Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 26 - Ash-Shuara
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Ash-Shuara 26:1
Ta. Sin. Mim
Verse 2 — Surah Ash-Shuara 26:2
Bunlar aydın Kitabın ayələridir
Verse 3 — Surah Ash-Shuara 26:3
Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən
Verse 4 — Surah Ash-Shuara 26:4
Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi
Verse 5 — Surah Ash-Shuara 26:5
Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər
Verse 6 — Surah Ash-Shuara 26:6
Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcək
Verse 7 — Surah Ash-Shuara 26:7
Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər
Verse 8 — Surah Ash-Shuara 26:8
Həqiqətən də, bunda bir əlamət var. Lakin onların əksəriyyəti mömin olmadı
Verse 9 — Surah Ash-Shuara 26:9
Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
Verse 10 — Surah Ash-Shuara 26:10
Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
Verse 11 — Surah Ash-Shuara 26:11
Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
Verse 12 — Surah Ash-Shuara 26:12
Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr
Verse 13 — Surah Ash-Shuara 26:13
belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər
Verse 14 — Surah Ash-Shuara 26:14
Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”
Verse 15 — Surah Ash-Shuara 26:15
Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik
Verse 16 — Surah Ash-Shuara 26:16
Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik
Verse 17 — Surah Ash-Shuara 26:17
İsrail oğullarını bizimlə göndər!”
Verse 18 — Surah Ash-Shuara 26:18
Firon dedi: “Biz səni körpə ikən himayəmizə alıb böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı
Verse 19 — Surah Ash-Shuara 26:19
Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”
Verse 20 — Surah Ash-Shuara 26:20
Musa dedi: “Mən onu edəndə nadan olmuşam
Verse 21 — Surah Ash-Shuara 26:21
Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi
Verse 22 — Surah Ash-Shuara 26:22
Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”
Verse 23 — Surah Ash-Shuara 26:23
Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
Verse 24 — Surah Ash-Shuara 26:24
Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
Verse 25 — Surah Ash-Shuara 26:25
Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”
Verse 26 — Surah Ash-Shuara 26:26
Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
Verse 27 — Surah Ash-Shuara 26:27
Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
Verse 28 — Surah Ash-Shuara 26:28
Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
Verse 29 — Surah Ash-Shuara 26:29
Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”
Verse 30 — Surah Ash-Shuara 26:30
Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
Verse 31 — Surah Ash-Shuara 26:31
Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
Verse 32 — Surah Ash-Shuara 26:32
Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi
Verse 33 — Surah Ash-Shuara 26:33
Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu
Verse 34 — Surah Ash-Shuara 26:34
Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır
Verse 35 — Surah Ash-Shuara 26:35
O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
Verse 36 — Surah Ash-Shuara 26:36
Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki
Verse 37 — Surah Ash-Shuara 26:37
bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”
Verse 38 — Surah Ash-Shuara 26:38
Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar
Verse 39 — Surah Ash-Shuara 26:39
Camaata deyildi: “Siz də yığışırsınızmı
Verse 40 — Surah Ash-Shuara 26:40
Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”
Verse 41 — Surah Ash-Shuara 26:41
Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
Verse 42 — Surah Ash-Shuara 26:42
Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”
Verse 43 — Surah Ash-Shuara 26:43
Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
Verse 44 — Surah Ash-Shuara 26:44
Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər
Verse 45 — Surah Ash-Shuara 26:45
Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu
Verse 46 — Surah Ash-Shuara 26:46
Sehrbazlar səcdəyə qapandılar
Verse 47 — Surah Ash-Shuara 26:47
və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
Verse 48 — Surah Ash-Shuara 26:48
Musanın və Harunun Rəbbinə!”
Verse 49 — Surah Ash-Shuara 26:49
Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”
Verse 50 — Surah Ash-Shuara 26:50
Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq
Verse 51 — Surah Ash-Shuara 26:51
Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”
Verse 52 — Surah Ash-Shuara 26:52
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– deyə vəhy etdik
Verse 53 — Surah Ash-Shuara 26:53
Firon şəhərlərə əsgər toplayanlar göndərdi
Verse 54 — Surah Ash-Shuara 26:54
O dedi: “Bunlar kiçik bir dəstədir
Verse 55 — Surah Ash-Shuara 26:55
Onlar bizi qəzəbləndirmişlər
Verse 56 — Surah Ash-Shuara 26:56
Biz hamımız ayıq-sayıq olmalıyıq”
Verse 57 — Surah Ash-Shuara 26:57
Biz o zalım tayfanı bağlardan və çeşmələrdən çıxartdıq
Verse 58 — Surah Ash-Shuara 26:58
xəzinələrdən və gözəl yerlərdən də qovduq
Verse 59 — Surah Ash-Shuara 26:59
Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik
Verse 60 — Surah Ash-Shuara 26:60
Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları təqib etməyə başladılar
Verse 61 — Surah Ash-Shuara 26:61
İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər
Verse 62 — Surah Ash-Shuara 26:62
Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcək!”
