Back to Languages

Azerbaijani - Chapter 25 - Al-Furqan

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Furqan 25:1

Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır

Verse 2 — Surah Al-Furqan 25:2

Göylərin və yerin səltə­nə­ti Ona məxsusdur. O, Özünə oğul gö­tür­mə­mişdir, səl­tə­nə­tində də heç bir şəriki yoxdur. O, bütün şey­ləri xəlq etmiş və on­lara mü­nasib bir biçim ver­miş­dir

Verse 3 — Surah Al-Furqan 25:3

Kafirlər isə Onun əvə­zinə heç nəyə fayda verməyən, həm də öz­ləri yara­dı­lan, özlərinə nə bir zərər, nə də bir xe­yir ver­məyə qa­dir olmayan, öldür­mə­yə, hə­yat verməyə və yenidən diriltməyə qüd­rəti olmayan­la­rı özlərinə məbud gö­türdü­lər

Verse 4 — Surah Al-Furqan 25:4

Kafirlər: “Bu, Muhəmmə­din uydur­duğu yalandan başqa bir şey deyil. Ona bu işdə baş­qa adamlar da kömək et­miş­lər”– de­di­lər. Beləcə, onlar haq­sız­lı­ğa və iftiraya yol ver­dilər

Verse 5 — Surah Al-Furqan 25:5

Onlar: “Bu, keçmişdəki­lə­rin nağıl­la­rıdır. O bunları baş­qasına yaz­dır­mış­dır. Bunlar sə­hər-axşam onun özünə oxu­­nur”– dedilər

Verse 6 — Surah Al-Furqan 25:6

De: “Onu göylərdə və yer­də olan sirləri bilən Allah nazil et­miş­dir. Həqi­qətən, O, Ba­ğış­layandır, Rəhmlidir!”

Verse 7 — Surah Al-Furqan 25:7

Onlar dedilər: “Bu necə el­çidir ki, yemək yeyir, bazar­ları gə­zib do­laşır? Nə üçün ona özü ilə birlikdə xəbər­dar­lıq edən bir mə­lək göndərilmədi

Verse 8 — Surah Al-Furqan 25:8

Niyə ona bir xəzinə veril­mədi? Ni­yə meyvəsindən ye­yib do­lan­masından ötrü bir ba­ğı olmadı?” Zalımlar: “Siz an­caq sehr­lən­miş bir adamın ar­dınca gedirsiniz”– dedilər

Verse 9 — Surah Al-Furqan 25:9

Gör sənə aid hansı məsəl­ləri çək­dilər! Onlar haqq yol­dan az­dı­lar və bir daha o yolu tapa bilməyəcəklər

Verse 10 — Surah Al-Furqan 25:10

İstəsə, sənin üçün onla­rın dedik­lərindən daha xeyirli­sini, ağac­ları altın­dan çaylar axan cən­nətlər yara­dan, sə­nin üçün qəsrlər inşa edə bilən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır

Verse 11 — Surah Al-Furqan 25:11

Lakin onlar Qiyamət Sa­atını da ya­lan saydılar. Biz də onu ya­lan sayan­lar­dan ötrü yan­dırıb-yaxan bir od ha­zırladıq

Verse 12 — Surah Al-Furqan 25:12

Onlar Cəhənnəm odunu uzaq mə­safədən gördükdə be­lə, onun necə qə­zəblə qay­na­ma­sını duyacaq və xışıltısı­nı eşi­də­cək­lər

Verse 13 — Surah Al-Furqan 25:13

Onlar əlləri boynunda bağlı hal­da Cəhənnəmin dar bir ye­ri­nə atıldıqları za­man ölüm di­ləyəcəklər

Verse 14 — Surah Al-Furqan 25:14

Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər is­təyin!”

Verse 15 — Surah Al-Furqan 25:15

De: “Bu yaxşıdır, yoxsa müt­təqi­lərə bir mükafat və dö­nüş ye­ri olaraq vəd edilən Əbə­diyyət cən­nəti?”

Verse 16 — Surah Al-Furqan 25:16

Onlardan ötrü orada is­tə­dikləri hər şey vardır. Onlar orada əbə­di qa­la­caqlar. Bu, sə­nin Rəbbinin Öz öhdə­si­nə gö­türdüyü və ye­rinə yetirilməsi ar­zu olunan bir vəddir

Verse 17 — Surah Al-Furqan 25:17

O gün Allah onları və on­ların Allahdan başqa sitayiş et­dik­lə­rinin ha­mısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qul­larımı haqq yol­dan sizmi azdırdınız, yoxsa on­lar öz­ləri az­dı­lar?”

