Back to Languages

Azerbaijani - Chapter 38 - Sad

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Sad 38:1

Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun

Verse 2 — Surah Sad 38:2

Kafirlər təkəbbür və ni­faq için­də­dirlər

Verse 3 — Surah Sad 38:3

Biz onlardan öncə də ne­çə-neçə nə­silləri məhv etmişik. Onlar yal­varıb im­dad diləyir­di­lər, lakin artıq qurtulma vaxtı keçmişdi

Verse 4 — Surah Sad 38:4

Kafirlər öz aralarından onlara xə­bərdarlıq edən bir peyğəmbər gəl­di­yi­nə təəccüb edib dedilər: “Bu, yalançı bir sehr­bazdır

Verse 5 — Surah Sad 38:5

O, bütün məbudları bir məbudmu etdi? Həqi­qətən, bu, əcaib bir şeydir”

Verse 6 — Surah Sad 38:6

Onların adlı-sanlı adam­la­rı çıxıb gedərək dedilər: “Gedin öz mə­bud­ları­nız­la səbirlə dav­ranın. Doğrusu, bu siz­dən istə­nilən bir şey­­dir

Verse 7 — Surah Sad 38:7

Biz bunu axırıncı dində də eşit­mə­mişik. Bu, uydurma­dan baş­qa bir şey deyil

Verse 8 — Surah Sad 38:8

Məgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?” Xeyr, on­lar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, on­lar Mə­nim əzabımı hə­lə dadma­yıblar

Verse 9 — Surah Sad 38:9

Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xə­zinə­lə­ri onlardadır

Verse 10 — Surah Sad 38:10

Ya da, göylərin, yerin və onların arasında olanların üzə­rin­də haki­miy­yət onlaramı ve­rilmişdir? Qoy onda istəni­lən yolla göyə qalxsınlar

Verse 11 — Surah Sad 38:11

Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın edi­lə­cək­

Verse 12 — Surah Sad 38:12

Onlardan əvvəl Nuh qöv­mü, Ad tayfası və dirəklər sahibi Fi­ron da el­çi­ləri ya­lançı say­mış­dı­lar

Verse 13 — Surah Sad 38:13

Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bun­lar əlbir dəstələr idi

Verse 14 — Surah Sad 38:14

Hər biri elçiləri yalançı hesab et­di və Mənim cəzam da ger­çək­ləşdi

Verse 15 — Surah Sad 38:15

Onlar qar­şısıalın­maz tək­cə bir tük­ürpədici səsi gözlə­yir­lər

Verse 16 — Surah Sad 38:16

Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı He­sab­laş­ma günü gəl­məmişdən əvvəl tezliklə ver!”– dedilər

Verse 17 — Surah Sad 38:17

Onların dediklərinə sə­bir et və qüdrətli qulumuz Davu­du ya­dına sal! O, daim Allaha üz tutardı

Verse 18 — Surah Sad 38:18

Biz dağları ona ram et­mişdik. On­lar axşam çağı və səhər onun­la birlikdə Allahın şəninə təriflər deyirdilər

Verse 19 — Surah Sad 38:19

Biz quşları da toplum halda ona ram etmişdik. Ha­mısı daima Alla­ha üz tutardı

Verse 20 — Surah Sad 38:20

Biz onun mülkünü möh­kəm­lən­dirdik, özünə də hik­mət (pey­ğəm­bər­lik) və düzgün qə­rar çıxartmaq qabi­liy­yəti bəxş etdik

Verse 21 — Surah Sad 38:21

Davudun yanında çəki­şən­lərin xə­bəri sənə gəlib çat­dı­mı? O za­man onlar divarı aşıb mə­bədə girdilər

Verse 22 — Surah Sad 38:22

Onlar Davudun yanına daxil ol­duqda Davud onlardan qorx­du. Onlar dedilər: “Qorx­ma! Biz iki iddiaçıyıq. Bi­rimiz di­gə­ri­nin haqqını tap­dalamış­dır. Aramızda ədalətlə hökm ver, haqsızlıq et­mə və bizə düz yolu göstər

