Back to Languages

Azerbaijani - Chapter 26 - Ash-Shuara

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Ash-Shuara 26:1

Verse 2 — Surah Ash-Shuara 26:2

Bunlar aydın Kitabın ayə­ləridir

Verse 3 — Surah Ash-Shuara 26:3

Onların iman gətirmə­di­yinə görə özünü həlakmı edə­cəksən

Verse 4 — Surah Ash-Shuara 26:4

Biz istəsəydik, göydən on­lara elə bir əlamət göndə­rərdik ki, onun önün­də başları itaət­karlıqla əyilərdi

Verse 5 — Surah Ash-Shuara 26:5

Mərhəmətli Allahdan on­lara elə bir ayə gəlməz ki, on­dan üz çe­virməsinlər

Verse 6 — Surah Ash-Shuara 26:6

Onlar ayələri uydurma say­dılar. Məs­xərəyə qoyduqla­rı­nın xə­bəri onlara ye­tişəcək

Verse 7 — Surah Ash-Shuara 26:7

Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdi­yimizi gör­mür­lər

Verse 8 — Surah Ash-Shuara 26:8

Həqiqətən də, bunda bir əlamət var. Lakin onların ək­sə­riy­yəti mö­min olmadı

Verse 9 — Surah Ash-Shuara 26:9

Bəli, sənin Rəbbin Qüd­rətlidir, Rəhm­lidir

Verse 10 — Surah Ash-Shuara 26:10

Bir zaman Rəbbin Mu­saya de­mişdi: “Get o zalım qöv­mün –

Verse 11 — Surah Ash-Shuara 26:11

Firon xalqının yanına! Onlar qorx­murlarmı?”

Verse 12 — Surah Ash-Shuara 26:12

Musa dedi: “Ey Rəbbim! Qor­xu­ram ki, onlar məni ya­lançı he­sab edə­lər

Verse 13 — Surah Ash-Shuara 26:13

belə olduqda ürəyim sı­xı­lar, dilim də söz tutmaz. Buna görə Ha­runa da vəhy göndər

Verse 14 — Surah Ash-Shuara 26:14

Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öl­dü­rə­cəklərindən qorxu­ram”

Verse 15 — Surah Ash-Shuara 26:15

Allah dedi: “Xeyr, bu müm­kün de­yil! İkiniz də möcü­zə­lə­ri­miz­lə onların yanına ge­din! Şübhəsiz ki, Biz də sizin­ləyik, hər şeyi eşi­dirik

Verse 16 — Surah Ash-Shuara 26:16

Fironun yanına gedib de­yin: “Biz aləmlərin Rəbbinin el­çi­lə­ri­yik

Verse 17 — Surah Ash-Shuara 26:17

İsrail oğullarını bizimlə göndər!”

Verse 18 — Surah Ash-Shuara 26:18

Firon dedi: “Biz səni kör­pə ikən himayəmizə alıb böyütmə­dik­mi? Sən öm­rünün bəzi illərini bizimlə ya­şamadınmı

Verse 19 — Surah Ash-Shuara 26:19

Elədiyin pis əməli də elə­din. Doğ­rudan da, sən bir nan­kor­san!”

Verse 20 — Surah Ash-Shuara 26:20

Musa dedi: “Mən onu edəndə na­dan olmuşam

Verse 21 — Surah Ash-Shuara 26:21

Mən sizdən qorxduğum üçün ya­nı­nızdan qaçıb get­dim. Am­ma son­ra­dan Rəbbim mə­nə hökmranlıq verdi və məni el­çi­lər­dən et­di

Verse 22 — Surah Ash-Shuara 26:22

Başıma qaxdığın o ne­mə­tin də İs­rail oğullarını özünə kölə et­məyindir”

Verse 23 — Surah Ash-Shuara 26:23

Firon dedi: “Aləmlərin Rəbbi nə­dir?”

Verse 24 — Surah Ash-Shuara 26:24

Musa dedi: “Əgər yə­qin­liklə ina­nırsınızsa, bilin ki, O, göylə­rin, yerin və onların ara­sında olanların Rəbbidir!”