Verse 18 — Surah Al-Furqan 25:18

Onlar deyəcəklər: “Sən pak və mü­qəddəssən! Sənin əvə­zinə özümü­zə başqa hima­yə­dar­lar götürmək bizə ya­raş­maz. La­kin Sən onlara və ataları­na o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çı­xart­dılar və məhvə məhkum olun­muş bir zümrəyə çev­ril­di­lər”

Verse 19 — Surah Al-Furqan 25:19

Kafirlərə deyiləcək: “On­lar sizin dediklərinizi yalan hesab et­di­lər. Artıq siz nə əzabı özü­nüz­dən dəf edə bilər, nə də başqa bir əla­c tapa bilərsiniz. Zülm edən­lə­ri­ni­zə böyük bir əzab dad­dı­racağıq”

Verse 20 — Surah Al-Furqan 25:20

Səndən öncəki elçiləri­miz də ye­mək yeyər, bazarları gə­zib do­lanar­dı­lar. Sizin bəzi­lə­ri­nizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə bilə­cək­sinizmi? Sənin Rəbbin Gö­rəndir

Verse 21 — Surah Al-Furqan 25:21

Bizimlə qarşılaşacaqla­rı­nı güman etməyənlər dedilər: “Nə üçün bizə mə­ləklər gön­də­rilmədi? Niyə biz Rəbbi­mizi gör­mü­rük?” Onlar özləri haq­qın­da yüksək fikirdə oldular və böyük üs­yan­karlıq etdilər

Verse 22 — Surah Al-Furqan 25:22

Məhz mələkləri görə­cək­ləri gün günahkarlara heç bir müj­də olma­ya­caq­. Mələklər deyəcəklər: “Cənnətə girmə­yi­niz qa­da­ğan­dır, qadağan!”

Verse 23 — Surah Al-Furqan 25:23

Biz onların etdikləri əməl­lərə bax­dıqdan sonra onları sov­rul­muş toz dənə­ciklərinə çevi­rərik

Verse 24 — Surah Al-Furqan 25:24

Həmin gün Cənnət sa­kin­lərinin qalacağı yer daha lə­ta­fət­li və istirahət edəcəyi yer da­ha gözəl olacaq

Verse 25 — Surah Al-Furqan 25:25

Həmin gün göy buludla par­ça­la­nacaq və mələklər yerə en­di­riləcək­

Verse 26 — Surah Al-Furqan 25:26

Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Alla­ha məx­susdur. O, kafir­lər üçün çətin bir gün olacaq

Verse 27 — Surah Al-Furqan 25:27

Həmin gün zalım kimsə bar­maq­larını dişləyərək deyə­cək­: “Kaş ki, mən Peyğəm­bərin yolunu tutub gedəy­dim

Verse 28 — Surah Al-Furqan 25:28

Vay halıma! Kaş ki, fi­lan­kəslə dost olmayaydım

Verse 29 — Surah Al-Furqan 25:29

Çünki Zikr mənə çat­dıq­dan son­ra o məni ondan uzaq­laş­dır­dı”. Hə­qi­qətən, şeytan in­sanı tənha qoyub qaçan­dır

Verse 30 — Surah Al-Furqan 25:30

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk et­di!”– de­yəcək

Verse 31 — Surah Al-Furqan 25:31

Beləcə, Biz hər peyğəm­bər üçün günahkarlardan bir düş­mən etdik. Doğ­ru yol gös­təricisi və yardımçı olaraq Rəb­bin sənə ye­tər

Verse 32 — Surah Al-Furqan 25:32

Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv na­zil olmadı?” Biz onu sənin qəl­bini möhkəmləndir­mək üçün tədri­cən nazil etdik və onu ən gö­zəl şəkildə ayəbəayə izah et­dik

Verse 33 — Surah Al-Furqan 25:33

Onlar sənin yanına gəlib elə bir mə­səl çəkməzlər ki, ona ca­vab olaraq Biz sə­nə haqqı və ən yaxşı yozumu ver­mə­yək

Verse 34 — Surah Al-Furqan 25:34

Üzüstə sürüklənib Cə­hən­nəmə top­lanacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kim­sələrdir

