar üçün, əlbəttə, axi­rət mü­ka­fatı daha xeyirlidir

Verse 58 — Surah Yusuf 12:58

Yusufun qardaşları Mi­sirə gəlib onun yanına daxil ol­du­lar. Yu­suf on­la­rı tanıdı, on­lar isə onu tanımadılar

Verse 59 — Surah Yusuf 12:59

Yusuf onların ərzaq yük­lə­rini ha­zırlayarkən dedi: “Ata­bir qar­daşınızı yanıma gəti­rin! Məgər görmürsü­nüz­ ki, mən ölçü­yə tam riayət edirəm və mən qonaq­pərvərlərin ən yax­şısıyam

Verse 60 — Surah Yusuf 12:60

Əgər onu yanıma gətir­mə­səniz, mənim yanımda si­zin üçün bir qab belə ərzaq ve­ril­məyəcək, özünüz də mənə ya­xınlaşmayın”

Verse 61 — Surah Yusuf 12:61

Onlar dedilər: “Ona gö­rə atasını razı salmağa çalı­şa­rıq. Biz əl­bət­tə, bunu edərik”

Verse 62 — Surah Yusuf 12:62

O, öz xidmətçilərinə de­di: “On­la­rın taxıl əvəzinə ödə­dik­ləri mallarını da yüklərinin içinə qo­yun ki, ailələrinin ya­nına dön­dük­də onu başa düş­sünlər və ola bilsin ki, qayıt­sınlar”

Verse 63 — Surah Yusuf 12:63

Onlar atalarının yanına qa­yıt­dıq­da dedilər: “Ey ata­mız! Da­ha bizə ər­zaq verilmə­yəcək. Ölçüb ərzaq almaq üçün qar­da­şı­mızı bi­zimlə birlikdə gön­dər. Şüb­həsiz ki, biz onu qoruya­ca­ğıq”

Verse 64 — Surah Yusuf 12:64

O dedi: “Daha öncə qar­da­şını si­zə etibar etdiyim kimi, heç onu sizə eti­bar edə bilə­rəm­mi? Allah daha yaxşı qo­ru­yur. O, rəhm­lilərin ən rəhmli­si­dir”

Verse 65 — Surah Yusuf 12:65

Onlar yüklərini açdıqda ver­dik­lə­ri mallarının da özlə­ri­nə qay­ta­rıl­dı­ğı­nı görüb dedi­lər: “Ey atamız! Bizə daha nə lazım­dır ki? Budur, sərmayə­miz özü­müzə qaytarılıb. Biz ailəmizi ər­zaq­la tə­min edər, qar­daşı­mı­zı qoruyar və bir dəvə yükü ar­tıq ərzaq ala­rıq. Bu isə satın al­dığımızın az bir miq­darıdır”

Verse 66 — Surah Yusuf 12:66

Yaqub dedi: “Əhatə olunub ça­­rəsiz qal­manız istisna olmaq­la, onu yanıma gə­ti­rəcəyinizə dair Allaha and içməyincə onu si­zinlə gön­dərməyəcəyəm”. On­lar and içdikdə Yaqub dedi: “Allah söy­lə­dik­lərimizə Vəkil­dir”

Verse 67 — Surah Yusuf 12:67

O dedi: “Ey oğullarım! Şə­hərə bir qapıdan girməyin, ay­rı-ay­rı qapılardan girin. Alla­hın ira­dəsinə qarşı isə heç bir şeylə sizə fay­da verə bilmə­rəm. Hökm yal­nız Allahındır. Mən ancaq Ona tə­vək­kül edi­rəm. Qoy tə­vəkkül edənlər də ancaq Ona təvəkkül et­sin­lər”

Verse 68 — Surah Yusuf 12:68

Atalarının onlara əmr et­diyi yer­lər­dən daxil olmaları­nın Alla­h ya­nın­da onlar üçün heç bir faydası olmadı, lakin bu, Ya­qu­bun nəf­sindəki bir istək idi ki, onu da yerinə ye­tirdi. Hə­qi­qətən də, o, elm sa­hibi idi, çün­ki onu Biz öy­rət­miş­dik. Lakin insanların ço­xu bunu bil­mir

Verse 69 — Surah Yusuf 12:69

Onlar Yusufun yanına daxil ol­duqda o, qardaşını bərk-bərk qucaq­la­yıb dedi: “Mən sə­nin qar­da­şınam. On­la­rın tut­duq­ları iş­lə­rə görə kədər­lənmə”

Verse 70 — Surah Yusuf 12:70

Yusuf onları azuqə ilə tə­min edər­kən qardaşının yü­kü­nün içi­nə bir pi­ya­lə qoydu. Son­ra bir carçı qışqırıb dedi: “Ey karvan əh­li! Siz oğrusu­nuz!”

