Back to Languages

Azerbaijani - Chapter 19 - Maryam

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Maryam 19:1

Kəf. Hə. Yə. Ayn. Sad

Verse 2 — Surah Maryam 19:2

Bu sənin Rəbbinin Öz qu­lu Zəkə­riy­yaya göstərdiyi mər­hə­mə­ti­nin yada sa­lınma­sıdır

Verse 3 — Surah Maryam 19:3

Bir zaman Zəkəriyya Rəb­­binə giz­li­cə dua edib

Verse 4 — Surah Maryam 19:4

demişdi: “Ey Rəbbim! Ar­tıq sü­mük­lərim zəifləmiş, ba­şım da ağappaq ağar­mışdır. Ey Rəb­bim! Sənə etdiyim dua sa­yə­sin­də heç vaxt bəd­bəxt ol­mamı­şam

Verse 5 — Surah Maryam 19:5

Mən özümdən sonra gə­lən qo­hum­larımdan bəzisinin dinə etina­sız ya­na­­şa­caqlarından qorxu­ram. Zöv­cəm də sonsuzdur. Mə­nə Öz tə­rə­fin­dən elə bir övlad bəxş et ki

Verse 6 — Surah Maryam 19:6

o həm mənə, həm də Ya­qub nəs­linə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin ra­zı­lığını qazan­mış olsun!”

Verse 7 — Surah Maryam 19:7

Ona belə vəhy olundu: “Ey Zə­kəriy­ya! Səni Yəhya adlı bir oğul­la müjdə­lə­yirik. Biz bu adı on­dan öncə kimsəyə qoy­ma­mı­şıq!”

Verse 8 — Surah Maryam 19:8

O dedi: “Ey Rəbbim! Zöv­cəm son­suz bir qadın ikən, özüm də qocalığın son həd­din­də ol­du­ğum halda necə mə­nim övla­dım ola bilər?”

Verse 9 — Surah Maryam 19:9

Mələk dedi: «Bu, belədir, la­kin Rəbbin buyurdu: “Bu Mə­nim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmiş­dim!”»

Verse 10 — Surah Maryam 19:10

O dedi: “Ey Rəbbim! Mə­nim üçün bir əlamət müəy­yən et”. Allah bu­yur­du: “Əla­mətin budur ki, sən sağlam ikən üç gecə adam­­lar­la danış­maya­caq­san!”

Verse 11 — Surah Maryam 19:11

O, mehrabdan öz qöv­münün qar­şısına çıxıb onlara işarə ilə ba­şa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”

Verse 12 — Surah Maryam 19:12

Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”– de­yə vəhy etdik. Biz ona uşaq ikən hik­mət bəxş etdik

Verse 13 — Surah Maryam 19:13

Üstəlik Öz tərəfimizdən bir şəf­qət və paklıq da bəxş et­dik. O, müttəqi idi

Verse 14 — Surah Maryam 19:14

Həm də ata-anasına qar­şı qayğı­keş idi; lovğa və asi de­yildi

Verse 15 — Surah Maryam 19:15

Doğulduğu gün də, ölə­cəyi gün də, yenidən dirildilə­cəyi gün də ona sa­lam olsun

Verse 16 — Surah Maryam 19:16

Kitabda Məryəmi də ya­da sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir ye­rə çəkilmiş

Verse 17 — Surah Maryam 19:17

və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuş­du. Biz Öz Ruhu­muz Cəb­raili onun yanına göndərdik. O, Mər­yəmin qar­şı­sın­da kamil bir in­san su­rətində peyda oldu

Verse 18 — Surah Maryam 19:18

Məryəm dedi: “Mən sən­dən Mər­həmətli Allaha sığını­ram! Əgər müttə­qisən­sə, mənə to­xunma”

Verse 19 — Surah Maryam 19:19

Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş et­mək üçün Rəbbinin el­çi­siyəm”

Verse 20 — Surah Maryam 19:20

Məryəm dedi: “Mənə bir insan to­xunmadığı və özüm də zi­na­kar olma­dı­ğım halda, necə mənim övladım ola bi­lər?”