Verse 63 — Surah Ash-Shuara 26:63
Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu
Verse 64 — Surah Ash-Shuara 26:64
O birilərini də ora yaxınlaşdırdıq
Verse 65 — Surah Ash-Shuara 26:65
Musa və onunla birlikdə olanların hamısını xilas etdik
Verse 66 — Surah Ash-Shuara 26:66
O birilərini isə suya qərq etdik
Verse 67 — Surah Ash-Shuara 26:67
Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi
Verse 68 — Surah Ash-Shuara 26:68
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
Verse 69 — Surah Ash-Shuara 26:69
Onlara İbrahimin əhvalatını da oxu
Verse 70 — Surah Ash-Shuara 26:70
Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi
Verse 71 — Surah Ash-Shuara 26:71
Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”
Verse 72 — Surah Ash-Shuara 26:72
O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi
Verse 73 — Surah Ash-Shuara 26:73
Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
Verse 74 — Surah Ash-Shuara 26:74
Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”
Verse 75 — Surah Ash-Shuara 26:75
O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
Verse 76 — Surah Ash-Shuara 26:76
həm siz, həm də ulu babalarınız
Verse 77 — Surah Ash-Shuara 26:77
Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir
Verse 78 — Surah Ash-Shuara 26:78
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir
Verse 79 — Surah Ash-Shuara 26:79
O Rəbb ki, məni yedirdir və içirdir
Verse 80 — Surah Ash-Shuara 26:80
O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir
Verse 81 — Surah Ash-Shuara 26:81
O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir
Verse 82 — Surah Ash-Shuara 26:82
O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram
Verse 83 — Surah Ash-Shuara 26:83
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur
Verse 84 — Surah Ash-Shuara 26:84
Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə
Verse 85 — Surah Ash-Shuara 26:85
Məni Nəim bağının varislərindən et
Verse 86 — Surah Ash-Shuara 26:86
Atamı bağışla! Çünki o, azmışlardandır
Verse 87 — Surah Ash-Shuara 26:87
Onların dirildiləcəyi gün məni rüsvay etmə
Verse 88 — Surah Ash-Shuara 26:88
O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verər
Verse 89 — Surah Ash-Shuara 26:89
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
Verse 90 — Surah Ash-Shuara 26:90
Cənnət müttəqilərə yaxınlaşdırılar
Verse 91 — Surah Ash-Shuara 26:91
Cəhənnəm də azğınlara göstərilər
Verse 92 — Surah Ash-Shuara 26:92
Onlara deyilər: “Hanı sizin ibadət etdikləriniz –
Verse 93 — Surah Ash-Shuara 26:93
Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
Verse 94 — Surah Ash-Shuara 26:94
Onlar azğınlarla birlikdə Cəhənnəmə atılarlar
Verse 95 — Surah Ash-Shuara 26:95
İblisin bütün əsgərləri də, həmçinin
Verse 96 — Surah Ash-Shuara 26:96
Onlar orada höcətləşərək deyərlər
Verse 97 — Surah Ash-Shuara 26:97
“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
Verse 98 — Surah Ash-Shuara 26:98
o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq
Verse 99 — Surah Ash-Shuara 26:99
Bizi ancaq günahkarlar azdırdı
Verse 100 — Surah Ash-Shuara 26:100
İndi isə bizim nə şəfaətçilərimiz
Verse 101 — Surah Ash-Shuara 26:101
nə də bizə canıyanan bir dostumuz var
Verse 102 — Surah Ash-Shuara 26:102
Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”
Verse 103 — Surah Ash-Shuara 26:103
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi
Verse 104 — Surah Ash-Shuara 26:104
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
Verse 105 — Surah Ash-Shuara 26:105
Nuh tayfası da elçiləri yalançı saydı
Verse 106 — Surah Ash-Shuara 26:106
O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz
Verse 107 — Surah Ash-Shuara 26:107
Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm
Verse 108 — Surah Ash-Shuara 26:108
Allahdan qorxun və mənə itaət edin
Verse 109 — Surah Ash-Shuara 26:109
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 110 — Surah Ash-Shuara 26:110
Allahdan qorxun və mənə itaət edin!”