Verse 25 — Surah Ash-Shuara 26:25

Firon ətrafındakılara de­di: “Onun nə danışdığını eşit­mir­si­niz­mi?”

Verse 26 — Surah Ash-Shuara 26:26

Musa dedi: “O sizin də, ulu baba­larınızın da Rəbbi­dir!”

Verse 27 — Surah Ash-Shuara 26:27

Firon dedi: “Sizə gön­də­rilmiş bu elçi, sözsüz ki, dəli­dir!”

Verse 28 — Surah Ash-Shuara 26:28

Musa dedi: “Əgər anla­yır­sınızsa, bilin ki, O, şərqin, qər­bin və bunların arasında olan­ların Rəbbidir!”

Verse 29 — Surah Ash-Shuara 26:29

Firon dedi: “Əgər mən­dən baş­qa­sına sitayiş etsən, sə­ni məh­busların ya­nına ata­ram!”

Verse 30 — Surah Ash-Shuara 26:30

Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”

Verse 31 — Surah Ash-Shuara 26:31

Firon dedi: “Əgər doğru danı­şan­lardansansa, göstər onu!”

Verse 32 — Surah Ash-Shuara 26:32

Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çev­rildi

Verse 33 — Surah Ash-Shuara 26:33

Əlini qoynundan çıxar­dan kimi o, baxanların gözü qa­ba­ğın­da ağap­paq nur saçan bir əl oldu

Verse 34 — Surah Ash-Shuara 26:34

Firon ətrafındakı zadə­ganlara de­di: “Həqiqətən də, bu, bi­lik­li bir sehr­bazdır

Verse 35 — Surah Ash-Shuara 26:35

O öz sehri ilə sizi torpa­ğınızdan çıxartmaq istəyir. Nə təklif edir­siniz?”

Verse 36 — Surah Ash-Shuara 26:36

Onlar dedilər: “Onu qar­daşı ilə bir qədər gözlət və şə­hə­r­lə­rə adam yığanlar gön­dər ki

Verse 37 — Surah Ash-Shuara 26:37

bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”

Verse 38 — Surah Ash-Shuara 26:38

Beləliklə, sehrbazlar bəl­li bir gü­nün müəyyən edilmiş vax­tın­da toplan­dı­lar

Verse 39 — Surah Ash-Shuara 26:39

Camaata deyildi: “Siz də yığışırsı­nızmı

Verse 40 — Surah Ash-Shuara 26:40

Əgər sehrbazlar qalib gəl­sələr, ola bilsin ki, biz də on­la­ra ta­be olaq”

Verse 41 — Surah Ash-Shuara 26:41

Sehrbazlar gələn kimi Fi­rona de­di­lər: “Əgər qalib gəl­sək, bi­zə mükafat ve­riləcəkmi?”

Verse 42 — Surah Ash-Shuara 26:42

Firon dedi: “Bəli! Belə ola­cağı təq­dirdə sizi özümə yaxın adam­lardan edə­cəyəm”

Verse 43 — Surah Ash-Shuara 26:43

Musa onlara dedi: “Nə ata­caqsı­nızsa, atın!”

Verse 44 — Surah Ash-Shuara 26:44

Onlar iplərini və əsa­ları­nı ye­rə atıb: “Fironun qüdrə­ti­nə and ol­sun ki, biz qalib gə­lə­cəyik!”– dedilər

Verse 45 — Surah Ash-Shuara 26:45

Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şey­ləri ud­du

Verse 46 — Surah Ash-Shuara 26:46

Sehrbazlar səcdəyə qa­pan­dılar

Verse 47 — Surah Ash-Shuara 26:47

və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –

Verse 48 — Surah Ash-Shuara 26:48

Musanın və Harunun Rəb­binə!”