Verse 21 — Surah Maryam 19:21

Mələk dedi: «Bu belədir, la­kin Rəbbin buyurdu: “Bu, Mə­nim üçün asandır. Biz onu in­sanlar üçün bir mö­cüzə və Öz tə­rə­fi­miz­dən bir mərhəmət edə­cəyik. Bu, hökmü verilmiş bir iş­dir”»

Verse 22 — Surah Maryam 19:22

Məryəm uşağa qaldı və bət­nin­də­ki ilə birlikdə gedib uzaq bir yerə çə­kil­di

Verse 23 — Surah Maryam 19:23

Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söy­kən­mə­yə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləy­dim və birdə­fə­lik unudul­aydım!”

Verse 24 — Surah Maryam 19:24

Məryəmin aşağı tərəfin­dən (İsa və ya Cəbrail) onu səs­ləyib de­di: “Qəm ye­mə, Rəb­bin sənin ayağının altından bir bu­laq axıtdı

Verse 25 — Surah Maryam 19:25

Xurma ağacının gövdə­sini özünə tərəf silkələ ki, üs­tü­nə ye­tiş­miş, təzə xurma tökül­sün

Verse 26 — Surah Maryam 19:26

Ye, iç, gözün aydın ol­sun! Əgər insanlardan kimisə gör­sən, de: “Mən Mərhəmətli Alla­ha oruc tut­mağı nəzir etmi­şəm. Odur ki, bu gün heç kimlə da­nış­maya­cağam”»

Verse 27 — Surah Maryam 19:27

Məryəm körpəni quca­ğı­na alıb öz tayfasının yanına gə­tirdi. On­lar dedi­lər: “Ey Mər­yəm! Sən yaramaz (və ya gö­rünməmiş) bir iş tutdun

Verse 28 — Surah Maryam 19:28

Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun de­yil­di”

Verse 29 — Surah Maryam 19:29

Məryəm uşağı göstərdi. On­lar de­dilər: “Beşikdə olan körpə ilə necə da­nışaq?”

Verse 30 — Surah Maryam 19:30

Körpə dil açıb dedi: “Hə­qi­qətən də, mən Allahın qulu­yam! O mə­nə Kitab verdi və məni pey­ğəmbər etdi

Verse 31 — Surah Maryam 19:31

Harada oluramsa olum, məni mü­barək etdi və nə qə­dər ki sa­ğam, mə­nə namaz qılıb zəkat verməyi əmr etdi

Verse 32 — Surah Maryam 19:32

Həm də məni anama qar­şı qay­ğı­keş etdi; məni lovğa və bəd­bəxt etmədi

Verse 33 — Surah Maryam 19:33

Doğulduğum gün də, ölə­cəyim gün də, yenidən diril­di­lə­cə­yim gün də mənə salam ol­sun!”

Verse 34 — Surah Maryam 19:34

Barəsində şübhəyə düş­dük­ləri haqq söz olan Məryəm oğlu İsa budur

Verse 35 — Surah Maryam 19:35

Allaha övlad götürmək ya­raş­maz. O, pak və müqəd­dəsdir! O, bir işin olmasını is­tə­dikdə ona ancaq “Ol!”– de­yər, o da dərhal olar

Verse 36 — Surah Maryam 19:36

İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də si­zin Rəb­bi­niz­dir. Elə isə yal­nız Ona ibadət edin! Düz yol da bu­dur”

Verse 37 — Surah Maryam 19:37

Sonra firqələrin ara­sın­da ziddiy­yət düşdü. Böyük gü­nü gö­rə­cək kafir­lərin vay ha­lı­na

Verse 38 — Surah Maryam 19:38

Onlar Bizim hüzuru­mu­za gələ­cəkləri gün necə yaxşı eşidə­cək, necə də yaxşı görə­cək­lər! Lakin zalımlar bu gün açıq-aydın az­ğınlıq için­də­dirlər