Verse 111 — Surah Ash-Shuara 26:111
Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
Verse 112 — Surah Ash-Shuara 26:112
Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm
Verse 113 — Surah Ash-Shuara 26:113
Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz
Verse 114 — Surah Ash-Shuara 26:114
Mən iman gətirənləri qovan deyiləm
Verse 115 — Surah Ash-Shuara 26:115
Mən yalnız açıq-aşkar bir qorxudanam”
Verse 116 — Surah Ash-Shuara 26:116
Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”
Verse 117 — Surah Ash-Shuara 26:117
Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi
Verse 118 — Surah Ash-Shuara 26:118
Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”
Verse 119 — Surah Ash-Shuara 26:119
Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik
Verse 120 — Surah Ash-Shuara 26:120
Yerdə qalanları isə suya qərq etdik
Verse 121 — Surah Ash-Shuara 26:121
Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti yenə iman gətirmədi
Verse 122 — Surah Ash-Shuara 26:122
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
Verse 123 — Surah Ash-Shuara 26:123
Ad tayfası da elçiləri yalançı saydı
Verse 124 — Surah Ash-Shuara 26:124
O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz
Verse 125 — Surah Ash-Shuara 26:125
Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm
Verse 126 — Surah Ash-Shuara 26:126
Allahdan qorxun və mənə itaət edin
Verse 127 — Surah Ash-Shuara 26:127
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 128 — Surah Ash-Shuara 26:128
Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)
Verse 129 — Surah Ash-Shuara 26:129
Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz
Verse 130 — Surah Ash-Shuara 26:130
Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınız
Verse 131 — Surah Ash-Shuara 26:131
Allahdan qorxun və mənə itaət edin
Verse 132 — Surah Ash-Shuara 26:132
Bildiyiniz nemətləri sizə verəndən qorxun
Verse 133 — Surah Ash-Shuara 26:133
O sizə heyvanat və oğul-uşaq verdi
Verse 134 — Surah Ash-Shuara 26:134
üstəlik bağlar və çeşmələr də əta etdi
Verse 135 — Surah Ash-Shuara 26:135
Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”
Verse 136 — Surah Ash-Shuara 26:136
Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir
Verse 137 — Surah Ash-Shuara 26:137
Bu, yalnız və yalnız əvvəlkilərin adətidir
Verse 138 — Surah Ash-Shuara 26:138
Biz əzaba düçar olan da deyilik”
Verse 139 — Surah Ash-Shuara 26:139
Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi
Verse 140 — Surah Ash-Shuara 26:140
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
Verse 141 — Surah Ash-Shuara 26:141
Səmud tayfası da elçiləri yalançı saydı
Verse 142 — Surah Ash-Shuara 26:142
O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz
Verse 143 — Surah Ash-Shuara 26:143
Şübhəsiz ki, mən sizin üçün etibar edilməli bir elçiyəm
Verse 144 — Surah Ash-Shuara 26:144
Allahdan qorxun və mənə itaət edin
Verse 145 — Surah Ash-Shuara 26:145
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 146 — Surah Ash-Shuara 26:146
Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız
Verse 147 — Surah Ash-Shuara 26:147
Bağlar və bulaqlar içində
Verse 148 — Surah Ash-Shuara 26:148
əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız
Verse 149 — Surah Ash-Shuara 26:149
Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz
Verse 150 — Surah Ash-Shuara 26:150
Allahdan qorxun və mənə itaət edin
Verse 151 — Surah Ash-Shuara 26:151
Həddi aşanların əmrinə tabe olmayın
Verse 152 — Surah Ash-Shuara 26:152
Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”
Verse 153 — Surah Ash-Shuara 26:153
Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən
Verse 154 — Surah Ash-Shuara 26:154
Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”
Verse 155 — Surah Ash-Shuara 26:155
Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o su içməli, bir gün də siz su içməlisiniz)
Verse 156 — Surah Ash-Shuara 26:156
Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”
Verse 157 — Surah Ash-Shuara 26:157
Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular
Verse 158 — Surah Ash-Shuara 26:158
Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi
Verse 159 — Surah Ash-Shuara 26:159
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
Verse 160 — Surah Ash-Shuara 26:160
Lut tayfası da elçiləri yalançı saydı
Verse 161 — Surah Ash-Shuara 26:161
O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz
Verse 162 — Surah Ash-Shuara 26:162
Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm
Verse 163 — Surah Ash-Shuara 26:163
Allahdan qorxun və mənə itaət edin
Verse 164 — Surah Ash-Shuara 26:164
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 165 — Surah Ash-Shuara 26:165
Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
Verse 166 — Surah Ash-Shuara 26:166
və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”
Verse 167 — Surah Ash-Shuara 26:167
Onlar dedilər: “Ey Lut! Əgər dəvətinə son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
Verse 168 — Surah Ash-Shuara 26:168
O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm
Verse 169 — Surah Ash-Shuara 26:169
Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
