Verse 1 — Surah Sad 38:1
Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun
Verse 2 — Surah Sad 38:2
Kafirlər təkəbbür və nifaq içindədirlər
Verse 3 — Surah Sad 38:3
Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi
Verse 4 — Surah Sad 38:4
Kafirlər öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edib dedilər: “Bu, yalançı bir sehrbazdır
Verse 5 — Surah Sad 38:5
O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”
Verse 6 — Surah Sad 38:6
Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir
Verse 7 — Surah Sad 38:7
Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil
Verse 8 — Surah Sad 38:8
Məgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar
Verse 9 — Surah Sad 38:9
Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır
Verse 10 — Surah Sad 38:10
Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar
Verse 11 — Surah Sad 38:11
Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcək
Verse 12 — Surah Sad 38:12
Onlardan əvvəl Nuh qövmü, Ad tayfası və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar
Verse 13 — Surah Sad 38:13
Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi
Verse 14 — Surah Sad 38:14
Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi
Verse 15 — Surah Sad 38:15
Onlar qarşısıalınmaz təkcə bir tükürpədici səsi gözləyirlər
Verse 16 — Surah Sad 38:16
Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər
Verse 17 — Surah Sad 38:17
Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı
Verse 18 — Surah Sad 38:18
Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər
Verse 19 — Surah Sad 38:19
Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı
Verse 20 — Surah Sad 38:20
Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik
Verse 21 — Surah Sad 38:21
Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər
Verse 22 — Surah Sad 38:22
Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər
Verse 23 — Surah Sad 38:23
Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. Bununla belə: “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”
Verse 24 — Surah Sad 38:24
Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi
Verse 25 — Surah Sad 38:25
Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır
Verse 26 — Surah Sad 38:26
Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir
Verse 27 — Surah Sad 38:27
Biz göyü, yeri və onların arasındakıları nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına
Verse 28 — Surah Sad 38:28
Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı
Verse 29 — Surah Sad 38:29
Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik
Verse 30 — Surah Sad 38:30
Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı
Verse 31 — Surah Sad 38:31
Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, qaçağan atlar göstərildi
Verse 32 — Surah Sad 38:32
Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”
Verse 33 — Surah Sad 38:33
Süleyman: “Onları yanıma qaytarın!”– dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı
Verse 34 — Surah Sad 38:34
Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı
Verse 35 — Surah Sad 38:35
O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən
Verse 36 — Surah Sad 38:36
Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik
Verse 37 — Surah Sad 38:37
Həmçinin şeytanlardan olan müxtəlif nəqşlər vuran bənnaları, dalğıcları
Verse 38 — Surah Sad 38:38
və başqalarını da zəncirlənmiş halda ona tabe etdik
Verse 39 — Surah Sad 38:39
və buyurduq: “Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”
Verse 40 — Surah Sad 38:40
Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır
Verse 41 — Surah Sad 38:41
Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
Verse 42 — Surah Sad 38:42
Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”
Verse 43 — Surah Sad 38:43
Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona həm ailəsini qaytardıq, həm də onlarla yanaşı bir mislini bəxş etdik
Verse 44 — Surah Sad 38:44
Biz ona dedik: “Əlinə bir dəstə çubuq götür və onunla arvadını vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı
Verse 45 — Surah Sad 38:45
Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal
Verse 46 — Surah Sad 38:46
Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik
Verse 47 — Surah Sad 38:47
Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər
Verse 48 — Surah Sad 38:48
İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir
Verse 49 — Surah Sad 38:49
Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –
Verse 50 — Surah Sad 38:50
qapıları onlar üçün açılmış Ədn cənnətləri
Verse 51 — Surah Sad 38:51
Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər
Verse 52 — Surah Sad 38:52
Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaq
Verse 53 — Surah Sad 38:53
Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır
Verse 54 — Surah Sad 38:54
Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir
Verse 55 — Surah Sad 38:55
Bax belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –
Verse 56 — Surah Sad 38:56
içində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır
Verse 57 — Surah Sad 38:57
Bu, qaynar su və irindir. Qoy onu dadsınlar
Verse 58 — Surah Sad 38:58
Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır
Verse 59 — Surah Sad 38:59
Kafirlərin başçılarına deyiləcək: “Bu, sizinlə birlikdə Cəhənnəmə girən dəstədir. Başçılar deyəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”
Verse 60 — Surah Sad 38:60
Tabe olanlar deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”
Verse 61 — Surah Sad 38:61
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!”
Verse 62 — Surah Sad 38:62
Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük
Verse 63 — Surah Sad 38:63
Biz onları haqsızcasına məsxərəyə qoyurduq? Yoxsa, onlar gözə dəymirlər?”
Verse 64 — Surah Sad 38:64
Şübhəsiz ki, bu – od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir
Verse 65 — Surah Sad 38:65
De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, hər şeyə Qalib gələn Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”
Verse 66 — Surah Sad 38:66
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır
Verse 67 — Surah Sad 38:67
De: “O, böyük xəbərdir
Verse 68 — Surah Sad 38:68
Siz isə ondan üz döndərirsiniz
Verse 69 — Surah Sad 38:69
Ali toplum mübahisə edərkən mənim onlardan heç bir xəbərim yox idi
Verse 70 — Surah Sad 38:70
Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”
Verse 71 — Surah Sad 38:71
Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam
Verse 72 — Surah Sad 38:72
Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”
Verse 73 — Surah Sad 38:73
Mələklərin hamısı birlikdə səcdə etdi
Verse 74 — Surah Sad 38:74
yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu
Verse 75 — Surah Sad 38:75
Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutdun?”
Verse 76 — Surah Sad 38:76
İblis dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”
Verse 77 — Surah Sad 38:77
Allah dedi: “Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan
Verse 78 — Surah Sad 38:78
Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!”
Verse 79 — Surah Sad 38:79
İblis dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”
Verse 80 — Surah Sad 38:80
Allah dedi: “Sən möhlət verilənlərdənsən –
Verse 81 — Surah Sad 38:81
vaxtı məlum olan günə qədər!”
Verse 82 — Surah Sad 38:82
İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam
Verse 83 — Surah Sad 38:83
Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!”
Verse 84 — Surah Sad 38:84
Allah dedi: “Budur haqq! Mən yalnız haqqı deyirəm
Verse 85 — Surah Sad 38:85
Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”
Verse 86 — Surah Sad 38:86
De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram
Verse 87 — Surah Sad 38:87
Bu Quran aləmlərə ancaq xatırlatmadır
Verse 88 — Surah Sad 38:88
Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq biləcəksiniz!”