Verse 49 — Surah Ash-Shuara 26:49

Firon dedi: “Mən sizə izin vermə­mişdən əvvəl siz ona iman­mı gə­tir­di­niz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyü­yü­nüz­dür. Tez­liklə biləcəksi­niz! Mən sizin əllərinizi və ayaq­la­rınızı çar­paz kəs­dirib ha­mınızı çar­mıxa çəkdi­rə­cəyəm”

Verse 50 — Surah Ash-Shuara 26:50

Onlar dedilər: “Zərər yox, biz on­suz da öz Rəbbi­mizə qa­yı­da­cağıq

Verse 51 — Surah Ash-Shuara 26:51

Biz Firon xalqı arasın­dan ilk iman gətirənlər ol­duğu­mu­za gö­rə Rəbbi­miz­dən günah­la­rımızı bağışlayacağını umu­ruq”

Verse 52 — Surah Ash-Shuara 26:52

Biz Musaya: “Qullarım­la birlikdə gecə yola çıx. Çünki siz tə­qib oluna­caq­sı­nız”– deyə vəhy etdik

Verse 53 — Surah Ash-Shuara 26:53

Firon şəhərlərə əsgər top­layanlar göndərdi

Verse 54 — Surah Ash-Shuara 26:54

O dedi: “Bunlar kiçik bir dəstədir

Verse 55 — Surah Ash-Shuara 26:55

Onlar bizi qəzəbləndir­mişlər

Verse 56 — Surah Ash-Shuara 26:56

Biz hamımız ayıq-sayıq olmalı­yıq”

Verse 57 — Surah Ash-Shuara 26:57

Biz o zalım tay­fanı bağ­lar­dan və çeşmələrdən çıxartdıq

Verse 58 — Surah Ash-Shuara 26:58

xəzinələrdən və gözəl yerlərdən də qovduq

Verse 59 — Surah Ash-Shuara 26:59

Beləcə, Biz İsrail oğul­la­rını o yer­lərə varis etdik

Verse 60 — Surah Ash-Shuara 26:60

Günəş üfüqdən qalxar­kən Firon öz əsgərləri ilə on­ları təqib et­mə­yə başladı­lar

Verse 61 — Surah Ash-Shuara 26:61

İki dəstə bir-birini gö­rün­cə Musa­nın səhabələri: “Biz ya­­xa­la­nacağıq!”– de­dilər

Verse 62 — Surah Ash-Shuara 26:62

Musa dedi: “Xeyr, Rəb­bim mə­nim­lədir. O mənə doğ­ru yol gös­tərə­cək­!”

Verse 63 — Surah Ash-Shuara 26:63

Biz Musaya: “Əsanla də­nizə vur!”– deyə vəhy etdik. Də­niz dər­hal ya­rıldı, on iki yol açıl­dı və hər biri nəhəng bir dağ ki­mi oldu

Verse 64 — Surah Ash-Shuara 26:64

O birilərini də ora ya­xın­laşdır­dıq

Verse 65 — Surah Ash-Shuara 26:65

Musa və onunla birlikdə olan­la­rın hamısını xilas etdik

Verse 66 — Surah Ash-Shuara 26:66

O birilərini isə suya qərq etdik

Verse 67 — Surah Ash-Shuara 26:67

Şübhəsiz ki, bu heka­yətdə bir ibrət vardır. Lakin onların çoxu iman gə­tir­mə­di

Verse 68 — Surah Ash-Shuara 26:68

Həqiqətən, sənin Rəbbin Qüdrət­lidir, Rəhmlidir

Verse 69 — Surah Ash-Shuara 26:69

Onlara İbrahimin əh­va­latını da oxu

Verse 70 — Surah Ash-Shuara 26:70

Bir zaman o öz atasına və tayfa­sına: “Nəyə ibadət edir­si­niz?”– demiş­di

Verse 71 — Surah Ash-Shuara 26:71

Onlar dedilər: “Biz büt­lə­rə iba­dət edir və onlara tapın­maq­da davam edi­rik”

Verse 72 — Surah Ash-Shuara 26:72

O dedi: “Onlara yalvar­dığınız za­man sizi eşidirlərmi

Verse 73 — Surah Ash-Shuara 26:73

Yaxud sizə xeyir və ya zərər ve­rirlərmi?”