Verse 170 — Surah Ash-Shuara 26:170
Biz onu və onun bütün ailəsini xilas etdik
Verse 171 — Surah Ash-Shuara 26:171
Geridə qalanlar arasındakı yaşlı qadından başqa
Verse 172 — Surah Ash-Shuara 26:172
Sonra da o birilərini yerlə yeksan etdik
Verse 173 — Surah Ash-Shuara 26:173
Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş
Verse 174 — Surah Ash-Shuara 26:174
Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi
Verse 175 — Surah Ash-Shuara 26:175
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
Verse 176 — Surah Ash-Shuara 26:176
Əykə əhli də elçiləri yalançı saydı
Verse 177 — Surah Ash-Shuara 26:177
O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz
Verse 178 — Surah Ash-Shuara 26:178
Şübhəsiz ki, mən sizin üçün etibar edilməli bir elçiyəm
Verse 179 — Surah Ash-Shuara 26:179
Allahdan qorxun və mənə itaət edin
Verse 180 — Surah Ash-Shuara 26:180
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 181 — Surah Ash-Shuara 26:181
Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın
Verse 182 — Surah Ash-Shuara 26:182
Düz tərəzi ilə çəkin
Verse 183 — Surah Ash-Shuara 26:183
İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin
Verse 184 — Surah Ash-Shuara 26:184
Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
Verse 185 — Surah Ash-Shuara 26:185
Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən
Verse 186 — Surah Ash-Shuara 26:186
Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik
Verse 187 — Surah Ash-Shuara 26:187
Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”
Verse 188 — Surah Ash-Shuara 26:188
Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”
Verse 189 — Surah Ash-Shuara 26:189
Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi
Verse 190 — Surah Ash-Shuara 26:190
Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi
Verse 191 — Surah Ash-Shuara 26:191
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
Verse 192 — Surah Ash-Shuara 26:192
Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir
Verse 193 — Surah Ash-Shuara 26:193
Onu sadiq ruh Cəbrail endirdi –
Verse 194 — Surah Ash-Shuara 26:194
sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan
Verse 195 — Surah Ash-Shuara 26:195
Bu Quran açıq-aydın ərəb dilində nazil edildi
Verse 196 — Surah Ash-Shuara 26:196
Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır
Verse 197 — Surah Ash-Shuara 26:197
Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi
Verse 198 — Surah Ash-Shuara 26:198
Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik
Verse 199 — Surah Ash-Shuara 26:199
və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər
Verse 200 — Surah Ash-Shuara 26:200
Biz küfrü günahkarların qəlbinə belə salarıq
Verse 201 — Surah Ash-Shuara 26:201
Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar
Verse 202 — Surah Ash-Shuara 26:202
O əzab onlara özləri də hiss etmədən qəflətən gələcək
Verse 203 — Surah Ash-Shuara 26:203
Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
Verse 204 — Surah Ash-Shuara 26:204
Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər
Verse 205 — Surah Ash-Shuara 26:205
Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək
Verse 206 — Surah Ash-Shuara 26:206
sonra vəd olunduqları əzab onlara yetişsə
Verse 207 — Surah Ash-Shuara 26:207
onlara nəsib olmuş firavanlıq, əzabımızı onlardan dəf edə bilməz
Verse 208 — Surah Ash-Shuara 26:208
Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik
Verse 209 — Surah Ash-Shuara 26:209
Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq
Verse 210 — Surah Ash-Shuara 26:210
Quranı şeytanlar endirmədi
Verse 211 — Surah Ash-Shuara 26:211
Onlar buna layiq deyillər və heç bunu bacarmazlar da
Verse 212 — Surah Ash-Shuara 26:212
Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər
Verse 213 — Surah Ash-Shuara 26:213
Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan
Verse 214 — Surah Ash-Shuara 26:214
Ən yaxın qohumlarını qorxut
Verse 215 — Surah Ash-Shuara 26:215
Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)
Verse 216 — Surah Ash-Shuara 26:216
Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
Verse 217 — Surah Ash-Shuara 26:217
Qüdrətli və Rəhmli olan Allaha təvəkkül et
Verse 218 — Surah Ash-Shuara 26:218
O səni namaza duranda da görür
Verse 219 — Surah Ash-Shuara 26:219
səcdə edənlər içində hərəkət edəndə də
Verse 220 — Surah Ash-Shuara 26:220
Həqiqətən də, O, Eşidəndir, Biləndir
Verse 221 — Surah Ash-Shuara 26:221
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi
Verse 222 — Surah Ash-Shuara 26:222
Onlar hər bir yalançıya və günahkara nazil olarlar
Verse 223 — Surah Ash-Shuara 26:223
Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır
Verse 224 — Surah Ash-Shuara 26:224
Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar
Verse 225 — Surah Ash-Shuara 26:225
Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
Verse 226 — Surah Ash-Shuara 26:226
və etmədikləri şeylərdən danışırlar
Verse 227 — Surah Ash-Shuara 26:227
Təkcə iman sahibi olub saleh əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra İslam dinini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər