Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 23 - Al-Muminun
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Muminun 23:1
Möminlər, həqiqətən də, nicat tapmışlar
Verse 2 — Surah Al-Muminun 23:2
o kəslər ki, namazlarında mütidirlər
Verse 3 — Surah Al-Muminun 23:3
o kəslər ki, sözbazlıqdan qaçırlar
Verse 4 — Surah Al-Muminun 23:4
o kəslər ki, zəkat verirlər
Verse 5 — Surah Al-Muminun 23:5
o kəslər ki, övrət yerlərini həmişə qoruyurlar
Verse 6 — Surah Al-Muminun 23:6
zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar
Verse 7 — Surah Al-Muminun 23:7
Bundan artığına can atanlar isə həddi aşanlardır
Verse 8 — Surah Al-Muminun 23:8
O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar
Verse 9 — Surah Al-Muminun 23:9
O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar
Verse 10 — Surah Al-Muminun 23:10
Məhz onlar – varis olanlardır
Verse 11 — Surah Al-Muminun 23:11
O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar; onlar orada əbədi qalacaqlar
Verse 12 — Surah Al-Muminun 23:12
Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq
Verse 13 — Surah Al-Muminun 23:13
Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik
Verse 14 — Surah Al-Muminun 23:14
Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır
Verse 15 — Surah Al-Muminun 23:15
Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz
Verse 16 — Surah Al-Muminun 23:16
Sonra da Qiyamət günü dirildiləcəksiniz
Verse 17 — Surah Al-Muminun 23:17
Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq
Verse 18 — Surah Al-Muminun 23:18
Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik
Verse 19 — Surah Al-Muminun 23:19
Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır
Verse 20 — Surah Al-Muminun 23:20
Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də şirə verir
Verse 21 — Surah Al-Muminun 23:21
Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də
Verse 22 — Surah Al-Muminun 23:22
Siz həm o heyvanlarla, həm də gəmilər ilə daşınırsınız
Verse 23 — Surah Al-Muminun 23:23
Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
Verse 24 — Surah Al-Muminun 23:24
Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik
Verse 25 — Surah Al-Muminun 23:25
Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!”
Verse 26 — Surah Al-Muminun 23:26
O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
Verse 27 — Surah Al-Muminun 23:27
Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt erkək və dişi, barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olunacaqlar
Verse 28 — Surah Al-Muminun 23:28
Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!”
Verse 29 — Surah Al-Muminun 23:29
Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!”
Verse 30 — Surah Al-Muminun 23:30
Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz qullarımızı beləcə sınağa çəkirik
Verse 31 — Surah Al-Muminun 23:31
Onlardan sonra isə başqa bir nəsil yaratdıq
Verse 32 — Surah Al-Muminun 23:32
Onlara da özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
Verse 33 — Surah Al-Muminun 23:33
Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir
Verse 34 — Surah Al-Muminun 23:34
Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız
Verse 35 — Surah Al-Muminun 23:35
O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızımı vəd edir
Verse 36 — Surah Al-Muminun 23:36
Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq
Verse 37 — Surah Al-Muminun 23:37
Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik
Verse 38 — Surah Al-Muminun 23:38
Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”
Verse 39 — Surah Al-Muminun 23:39
O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
Verse 40 — Surah Al-Muminun 23:40
Allah dedi: “Onlar tezliklə peşman olacaqlar!”
Verse 41 — Surah Al-Muminun 23:41
Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar
Verse 42 — Surah Al-Muminun 23:42
Onlardan sonra başqa-başqa nəsillər yaratdıq
Verse 43 — Surah Al-Muminun 23:43
Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar
Verse 44 — Surah Al-Muminun 23:44
Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən adamlar
Verse 45 — Surah Al-Muminun 23:45
Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –
Verse 46 — Surah Al-Muminun 23:46
Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər
Verse 47 — Surah Al-Muminun 23:47
Onlar dedilər: “Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?”
Verse 48 — Surah Al-Muminun 23:48
Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular
Verse 49 — Surah Al-Muminun 23:49
Biz Musaya Kitab verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər
Verse 50 — Surah Al-Muminun 23:50
Biz Məryəm oğlunu və onun anasını bir möcüzə etdik. Onları əlverişli bir yerdə, çeşmə axan bir təpədə yerləşdirdik
Verse 51 — Surah Al-Muminun 23:51
Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm
Verse 52 — Surah Al-Muminun 23:52
Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun
Verse 53 — Surah Al-Muminun 23:53
Lakin ümmətlər özlərinin dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir
Verse 54 — Surah Al-Muminun 23:54
Sən onları bir müddət öz cəhaləti içində burax
Verse 55 — Surah Al-Muminun 23:55
Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə
Verse 56 — Surah Al-Muminun 23:56
onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar
Verse 57 — Surah Al-Muminun 23:57
Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər
Verse 58 — Surah Al-Muminun 23:58
Rəbbinin ayələrinə iman gətirənlər
Verse 59 — Surah Al-Muminun 23:59
Rəbbinə şərik qoşmayanlar
Verse 60 — Surah Al-Muminun 23:60
Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər –
Verse 61 — Surah Al-Muminun 23:61
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər
Verse 62 — Surah Al-Muminun 23:62
Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz
Verse 63 — Surah Al-Muminun 23:63
Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan əlavə gördükləri başqa pis işləri də vardır
Verse 64 — Surah Al-Muminun 23:64
Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar
Verse 65 — Surah Al-Muminun 23:65
Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir köməklik göstərməyəcəyik!”