Verse 23 — Surah Sad 38:23

Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mə­nim isə bir­cə qoyunum var­. Bununla belə: “Onu mənə ver!”– de­di və mübahisədə mə­nə üstün gəldi”

Verse 24 — Surah Sad 38:24

Davud dedi: “O sənin qo­yununu öz qoyunlarına qat­maq is­tə­­məklə, sənə qarşı haq­sızlıq etmişdir. Həqiqətən, şə­riklərin çoxu bir-birinin haq­qını tap­da­layar. Yalnız iman gətirib yax­şı işlər gö­rən­lərdən başqa. On­lar isə çox azdır­lar!” Bunları de­dikdən sonra, Da­vud Bizim onu sınağa çəkdiyimizi yəqinləş­di­rərək, Rəbbindən özü­­nün ba­ğışlanmasını dilə­di və səcdəyə qapanıb tövbə etdi

Verse 25 — Surah Sad 38:25

Biz bunu ona bağış­la­dıq. Həqi­qə­tən, o Bizə yaxın olan­lar­dan­dır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır

Verse 26 — Surah Sad 38:26

Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə in­san­lar ara­sında ədalətlə hökm ver, nəfsin istəyinə uy­ma, yoxsa o sə­ni Allahın yo­lun­dan az­dırar. Həqiqətən, Allahın yo­lundan azan­la­rı hesablaşma gününü unut­duq­ları üçün şid­dətli bir əzab göz­lə­yir

Verse 27 — Surah Sad 38:27

Biz göyü, yeri və onların ara­sın­da­kıları nahaq yerə xəlq et­məmişik. Bu, kafirlərin zən­nidir. Vay o kafirlərin Od­dakı halına

Verse 28 — Surah Sad 38:28

Biz heç iman gətirib yax­şı işlər gö­rənləri yer üzündə fit­nə-fə­­sad törə­dən­lərə tay tu­ta­rıq­mı? Ya da Allahdan qor­­xanları gü­nah­karlara tay tuta­rıqmı

Verse 29 — Surah Sad 38:29

Bu mübarək Kitabı, in­sanların onun ayələrini düşü­nüb an­la­ma­sı və ağıl sahibləri­nin də ondan ibrət gö­tür­məsi üçün sənə nazil et­dik

Verse 30 — Surah Sad 38:30

Biz Davuda Süleymanı bəxş et­dik. O necə də gözəl qul idi! Da­i­ma Allaha üz tutardı

Verse 31 — Surah Sad 38:31

Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir aya­ğı­nın dır­nağını ye­rə vuran, qaçağan atlar göstərildi

Verse 32 — Surah Sad 38:32

Süleyman dedi: “Mən, gü­nəş üfüq­də batanadək ne­mətə olan mə­həb­bəti Rəbbimi zikr etməkdən üstün tutdum – at­lar məni əsr na­mazından ya­yındır­dı”

Verse 33 — Surah Sad 38:33

Süleyman: “Onları yanı­ma qay­ta­rın!”– dedi. O, atların qıç­la­rı­nı və bo­yunlarını vur­ma­ğa başladı

Verse 34 — Surah Sad 38:34

Biz Süleymanı sınağa çə­kib tax­tı­nın üstünə cansız bir cə­səd at­dıq. Sonra o tövbə edib qayıtdı

Verse 35 — Surah Sad 38:35

O dedi: “Ey Rəbbim! Mə­ni ba­ğış­la və mənə elə bir səl­tə­nət ver ki, mən­dən sonra heç kimə nəsib olmasın. Hə­qi­qə­tən, Sən Bəx­şe­dən­sən

