Back to Languages

Azerbaijani - Chapter 23 - Al-Muminun

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Muminun 23:1

Möminlər, həqiqətən də, ni­cat tap­mışlar

Verse 2 — Surah Al-Muminun 23:2

o kəslər ki, namazlarında mü­tidir­lər

Verse 3 — Surah Al-Muminun 23:3

o kəslər ki, sözbazlıq­dan qaçır­lar

Verse 4 — Surah Al-Muminun 23:4

o kəslər ki, zəkat ve­rirlər

Verse 5 — Surah Al-Muminun 23:5

o kəslər ki, övrət yerlərini həmişə qoruyurlar

Verse 6 — Surah Al-Muminun 23:6

zövcələri və sahib olduq­ları cari­yələr istisnadır. Onlar buna gö­rə heç qı­nanmazlar

Verse 7 — Surah Al-Muminun 23:7

Bundan artığına can atan­lar isə həd­di aşanlardır

Verse 8 — Surah Al-Muminun 23:8

O mömin kəslər ki, əma­nət­lərini və vədlərini qoru­yurlar

Verse 9 — Surah Al-Muminun 23:9

O kəslər ki, namazlarını öz vaxt­larında qılırlar

Verse 10 — Surah Al-Muminun 23:10

Məhz onlar – varis olan­lardır

Verse 11 — Surah Al-Muminun 23:11

O kəslər ki, Firdovs cən­nətinə va­ris olacaqlar; onlar ora­da əbə­di qalacaqlar

Verse 12 — Surah Al-Muminun 23:12

Həqiqətən, Biz insanı pal­çıq cöv­hərindən yaratdıq

Verse 13 — Surah Al-Muminun 23:13

Sonra nütfə halında möh­kəm yerdə yerləşdirdik

Verse 14 — Surah Al-Muminun 23:14

Sonra nütfədən lax­talanmış qan ya­ratdıq; sonra o qan­dan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sü­mük­lər yarat­dıq; sonra da sümük­ləri ət ilə ört­dük; sonra da onu başqa bir məx­luq olaraq xəlq et­dik. Yaradanların ən yax­şısı olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır

Verse 15 — Surah Al-Muminun 23:15

Şübhəsiz ki, bundan son­ra siz mütləq öləcəksiniz

Verse 16 — Surah Al-Muminun 23:16

Sonra da Qiyamət günü di­ril­di­lə­cəksiniz

Verse 17 — Surah Al-Muminun 23:17

Biz sizin üstünüzdə yed­di göyü yaratdıq. Məx­luqatı­mız­dan da xəbərsiz olmamı­şıq

Verse 18 — Surah Al-Muminun 23:18

Biz göydən lazımi qədər su endi­rib onu yerdə saxladıq. Şüb­həsiz ki, Biz onu yox edə də bilərik

Verse 19 — Surah Al-Muminun 23:19

Sonra həmin su ilə xur­ma ağac­la­rı­nı və üzüm bağ­la­rını si­zin üçün yetişdir­dik. Si­zin üçün ora­da yediyiniz çox­lu meyvə­lər var­­dır

Verse 20 — Surah Al-Muminun 23:20

Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də şirə verir

Verse 21 — Surah Al-Muminun 23:21

Həqiqətən, ev heyvanla­rın­da da sizin üçün ibrət var. Biz on­la­rın bət­nin­də olandan sizlərə içirdirik. Sizin üçün on­larda baş­qa faydalar da var. Üs­təlik on­lardan yeyirsiniz də

Verse 22 — Surah Al-Muminun 23:22

Siz həm o heyvanlarla, həm də gə­milər ilə daşınır­sı­nız

Verse 23 — Surah Al-Muminun 23:23

Həqiqətən, Biz Nuhu öz qövmü­nə elçi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa heç bir mə­bu­dunuz yox­dur. Mə­gər qorx­mur­­su­nuz?”