Verse 74 — Surah Ash-Shuara 26:74

Onlar dedilər: “Xeyr, am­ma biz öz atalarımızın belə et­dik­lə­ri­ni gör­dük”

Verse 75 — Surah Ash-Shuara 26:75

O dedi: “Siz nəyə ibadət et­diyi­ni­zi görürsünüzmü –

Verse 76 — Surah Ash-Shuara 26:76

həm siz, həm də ulu ba­balarınız

Verse 77 — Surah Ash-Shuara 26:77

Aləmlərin Rəbbindən baş­qa, on­ların hamısı mənim düş­mə­nim­dir

Verse 78 — Surah Ash-Shuara 26:78

O Rəbb ki, məni yarat­mış və mə­ni doğru yola yö­nəlt­miş­dir

Verse 79 — Surah Ash-Shuara 26:79

O Rəbb ki, məni yedirdir və içir­dir

Verse 80 — Surah Ash-Shuara 26:80

O Rəbb ki, xəstələndi­yim zaman mənə şəfa verir

Verse 81 — Surah Ash-Shuara 26:81

O Rəbb ki, məni öldü­rə­cək, son­ra dirildəcəkdir

Verse 82 — Surah Ash-Shuara 26:82

O Rəbb ki, Haqq-hesab günü xə­talarımı bağışlayaca­ğı­nı On­dan umu­ram

Verse 83 — Surah Ash-Shuara 26:83

Ey Rəbbim! Mənə hik­mət ver və məni əməlisalehlə­rə qo­vuş­dur

Verse 84 — Surah Ash-Shuara 26:84

Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yax­şı ad qis­mət elə

Verse 85 — Surah Ash-Shuara 26:85

Məni Nəim bağının va­rislərin­dən et

Verse 86 — Surah Ash-Shuara 26:86

Atamı bağışla! Çünki o, azmış­lar­­dandır

Verse 87 — Surah Ash-Shuara 26:87

Onların dirildiləcəyi gün məni rüsvay etmə

Verse 88 — Surah Ash-Shuara 26:88

O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda ver­ər

Verse 89 — Surah Ash-Shuara 26:89

Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən baş­qa!”

Verse 90 — Surah Ash-Shuara 26:90

Cənnət müttəqilərə ya­xın­laşdı­rı­lar

Verse 91 — Surah Ash-Shuara 26:91

Cəhənnəm də azğınlara göstəri­lər

Verse 92 — Surah Ash-Shuara 26:92

Onlara deyilər: “Hanı si­zin ibadət etdikləriniz –

Verse 93 — Surah Ash-Shuara 26:93

Allahdan başqa pənah apar­dıqla­rı­nız? Onlar sizə kö­mək edə bilərlər­mi, ya­xud öz­lərinə köməkləri dəyə bilər­mi?”

Verse 94 — Surah Ash-Shuara 26:94

Onlar azğınlarla birlik­də Cəhən­nə­mə atılarlar

Verse 95 — Surah Ash-Shuara 26:95

İblisin bütün əsgərləri də, həmçinin

Verse 96 — Surah Ash-Shuara 26:96

Onlar orada höcətləşə­rək deyər­lər

Verse 97 — Surah Ash-Shuara 26:97

“Allaha and olsun ki, biz açıq-ay­dın azğınlıq içində idik –

Verse 98 — Surah Ash-Shuara 26:98

o vaxt ki, biz sizi aləm­lərin Rəb­binə tay tuturduq

Verse 99 — Surah Ash-Shuara 26:99

Bizi ancaq günahkarlar azdırdı

Verse 100 — Surah Ash-Shuara 26:100

İndi isə bizim nə şə­fa­ət­çi­ləri­miz

Verse 101 — Surah Ash-Shuara 26:101

nə də bizə canıyanan bir dos­tu­muz var

Verse 102 — Surah Ash-Shuara 26:102

Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olar­dıq!”

Verse 103 — Surah Ash-Shuara 26:103

Şübhəsiz ki, bunda bir ibrət var­dır. Lakin onların ək­sə­riy­yə­ti yenə iman gətirmədi

Verse 104 — Surah Ash-Shuara 26:104

Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir

Verse 105 — Surah Ash-Shuara 26:105

Nuh tayfası da elçiləri yalançı saydı

Verse 106 — Surah Ash-Shuara 26:106

O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorx­mur­su­nuz

Verse 107 — Surah Ash-Shuara 26:107

Həqiqətən, mən sizin üçün eti­bar edilməli bir el­çi­yəm

Verse 108 — Surah Ash-Shuara 26:108

Allahdan qorxun və mə­nə itaət edin

Verse 109 — Surah Ash-Shuara 26:109

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir

Verse 110 — Surah Ash-Shuara 26:110

Allahdan qorxun və mə­nə itaət edin!”