Verse 36 — Surah Sad 38:36

Biz də, onun əmri ilə is­tədiyi ye­rə sakitcə əsən küləyi ona ram etdik

Verse 37 — Surah Sad 38:37

Həmçinin şeytanlardan olan müx­təlif nəqşlər vuran bən­na­la­rı, dalğıcları

Verse 38 — Surah Sad 38:38

və başqalarını da zən­cir­lənmiş hal­da ona tabe etdik

Verse 39 — Surah Sad 38:39

və buyurduq: “Bu Bizim hədiy­yə­mizdir! Bunlardan istə­diyinə ver­sən də, verməsən də səndən haqq-hesab tələb olun­ma­ya­caq­dır”

Verse 40 — Surah Sad 38:40

Həqiqətən, o Bizə yaxın olan­lar­dandır və onun üçün gö­zəl qa­yıdış yeri hazırlanmışdır

Verse 41 — Surah Sad 38:41

Qulumuz Əyyubu da ya­da sal! Bir zaman o öz Rəbbinə yal­va­rıb demişdi: “Şeytan mə­nə bəla və əzab toxun­dur­muş­dur!”

Verse 42 — Surah Sad 38:42

Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”

Verse 43 — Surah Sad 38:43

Bizdən bir mərhəmət və ağıl sa­hiblərinə bir ibrət olsun de­yə, ona həm ailə­sini qaytardıq, həm də onlarla yanaşı bir mislini bəxş et­dik

Verse 44 — Surah Sad 38:44

Biz ona dedik: “Əlinə bir dəstə çu­buq götür və onunla ar­va­dını vur. An­dı­nı pozma”. Hə­qiqətən, Biz onu səbir edən gör­dük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı

Verse 45 — Surah Sad 38:45

Qüdrət və bəsirət sahibi olan qul­larımız İbrahimi, İs­ha­qı və Yə­qubu da yada sal

Verse 46 — Surah Sad 38:46

Biz onları Axirət yur­du­nu sadiq ürəklə andıqlarına gö­rə seç­dik

Verse 47 — Surah Sad 38:47

Həqiqətən, onlar Bizim yanı­mız­da seçilmiş ən yaxşı kim­sə­lər­dən­dirlər

Verse 48 — Surah Sad 38:48

İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların ha­mısı ən yax­şı kim­sələrdəndir

Verse 49 — Surah Sad 38:49

Bu, bir xatırlatmadır. Allah­dan qorxanları gözəl bir qa­yı­dış ye­ri göz­lə­yir –

Verse 50 — Surah Sad 38:50

qapıları onlar üçün açıl­mış Ədn cən­nətləri

Verse 51 — Surah Sad 38:51

Onlar orada taxtlara dir­səklənib çoxlu-çoxlu meyvələr və cən­nətə məxsus içkilər istə­yə­cəklər

Verse 52 — Surah Sad 38:52

Onların yanında gözlə­ri­ni ərin­dən çəkməyən həmya­şıd­ları ola­caq­

Verse 53 — Surah Sad 38:53

Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır

Verse 54 — Surah Sad 38:54

Bəli, bu Bizim verdiyi­miz ne­mətdir. O, tükənməzdir

Verse 55 — Surah Sad 38:55

Bax belə! Şübhəsiz ki, az­ğınları da çox pis qayıdış yeri göz­lə­yir –

Verse 56 — Surah Sad 38:56

içində yanacaqları Cə­hən­nəm. Ora nə pis yataqdır

Verse 57 — Surah Sad 38:57

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar

Verse 58 — Surah Sad 38:58

Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır

Verse 59 — Surah Sad 38:59

Kafirlərin başçılarına de­yi­ləcək: “Bu, sizinlə birlikdə Cə­hən­nə­mə gi­rən dəstə­dir. Baş­çılar de­yəcəklər: “Onlara salam olma­sın! Şübhəsiz ki, onlar odda yana­caqlar”

Verse 60 — Surah Sad 38:60

Tabe olanlar deyəcəklər: “Xeyr, si­zin özünüzə salam ol­ma­sın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qə­rar tutulan yer­dir!”

