Back to Languages

Azerbaijani - Chapter 37 - As-Saffat

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah As-Saffat 37:1

And olsun göylərdə və yer­də səf-səf duranlara

Verse 2 — Surah As-Saffat 37:2

imansızları qətiyyətlə qo­vanlara

Verse 3 — Surah As-Saffat 37:3

və Zikri oxuyanlara

Verse 4 — Surah As-Saffat 37:4

Həqiqətən, sizin məbu­du­nuz Tək­dir

Verse 5 — Surah As-Saffat 37:5

O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriq­lərin Rəbbidir

Verse 6 — Surah As-Saffat 37:6

Biz dünya səmasını par­laq ulduz­lar­la bəzədik

Verse 7 — Surah As-Saffat 37:7

və onu hər bir asi şey­tan­dan mü­hafizə etdik

Verse 8 — Surah As-Saffat 37:8

Onlar artıq ali topluma – mələk­lə­rin söhbətlərinə qulaq asa bil­məz­lər və hər tərəfdən üst­lə­rinə yandırıb yaxan alov­lar yağ­dırılar

Verse 9 — Surah As-Saffat 37:9

və oradan qovularlar. On­ları uzun sürəcək bir əzab göz­ləyir

Verse 10 — Surah As-Saffat 37:10

Lakin şeytanlardan hər kim o söh­bətlərdən bir söz qa­pıb qa­çar­sa, onu yan­dırıb-yaxan par­laq bir alov təqib edər

Verse 11 — Surah As-Saffat 37:11

Kafirlərdən soruş ki, on­la­rı ya­rat­maq çətindir, yoxsa Bi­zim baş­qa ya­rat­dıqlarımızı? Biz ki onları yapışqan kimi palçıq­dan ya­rat­dıq

Verse 12 — Surah As-Saffat 37:12

Sən onlara təəccüb edir­sən, onlar isə səni ələ salırlar

Verse 13 — Surah As-Saffat 37:13

Onlara xatırlatdıqda dü­şü­nüb ib­rət almırlar

Verse 14 — Surah As-Saffat 37:14

Bir möcüzə gördükdə isə ona is­tehza edir

Verse 15 — Surah As-Saffat 37:15

və deyirlər: “Bu ancaq açıq-ay­dın bir sehrdir

Verse 16 — Surah As-Saffat 37:16

Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildik­dən son­ra diril­di­ləcəyikmi

Verse 17 — Surah As-Saffat 37:17

Ya da atalarımızmı di­ril­diləcəklər?”

Verse 18 — Surah As-Saffat 37:18

De: “Bəli, özü də, zəlil günə qal­mış olduğunuz halda di­ril­di­lə­cək­siniz”

Verse 19 — Surah As-Saffat 37:19

Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib gör­mə­yə baş­la­yacaqlar

Verse 20 — Surah As-Saffat 37:20

Günahkarlar deyəcəklər: “Vay ha­lı­mıza! Bu ki, Haqq-he­sab gü­nüdür!”

Verse 21 — Surah As-Saffat 37:21

Onlara deyiləcək: “Bu, ya­lan say­dı­ğınız fərqləndirmə gü­nü­dür!”

Verse 22 — Surah As-Saffat 37:22

Mələklərə belə əmr olu­na­caq: “Top­layın bir yerə za­lım­la­rı, on­la­rın yol­daş­larını və iba­dət etdiklərini –

Verse 23 — Surah As-Saffat 37:23

Allahdan başqa. Onları Cəhən­nəm yoluna yönəldin

Verse 24 — Surah As-Saffat 37:24

Onları dayandırın, çün­ki onlar sor­ğu-sual olunacaq­lar”

Verse 25 — Surah As-Saffat 37:25

Günahkarlara deyiləcək: “Si­zə nə olub ki, bir-birinizə kö­mək et­mirsi­niz?”