Verse 39 — Surah Maryam 19:39

Sən onları işin bitmiş ola­cağı peş­mançılıq günü ilə qor­xut! İn­di onlar hə­lə qəflətdə­dirlər və iman gətir­mirlər

Verse 40 — Surah Maryam 19:40

Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sa­hib çı­xacağıq. On­ların qayı­dışı Bizə olacaqdır

Verse 41 — Surah Maryam 19:41

Kitabda İbrahimi də xa­tırla! Hə­qiqətən, o, sadiq insan və pey­ğəmbər idi

Verse 42 — Surah Maryam 19:42

Bir zaman o, atasına de­mişdi: “Atacan! Nə üçün eşit­məyən, gör­mə­yən və sənə heç bir faydası olmayan bir şeyə si­tayiş edir­sən

Verse 43 — Surah Maryam 19:43

Atacan! Həqiqətən, sənə gəl­mə­yən bir elm mənə gəl­miş­dir. Ar­xamca gəl ki, səni doğ­ru yola yönəldim

Verse 44 — Surah Maryam 19:44

Atacan! Şeytana ibadət etmə! Hə­qiqətən, şeytan Mər­həmətli Allaha çox asi ol­du

Verse 45 — Surah Maryam 19:45

Atacan! Qorxuram ki, Mərhə­mət­li Allahdan sənə bir əzab to­xun­sun və be­ləcə, şey­tana yoldaş olasan”

Verse 46 — Surah Maryam 19:46

Atası dedi: “Sən mənim məbud­larımdan üzmü çevi­rir­sən, ey İbrahim?! Əgər buna son qoyma­san, səni mütləq daşqa­laq edə­cə­­yəm. Uzun müddət mən­­dən uzaq ol!”

Verse 47 — Surah Maryam 19:47

İbrahim dedi: “Sənə sa­lam olsun! Mən Rəbbimdən sənin üçün bağış­lan­ma diləyə­cəyəm. Həqiqə­tən, O mənə qarşı çox lütf­kardır

Verse 48 — Surah Maryam 19:48

Mən sizi və Allahdan başqa si­ta­yiş etdiyiniz bütləri tərk edir və öz Rəb­bimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua et­mək­lə heç vaxt bəd­bəxt olmayım”

Verse 49 — Surah Maryam 19:49

İbrahim onları və onla­rın Allah­dan başqa yalvar­dıq­larını tərk etdiyi za­man Biz ona İshaqı və Yaqubu bəxş et­dik. Biz onların hər ikisini pey­ğəm­bər et­dik

Verse 50 — Surah Maryam 19:50

Biz onlara öz mərhəmə­ti­mizdən əta etdik və gələcək nə­sil­lər hə­mişə yada salsın deyə on­lara yaxşı ad qismət elədik

Verse 51 — Surah Maryam 19:51

Kitabda Musanı da xa­tır­la! Həqi­qətən o, seçilmiş bir el­çi və peyğəmbər idi

Verse 52 — Surah Maryam 19:52

Biz Musanı sağ tərə­fin­də­ki Tur da­ğının yaxınlığından ça­ğır­dıq və onunla danı­şıb onu özü­müzə yaxın etdik

Verse 53 — Surah Maryam 19:53

Biz Öz mərhəmətimiz­dən ona qardaşı Harunu da bir pey­ğəm­bər ola­raq bəxş etdik

Verse 54 — Surah Maryam 19:54

Kitabda İsmaili də xa­tır­la! Həqi­qətən, o öz vədinə sa­diq idi. O, bir elçi və pey­ğəm­bər idi

Verse 55 — Surah Maryam 19:55

O öz ailəsinə namaz qıl­mağı, zə­kat verməyi əmr edir­di. O, Rəb­binin ri­zasını qazan­mışdı

Verse 56 — Surah Maryam 19:56

Kitabda İdrisi də xatırla! Həqi­qə­tən, o, düz danı­şan adam və bir pey­ğəmbər idi