Verse 71 — Surah Yusuf 12:71

Qardaşlar onlara tərəf dö­­nüb: “Nə itirmisiniz?”– de­di­lər

Verse 72 — Surah Yusuf 12:72

Onlar dedilər: “Padşa­hın piya­lə­sini itirmişik. Onu gəti­rənə bir dəvə yü­kü ərzaq veri­ləcək”. Carçı: “Mən buna za­mi­nəm!”– dedi

Verse 73 — Surah Yusuf 12:73

Onlar dedilər: “Allaha and ol­sun! Siz bilirsiniz ki, biz bu yer­lərə fitnə-fə­sad tö­rətmək üçün gəlməmişik və biz oğ­ru da de­yi­lik”

Verse 74 — Surah Yusuf 12:74

Onlar dedilər: “Əgər ya­lan­çısı­nız­sa, onda onun cəzası nə­dir?”

Verse 75 — Surah Yusuf 12:75

Qardaşlar dedilər: “Onun cəzası – it­miş piyalə yükündə ta­­pı­lan kimsənin özünün kölə edi­­lərək cəzalan­dırıl­ması­dır. Biz za­lımları be­lə cəzalan­dırırıq”

Verse 76 — Surah Yusuf 12:76

O, qardaşının yükündən əv­vəl on­ların yüklərini axtar­mağa baş­ladı, sonra da piya­lə­ni qarda­şının yükündən çı­xart­dı. Biz Yu­su­fa belə bir tədbir öy­rətdik. Allahın istəyi olma­saydı, padşa­hın qa­nunlarına gö­rə, o, qar­daşını tu­tub öz ya­nın­da sax­laya bilməzdi. Biz is­tə­di­yimiz kəsi dərəcə-dərəcə yük­səl­di­rik. Hər bilik sahi­bin­dən də üstün bir bilən vardır

Verse 77 — Surah Yusuf 12:77

Onlar dedilər: “Əgər piyaləni o oğur­la­yıb­sa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində giz­lə­dib onlara açıb söy­ləmədi və öz-özünə: “Siz daha pis mövqedə­siniz. Allah si­zin nə de­diyinizi çox yaxşı bilir”– dedi

Verse 78 — Surah Yusuf 12:78

Onlar dedilər: “Ey hökm­dar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi gö­tür. Həqiqətən, Biz səni yaxşı adam he­sab edirik”

Verse 79 — Surah Yusuf 12:79

O dedi: “Allah eləməsin ki, xurcununda malımızı tapdığı­mız kəs­dən başqa­sı­nı tutub sax­layaq. Onda biz zalımlar­dan ola­rıq”

Verse 80 — Surah Yusuf 12:80

Ondan ümidlərini kəs­dik­də məs­lə­hətləşmək üçün bir kə­na­ra çəkildilər. Onların bö­yü­yü dedi: “Atanızın sizə Allaha and iç­dir­məsi, bundan əvvəl də Yusufa qarşı haqsız­lıq etdi­yi­niz yadı­nız­dadırmı? Atam mə­nə izin vermə­yin­cə və ya mə­nə aid Allah hökm ver­mə­yincə, mən bu yerdən ayrıl­maya­ca­ğam. O, hökm ve­rən­lərin ən yaxşısıdır

Verse 81 — Surah Yusuf 12:81

Atanızın yanına qayıdın və de­yin: “Ey atamız! Oğlun oğur­luq etdi. Biz ancaq bildi­yi­miz şeyə şahidlik et­dik. Biz qeybi bi­lən­lər deyilik

Verse 82 — Surah Yusuf 12:82

Olduğumuz kənddən və bir­likdə gəl­diyimiz karvandan so­ruş. Biz, hə­qi­qətən də, doğ­ru danı­şırıq”