Verse 26 — Surah As-Saffat 37:26

Bəli, onlar bu gün baş əyəcəklər

Verse 27 — Surah As-Saffat 37:27

Onlar bir-birinə üz tutub soru­şa­caqlar

Verse 28 — Surah As-Saffat 37:28

Tabe olanlar deyəcəklər: “Siz bi­zim yanımıza sağ tərəf­dən gə­lirdi­niz”

Verse 29 — Surah As-Saffat 37:29

Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar de­yildiniz

Verse 30 — Surah As-Saffat 37:30

Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aş­mış adamlar idiniz

Verse 31 — Surah As-Saffat 37:31

Rəbbimizin Sözü bizim barə­miz­də həqiqətə çevrildi. Biz əza­bı hökmən dadacağıq

Verse 32 — Surah As-Saffat 37:32

Biz sizi azdırdıq. Çünki biz özü­müz də azmış adamlar idik”

Verse 33 — Surah As-Saffat 37:33

Şübhəsiz ki, həmin gün onlar əza­ba şərik olacaqlar

Verse 34 — Surah As-Saffat 37:34

Həqiqətən, Biz günah­kar­larla be­lə rəftar edəcəyik

Verse 35 — Surah As-Saffat 37:35

Çünki onlara: “Allah­dan başqa ibadətə layiq olan məbud yox­dur!”– deyil­dikdə təkəb­bür gös­tərir

Verse 36 — Surah As-Saffat 37:36

və deyirdilər: “Məgər bir məcnun şairə görə məbud­la­rı­mızı tərk edəcə­yik?”

Verse 37 — Surah As-Saffat 37:37

Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiq­lə­di

Verse 38 — Surah As-Saffat 37:38

Siz mütləq ağrılı-acılı əza­bı da­da­­caq­sınız

Verse 39 — Surah As-Saffat 37:39

Siz ancaq etdiyiniz əməl­lərin cə­za­sını alacaqsınız

Verse 40 — Surah As-Saffat 37:40

Lakin Allahın seçilmiş ixlaslı qul­ları müstəsnadır

Verse 41 — Surah As-Saffat 37:41

Məhz onlar üçün müəy­yən bir ruzi vardır –

Verse 42 — Surah As-Saffat 37:42

Cənnət meyvələri. Onla­ra ehti­ram göstəriləcək –

Verse 43 — Surah As-Saffat 37:43

Nəim cən­nətlərində

Verse 44 — Surah As-Saffat 37:44

Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar

Verse 45 — Surah As-Saffat 37:45

Onlar üçün çeşmə şəra­bı ilə dolu piyalələr dolandırıla­caq­

Verse 46 — Surah As-Saffat 37:46

Özü də ağappaq, içənlə­rə ləzzət verən bir şərab

Verse 47 — Surah As-Saffat 37:47

O şərab nə baş ağrısı ve­rər, nə də ondan məst olarlar

Verse 48 — Surah As-Saffat 37:48

Onların yanında baxış­ları öz ərlə­ri­nə dikilmiş iri qara­ gözlü hu­rilər ola­caq­

Verse 49 — Surah As-Saffat 37:49

Özü də qorunub saxla­nılmış yu­murta kimi hurilər

Verse 50 — Surah As-Saffat 37:50

Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar

Verse 51 — Surah As-Saffat 37:51

Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi

Verse 52 — Surah As-Saffat 37:52

O deyirdi: “Sən də ina­nanlar­dan­san

Verse 53 — Surah As-Saffat 37:53

Məgər biz öldükdən, tor­pağa çev­rilib sür-sümük ol­duq­dan son­ra haqq-hesaba çəkilib cəzalandı­rıla­cağıq?”

Verse 54 — Surah As-Saffat 37:54

O sözünə davam edib de­yə­cək: “Siz onun harada ol­du­ğunu gör­mək istəyirsi­niz­mi?”

Verse 55 — Surah As-Saffat 37:55

O boylanıb yoldaşını Cə­hən­nə­min ortasında görəcək

Verse 56 — Surah As-Saffat 37:56

və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edə­cək­din

Verse 57 — Surah As-Saffat 37:57

Əgər Rəbbimin lütfü ol­masaydı, mən də Cəhənnəmə gə­ti­ri­lən­lər­dən olar­dım

Verse 58 — Surah As-Saffat 37:58

Doğrudanmı biz bir da­ha ölmə­yəcəyik –

Verse 59 — Surah As-Saffat 37:59

ilk ölümümüzdən başqa? Doğru­danmı biz heç vaxt əza­ba dü­çar olma­ya­­cağıq?”