Verse 111 — Surah Ash-Shuara 26:111

Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu hal­da biz sənə ina­narıqmı?”

Verse 112 — Surah Ash-Shuara 26:112

Nuh dedi: “Mən on­la­rın nə et­dik­lərini bilmirəm

Verse 113 — Surah Ash-Shuara 26:113

Onların haqq-hesabı yal­nız Rəb­bimə aiddir. Kaş başa dü­şəy­di­niz

Verse 114 — Surah Ash-Shuara 26:114

Mən iman gətirənləri qovan de­yiləm

Verse 115 — Surah Ash-Shuara 26:115

Mən yalnız açıq-aşkar bir qor­xudanam”

Verse 116 — Surah Ash-Shuara 26:116

Onlar dedilər: “Ey Nuh! Əgər də­vətinə son qoymasan, müt­ləq daşqalaq ediləcəksən”

Verse 117 — Surah Ash-Shuara 26:117

Nuh dedi: “Ey Rəbbim! Qöv­müm məni yalançı hesab etdi

Verse 118 — Surah Ash-Shuara 26:118

Mənimlə onların ara­sın­da qəti hökm ver, məni və mə­nimlə bir­lik­də olan möminləri əzabdan qurtar!”

Verse 119 — Surah Ash-Shuara 26:119

Biz onu və onunla bir­likdə olan­ları yüklü gəmidə xi­las et­dik

Verse 120 — Surah Ash-Shuara 26:120

Yerdə qalanları isə su­ya qərq et­dik

Verse 121 — Surah Ash-Shuara 26:121

Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti yenə iman gətirmədi

Verse 122 — Surah Ash-Shuara 26:122

Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir

Verse 123 — Surah Ash-Shuara 26:123

Ad tayfası da elçiləri yalançı saydı

Verse 124 — Surah Ash-Shuara 26:124

O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorx­mur­su­nuz

Verse 125 — Surah Ash-Shuara 26:125

Həqiqətən, mən sizin üçün eti­bar etməli olduğunuz bir el­çi­yəm

Verse 126 — Surah Ash-Shuara 26:126

Allahdan qorxun və mə­nə itaət edin

Verse 127 — Surah Ash-Shuara 26:127

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir

Verse 128 — Surah Ash-Shuara 26:128

Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurur­sunuz (hündür bi­nalarmı tikir­siniz)

Verse 129 — Surah Ash-Shuara 26:129

Sanki əbədi qalacaq­sı­nız deyə qalalarmı tikir­siniz

Verse 130 — Surah Ash-Shuara 26:130

Bir kəsi yaxaladığınız za­man qəd­dar hökmdar kimi ya­xa­la­yır­sı­nız

Verse 131 — Surah Ash-Shuara 26:131

Allahdan qorxun və mə­nə itaət edin

Verse 132 — Surah Ash-Shuara 26:132

Bildiyiniz nemətləri si­zə verən­dən qorxun

Verse 133 — Surah Ash-Shuara 26:133

O sizə heyvanat və oğul-uşaq ver­di

Verse 134 — Surah Ash-Shuara 26:134

üstəlik bağlar və çeş­mə­lər də əta etdi

Verse 135 — Surah Ash-Shuara 26:135

Mən sizə üz verəcək bö­yük gü­nün əzabından qor­xu­ram”

Verse 136 — Surah Ash-Shuara 26:136

Onlar dedilər: “Bizə öyüd-nə­si­hət versən də, ver­mə­sən də, bi­zim üçün birdir

Verse 137 — Surah Ash-Shuara 26:137

Bu, yalnız və yalnız əv­vəlkilərin adətidir

Verse 138 — Surah Ash-Shuara 26:138

Biz əzaba düçar olan da deyi­lik”

Verse 139 — Surah Ash-Shuara 26:139

Onlar onu yalançı say­dılar. Biz də onları məhv et­dik. Şüb­hə­siz ki, bun­da bir ibrət var. Lakin onların əksə­riy­yəti iman gə­tir­mədi