Verse 66 — Surah Al-Muminun 23:66
Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz
Verse 67 — Surah Al-Muminun 23:67
Həm də Kəbə ilə təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız
Verse 68 — Surah Al-Muminun 23:68
Məgər kafirlər bu Söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi
Verse 69 — Surah Al-Muminun 23:69
Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər
Verse 70 — Surah Al-Muminun 23:70
Yaxud: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır
Verse 71 — Surah Al-Muminun 23:71
Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər
Verse 72 — Surah Al-Muminun 23:72
Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır
Verse 73 — Surah Al-Muminun 23:73
Sən, həqiqətən də, onları doğru yola çağırırsan
Verse 74 — Surah Al-Muminun 23:74
Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar
Verse 75 — Surah Al-Muminun 23:75
Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar yenə öz azğınlıqları içində sərgərdan gəzəcəklər
Verse 76 — Surah Al-Muminun 23:76
Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, Ona yalvarıb-yaxarmadılar
Verse 77 — Surah Al-Muminun 23:77
Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapıldılar
Verse 78 — Surah Al-Muminun 23:78
Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz
Verse 79 — Surah Al-Muminun 23:79
Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanacaqsınız
Verse 80 — Surah Al-Muminun 23:80
Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər bunu anlamırsınız
Verse 81 — Surah Al-Muminun 23:81
Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər
Verse 82 — Surah Al-Muminun 23:82
Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyik?”
Verse 83 — Surah Al-Muminun 23:83
Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil
Verse 84 — Surah Al-Muminun 23:84
De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?”
Verse 85 — Surah Al-Muminun 23:85
Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almırsıniz?”
Verse 86 — Surah Al-Muminun 23:86
De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”
Verse 87 — Surah Al-Muminun 23:87
Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?”
Verse 88 — Surah Al-Muminun 23:88
De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
Verse 89 — Surah Al-Muminun 23:89
Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”
Verse 90 — Surah Al-Muminun 23:90
Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar
Verse 91 — Surah Al-Muminun 23:91
Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır
Verse 92 — Surah Al-Muminun 23:92
O, qeybi və aşkarı biləndir. Allah müşriklərin Ona qoşduqları şəriklərdən çox ucadır
Verse 93 — Surah Al-Muminun 23:93
De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə
Verse 94 — Surah Al-Muminun 23:94
məni zalım adamların içində qoyma, ey Rəbbim!”
Verse 95 — Surah Al-Muminun 23:95
Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik
Verse 96 — Surah Al-Muminun 23:96
Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik
Verse 97 — Surah Al-Muminun 23:97
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram
Verse 98 — Surah Al-Muminun 23:98
Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”
Verse 99 — Surah Al-Muminun 23:99
Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar
Verse 100 — Surah Al-Muminun 23:100
Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır
Verse 101 — Surah Al-Muminun 23:101
Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar
Verse 102 — Surah Al-Muminun 23:102
O gün məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar
Verse 103 — Surah Al-Muminun 23:103
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar
Verse 104 — Surah Al-Muminun 23:104
Od onların üzünü yandıracaq və onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar
Verse 105 — Surah Al-Muminun 23:105
Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi
Verse 106 — Surah Al-Muminun 23:106
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq
Verse 107 — Surah Al-Muminun 23:107
Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq”
Verse 108 — Surah Al-Muminun 23:108
Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin
Verse 109 — Surah Al-Muminun 23:109
Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər
Verse 110 — Surah Al-Muminun 23:110
Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu məsxərə Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz
Verse 111 — Surah Al-Muminun 23:111
Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”
Verse 112 — Surah Al-Muminun 23:112
Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq
Verse 113 — Surah Al-Muminun 23:113
Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş”– deyəcəklər
Verse 114 — Surah Al-Muminun 23:114
Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz
Verse 115 — Surah Al-Muminun 23:115
Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?”
Verse 116 — Surah Al-Muminun 23:116
Haqq Hökmdar olan Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir
Verse 117 — Surah Al-Muminun 23:117
Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar
Verse 118 — Surah Al-Muminun 23:118
De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”