Verse 60 — Surah As-Saffat 37:60

Həqiqətən, bu, böyük uğurdur

Verse 61 — Surah As-Saffat 37:61

Qoy çalışanlar bunun üçün ça­lış­sınlar

Verse 62 — Surah As-Saffat 37:62

Ziyafət üçün bu yaxşı­dır, yoxsa zəqqum ağacı

Verse 63 — Surah As-Saffat 37:63

Biz onu zalımlar üçün bir sınaq etdik

Verse 64 — Surah As-Saffat 37:64

O, Cəhənnəmin lap di­bindən bi­tib çıxan bir ağacdır

Verse 65 — Surah As-Saffat 37:65

Onun meyvəsi şeytanla­rın baş­la­rı kimidir

Verse 66 — Surah As-Saffat 37:66

Günahkarlar ondan ye­yib qarın­ları­nı dolduracaqlar

Verse 67 — Surah As-Saffat 37:67

Sonra da üstündən onla­rı qaynar su ilə qatışdırılmış bir içki göz­ləyir

Verse 68 — Surah As-Saffat 37:68

Sonra onlar mütləq Cə­hənnəmə qaytarılacaqlar

Verse 69 — Surah As-Saffat 37:69

Həqiqətən, onlar ata-ba­balarını az­mış gördülər

Verse 70 — Surah As-Saffat 37:70

özləri də tez-tələsik on­la­rın izini tutub getdilər

Verse 71 — Surah As-Saffat 37:71

Həqiqətən, onlardan ön­cə əvvəlki nəsillərin çoxu zə­la­lətə düş­müşdü

Verse 72 — Surah As-Saffat 37:72

Artıq Biz onlara xəbərdar edən peyğəm­bərlər göndərmişdik

Verse 73 — Surah As-Saffat 37:73

Bax gör xəbərdar edi­lən­lərin aqi­bəti necə oldu

Verse 74 — Surah As-Saffat 37:74

Yalnız Allahın seçilmiş səmimi qullarından başqa

Verse 75 — Surah As-Saffat 37:75

Nuh Bizə yalvarıb ya­xar­dı. Biz çağırışa necə də gözəl ca­vab ve­­rənik

Verse 76 — Surah As-Saffat 37:76

Biz onu və ailəsini bö­yük sıxın­tı­dan qurtardıq

Verse 77 — Surah As-Saffat 37:77

Təkcə onun nəslini qo­ru­yub sax­ladıq

Verse 78 — Surah As-Saffat 37:78

Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq

Verse 79 — Surah As-Saffat 37:79

aləmlər içərisində Nuha salam olsun

Verse 80 — Surah As-Saffat 37:80

Həqiqətən, Biz yaxşı iş gö­rənləri belə mükafatlan­dı­rı­rıq

Verse 81 — Surah As-Saffat 37:81

Həqiqətən, o Bizim mö­min qulla­rımızdandır

Verse 82 — Surah As-Saffat 37:82

Sonra o birilərini suya qərq et­dik

Verse 83 — Surah As-Saffat 37:83

Həqiqətən, İbrahim onun ardıcıl­larından idi

Verse 84 — Surah As-Saffat 37:84

Bir zaman o, öz Rəbbi­nin yanına pak bir qəlblə gəldi

Verse 85 — Surah As-Saffat 37:85

Onda o, öz atasına və qöv­münə dedi: “Siz nəyə si­tayiş edir­si­­niz

Verse 86 — Surah As-Saffat 37:86

Allahı qoyub uydurma məbudla­rı­mı diləyirsiniz

Verse 87 — Surah As-Saffat 37:87

Aləmlərin Rəbbi barə­sin­də nə düşünürsünüz?”