Verse 57 — Surah Maryam 19:57

Biz onu yüksək bir mə­qama ucaltdıq

Verse 58 — Surah Maryam 19:58

Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adə­min və Nuhla bir­likdə gə­midə da­şıdı­ğımız kimsələrin nəs­lin­dən, İbra­hi­min və İsrai­lin nəs­lin­dən seçib haqq yola yö­nəlt­diyimiz kim­sə­lər­dəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayə­ləri oxunduğu za­man səc­dəyə qapanıb ağla­yanlardır

Verse 59 — Surah Maryam 19:59

Onların arxasınca nama­zı bura­xıb şəhvətə uyan bir nə­sil gəl­­di. Onlar ziyana uğra­ya­caqlar

Verse 60 — Surah Maryam 19:60

Ancaq Allaha tövbə edib iman gə­tirənlər və saleh əməllər edən­lərdən baş­qa! Onlar Cən­nətə daxil olacaq və heç bir haq­sız­lı­ğa məruz qalmaya­caq­lar

Verse 61 — Surah Maryam 19:61

Bu Cənnət Mərhəmətli Allahın Öz qul­la­rına vəd etdiyi və on­la­rın gör­mədikləri Ədn cən­nətləridir. Onun vədi mütləq ye­rinə ye­tə­cək­dir

Verse 62 — Surah Maryam 19:62

Onlar orada boş sözlər deyil, an­caq: “Salam!” eşidə­cək­lər. Ora­da səhər-axşam on­la­rın ruzisi ola­caqdır

Verse 63 — Surah Maryam 19:63

Qullarımızdan olan müt­tə­qilər üçün miras edəcəyimiz Cən­nət budur

Verse 64 — Surah Maryam 19:64

Mələklər dedi: “Biz dün­ya­ya ancaq sənin Rəbbinin əmri ilə eni­rik. Önü­müz­də, arxa­mız­da və onların arasında nə var­sa, Ona məxsusdur. Rəb­bin unu­dan de­yildir”

Verse 65 — Surah Maryam 19:65

O, göylərin, yerin və on­la­rın ara­sında olanların Rəbbi­dir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona ox­şarını tanıyır­san­mı

Verse 66 — Surah Maryam 19:66

İnsan soruşar: “Doğru­dan­mı mən öldükdən sonra qə­­birdən diri çıxar­dıla­cağam?”

Verse 67 — Surah Maryam 19:67

Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən ya­rat­dı­ğı­mı­zı xatırlamır­mı

Verse 68 — Surah Maryam 19:68

Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir ye­rə topla­ya­caq, sonra da on­la­rı diz üstə çökmüş halda Cə­hən­nəmin ət­rafına yerləşdi­rə­cə­yik

Verse 69 — Surah Maryam 19:69

Sonra hər firqədən Mər­həmətli Allaha ən çox asi olanı çı­xar­da­­cağıq

Verse 70 — Surah Maryam 19:70

Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq

Verse 71 — Surah Maryam 19:71

İçinizdən hər kəs oraya va­rid ola­caqdır. Bu, Rəbbinin əzəl­dən müəyyən et­diyi qəti bir qərardır

Verse 72 — Surah Maryam 19:72

Sonra Biz müttəqiləri od­dan xilas edəcək, zalımları isə orada diz üstə çök­müş halda tərk edəcəyik

Verse 73 — Surah Maryam 19:73

Onlara açıq-aydın ayə­ləri­miz oxun­­duğu zaman kafir­lər mö­min­lərə de­yərlər: “Bu iki firqədən hansının məqa­mı da­ha yaxşı, məc­lisi daha gö­zəl­dir?”