Verse 83 — Surah Yusuf 12:83

Yaqub dedi: “Xeyr, si­zin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gə­rəkdir. Ola bilsin ki, Allah on­ların ha­mı­sını mənə qay­tarsın. Həqi­qə­tən də, O, Biləndir, Hikmət sahibidir”

Verse 84 — Surah Yusuf 12:84

Yaqub onlardan üz dön­dərdi və: “Heyif Yusufdan!”– dedi. Kə­dərdən onun gözlə­ri­nə ağ gəldi. O, dərdini öz içində saxlayırdı

Verse 85 — Surah Yusuf 12:85

Onlar dedilər: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada sal­maqla axır­da ya əldən dü­şəcək, ya da öləcəksən”

Verse 86 — Surah Yusuf 12:86

O dedi: “Mən dərd-qə­mimi yal­nız Allaha açıb söylə­yirəm və Allahdan nazil olan vəhy sayə­sin­də sizin bilmədik­lərinizdən agah olu­ram

Verse 87 — Surah Yusuf 12:87

Ey oğullarım! Yusufdan və qar­da­şın­dan xəbər tutmaq üçün yo­la dü­şün, Alla­hın mər­həmə­tin­dən ümidinizi üz­mə­yin. Alla­hın mərhə­mə­tin­dən ancaq kafir adamlar ümid­lərini üzərlər”

Verse 88 — Surah Yusuf 12:88

Onlar Yusufun yanına gir­dikdə dedilər: “Ey hökm­ sahibi! Biz və ailəmiz fə­lakətə uğ­ra­mı­şıq. Bir az mal gətir­mi­şik. Bizə bunların əvə­zində ölçünü tam elə və bizə sədəqə ver. Şüb­hə­siz ki, Allah sə­də­qə ve­rən­ləri mükafatlan­dı­rar”

Verse 89 — Surah Yusuf 12:89

O dedi: “Siz nadanlı­ğı­nız döv­rün­də Yusufa və qar­da­şına nə­lər et­di­yiniz yadınız­da­dırmı?”

Verse 90 — Surah Yusuf 12:90

Onlar dedilər: “Yoxsa sən özün Yusufsan?” O dedi: “Mən Yu­sufam, bu da qar­da­şımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir et­sə, bilsin ki, Allah yaxşı iş gö­rənlərin mü­kafatını puç etməz”

Verse 91 — Surah Yusuf 12:91

Onlar dedilər: “Allaha and olsun ki, Allah səni biz­dən üs­tün tutmuşdur. Biz isə gü­nahkar ol­muşuq”

Verse 92 — Surah Yusuf 12:92

Yusuf dedi: “Bu gün siz qınanıl­ma­yacaqsınız. Allah si­zi ba­ğış­lasın! O, rəhm edən­lə­rin ən rəhmlisidir

Verse 93 — Surah Yusuf 12:93

Bu köynəyimi aparıb ata­­mın üzü­nə atın, gözləri açıl­sın. Son­ra da bütün ailənizlə bir­lik­də yanıma gəlin”

Verse 94 — Surah Yusuf 12:94

Karvan Misir torpağın­dan ayrı­lan­da ataları dedi: “Mən, hə­qi­qə­tən də, Yu­sufun qo­xu­sunu hiss edirəm. Bircə mə­ni ağılsız say­ma­yaydınız”

Verse 95 — Surah Yusuf 12:95

Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də öz köh­nə yan­lışlığından əl çəkmə­mi­sən”

Verse 96 — Surah Yusuf 12:96

Müjdəçi gəlib köynəyi onun üzü­nə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə de­məmiş­dimmi ki, mən Allah­dan gələn vəhy sayəsində sizin bil­mədikləri­nizi bilirəm?”

Verse 97 — Surah Yusuf 12:97

Onlar dedilər: “Ey ata­mız! Allah­dan bizim günahla­rımızın ba­ğışlan­ma­sı­nı dilə. Doğrudan da, biz günahkar olmuşuq”

Verse 98 — Surah Yusuf 12:98

O dedi: “Mən Rəbbim­dən sizin üçün bağışlanma di­lə­yə­cə­yəm. Həqi­qə­tən, O, Bağış­la­yan­dır, Rəhmlidir”

Verse 99 — Surah Yusuf 12:99

Onlar Yusufun yanına gəl­dikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Mi­sirə daxil olun!”

