Back to Languages

Azerbaijani - Chapter 31 - Luqman

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Luqman 31:1

Verse 2 — Surah Luqman 31:2

Bu, hikmətli Kitabın ayə­ləridir

Verse 3 — Surah Luqman 31:3

Xeyirxah əməl sahibləri­nə doğru yol göstəricisi və rəh­mət­dir

Verse 4 — Surah Luqman 31:4

O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiy­yət­lə ina­nırlar

Verse 5 — Surah Luqman 31:5

Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar ni­cat tapan­lar­dır

Verse 6 — Surah Luqman 31:6

İnsanlar arasında eləsi də var ki, heç bir biliyi olma­dan baş­qa­­larını Allah yolun­dan sapdırmaq və Allahın ayə­lə­ri­ni lağa qoy­maq üçün boş-boş söz­ləri sa­tın alır. Məhz onları alçaldıcı bir əzab göz­ləyir

Verse 7 — Surah Luqman 31:7

Ayələrimiz onlara oxun­duğu za­man sanki ona eşit­mirmiş, qu­laqla­rında tıxac var­mış kimi təkəbbürlə üz çevi­rər. Sən be­lə­lə­ri­ni ağrılı-acılı bir əzab­la müjdələ

Verse 8 — Surah Luqman 31:8

İman gətirib yaxşı işlər gö­rənlər üçün Nəim cən­nətləri ha­zır­lan­mış­dır

Verse 9 — Surah Luqman 31:9

Onlar orada əbədi qala­caqlar. Alla­hın vədi haqdır. O, Qüd­rət­lidir, Hikmət sahibidir

Verse 10 — Surah Luqman 31:10

O, göyləri görə biləcə­yi­niz bir di­rək olmadan yara­dıb sax­la­mış, yer sizi sil­kələ­məsin deyə, orada möhkəm dağ­lar qurmuş və ora cürbəcür hey­vanlar yaymışdır. Biz göy­dən yağmur yağdı­rıb ora­da cür­bə­cür gözəl bitkilər bitir­dik

Verse 11 — Surah Luqman 31:11

Bunlar Allahın yaratdıq­larıdır. İndi siz mənə göstərin gö­rüm, On­dan başqaları nə ya­radıblar? Xeyr! Zalımlar açıq-aydın az­ğınlıq için­dədirlər

Verse 12 — Surah Luqman 31:12

Biz Loğmana hikmət ver­dik: “Allaha şükür et! Kim şü­kür et­sə, özü üçün şükür et­miş olar. Kim nankor ol­sa, bil­sin ki, Allah onun şükrünə möhtac de­yil, Tərifəlayiqdir”

Verse 13 — Surah Luqman 31:13

Bir zaman Loğman öz oğluna nə­sihət edərək demiş­di: “Oğ­lum! Allaha şərik qoş­ma. Həqiqətən, Allaha şərik qoş­maq böyük zülm­dür!”

Verse 14 — Surah Luqman 31:14

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-gü­nə zəiflədiyinə baxmayaraq da­şımışdır. Onun süd­dən kəsil­məsi isə iki il ərzində olur. Mənə və vali­deyn­lə­ri­nə şükür et! Axır dönüş Mənədir

Verse 15 — Surah Luqman 31:15

Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məcbur etməyə cəhd gös­tər­sələr, onlara güzəş­tə get­mə! Dün­ya­da onlarla gözəl dav­ran. Mənə üz tutanların yolu ilə get! Son­ra isə dö­nü­şünüz Mə­nə olacaq, Mən də nə etdik­lə­riniz barədə sizə xə­bər ve­rəcə­yəm

Verse 16 — Surah Luqman 31:16

Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlı­ğın­da olsa da, bir qaya­nın içində, yaxud göylərdə və ya yerin di­bin­də olsa da, Allah onu aş­kar edər. Həqiqətən, Allah Lətifdir, Xə­bər­dardır

Verse 17 — Surah Luqman 31:17

Oğlum! Namaz qıl, yax­şı işlər gör­məyi əmr et, pis iş­lə­ri qa­da­ğan elə. Ba­şına gə­lən çə­tinliklərə səbir et. Həqi­qə­tən, bu, əzm tə­ləb edən əməl­lər­dən­dir

Verse 18 — Surah Luqman 31:18

İnsanlardan təkəbbürlə üz çevir­mə, yer üzündə lovğa-lovğa gə­zib dolanma. Hə­qiqətən, Allah heç bir özündən razını, özü­nü öyəni sevmir

Verse 19 — Surah Luqman 31:19

Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çir­kin səs uzun­qulaq səsidir”

