Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 37 - As-Saffat
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah As-Saffat 37:1
And olsun göylərdə və yerdə səf-səf duranlara
Verse 2 — Surah As-Saffat 37:2
imansızları qətiyyətlə qovanlara
Verse 3 — Surah As-Saffat 37:3
və Zikri oxuyanlara
Verse 4 — Surah As-Saffat 37:4
Həqiqətən, sizin məbudunuz Təkdir
Verse 5 — Surah As-Saffat 37:5
O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir
Verse 6 — Surah As-Saffat 37:6
Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
Verse 7 — Surah As-Saffat 37:7
və onu hər bir asi şeytandan mühafizə etdik
Verse 8 — Surah As-Saffat 37:8
Onlar artıq ali topluma – mələklərin söhbətlərinə qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar
Verse 9 — Surah As-Saffat 37:9
və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir
Verse 10 — Surah As-Saffat 37:10
Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər
Verse 11 — Surah As-Saffat 37:11
Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq
Verse 12 — Surah As-Saffat 37:12
Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar
Verse 13 — Surah As-Saffat 37:13
Onlara xatırlatdıqda düşünüb ibrət almırlar
Verse 14 — Surah As-Saffat 37:14
Bir möcüzə gördükdə isə ona istehza edir
Verse 15 — Surah As-Saffat 37:15
və deyirlər: “Bu ancaq açıq-aydın bir sehrdir
Verse 16 — Surah As-Saffat 37:16
Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi
Verse 17 — Surah As-Saffat 37:17
Ya da atalarımızmı dirildiləcəklər?”
Verse 18 — Surah As-Saffat 37:18
De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”
Verse 19 — Surah As-Saffat 37:19
Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar
Verse 20 — Surah As-Saffat 37:20
Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
Verse 21 — Surah As-Saffat 37:21
Onlara deyiləcək: “Bu, yalan saydığınız fərqləndirmə günüdür!”
Verse 22 — Surah As-Saffat 37:22
Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
Verse 23 — Surah As-Saffat 37:23
Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin
Verse 24 — Surah As-Saffat 37:24
Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”
Verse 25 — Surah As-Saffat 37:25
Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
Verse 26 — Surah As-Saffat 37:26
Bəli, onlar bu gün baş əyəcəklər
Verse 27 — Surah As-Saffat 37:27
Onlar bir-birinə üz tutub soruşacaqlar
Verse 28 — Surah As-Saffat 37:28
Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”
Verse 29 — Surah As-Saffat 37:29
Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz
Verse 30 — Surah As-Saffat 37:30
Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz
Verse 31 — Surah As-Saffat 37:31
Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq
Verse 32 — Surah As-Saffat 37:32
Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”
Verse 33 — Surah As-Saffat 37:33
Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar
Verse 34 — Surah As-Saffat 37:34
Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik
Verse 35 — Surah As-Saffat 37:35
Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir
Verse 36 — Surah As-Saffat 37:36
və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
Verse 37 — Surah As-Saffat 37:37
Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi
Verse 38 — Surah As-Saffat 37:38
Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız
Verse 39 — Surah As-Saffat 37:39
Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız
Verse 40 — Surah As-Saffat 37:40
Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadır
Verse 41 — Surah As-Saffat 37:41
Məhz onlar üçün müəyyən bir ruzi vardır –
Verse 42 — Surah As-Saffat 37:42
Cənnət meyvələri. Onlara ehtiram göstəriləcək –
Verse 43 — Surah As-Saffat 37:43
Nəim cənnətlərində
Verse 44 — Surah As-Saffat 37:44
Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar
Verse 45 — Surah As-Saffat 37:45
Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq
Verse 46 — Surah As-Saffat 37:46
Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab
Verse 47 — Surah As-Saffat 37:47
O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar
Verse 48 — Surah As-Saffat 37:48
Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qara gözlü hurilər olacaq
Verse 49 — Surah As-Saffat 37:49
Özü də qorunub saxlanılmış yumurta kimi hurilər
Verse 50 — Surah As-Saffat 37:50
Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar
Verse 51 — Surah As-Saffat 37:51
Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi
Verse 52 — Surah As-Saffat 37:52
O deyirdi: “Sən də inananlardansan
Verse 53 — Surah As-Saffat 37:53
Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
Verse 54 — Surah As-Saffat 37:54
O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”
Verse 55 — Surah As-Saffat 37:55
O boylanıb yoldaşını Cəhənnəmin ortasında görəcək
Verse 56 — Surah As-Saffat 37:56
və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin
Verse 57 — Surah As-Saffat 37:57
Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım
Verse 58 — Surah As-Saffat 37:58
Doğrudanmı biz bir daha ölməyəcəyik –
Verse 59 — Surah As-Saffat 37:59
ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”