Verse 61 — Surah Sad 38:61

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təq­dim edib­sə, onun əzabını odda ikiqat elə!”

Verse 62 — Surah Sad 38:62

Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adam­lar saydı­ğımız kişiləri burada görmürük

Verse 63 — Surah Sad 38:63

Biz onları haqsızcası­na məsxə­rə­yə qoyurduq? Yoxsa, onlar gö­zə dəy­mirlər?”

Verse 64 — Surah Sad 38:64

Şübhəsiz ki, bu – od sa­kinlərinin bir-biri ilə höcətləş­məsi bir hə­qiqətdir

Verse 65 — Surah Sad 38:65

De: “Mən yalnız xəbər­dar edə­nəm. Tək olan, hər şeyə Qalib gə­lən Allahdan başqa iba­də­tə layiq olan məbud yoxdur”

Verse 66 — Surah Sad 38:66

O, göylərin, yerin və on­ların ara­sında olanların Rəb­bi­dir. O, Qüd­rət­li­dir, Bağışla­yan­dır

Verse 67 — Surah Sad 38:67

De: “O, böyük xəbərdir

Verse 68 — Surah Sad 38:68

Siz isə ondan üz döndə­rirsiniz

Verse 69 — Surah Sad 38:69

Ali toplum mübahisə edərkən mənim onlardan heç bir xə­bə­rim yox idi

Verse 70 — Surah Sad 38:70

Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”

Verse 71 — Surah Sad 38:71

Bir zaman sənin Rəbbin mələk­lə­rə belə demişdi: “Mən pal­çıq­dan bir in­san yarada­ca­ğam

Verse 72 — Surah Sad 38:72

Mən ona surət verib Öz ruhum­dan üfürdüyüm zaman ona səc­də edin!”

Verse 73 — Surah Sad 38:73

Mələklərin hamısı bir­lik­də səcdə etdi

Verse 74 — Surah Sad 38:74

yalnız İblisdən başqa! O təkəb­bür göstərdi və kafirlər­dən ol­du

Verse 75 — Surah Sad 38:75

Allah dedi: “Ey İblis! Sə­nə Mə­nim iki əlimlə yaratdı­ğı­ma səc­də etməyə ma­ne olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yük­sək tutdun?”

Verse 76 — Surah Sad 38:76

İblis dedi: “Mən ondan daha xe­yirliyəm. Çünki Sən məni od­dan, onu isə palçıqdan yaratdın!”

Verse 77 — Surah Sad 38:77

Allah dedi: “Çıx oradan! Sən artıq rəh­mətimdən qo­vul­muş­san

Verse 78 — Surah Sad 38:78

Haqq-hesab gününə qə­dər lənə­tim sənin üzərində ola­caq­dır!”

Verse 79 — Surah Sad 38:79

İblis dedi: “Ey Rəbbim! Onlar di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver”

Verse 80 — Surah Sad 38:80

Allah dedi: “Sən möhlət verilən­lərdənsən –

Verse 81 — Surah Sad 38:81

vaxtı məlum olan günə qədər!”

Verse 82 — Surah Sad 38:82

İblis dedi: “Sənin qüd­rə­tinə and olsun ki, onların ha­mı­sını yol­dan çı­xa­racağam

Verse 83 — Surah Sad 38:83

Təkcə Sənin seçilmiş ix­laslı qul­larından başqa!”

Verse 84 — Surah Sad 38:84

Allah dedi: “Budur haqq! Mən yal­nız haqqı deyirəm

Verse 85 — Surah Sad 38:85

Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dol­­dura­ca­ğam!”

Verse 86 — Surah Sad 38:86

De: “Mən buna görə siz­dən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uy­durmağa çalışmıram

Verse 87 — Surah Sad 38:87

Bu Quran aləmlərə an­caq xatır­latmadır

Verse 88 — Surah Sad 38:88

Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq bilə­cək­si­niz!”