Verse 140 — Surah Ash-Shuara 26:140

Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir

Verse 141 — Surah Ash-Shuara 26:141

Səmud tayfası da elçi­ləri yalan­çı saydı

Verse 142 — Surah Ash-Shuara 26:142

O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmur­su­nuz

Verse 143 — Surah Ash-Shuara 26:143

Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm

Verse 144 — Surah Ash-Shuara 26:144

Allahdan qorxun və mə­nə itaət edin

Verse 145 — Surah Ash-Shuara 26:145

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fatım ancaq aləm­lərin Rəbbinə aiddir

Verse 146 — Surah Ash-Shuara 26:146

Məgər siz burada olan­ların için­də sərbəst buraxıla­caq­sı­nız

Verse 147 — Surah Ash-Shuara 26:147

Bağlar və bulaqlar için­də

Verse 148 — Surah Ash-Shuara 26:148

əkinlər və yumşaq mey­vəli xur­malıqlar içində arxa­yın­lıqla qa­lacaqsınız

Verse 149 — Surah Ash-Shuara 26:149

Dağlardan məharətlə ev­lər yo­nub düzəldəcəksiniz

Verse 150 — Surah Ash-Shuara 26:150

Allahdan qorxun və mə­nə itaət edin

Verse 151 — Surah Ash-Shuara 26:151

Həddi aşanların əmri­nə tabe ol­mayın

Verse 152 — Surah Ash-Shuara 26:152

Onlar yer üzündə fə­sad törədir və özlərini günahdan tə­miz­lə­mirlər”

Verse 153 — Surah Ash-Shuara 26:153

Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən

Verse 154 — Surah Ash-Shuara 26:154

Sən də bizim kimi an­caq bir in­sansan. Əgər doğru da­nı­şan­lar­dan­san­sa, bizə bir möcüzə göstər”

Verse 155 — Surah Ash-Shuara 26:155

Saleh dedi: “Möcüzə bu dişi də­vədir! Onun da, sizin də mü­əy­yən edil­miş vaxtlarda su içmək haqqınız var­dır. (Bir gün o su iç­məli, bir gün də siz su içməlisiniz)

Verse 156 — Surah Ash-Shuara 26:156

Ona heç bir pislik et­mə­yin, yox­sa böyük günün əzabı sizi ya­xalayar”

Verse 157 — Surah Ash-Shuara 26:157

Onlar dəvə­nin diz və­tə­rini kəs­dilər, sonra da peş­man ol­du­lar

Verse 158 — Surah Ash-Shuara 26:158

Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət var­dır. La­kin onların əksəriy­yəti yenə iman gətirmədi

Verse 159 — Surah Ash-Shuara 26:159

Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir

Verse 160 — Surah Ash-Shuara 26:160

Lut tayfası da elçiləri yalançı saydı

Verse 161 — Surah Ash-Shuara 26:161

O vaxt qardaşları Lut onlara de­di: “Məgər qorx­mur­sunuz

Verse 162 — Surah Ash-Shuara 26:162

Həqiqətən, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm

Verse 163 — Surah Ash-Shuara 26:163

Allahdan qorxun və mə­nə itaət edin

Verse 164 — Surah Ash-Shuara 26:164

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim mü­ka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir

Verse 165 — Surah Ash-Shuara 26:165

Doğrudanmı siz insan­lar içində ancaq kişilərlə ya­xın­lıq edir

Verse 166 — Surah Ash-Shuara 26:166

və Rəbbinizin sizin üçün yarat­dığı qadınlarınızı tərk edir­si­niz? Siz, hə­qiqətən də, həddi aşan adamlarsı­nız”

Verse 167 — Surah Ash-Shuara 26:167

Onlar dedilər: “Ey Lut! Əgər dəvətinə son qoyma­san, müt­ləq qovu­lan­lardan ola­caq­san!”

Verse 168 — Surah Ash-Shuara 26:168

O dedi: “Mən sizin əməl­lərinizə nifrət edən­lərdə­nəm

Verse 169 — Surah Ash-Shuara 26:169

Ey Rəbbim! Məni və ailə­mi on­ların tutduqları işdən xi­las et!”