Verse 88 — Surah As-Saffat 37:88

O, ulduzlara bir nəzər sa­laraq

Verse 89 — Surah As-Saffat 37:89

“Mən xəstəyəm!”– dedi

Verse 90 — Surah As-Saffat 37:90

Onlar ondan üz çevirib çıxıb get­di­lər

Verse 91 — Surah As-Saffat 37:91

O, xəlvətcə onların mə­budlarının yanına gəlib istehza ilə de­di: “Siz bu təam­ları ye­mir­siniz

Verse 92 — Surah As-Saffat 37:92

Sizə nə olub ki, danış­mır­sınız?”

Verse 93 — Surah As-Saffat 37:93

Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi

Verse 94 — Surah As-Saffat 37:94

Bütpərəstlər tələsik onun yanına gəldilər

Verse 95 — Surah As-Saffat 37:95

O dedi: “Siz yonub dü­zəltdiklə­ri­nizəmi sitayiş edir­siniz

Verse 96 — Surah As-Saffat 37:96

Axı sizi də, sizin düzəlt­dik­lərinizi də Allah yarat­mış­dır”

Verse 97 — Surah As-Saffat 37:97

Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu ora­da od­la­yın!”

Verse 98 — Surah As-Saffat 37:98

Onlar İbrahimə hiylə qur­maq is­tədilər, Biz də onları rüs­vay et­dik

Verse 99 — Surah As-Saffat 37:99

O dedi: “Mən Rəbbimə doğru ge­di­rəm. O məni doğru yola yö­nəl­dəcək­”

Verse 100 — Surah As-Saffat 37:100

O dedi: “Ey Rəbbim! Mənə əmə­li­salehlərdən olan öv­lad bəxş et!”

Verse 101 — Surah As-Saffat 37:101

Biz də onu həlim xa­siy­yətli bir oğlan uşağı ilə müj­də­lədik

Verse 102 — Surah As-Saffat 37:102

O, böyüyüb atası ilə bə­rabər ça­lışmaq həddinə çat­dıq­da İb­ra­­him dedi: “Oğlum! Yu­xuda gördüm ki, səni qur­ban kəsirəm. Bax gör nə düşü­nür­sən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə ye­tir. Allah qoysa mənim səbirlilərdən ol­du­ğumu görəcəksən”

Verse 103 — Surah As-Saffat 37:103

Hər ikisi Allahın əm­rinə tabe ol­duqları və İbrahim onu üzüs­tə yerə yıx­dığı zaman

Verse 104 — Surah As-Saffat 37:104

Biz onu çağırıb dedik: “Ey İbra­him

Verse 105 — Surah As-Saffat 37:105

Artıq sən yuxunu təs­diq etdin!” Biz yaxşı iş görənləri belə mü­ka­fat­lan­dırırıq

Verse 106 — Surah As-Saffat 37:106

Həqiqətən də, bu, açıq-aydın bir imtahandır

Verse 107 — Surah As-Saffat 37:107

Biz onun əvəzinə bö­yük bir qur­banlığı fidyə verdik

Verse 108 — Surah As-Saffat 37:108

Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq

Verse 109 — Surah As-Saffat 37:109

İbrahimə salam olsun

Verse 110 — Surah As-Saffat 37:110

Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlan­dırı­rıq

Verse 111 — Surah As-Saffat 37:111

Həqiqətən, o, Bizim mö­min qulla­rımızdandır

Verse 112 — Surah As-Saffat 37:112

Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müj­də verdik

Verse 113 — Surah As-Saffat 37:113

Biz ona və İshaqa bə­rə­kət ver­dik. Hər ikisinin nəs­lin­də yax­şı iş gö­rənləri də var, açıq-aydın özünə zülm edən­ləri də