Verse 100 — Surah Yusuf 12:100

O, ata-anasını taxtın üs­tündə əy­ləşdirdi. Onlar ha­mısı onun qarşısında səcdə et­dilər. O dedi: “Atacan! Bu, çox­dankı yu­xumun yozumu­dur. Rəbbim onu gerçəkləş­dirdi. O mənə lütf etdi. O məni zindan­dan çıxart­dı və şeytan mə­nimlə qardaş­larımın ara­sına əda­vət sal­dıq­dan sonra sizi səhradan yanı­ma gə­tirdi. Şüb­hə­siz ki, Rəb­bim is­tə­diyinə qarşı lütf­kardır. Hə­qiqətən, O, Biləndir, Hikmət sahibidir

Verse 101 — Surah Yusuf 12:101

Ey Rəbbim! Sən mənə haki­miy­yət verdin və mənə yu­xu­la­rı yozmağı öyrətdin. Ey göy­ləri və yeri yaradan! Sən dün­yada da, axirətdə də mənim Himayədarım­san. Mənim ca­nı­mı mü­səlman ki­mi al və mə­ni əməlisalehlərə qovuşdur”

Verse 102 — Surah Yusuf 12:102

Bunlar sənə vəhy yolu ilə bil­dir­diyimiz qeyb xəbərlə­rin­dən­dir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən on­la­rın yanında deyildin

Verse 103 — Surah Yusuf 12:103

Sən nə qədər çox is­tə­sən də, in­san­ların əksəriyyəti iman gə­tirən de­yil­dir

Verse 104 — Surah Yusuf 12:104

Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmir­sən. Bu Quran aləm­lər üçün ancaq bir öyüd-nəsihətdir

Verse 105 — Surah Yusuf 12:105

Göylərdə və yerdə neçə-neçə də­lillər vardır ki, in­sanların ço­xu onların yanın­dan üz çevirib keçirlər

Verse 106 — Surah Yusuf 12:106

Onların çoxu ancaq şə­rik qoşa­raq Allaha iman gə­ti­rir

Verse 107 — Surah Yusuf 12:107

Məgər onlar Allahın hər şeyi bü­rü­­yən əzabının onları qap­lamayacağına və ya özləri də hiss etmədən o Saatın on­la­ra qəf­lə­tən gəlməyəcəyinə əmin­dirlər­mi

Verse 108 — Surah Yusuf 12:108

De: “Bu, mənim yolum­dur. Mən və mənə tabe olan­lar, mö­tə­bər dəlillərə əsasən, in­san­­ları Allaha tərəf çağırırıq. Allah pakdır, mü­qəddəsdir. Mən də müş­riklərdən deyiləm”

Verse 109 — Surah Yusuf 12:109

Biz səndən əvvəl də məm­ləkət əhlindən yalnız öz­lə­rinə vəhy etdiyi­miz kişi­lər­dən elçi göndər­dik. Məgər müş­­rik­lər yer üzün­də gəzib dolaşıb öz­lərindən əvvəlki­lərin aqibə­ti­nin necə ol­du­ğunu görmür­lər? Əlbəttə, Axirət yurdu Allah­­dan qorxanlar üçün daha xe­­yir­li­dir. Məgər anlamırsınız

Verse 110 — Surah Yusuf 12:110

Elçilər hər dəfə ümidlə­ri­ni itir­dik­də və özlərinin ya­lan­çı he­sab edil­dik­lə­rini gü­man et­dikdə köməyimiz onlara gəlir və is­tə­di­yi­miz kəs də nicat ta­pır­dı. Gü­nahkar tayfadan əza­bı­mız əsla dəf olun­maz

Verse 111 — Surah Yusuf 12:111

Onların rəvayətlərində ağıl sa­hibləri üçün bir ibrət var­dır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özün­dən əv­vəl­ki­ləri təsdiqlə­yən və hər şeyi müfəssəl izah edən­dir; iman gə­ti­rən bir camaat üçün hidayət və mərhə­mətdir