Verse 170 — Surah Ash-Shuara 26:170

Biz onu və onun bütün ailəsini xilas etdik

Verse 171 — Surah Ash-Shuara 26:171

Geridə qalanlar arasın­dakı yaşlı qadından başqa

Verse 172 — Surah Ash-Shuara 26:172

Sonra da o birilərini yerlə yeksan etdik

Verse 173 — Surah Ash-Shuara 26:173

Biz onların üstünə daş­lardan ya­ğış yağdırdıq. Qorxu­dulan­la­rın yağışı nə yaman imiş

Verse 174 — Surah Ash-Shuara 26:174

Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti iman gətir­mədi

Verse 175 — Surah Ash-Shuara 26:175

Həqiqətən, sənin Rəb­bin Qüd­rətlidir, Rəhmlidir

Verse 176 — Surah Ash-Shuara 26:176

Əykə əhli də elçiləri ya­lançı saydı

Verse 177 — Surah Ash-Shuara 26:177

O vaxt Şueyb on­lara de­di: “Mə­gər qorxmur­sunuz

Verse 178 — Surah Ash-Shuara 26:178

Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm

Verse 179 — Surah Ash-Shuara 26:179

Allahdan qorxun və mə­nə itaət edin

Verse 180 — Surah Ash-Shuara 26:180

Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir

Verse 181 — Surah Ash-Shuara 26:181

Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın

Verse 182 — Surah Ash-Shuara 26:182

Düz tərəzi ilə çəkin

Verse 183 — Surah Ash-Shuara 26:183

İnsanların əşyalarını ək­sik ver­məyin və yer üzündə fə­sad ya­ya­raq pis işlər gör­mə­yin

Verse 184 — Surah Ash-Shuara 26:184

Sizi və əvvəlki nəsilləri Yara­dan­dan qorxun!”

Verse 185 — Surah Ash-Shuara 26:185

Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən

Verse 186 — Surah Ash-Shuara 26:186

Sən də bizim kimi an­caq bir in­sansan. Biz səni yalan­çı­lar­dan biri he­sab edirik

Verse 187 — Surah Ash-Shuara 26:187

Əgər doğru danışan­lar­dan­san­sa, göyün bir parça­sını üs­tü­mü­zə en­dir”

Verse 188 — Surah Ash-Shuara 26:188

Şueyb dedi: “Rəbbim si­zin nələr etdiyinizi daha yaxşı bi­lir”

Verse 189 — Surah Ash-Shuara 26:189

Onlar isə onu yalançı saydılar və buna görə də köl­gə­li gü­nün əzabı on­ları yaxa­ladı. Həqiqətən, o, böyük bir gü­nün əzabı idi

Verse 190 — Surah Ash-Shuara 26:190

Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti iman gətir­mədi

Verse 191 — Surah Ash-Shuara 26:191

Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir

Verse 192 — Surah Ash-Shuara 26:192

Şübhəsiz ki, bu, aləm­lə­rin Rəb­bindən nazil edil­miş­dir

Verse 193 — Surah Ash-Shuara 26:193

Onu sadiq ruh Cəb­rail endir­di –

Verse 194 — Surah Ash-Shuara 26:194

sənin qəlbinə ki, xəbər­dar edən­lərdən olasan

Verse 195 — Surah Ash-Shuara 26:195

Bu Quran açıq-aydın ərəb di­lin­də nazil edildi

Verse 196 — Surah Ash-Shuara 26:196

Şübhəsiz ki, o, keçmiş üm­mət­lə­rin kitablarında da xa­tır­la­nır

Verse 197 — Surah Ash-Shuara 26:197

Məgər İsrail oğulların­dan olan alimlərin onu bilmə­lə­ri bun­lar üçün bir dəlil de­yil­mi

Verse 198 — Surah Ash-Shuara 26:198

Əgər Biz onu ərəb ol­ma­yan­lar­dan birinə nazil et­səy­dik

Verse 199 — Surah Ash-Shuara 26:199

və o, bunu onlara oxu­saydı, ye­nə də ona iman gətir­məz­di­lər

Verse 200 — Surah Ash-Shuara 26:200

Biz küfrü günahkar­la­rın qəlbinə belə salarıq

Verse 201 — Surah Ash-Shuara 26:201

Onlar ağrılı-acılı əzabı gör­məyə­nə­dək ona inanmaz­lar

Verse 202 — Surah Ash-Shuara 26:202

O əzab onlara özləri də hiss et­mədən qəflətən gələcək­

Verse 203 — Surah Ash-Shuara 26:203

Onlar deyəcəklər: “Bi­zə möhlət veriləcəkmi?”