Verse 35 — Surah Al-Furqan 25:35

Həqiqətən, Kitabı Mu­sa­ya Biz ver­dik və qardaşı Ha­ru­nu da ona köməkçi etdik

Verse 36 — Surah Al-Furqan 25:36

Onlara: “Ayələrimizi ya­lan sa­yan bir tayfanın yanına ge­din!”– dedik. Sonra Biz o tay­fanı yerli-dibli yox et­dik

Verse 37 — Surah Al-Furqan 25:37

Biz Nuh qövmünü elçi­ləri yalan­çı saydıqları zaman suda ba­tırdıq və onları insan­lar üçün bir ibrət etdik. Biz za­lım­lar üçün ağ­rılı-acılı bir əzab ha­zır­la­mışıq

Verse 38 — Surah Al-Furqan 25:38

Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik

Verse 39 — Surah Al-Furqan 25:39

Biz onların hamısına mə­səllər çək­­dik və onların ha­mı­sını büs­bütün məhv etdik

Verse 40 — Surah Al-Furqan 25:40

Məkkə müşrikləri bəla yağ­muru düşüb viran qalmış şəhə­rin ya­nından keç­mişdilər. Mə­gər onlar onu görmə­miş­­di­lər? Xeyr, on­lar öldükdən son­ra di­rilməyə inanmırlar

Verse 41 — Surah Al-Furqan 25:41

Onlar səni gördükdə an­caq sənə lağ edir və deyirlər: “Bu­dur­mu Allahın elçi göndər­diyi kəs

Verse 42 — Surah Al-Furqan 25:42

Əgər biz məbudlarımıza tapın­maq­da səbirli olma­say­dıq, az qa­la o bizi on­lardan uzaq­laş­dıracaqdı”. Onlar əzabı gör­dük­ləri za­man kimin haqq yol­dan daha çox azdığını anlaya­caq­lar

Verse 43 — Surah Al-Furqan 25:43

Nəfsinin istəyini ilahi­ləş­dirən kim­səni gördünmü? Sən ona və­killikmi edəcəksən

Verse 44 — Surah Al-Furqan 25:44

Yoxsa elə hesab edirsən ki, onla­rın əksəriyyəti eşidəcək və ya anla­ya­caq? Onlar hey­van kimidirlər, hətta, haqq yoldan da­ha çox uzaq­laş­mışlar

Verse 45 — Surah Al-Furqan 25:45

Məgər Rəbbinin kölgəni necə uzat­dığını görmürsənmi? Əgər O istə­səydi, onu hərəkət­siz halda saxlayardı. Sonra Biz gü­nə­şi onun bələdçisi etdik

Verse 46 — Surah Al-Furqan 25:46

Sonra o kölgəni yavaş-yavaş Özü­müzə tərəf çəkib qısaltdıq

Verse 47 — Surah Al-Furqan 25:47

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də can­lan­ma vaxtı edən Odur

Verse 48 — Surah Al-Furqan 25:48

Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi ola­raq göndərən Odur. Biz göy­dən tərtəmiz su endirdik ki

Verse 49 — Surah Al-Furqan 25:49

onunla ölü bir diyarı can­landıraq, yaratdığımız neçə-ne­çə hey­vana və neçə-neçə in­sana ondan içirdək

Verse 50 — Surah Al-Furqan 25:50

Biz düşünüb ibrət alsın­lar deyə o suyu onların ara­sın­da pay­laş­dırdıq. La­kin insan­la­rın çoxu küfrdən başqa bir şey qəbul et­mə­di

Verse 51 — Surah Al-Furqan 25:51

Əgər istəsəydik, hər kən­də qorxu­dan bir peyğəmbər gön­də­rər­dik

Verse 52 — Surah Al-Furqan 25:52

Belə olduqda sən kafir­lərə baş əy­mə və onlara qarşı bu Qu­ran­la böyük bir cihad et

Verse 53 — Surah Al-Furqan 25:53

Birinin suyu dadlı və şi­rin, digə­rininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və ke­çilməz sədd qo­yan Odur

Verse 54 — Surah Al-Furqan 25:54

Sudan insan yaradan, ona qan qo­humları və sonradan qo­hum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadir­dir

Verse 55 — Surah Al-Furqan 25:55

Onlar Allahı qoyub öz­lə­rinə nə xe­yir, nə də zərər verə bil­mə­yənlərə ibadət edir­lər. Ka­fir öz Rəbbinə qarşı şey­tana kö­mək­çi­dir