Verse 114 — Surah As-Saffat 37:114

Biz Musa ilə Haruna da nemət bəxş etdik

Verse 115 — Surah As-Saffat 37:115

Onların hər ikisini və tayfa­la­rı­nı böyük sıxıntıdan qur­tar­dıq

Verse 116 — Surah As-Saffat 37:116

Onlara kömək göstər­dik və on­lar qa­lib gəldilər

Verse 117 — Surah As-Saffat 37:117

Hər ikisinə aydın bir Ki­tab ver­dik

Verse 118 — Surah As-Saffat 37:118

Hər ikisini də doğru yo­la yö­nəltdik

Verse 119 — Surah As-Saffat 37:119

Sonradan gələnlər ara­sında hər ikisinə gözəl xatirə qoy­duq

Verse 120 — Surah As-Saffat 37:120

Musaya və Haruna sa­lam ol­sun

Verse 121 — Surah As-Saffat 37:121

Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq

Verse 122 — Surah As-Saffat 37:122

Həqiqətən, onların iki­si də Bi­zim mömin qullarımız­dan­dır

Verse 123 — Surah As-Saffat 37:123

Şübhəsiz ki, İlyas da el­çilər­dən­dir

Verse 124 — Surah As-Saffat 37:124

Bir zaman o öz qöv­mü­nə demişdi: “Məgər qorx­mur­su­nuz

Verse 125 — Surah As-Saffat 37:125

Siz yaradanların ən yax­şısını qo­yub niyə Bələ yal­va­rır­sınız –

Verse 126 — Surah As-Saffat 37:126

həm sizin Rəbbiniz, həm də əc­dadlarınızın Rəbbi olan Alla­hımı tərk edirsiniz?”

Verse 127 — Surah As-Saffat 37:127

Onlar onu yalançı say­dılar. Ona görə də hamısı Cə­hənnəmə gə­tiri­lə­cək­dir

Verse 128 — Surah As-Saffat 37:128

Yalnız Allahın seçilmiş səmimi qullarından başqa

Verse 129 — Surah As-Saffat 37:129

Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq

Verse 130 — Surah As-Saffat 37:130

İlyasinə salam olsun

Verse 131 — Surah As-Saffat 37:131

Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq

Verse 132 — Surah As-Saffat 37:132

Həqiqətən, o Bizim mö­min qul­larımızdandır

Verse 133 — Surah As-Saffat 37:133

Şübhəsiz ki, Lut da el­çi­lər­dən­dir

Verse 134 — Surah As-Saffat 37:134

Bir zaman Biz onu və bütün ai­ləsini xilas etdik

Verse 135 — Surah As-Saffat 37:135

Yalnız geridə qalanla­rın içində olan yaşlı bir qadın­dan baş­qa

Verse 136 — Surah As-Saffat 37:136

Sonra da o birilərini yer­li-dibli yox etdik

Verse 137 — Surah As-Saffat 37:137

Siz həm səhər çağı on­la­rın ya­nından keçirsiniz

Verse 138 — Surah As-Saffat 37:138

həm də axşam çağı. Mə­gər an­la­mırsınız

Verse 139 — Surah As-Saffat 37:139

Yunus da, həqiqətən, el­çilər­dən­dir

Verse 140 — Surah As-Saffat 37:140

Bir zaman o, yüklü bir gəmiyə tə­rəf qaçdı

Verse 141 — Surah As-Saffat 37:141

Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan ol­du

Verse 142 — Surah As-Saffat 37:142

O, qınanmağa layiq ol­duqda ba­lıq onu uddu

Verse 143 — Surah As-Saffat 37:143

Əgər o, Allaha tərif de­yən­lər­dən olmasaydı

Verse 144 — Surah As-Saffat 37:144

balığın qarnında Qiya­mət gü­nü­nə qədər qalardı

Verse 145 — Surah As-Saffat 37:145

O, halsız olduğu vəziy­yətdə Biz onu sahilə çıxartdıq

Verse 146 — Surah As-Saffat 37:146

Və üstünə kölgə salmaq üçün ­qabaq növündən iriyarpaqlı bir bitki bitirdik

Verse 147 — Surah As-Saffat 37:147

Biz onu yüz mindən də daha çox adama peyğəmbər gön­dər­dik

Verse 148 — Surah As-Saffat 37:148

Onlar ona iman gətir­di­lər, Biz də onlara müəyyən vax­ta­dək firavanlıq nəsib etdik

Verse 149 — Surah As-Saffat 37:149

Kafirlərdən soruş: “Nə­yə görə qız­lar sənin Rəbbinin, oğ­lan­lar isə onların olmalıdır?”