Verse 24 — Surah Al-Muminun 23:24

Qövmünün kafir zadə­gan­ları de­dilər: “O da sizin ki­mi sa­də­cə bir in­san­dır. Sizə bö­yük­lük etmək istəyir. Əgər Allah elçi gön­dər­mək istəsəydi, mə­lək­lər göndə­rərdi. Biz bunu ulu babalarımız­dan eşitmə­mişik

Verse 25 — Surah Al-Muminun 23:25

Bu ancaq cinli bir adam­dır. Odur ki, ona münasibətdə bir müd­dət göz­lə­yin!”

Verse 26 — Surah Al-Muminun 23:26

O dedi: “Ey Rəbbim! On­la­rın məni yalançı sayma­sına qarşı mə­­nə kömək et!”

Verse 27 — Surah Al-Muminun 23:27

Biz ona vəhy etdik: “Göz­lərimiz önündə və vəhyimizlə gə­mi­ni düzəlt. Əmrimiz gəl­di­yi və təndir qaynadığı zaman hər can­lı­­dan bir cüt erkək və di­şi, barə­sində söz keçmiş (əley­hinə hökm ve­ril­miş) kəslər is­tisna olmaqla, öz ailə­ni gə­mi­yə mindir. Zalımlar ba­rə­sində Mənə müraciət etmə. Çünki onlar suya qərq oluna­caq­lar

Verse 28 — Surah Al-Muminun 23:28

Sən yanında olanlarla bir­likdə gəmiyə mindiyin za­man de: “Bizi za­lım qövmdən xilas edən Allaha həmd ol­sun!”

Verse 29 — Surah Al-Muminun 23:29

Həmçinin de: “Ey Rəb­bim! Məni mübarək bir yerə çıxart. Sən yer ve­rən­lərin ən yaxşı­sı­san!”

Verse 30 — Surah Al-Muminun 23:30

Şübhəsiz ki, bunda ib­rət­lər var­dır. Həqiqətən, Biz qul­la­rı­mı­zı beləcə sı­nağa çəkirik

Verse 31 — Surah Al-Muminun 23:31

Onlardan sonra isə baş­qa bir nəsil yaratdıq

Verse 32 — Surah Al-Muminun 23:32

Onlara da özlərindən bir elçi gön­dərdik. O dedi: “Alla­ha iba­dət edin! Si­zin ondan başqa heç bir məbudunuz yox­dur. Məgər qorx­mursunuz?”

Verse 33 — Surah Al-Muminun 23:33

Qövmünün kafir olan, Axi­rətə qo­vuşacaqlarını yalan hesab edən və dün­ya hə­ya­tın­da firavan­lıq nəsib et­di­yimiz za­də­ganları de­dilər: “O sizin kimi sa­dəcə bir insandır. Yedi­yinizdən o da ye­yir, içdiyiniz­dən o da içir

Verse 34 — Surah Al-Muminun 23:34

Əgər siz özünüz kimi adi bir in­sana itaət etsəniz, müt­ləq zi­ya­na uğra­yarsınız

Verse 35 — Surah Al-Muminun 23:35

O sizə ölüb torpağa və sür-sü­mü­yə çevrildikdən son­ra diril­di­lib yeni­dən çıxarılaca­ğı­nızımı vəd edir

Verse 36 — Surah Al-Muminun 23:36

Sizə vəd olunan şey hə­qi­qətdən çox uzaqdır, çox uzaq

Verse 37 — Surah Al-Muminun 23:37

Dünya həyatımızdan baş­qa heç bir həyat yoxdur; ölüb di­ri­li­­rik (birimiz ölür, di­gə­ri­miz ana­dan olur) və biz di­ril­mə­yə­cəyik

Verse 38 — Surah Al-Muminun 23:38

Bu, ancaq Allaha iftira ya­xan bir adamdır. Biz ona inanan de­yilik”

Verse 39 — Surah Al-Muminun 23:39

O dedi: “Ey Rəbbim! On­la­rın mə­ni yalançı sayma­sına qarşı mə­nə kö­mək et!”

Verse 40 — Surah Al-Muminun 23:40

Allah dedi: “Onlar tez­lik­lə peş­man olacaqlar!”

Verse 41 — Surah Al-Muminun 23:41

Onları qaçılması müm­kün olma­yan qorxunc bir səs yaxa­la­dı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun za­lım adamlar

Verse 42 — Surah Al-Muminun 23:42

Onlardan sonra başqa-başqa nə­sil­lər yaratdıq

Verse 43 — Surah Al-Muminun 23:43

Heç bir ümmət öz əcə­li­ni nə qa­baq­laya bilər, nə də yu­ban­dı­rar

Verse 44 — Surah Al-Muminun 23:44

Sonra bir-birinin ardın­ca elçi­lə­ri­mi­zi göndərdik. Hər dəfə hər hansı bir üm­mətə pey­ğəmbər gəldikdə, onlar onu ya­lançı say­dı­­lar. Biz də onları bir-biri­nin ardınca məhv edib əf­sa­nə­lərə çe­vir­dik. Məhv ol­sun iman gətirmə­yən­ adamlar

Verse 45 — Surah Al-Muminun 23:45

Sonra Musanı və qar­da­şı Harunu ayələrimizlə və açıq-ay­dın bir dəlillə göndərdik –

Verse 46 — Surah Al-Muminun 23:46

Fironun və onun əyan­la­rı­nın ya­nına. Onlar isə təkəb­bürlük gös­tərdilər. Çünki on­lar özlərini yüksək tutan adam­­lar idilər

Verse 47 — Surah Al-Muminun 23:47

Onlar dedilər: “Bunların tay­fası bizə kölə olduğu halda, biz özü­müz ki­mi iki adama inana­cağıq?”

Verse 48 — Surah Al-Muminun 23:48

Beləliklə, onları yalançı say­dılar və həlak edilənlərdən ol­du­lar

Verse 49 — Surah Al-Muminun 23:49

Biz Musaya Kitab ver­dik ki, bəl­kə onlar doğru yola yönəl­sin­lər

Verse 50 — Surah Al-Muminun 23:50

Biz Məryəm oğlunu və onun ana­sını bir möcüzə et­dik. On­la­rı əlverişli bir yerdə, çeş­mə axan bir təpədə yer­ləş­dir­dik

Verse 51 — Surah Al-Muminun 23:51

Ey elçilər! Halal nemət­lər­dən ye­yin və yaxşı işlər gö­rün! Mən, həqi­qə­tən, sizin nə etdiklə­rinizi bilirəm

Verse 52 — Surah Al-Muminun 23:52

Həqiqətən, bu, vahid bir din ola­raq sizin dininizdir. Mən də si­zin Rəbbi­nizəm. Elə isə Mən­dən qorxun

Verse 53 — Surah Al-Muminun 23:53

Lakin ümmətlər özlərinin dini­ni ara­la­rında parçalayıb fir­qə­­lə­rə bö­­lün­dülər. Hər firqə özün­də olana sevinir

Verse 54 — Surah Al-Muminun 23:54

Sən onları bir müddət öz cəhaləti içində burax

Verse 55 — Surah Al-Muminun 23:55

Yoxsa günahkarlar elə he­sab edir­lər ki, onlara var-döv­lət və öv­lad ver­məklə

Verse 56 — Surah Al-Muminun 23:56

onlara yaxşılıq etməyə tə­ləsirik? Xeyr, onlar bu işin fər­­qinə var­mırlar

Verse 57 — Surah Al-Muminun 23:57

Həqiqətən, Rəbbinin qor­xu­sun­dan əsim-əsim əsənlər

Verse 58 — Surah Al-Muminun 23:58

Rəbbinin ayələrinə iman gətirən­lər

Verse 59 — Surah Al-Muminun 23:59

Rəbbinə şərik qoşma­yan­lar

Verse 60 — Surah Al-Muminun 23:60

Rəbbinə qayıdacaqlar de­yə ye­rinə yetirməli olduq­la­rını qəlb­ləri qor­xa-qor­xa yerinə ye­tirənlər –

Verse 61 — Surah Al-Muminun 23:61

Məhz onlar yaxşı işlər gör­məyə tələsər və bu işlərdə öndə ge­dər­lər

Verse 62 — Surah Al-Muminun 23:62

Biz hər kəsi yalnız qüv­və­si çat­dığı qədər yükləyirik. Ya­nı­mız­da haq­qı deyən bir Ki­tab var­dır. Onlara zülm olun­maz

Verse 63 — Surah Al-Muminun 23:63

Lakin onların qəlbi bun­dan xə­bər­sizdir. Onların bun­dan əlavə gör­dükləri başqa pis işləri də vardır

Verse 64 — Surah Al-Muminun 23:64

Nəhayət, onların cah-ca­lal içində yaşayanlarını əzab­la ya­xa­la­dığı­mız za­man fəryad qo­pa­rarlar

Verse 65 — Surah Al-Muminun 23:65

Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiy­yən, Biz si­zə heç bir köməklik gös­tərmə­yəcəyik!”

Verse 66 — Surah Al-Muminun 23:66

Ayələrim sizə oxunur­du, siz isə arxa çevirirdiniz

Verse 67 — Surah Al-Muminun 23:67

Həm də Kəbə ilə tə­kəb­bürlük edir, gecələr toplanıb ya­ra­maz söz­lər danı­şırdınız

Verse 68 — Surah Al-Muminun 23:68

Məgər kafirlər bu Söz haq­qında düşünmür­lər­mi? Yaxud on­la­­ra ulu baba­­larına gəl­mə­yən bir şey gəldi

Verse 69 — Surah Al-Muminun 23:69

Yoxsa onlar özlərinə gön­dərilmiş Elçini tanımayıb buna gö­rə də onu in­kar edirlər

Verse 70 — Surah Al-Muminun 23:70

Yaxud: “O cinlidir?”– de­yir­lər. Xeyr, o elçi onlara haqqı gə­tir­miş­dir. Lakin onla­rın ço­xu haqqı xoşlamır

Verse 71 — Surah Al-Muminun 23:71

Əgər haqq onların nəfs­lə­rinin is­təklərinə tabe olsaydı, göy­lər, yer və on­larda olanlar fəsada uğrayardı. Doğru­su, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə öz­lərinə verilən Zikrdən üz döndə­rir­lər

Verse 72 — Surah Al-Muminun 23:72

Yoxsa sən onlardan bir mü­kafat istəyirsən? Rəbbinin müka­fa­tı daha xe­yirlidir. O, ru­zi verən­lərin ən yaxşı­sı­dır

Verse 73 — Surah Al-Muminun 23:73

Sən, həqiqətən də, on­la­rı doğru yola çağırırsan

Verse 74 — Surah Al-Muminun 23:74

Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar

Verse 75 — Surah Al-Muminun 23:75

Əgər Biz onlara rəhm edib düş­dükləri bəladan xilas etsək, on­lar ye­nə öz azğın­lıqları içində sərgərdan gə­zə­cəklər

Verse 76 — Surah Al-Muminun 23:76

Biz onları əzabla yaxa­la­dıq, onlar yenə öz Rəbbinə bo­yun əy­mədilər, Ona yal­va­rıb-yaxar­ma­dılar

Verse 77 — Surah Al-Muminun 23:77

Nəhayət, şiddətli əzab qa­pısını on­ların üzünə açdığı­mız zaman dərhal ümidsizliyə qa­pıldılar

Verse 78 — Surah Al-Muminun 23:78

Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şü­kür edir­si­niz

Verse 79 — Surah Al-Muminun 23:79

Sizi yer üzündə yerləş­di­rən Odur. Siz Onun hüzu­runa top­la­na­caq­sınız

Verse 80 — Surah Al-Muminun 23:80

Dirildən də, öldürən də Odur. Ge­cə ilə gündüzün bir-birini əvəz et­məsi Ona aiddir. Məgər bunu anla­mır­sı­nız

Verse 81 — Surah Al-Muminun 23:81

Xeyr, onlar da əvvəlki üm­mətlərin dedikləri kimi de­dilər

Verse 82 — Surah Al-Muminun 23:82

Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük ol­duq­dan sonra diril­di­ləcəyik?”

Verse 83 — Surah Al-Muminun 23:83

Bu dirilmə həm bizə, həm də əv­vəl­lər atalarımıza vəd olun­muş­du. Bu, keç­­miş­dəki­lə­rin əf­sa­nələrindən başqa bir şey de­yil

Verse 84 — Surah Al-Muminun 23:84

De: “Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­min­dir?”

Verse 85 — Surah Al-Muminun 23:85

Onlar: “Allahındır!”– de­yə­cəklər. De: “Bəs düşünüb ib­rət al­mırsıniz?”

Verse 86 — Surah Al-Muminun 23:86

De: “Yeddi göyün Rəbbi və əzə­mətli Ərşin Rəbbi kim­dir?”

Verse 87 — Surah Al-Muminun 23:87

Onlar: “Allahdır!”– de­yə­cək­lər. De: “Bəs qorx­mur­su­nuz?”

Verse 88 — Surah Al-Muminun 23:88

De: “Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin hökmü əlində olan, hi­mayə edən, Özü­nün isə hi­mayəyə eh­ti­yacı ol­ma­yan kim­dir?”

Verse 89 — Surah Al-Muminun 23:89

Onlar: “Allahdır!”– de­yə­cəklər. De: “Bəs necə olur ki, al­da­nır­­sınız?”

Verse 90 — Surah Al-Muminun 23:90

Xeyr, Biz onlara haqqı gə­tirdik. Onlar isə yalançı­dır­lar

Verse 91 — Surah Al-Muminun 23:91

Allah Özünə heç bir öv­lad gö­tür­məmişdir. Onunla ya­naşı iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Əks təqdirdə hər bir mə­bud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Allah on­ların Ona aid et­dik­ləri si­fət­lərdən uzaq­dır

Verse 92 — Surah Al-Muminun 23:92

O, qeybi və aşkarı bi­lən­dir. Allah müşriklərin Ona qoş­duq­la­rı şərik­lər­dən çox ucadır

Verse 93 — Surah Al-Muminun 23:93

De: “Ey Rəbbim! Əgər on­lara vəd olunanı mənə gös­tərə­cək­sən­sə

Verse 94 — Surah Al-Muminun 23:94

məni zalım adamların için­də qoy­ma, ey Rəbbim!”

Verse 95 — Surah Al-Muminun 23:95

Sözsüz ki, Biz onlara vəd etdi­yi­mizi sənə göstər­məyə qa­di­rik

Verse 96 — Surah Al-Muminun 23:96

Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri si­fətləri da­ha yaxşı bilirik

Verse 97 — Surah Al-Muminun 23:97

De: “Ey Rəbbim! Şey­tan­la­rın vəs­vəsələrindən Sənə sı­ğını­ram

Verse 98 — Surah Al-Muminun 23:98

Onların mənə yaxınlaş­ma­la­rın­dan Sənə sığınıram, ey Rəb­bim!”