Verse 20 — Surah Luqman 31:20

Məgər Allahın göylərdə və yerdə olanları sizə ram et­diyini, Özü­nün aş­kar və gizli nemətlərini sizə bol-bol ver­di­yini gör­mür­sü­nüz­mü? İnsan­lar ara­sında eləsi də vardır ki, heç bir biliyi, doğ­ru yol gös­tə­rəni və nur saçan bir kitabı ol­ma­dan Allah barəsində mü­ba­hisə edir

Verse 21 — Surah Luqman 31:21

Onlara: “Allahın nazil et­diyinə itaət edin!”– deyil­dik­də, on­lar: “Yox! Biz əcdadımı­zın getdiyi yolu tutub ge­dəcə­yik!”– de­yər­lər. Əgər şeytan onları Cə­hənnəm odunun əza­bına doğru sü­rük­lə­yir­sə, onda necə olsun

Verse 22 — Surah Luqman 31:22

Muhsin olub özünü Alla­ha təslim edən kəs ən möh­­kəm dəs­təkdən yapış­mış olar. Bütün işlərin sonu Allaha qa­yı­dır

Verse 23 — Surah Luqman 31:23

Kafirlərin küfr etməsi sə­ni kədər­lən­dirməsin. Onların dö­nü­şü Bizə ola­caq. Biz də on­lara etdikləri əməllər ba­rədə xə­bər ve­rə­cə­yik. Həqi­qətən, Allah kökslərdə olanları bilir

Verse 24 — Surah Luqman 31:24

Biz onlara dünyada olan nemət­lər­dən az bir müddət is­tifadə et­məyə im­kan verəcək, sonra da onları ağır bir əzaba qatlaşma­ğa məc­bur edəcəyik

Verse 25 — Surah Luqman 31:25

Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmış­dır?”– de­yə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onla­rın çoxu bunu bilmir

Verse 26 — Surah Luqman 31:26

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Allah Zən­gin­dir, Tərifə­layiqdir

Verse 27 — Surah Luqman 31:27

Əgər yer üzündəki bü­tün ağaclar qələm olsaydı, də­niz də mü­rəkkəb olub ardından ona yeddi dəniz də qatıl­say­dı, yenə də Allahın Sözləri qur­tar­maz­dı. Həqiqətən, Allah Qüd­rətli­dir, Hik­mət sahibi­dir

Verse 28 — Surah Luqman 31:28

Sizi yaratmaq və dirilt­mək ancaq bir adamı ya­rat­maq və di­rilt­mək kimi­dir. Həqiqə­tən, Allah Eşidəndir, Görən­dir

Verse 29 — Surah Luqman 31:29

Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qat­dı­ğı­nı, müəy­yən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoy­du­ğu qanunlarına ram etdi­yi­ni, üstəlik Allahın nə et­diklə­rinizdən xə­­bərdar ol­du­ğu­nu görmür­sənmi

Verse 30 — Surah Luqman 31:30

Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa iba­dət etdikləri isə batil büt­lər­dir. Həqiqətən, Allah Ən Uca­dır, Ən Bö­yük­dür

Verse 31 — Surah Luqman 31:31

Onun dəlillərinin bəzi­si­ni sizə göstərməkdən ötrü də­nizdə gə­milərin Allahın nemə­ti sayəsində üzdü­yünü gör­­mür­sü­nüzmü? Şüb­həsiz ki, bunlar sə­birli olanlar və şükür edən­lər üçün bir ib­rət­dir

Verse 32 — Surah Luqman 31:32

Dağların saldığı kölgə­lər kimi dal­ğalar onları çul­ğadığı za­man onlar dini məhz Allaha məxsus edərək Ona yal­va­rar­lar. Allah on­ları xilas edib quru­ya çı­xartdıqda isə ara­la­rından bəzilə­ri küfrlə iman arasında or­ta yol tutar. Bizim ayə­lərimizi yalnız nan­kor xain­lər inkar edərlər

Verse 33 — Surah Luqman 31:33

Ey insanlar! Rəbbiniz­dən qorxun. Valideynin övlada, öv­la­dın da vali­dey­nə heç bir fay­da verə bilmə­yə­cəyi gün­dən çə­kinin. Hə­qiqə­tən, Allahın və­di haqdır. Qoy bu fani dün­ya sizi çaşdırma­sın, hiylə­gər şeytan da sizi Alla­hın əza­bından arxayınlaşdırıb tov­la­ma­sın

Verse 34 — Surah Luqman 31:34

Həqiqətən, o Saat haq­qında elm yalnız Allahdadır. Yağışı O yağ­dırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bi­lə bil­məz; heç kəs harada öləcə­yini də bil­məz. Allah isə, şüb­hə­siz ki, hər şeyi biləndir, hər şeydən xəbər­dardır