Verse 150 — Surah As-Saffat 37:150

Yoxsa Biz mələkləri di­şi yarat­mı­şıq və onlar da buna şahid olub­lar

Verse 151 — Surah As-Saffat 37:151

Həqiqətən, onlar yalan uydu­rub deyirlər

Verse 152 — Surah As-Saffat 37:152

“Allah doğmuşdur”. Şüb­həsiz ki, onlar yalançıdırlar

Verse 153 — Surah As-Saffat 37:153

Məgər Allah qızları oğ­lanlardan üstünmü tutmuş­dur

Verse 154 — Surah As-Saffat 37:154

Sizə nə olub, bu necə müha­ki­mə­dir yürüdürsünüz

Verse 155 — Surah As-Saffat 37:155

Məgər düşünüb ibrət alma­ya­caqsınız

Verse 156 — Surah As-Saffat 37:156

Yoxsa sizin aydın bir dəliliniz vardır

Verse 157 — Surah As-Saffat 37:157

Əgər doğru deyirsiniz­sə, kita­bı­nızı gətirin

Verse 158 — Surah As-Saffat 37:158

Onlar Allahla cinlər ara­sında qohumluq olduğunu uy­dur­du­lar. Hə­qiqətən, cinlər on­ların Cəhənnəmə gə­ti­ri­ləcə­yini bi­lirlər

Verse 159 — Surah As-Saffat 37:159

Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır

Verse 160 — Surah As-Saffat 37:160

Yalnız Allahın seçilmiş səmimi qullarından başqa

Verse 161 — Surah As-Saffat 37:161

Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız

Verse 162 — Surah As-Saffat 37:162

heç kəsi Allaha qarşı yol­dan çı­xa­ra bilməzsiniz

Verse 163 — Surah As-Saffat 37:163

Ancaq Cəhənnəmə gi­rə­cək kim­sə­dən başqa

Verse 164 — Surah As-Saffat 37:164

Mələklər dedi: “Bizlər­dən hər kə­sin müəyyən bir yeri var­dır

Verse 165 — Surah As-Saffat 37:165

Həqiqətən, biz səf-səf dururuq

Verse 166 — Surah As-Saffat 37:166

Həqiqətən, biz Allahın şəninə tə­riflər deyirik”

Verse 167 — Surah As-Saffat 37:167

Müşriklər deyirdilər

Verse 168 — Surah As-Saffat 37:168

“Əgər bizdə də əvvəl­ki­lərdə olan zikrdən (o kitabdan) olsaydı

Verse 169 — Surah As-Saffat 37:169

biz mütləq Allahın se­çil­miş sə­mimi qulları olardıq”

Verse 170 — Surah As-Saffat 37:170

Lakin onlar onu inkar et­dilər. Onlar tezliklə bilə­cəklər

Verse 171 — Surah As-Saffat 37:171

Bizim elçi göndərdi­yi­miz qul­la­rımız haqqında bu Sö­zü­müz əzəldən deyilmişdi

Verse 172 — Surah As-Saffat 37:172

“Həqiqətən, onlara kö­mək gös­tə­riləcək

Verse 173 — Surah As-Saffat 37:173

Bizim ordumuz mütləq qalib gələcək”

Verse 174 — Surah As-Saffat 37:174

Sən bir müddət onlar­dan üz çe­vir

Verse 175 — Surah As-Saffat 37:175

Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər

Verse 176 — Surah As-Saffat 37:176

Onlar əzabımızın tez­lik­lə gəl­mə­sinimi istəyirlər

Verse 177 — Surah As-Saffat 37:177

Əzab onların yurdları­na endiyi zaman qorxudulan­la­rın sa­ba­hı necə də pis olacaq

Verse 178 — Surah As-Saffat 37:178

Sən bir müddət onlar­dan üz çe­vir

Verse 179 — Surah As-Saffat 37:179

Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər

Verse 180 — Surah As-Saffat 37:180

Qüdrət sahibi olan Rəb­bin pak­dır, müşriklərin Ona aid et­dik­ləri sifət­lərdən uzaqdır

Verse 181 — Surah As-Saffat 37:181

Elçilərə salam olsun

Verse 182 — Surah As-Saffat 37:182

Aləmlərin Rəbbi olan Allaha həmd olsun