Verse 56 — Surah Al-Furqan 25:56

Biz səni ancaq müjdə ve­rən və xəbərdarlıq edən kimi gön­dər­dik

Verse 57 — Surah Al-Furqan 25:57

De: “Mən bunun əvə­zi­nə sizdən heç bir mükafat istə­mi­rəm. Tək­cə onu is­təyirəm ki, insanlar Rəbbinə tərəf apa­ran bir yol tut­sun­lar”

Verse 58 — Surah Al-Furqan 25:58

Ölməz, əbə­di Yaşayana təvəkkül et və Onu həmd-səna ilə tə­rif­­lə. Onun Öz qullarının günahlarından agah ol­ma­sı ki­fayətdir

Verse 59 — Surah Al-Furqan 25:59

O, göyləri, yeri və on­la­rın ara­sın­dakıları altı gündə ya­ratdı, son­ra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu bi­lən­dən so­ruş

Verse 60 — Surah Al-Furqan 25:60

Onlara: “Mərhəmətli Alla­ha səc­də edin!”– deyildikdə: “Mər­hə­mətli Allah nədir? Mə­gər bizə əmr etdiyin şeyə səc­də et­mə­li­yik?”– deyərlər. Bu da onların nif­rə­tini artırar

Verse 61 — Surah Al-Furqan 25:61

Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay ya­ra­dan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır

Verse 62 — Surah Al-Furqan 25:62

Yada salmaq və şükür etmək is­təyənlər üçün gecə ilə gün­dü­zü bir-bi­rinin ardınca gətirən Odur

Verse 63 — Surah Al-Furqan 25:63

Mərhəmətli Allahın qul­la­rı o kəs­lərdir ki, onlar yer üzün­də tə­vazökar­lıqla gə­zər, cahil­lər onlara söz atdqda: “Sa­­lam!”– deyib keçərlər

Verse 64 — Surah Al-Furqan 25:64

Onlar gecələrini Rəbbi üçün səc­dədə və qiyamda ke­çi­rərlər

Verse 65 — Surah Al-Furqan 25:65

Onlar deyərlər: “Ey Rəb­bimiz! Cə­hənnəm əzabını biz­dən uzaq elə. Doğ­rusu, onun əzabı həmişəlikdir

Verse 66 — Surah Al-Furqan 25:66

Həqiqətən, ora nə pis məs­kən, ne­cə də pis iqamət­gah­dır!”

Verse 67 — Surah Al-Furqan 25:67

Onlar mallarını xərclə­dik­də nə is­rafçılıq, nə də xə­sis­lik edər, bunların arasında orta bir yol tutarlar

Verse 68 — Surah Al-Furqan 25:68

Onlar Allahla yanaşı baş­qa mə­buda yalvarmaz, Alla­hın ha­ram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bu­nu edən kim­sə cəzalandı­rılar

Verse 69 — Surah Al-Furqan 25:69

Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zə­lil olub əbədi qalar

Verse 70 — Surah Al-Furqan 25:70

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhm­­­lidir

Verse 71 — Surah Al-Furqan 25:71

Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Alla­ha tə­rəf qayıtmış olar

Verse 72 — Surah Al-Furqan 25:72

Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəl­dik­də oradan ləyaqətlə ötüb keçərlər

Verse 73 — Surah Al-Furqan 25:73

Onlara Rəbbinin ayələri xatır­lan­dı­ğı zaman o ayələrə qarşı kar və kor ki­mi davran­mazlar

Verse 74 — Surah Al-Furqan 25:74

Onlar deyərlər: “Ey Rəb­bimiz! Bi­zə gözümüzün ay­dın­lığı olan zövcələr və övladlar bəxş et və bizi müttə­qi­lə­rə imam et!”

Verse 75 — Surah Al-Furqan 25:75

Onlar səbir etdiklərinə gö­rə Cən­nətdə olan yüksək mə­qam­la mü­kafatlan­dırılacaq, orada xeyir-dua ilə, salamla qarşıla­na­caqlar

Verse 76 — Surah Al-Furqan 25:76

Onlar orada əbədi qala­caqlar. Ora nə gözəl məskən, necə də gö­zəl iqa­mət­gahdır

Verse 77 — Surah Al-Furqan 25:77

De: “Əgər yalvarma­ğı­nız olma­saydı, Rəbbim sizə diqqət ye­tir­­məzdi. Siz haqqı yalan say­dınız. Ona görə də əzab sizi ra­hat bu­rax­mayacaq!”