Verse 60 — Surah As-Saffat 37:60
Həqiqətən, bu, böyük uğurdur
Verse 61 — Surah As-Saffat 37:61
Qoy çalışanlar bunun üçün çalışsınlar
Verse 62 — Surah As-Saffat 37:62
Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı
Verse 63 — Surah As-Saffat 37:63
Biz onu zalımlar üçün bir sınaq etdik
Verse 64 — Surah As-Saffat 37:64
O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır
Verse 65 — Surah As-Saffat 37:65
Onun meyvəsi şeytanların başları kimidir
Verse 66 — Surah As-Saffat 37:66
Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar
Verse 67 — Surah As-Saffat 37:67
Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir
Verse 68 — Surah As-Saffat 37:68
Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar
Verse 69 — Surah As-Saffat 37:69
Həqiqətən, onlar ata-babalarını azmış gördülər
Verse 70 — Surah As-Saffat 37:70
özləri də tez-tələsik onların izini tutub getdilər
Verse 71 — Surah As-Saffat 37:71
Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü
Verse 72 — Surah As-Saffat 37:72
Artıq Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik
Verse 73 — Surah As-Saffat 37:73
Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu
Verse 74 — Surah As-Saffat 37:74
Yalnız Allahın seçilmiş səmimi qullarından başqa
Verse 75 — Surah As-Saffat 37:75
Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik
Verse 76 — Surah As-Saffat 37:76
Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq
Verse 77 — Surah As-Saffat 37:77
Təkcə onun nəslini qoruyub saxladıq
Verse 78 — Surah As-Saffat 37:78
Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq
Verse 79 — Surah As-Saffat 37:79
aləmlər içərisində Nuha salam olsun
Verse 80 — Surah As-Saffat 37:80
Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq
Verse 81 — Surah As-Saffat 37:81
Həqiqətən, o Bizim mömin qullarımızdandır
Verse 82 — Surah As-Saffat 37:82
Sonra o birilərini suya qərq etdik
Verse 83 — Surah As-Saffat 37:83
Həqiqətən, İbrahim onun ardıcıllarından idi
Verse 84 — Surah As-Saffat 37:84
Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi
Verse 85 — Surah As-Saffat 37:85
Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz
Verse 86 — Surah As-Saffat 37:86
Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz
Verse 87 — Surah As-Saffat 37:87
Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
Verse 88 — Surah As-Saffat 37:88
O, ulduzlara bir nəzər salaraq
Verse 89 — Surah As-Saffat 37:89
“Mən xəstəyəm!”– dedi
Verse 90 — Surah As-Saffat 37:90
Onlar ondan üz çevirib çıxıb getdilər
Verse 91 — Surah As-Saffat 37:91
O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz
Verse 92 — Surah As-Saffat 37:92
Sizə nə olub ki, danışmırsınız?”
Verse 93 — Surah As-Saffat 37:93
Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi
Verse 94 — Surah As-Saffat 37:94
Bütpərəstlər tələsik onun yanına gəldilər
Verse 95 — Surah As-Saffat 37:95
O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz
Verse 96 — Surah As-Saffat 37:96
Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”
Verse 97 — Surah As-Saffat 37:97
Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”
Verse 98 — Surah As-Saffat 37:98
Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik
Verse 99 — Surah As-Saffat 37:99
O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcək”
Verse 100 — Surah As-Saffat 37:100
O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”
Verse 101 — Surah As-Saffat 37:101
Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik
Verse 102 — Surah As-Saffat 37:102
O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”
Verse 103 — Surah As-Saffat 37:103
Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman
Verse 104 — Surah As-Saffat 37:104
Biz onu çağırıb dedik: “Ey İbrahim
Verse 105 — Surah As-Saffat 37:105
Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq
Verse 106 — Surah As-Saffat 37:106
Həqiqətən də, bu, açıq-aydın bir imtahandır
Verse 107 — Surah As-Saffat 37:107
Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik
Verse 108 — Surah As-Saffat 37:108
Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq
Verse 109 — Surah As-Saffat 37:109
İbrahimə salam olsun
Verse 110 — Surah As-Saffat 37:110
Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq
Verse 111 — Surah As-Saffat 37:111
Həqiqətən, o, Bizim mömin qullarımızdandır
Verse 112 — Surah As-Saffat 37:112
Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik
Verse 113 — Surah As-Saffat 37:113
Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də
Verse 114 — Surah As-Saffat 37:114
Biz Musa ilə Haruna da nemət bəxş etdik
Verse 115 — Surah As-Saffat 37:115
Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq
Verse 116 — Surah As-Saffat 37:116
Onlara kömək göstərdik və onlar qalib gəldilər
Verse 117 — Surah As-Saffat 37:117
Hər ikisinə aydın bir Kitab verdik
Verse 118 — Surah As-Saffat 37:118
Hər ikisini də doğru yola yönəltdik
Verse 119 — Surah As-Saffat 37:119
Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq
Verse 120 — Surah As-Saffat 37:120
Musaya və Haruna salam olsun
Verse 121 — Surah As-Saffat 37:121
Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq
Verse 122 — Surah As-Saffat 37:122
Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır
Verse 123 — Surah As-Saffat 37:123
Şübhəsiz ki, İlyas da elçilərdəndir
Verse 124 — Surah As-Saffat 37:124
Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz
Verse 125 — Surah As-Saffat 37:125
Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
Verse 126 — Surah As-Saffat 37:126
həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”
Verse 127 — Surah As-Saffat 37:127
Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir
Verse 128 — Surah As-Saffat 37:128
Yalnız Allahın seçilmiş səmimi qullarından başqa
Verse 129 — Surah As-Saffat 37:129
Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq
Verse 130 — Surah As-Saffat 37:130
İlyasinə salam olsun
Verse 131 — Surah As-Saffat 37:131
Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq
Verse 132 — Surah As-Saffat 37:132
Həqiqətən, o Bizim mömin qullarımızdandır
Verse 133 — Surah As-Saffat 37:133
Şübhəsiz ki, Lut da elçilərdəndir
Verse 134 — Surah As-Saffat 37:134
Bir zaman Biz onu və bütün ailəsini xilas etdik
Verse 135 — Surah As-Saffat 37:135
Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa
Verse 136 — Surah As-Saffat 37:136
Sonra da o birilərini yerli-dibli yox etdik
Verse 137 — Surah As-Saffat 37:137
Siz həm səhər çağı onların yanından keçirsiniz
Verse 138 — Surah As-Saffat 37:138
həm də axşam çağı. Məgər anlamırsınız
Verse 139 — Surah As-Saffat 37:139
Yunus da, həqiqətən, elçilərdəndir
Verse 140 — Surah As-Saffat 37:140
Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı
Verse 141 — Surah As-Saffat 37:141
Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu
Verse 142 — Surah As-Saffat 37:142
O, qınanmağa layiq olduqda balıq onu uddu
Verse 143 — Surah As-Saffat 37:143
Əgər o, Allaha tərif deyənlərdən olmasaydı
Verse 144 — Surah As-Saffat 37:144
balığın qarnında Qiyamət gününə qədər qalardı
Verse 145 — Surah As-Saffat 37:145
O, halsız olduğu vəziyyətdə Biz onu sahilə çıxartdıq
Verse 146 — Surah As-Saffat 37:146
Və üstünə kölgə salmaq üçün qabaq növündən iriyarpaqlı bir bitki bitirdik
Verse 147 — Surah As-Saffat 37:147
Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik
Verse 148 — Surah As-Saffat 37:148
Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik
Verse 149 — Surah As-Saffat 37:149
Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
Verse 150 — Surah As-Saffat 37:150
Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar
Verse 151 — Surah As-Saffat 37:151
Həqiqətən, onlar yalan uydurub deyirlər
Verse 152 — Surah As-Saffat 37:152
“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar
Verse 153 — Surah As-Saffat 37:153
Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur
Verse 154 — Surah As-Saffat 37:154
Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz
Verse 155 — Surah As-Saffat 37:155
Məgər düşünüb ibrət almayacaqsınız
Verse 156 — Surah As-Saffat 37:156
Yoxsa sizin aydın bir dəliliniz vardır
Verse 157 — Surah As-Saffat 37:157
Əgər doğru deyirsinizsə, kitabınızı gətirin
Verse 158 — Surah As-Saffat 37:158
Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər
Verse 159 — Surah As-Saffat 37:159
Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır
Verse 160 — Surah As-Saffat 37:160
Yalnız Allahın seçilmiş səmimi qullarından başqa
Verse 161 — Surah As-Saffat 37:161
Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız
Verse 162 — Surah As-Saffat 37:162
heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz
Verse 163 — Surah As-Saffat 37:163
Ancaq Cəhənnəmə girəcək kimsədən başqa
Verse 164 — Surah As-Saffat 37:164
Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır
Verse 165 — Surah As-Saffat 37:165
Həqiqətən, biz səf-səf dururuq
Verse 166 — Surah As-Saffat 37:166
Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”
Verse 167 — Surah As-Saffat 37:167
Müşriklər deyirdilər
Verse 168 — Surah As-Saffat 37:168
“Əgər bizdə də əvvəlkilərdə olan zikrdən (o kitabdan) olsaydı
Verse 169 — Surah As-Saffat 37:169
biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”
Verse 170 — Surah As-Saffat 37:170
Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər
Verse 171 — Surah As-Saffat 37:171
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi
Verse 172 — Surah As-Saffat 37:172
“Həqiqətən, onlara kömək göstəriləcək
Verse 173 — Surah As-Saffat 37:173
Bizim ordumuz mütləq qalib gələcək”
Verse 174 — Surah As-Saffat 37:174
Sən bir müddət onlardan üz çevir
Verse 175 — Surah As-Saffat 37:175
Onlara bax! Onlar tezliklə əzabı görəcəklər
Verse 176 — Surah As-Saffat 37:176
Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər
Verse 177 — Surah As-Saffat 37:177
Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq
Verse 178 — Surah As-Saffat 37:178
Sən bir müddət onlardan üz çevir
Verse 179 — Surah As-Saffat 37:179
Onlara bax! Onlar tezliklə əzabı görəcəklər
Verse 180 — Surah As-Saffat 37:180
Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır
Verse 181 — Surah As-Saffat 37:181
Elçilərə salam olsun
Verse 182 — Surah As-Saffat 37:182
Aləmlərin Rəbbi olan Allaha həmd olsun