Verse 74 — Surah Maryam 19:74

Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə on­lar­dan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik

Verse 75 — Surah Maryam 19:75

De: “Qoy Mərhəmətli Allah az­ğın­lıqda olan hər kəsə uzun müd­dət möhlət ver­sin! Nəha­yət, özlərinə vəd olunan ya əza­bı, ya da o Saatı gör­dük­ləri zaman onlar kimin mə­qa­mının daha pis, ki­min ordu­su­nun daha zəif olduğunu bi­lə­cəklər”

Verse 76 — Surah Maryam 19:76

Allah doğru yolda olan­ların doğ­ru­luğunu artırar. Əbə­di qa­lan yaxşı əməl­lər isə Rəb­bi­nin ya­nında savab ba­xı­mın­dan daha xe­yirli, aqibətcə da­ha yax­şıdır

Verse 77 — Surah Maryam 19:77

Ayələrimizi inkar edib: “Mənə hök­mən var-dövlət və öv­lad ve­ri­lə­cək­!”– deyən ada­mı gördünmü

Verse 78 — Surah Maryam 19:78

Olmaya, o, qeybdən xə­bər­dardır, yoxsa Mərhəmətli Allah­dan vəd almış­dır

Verse 79 — Surah Maryam 19:79

Xeyr! Biz onun dedik­lə­rini yaza­caq və əzabını qat-qat artı­ra­ca­ğıq

Verse 80 — Surah Maryam 19:80

Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tən­ha gələ­cək­dir

Verse 81 — Surah Maryam 19:81

Müşriklər Allahdan baş­qa məbud­lar qəbul etdilər ki, on­lara kö­mək ol­sunlar

Verse 82 — Surah Maryam 19:82

Xeyr! Qiyamət günü o məbudlar onla­rın ibadətini inkar edə­cək və onların əleyhinə çı­xa­caq­lar

Verse 83 — Surah Maryam 19:83

Məgər kafirlərin üstünə on­ları günaha sövq edən şey­tanları gön­dər­di­yimizi gör­mür­sənmi

Verse 84 — Surah Maryam 19:84

Odur ki, onlardan ötrü əzab dilə­məyə tələsmə. Biz on­la­rın gün­lə­rini bir-bir sayırıq

Verse 85 — Surah Maryam 19:85

O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hör­mət­li nü­mayən­dələr kimi toplayarıq

Verse 86 — Surah Maryam 19:86

Günahkarları isə Cəhən­nə­mə su­samış olduqları halda qo­vub apa­rarıq

Verse 87 — Surah Maryam 19:87

Mərhəmətli Allahdan əhd almış kəslər­dən başqaları şə­fa­ət et­­məyə qadir ol­mazlar

Verse 88 — Surah Maryam 19:88

Kafirlər: “Mərhəmətli Allah özü­nə öv­lad götürmüşdür!”– de­dilər

Verse 89 — Surah Maryam 19:89

Siz olduqca pis bir iş tut­dunuz

Verse 90 — Surah Maryam 19:90

Bundan az qaldı göylər par­ça­lan­sın, yer yarılsın və dağ­lar ye­rin­dən qo­pub uçsun –

Verse 91 — Surah Maryam 19:91

Mərhəmətli Allaha övlad isnad etdik­lə­rinə görə

Verse 92 — Surah Maryam 19:92

Mərhəmətli Allaha özü­nə övlad götür­mək yaraşmaz

Verse 93 — Surah Maryam 19:93

Göylərdə və yerdə olan­la­rın ha­mısı Mərhəmətli Alla­hın hü­zu­runa an­caq bir qul ki­mi gə­ləcək

Verse 94 — Surah Maryam 19:94

Allah onları hesablamış və bir-bir saymış­dır

Verse 95 — Surah Maryam 19:95

Onların hər biri Qiya­mət günü Onun hüzuruna tək-tənha gə­lə­cək

Verse 96 — Surah Maryam 19:96

İman gətirib yaxşı işlər gö­rənlərə gəlincə, onlar üçün Mərhəmətli Allah qəlb­lərdə bir sev­gi ya­radacaq

Verse 97 — Surah Maryam 19:97

Biz Quranı sənin di­linlə asan­laş­dırdıq ki, onunla müt­tə­qi­lə­rə müjdə verəsən və inad­karlara xəbər­darlıq edəsən

Verse 98 — Surah Maryam 19:98

Biz onlardan əvvəl neçə-neçə nə­sli məhv etdik. Heç on­lar­dan ki­min­sə mövcudlu­ğu­nu hiss edir və yaxud on­lar­dan bir hə­nir­ti eşidirsənmi