Verse 99 — Surah Al-Muminun 23:99

Nəhayət, onlardan biri­nə ölüm gəl­­diyi zaman deyər: “Ey Rəb­bim! Mə­ni geri qaytar

Verse 100 — Surah Al-Muminun 23:100

Bəlkə, tərk etdiyim yax­şı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri an­caq boş bir sözdür. Onların arxa­sında diriləcək­ləri gü­nə qədər bər­zəx həyatı vardır

Verse 101 — Surah Al-Muminun 23:101

Sur üfürüləcəyi gün on­la­rın ara­larında qohumluq əla­qəsi ol­ma­yacaq və onlar bir-bi­rindən hal-əhval tutma­ya­caq­lar

Verse 102 — Surah Al-Muminun 23:102

O gün məhz tərəziləri ağır gə­lənlər nicat tapacaqlar

Verse 103 — Surah Al-Muminun 23:103

Tərəziləri yüngül gə­lən­lər isə öz­lərini ziyana uğra­dan­lar­dır. Onlar Cə­hənnəmdə əbə­di qala­caqlar

Verse 104 — Surah Al-Muminun 23:104

Od onların üzünü yan­dı­racaq və onlar orada qıc ol­muş və­ziy­yətdə qala­caqlar

Verse 105 — Surah Al-Muminun 23:105

Məgər Mənim ayələ­rim sizə oxun­­murdumu, siz də on­ları ya­lan he­sab etmirdi­nizmi

Verse 106 — Surah Al-Muminun 23:106

Onlar deyəcəklər: “Ey Rəb­bi­miz! Bədbəxtliyimiz bizə üs­tün gəldi və biz doğru yol­dan azan bir camaat ol­duq

Verse 107 — Surah Al-Muminun 23:107

Ey Rəbbimiz! Bizi ora­dan çıxart! Əgər bir də günah iş­lərə qa­yıtsaq, həqi­qətən də, za­lım olarıq”

Verse 108 — Surah Al-Muminun 23:108

Allah buyuracaq: “Ora­da alçal­mış vəziyyətdə qalın və Mə­nə heç nə demə­yin

Verse 109 — Surah Al-Muminun 23:109

Həqiqətən, qullarım­dan bir züm­rə var idi ki, onlar: “Ey Rəb­bimiz! Biz iman gətirdik. Bi­zi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısı­san!”– deyir­dilər

Verse 110 — Surah Al-Muminun 23:110

Siz isə onları məsxə­rə­yə qoyur­dunuz. Sonda bu məs­xərə Mə­ni yada salmağı belə sizə unut­durdu. Siz onlara gü­lürdünüz

Verse 111 — Surah Al-Muminun 23:111

Bu gün Mən səbir et­dik­lə­rinə görə onları mükafat­lan­dır­dım. Şübhə­siz ki, uğur qa­zananlar da onlardır!”

Verse 112 — Surah Al-Muminun 23:112

Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– de­yə so­ruşa­caq

Verse 113 — Surah Al-Muminun 23:113

Onlar: “Bir gün yaxud bir gün­dən də az qaldıq. Sən günləri sa­yan­lar­dan soruş”– de­yəcəklər

Verse 114 — Surah Al-Muminun 23:114

Allah deyəcək: “Siz ora­da çox az qaldınız. Kaş bunu bi­ləy­di­niz

Verse 115 — Surah Al-Muminun 23:115

Yoxsa elə hesab edir­di­niz ki, si­zi əbəs yerə yarat­mı­şıq və siz heç vaxt Bizə qay­ta­rıl­maya­caqsınız?”

Verse 116 — Surah Al-Muminun 23:116

Haqq Hökmdar olan Allah hər şeydən ucadır! Ondan baş­qa iba­də­tə layiq olan heç bir mə­bud yox­dur. O, şanlı Ərşin Rəb­bidir

Verse 117 — Surah Al-Muminun 23:117

Kim Allahla yanaşı, haq­qında özünün heç bir dəlili ol­ma­dı­ğı başqa bir məbuda iba­dət edərsə, onun cəzasını Rəb­bi Özü ve­rə­­cəkdir. Şübhə­siz ki, ka­firlər nicat tapmazlar

Verse 118 — Surah Al-Muminun 23:118

De: “Ey Rəbbim, ba­ğış­la və rəhm et! Sən rəhm edən­lə­rin ən yax­şı­sısan!”