Verse 204 — Surah Ash-Shuara 26:204

Yenədəmi əzabımızın tez gəl­mə­sini istəyirlər

Verse 205 — Surah Ash-Shuara 26:205

Bilirsənmi, əgər onlara illərcə fi­ravanlıq nəsib etsək

Verse 206 — Surah Ash-Shuara 26:206

sonra vəd olunduqları əzab on­la­ra yetişsə

Verse 207 — Surah Ash-Shuara 26:207

onlara nəsib olmuş fi­ra­vanlıq, əzabımızı onlardan dəf edə bil­məz

Verse 208 — Surah Ash-Shuara 26:208

Biz heç bir kəndi onu xə­bərdar edənlər olmadan məhv et­mə­dik

Verse 209 — Surah Ash-Shuara 26:209

Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün gön­dər­dik. Biz əsla zalım olma­mışıq

Verse 210 — Surah Ash-Shuara 26:210

Quranı şeytanlar endir­mədi

Verse 211 — Surah Ash-Shuara 26:211

Onlar buna layiq deyil­lər və heç bunu bacarmazlar da

Verse 212 — Surah Ash-Shuara 26:212

Çünki onlar vəhyə qu­laq asmaq­dan kənar edilmiş­dilər

Verse 213 — Surah Ash-Shuara 26:213

Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yox­sa əzaba düçar edilən­lər­dən olarsan

Verse 214 — Surah Ash-Shuara 26:214

Ən yaxın qohumlarını qorxut

Verse 215 — Surah Ash-Shuara 26:215

Sənə tabe olan mömin­ləri qana­dının altına al (onlara qarşı tə­vazö­kar ol)

Verse 216 — Surah Ash-Shuara 26:216

Əgər onlar sənə asi ol­sa­lar, de: “Şüb­­həsiz ki, mən si­zin et­di­yiniz əməl­lərdən uza­ğam!”

Verse 217 — Surah Ash-Shuara 26:217

Qüdrətli və Rəhmli ola­n Allaha tə­vək­kül et

Verse 218 — Surah Ash-Shuara 26:218

O səni namaza du­ran­da da gö­rür

Verse 219 — Surah Ash-Shuara 26:219

səcdə edənlər içində hə­rəkət edəndə də

Verse 220 — Surah Ash-Shuara 26:220

Həqiqətən də, O, Eşi­dəndir, Bi­ləndir

Verse 221 — Surah Ash-Shuara 26:221

Şeytanların kimə nazil olduq­la­rını sizə xəbər ve­rim­mi

Verse 222 — Surah Ash-Shuara 26:222

Onlar hər bir yalançıya və gü­nahkara nazil olarlar

Verse 223 — Surah Ash-Shuara 26:223

Şeytanlar vəhydən eşit­diklərini ka­­­hinlərə təlqin edir­lər. Hal­bu­ki onların ək­səriyyəti ya­lançıdır

Verse 224 — Surah Ash-Shuara 26:224

Şairlərə gəldikdə isə, on­lara an­caq azmışlar uyar

Verse 225 — Surah Ash-Shuara 26:225

Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gə­zir (hər möv­zu­da şer uydurur)

Verse 226 — Surah Ash-Shuara 26:226

və etmədikləri şeylərdən danışırlar

Verse 227 — Surah Ash-Shuara 26:227

Təkcə iman sahibi olub saleh əməllər edən, Allahı tez-tez yada salan və haqsız­lığa məruz qaldıqdan sonra İslam dinini müdafiə edənlərdən başqa. Zalım­lar isə qayıdacaqları yeri mütləq bilə­cəklər